24
2. Sonra Səfanın üzərinə çıxaraq üzünü qibləyə tutur. Allaha
həmdi səna söyləyib bu duanı oxuyur:
"Allahu əkbər, Allahu
əkbər, Allahu əkbər. Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu
ləhul mulku və ləhul həmdu yuhyi və yumit və huvə alə kulli
şeyin qadir. Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu əncəzə
vədəhu və nəsərə abdəhu və həzəməl əhzabə vəhdəhu". Sonra
əllərini qaldıraraq istədiyi duanı edir. Allahdan bağışlanma,
dünya və axirətin xeyrini istəyir. Bunu üç dəfə təkrar edir.
(bax! şəkil: 5)
3. Sonra Səfadan enib qarşısına yaşıl xətt çıxana qədər Mərvaya
tərəf gedir. Kişilər birinci yaşıl xəttə çatandan sonra ikinci
yaşıl xəttə qədər başqalarına əziyyət verməmək şərti ilə
bacardığı sürətdə qaçırlar. Ikinci xətdən sonra Mərvaya qədər
adi yerişlə yeriyirlər. Mərvaya çatandan sonra onun üzərinə
çıxır, üzünü qibləyə tutur və əllərini açaraq Səfada etdiyi duanı
burada da oxuyur.
4. Sonra Mərvadan Səfaya tərəf gedir. Birinci yaşıl xəttə çatarkən
ikinci yaşıl xəttə qədər qaçır. Sonra Səfaya qədər adi yerişlə
gəlir. Sonra Səfanın üzərinə çıxaraq ilk dəfə etdiyi duanı
yenidən təkrarlayır. Bu minvalla yeddi səy edir. Səyini Səfadan
başlayıb Mərvada bitirir. Səfadan Mərvaya tərəf getmək bir
səy, Mərvadan da Səfaya gəlmək başqa bir səy sayılır. Səy
edən zaman istədiyi duanı və zikri oxuya bilər. Həmcinin İbni
25
Məsud və Abdullah ibn Ömərin dediyi: "Rabbiğfir vərhəm
innəkə əntəl-əazzul əkrəm" - duasını söyləyə bilər. Səy edərkən
dəstəmazlı olmaq daha yaxşıdır. Lakin dəstəmazsız edilən səy
də doğrudur. Həmçinin təvafdan sonra səy edərkən qadın heyz
(aybaşı) olarsa onun səyini davam edə bilər. Çünki səydə təmiz
olmaq şərt deyil, sadəcə olaraq müstəhəbdir.
5. Təməttu həcci və ya ümrə edən şəxs yeddi səyi edəndən sonra
saçını qırxır yaxud qısaldır. Qadınlar isə saçlarının ucundan
bir-iki s-metr kəsirlər. Əgər həccə az qalıbsa kişilər saçlarını
qısaldır və həcc günü saçlarını qırxırlar. Saçın bütün
tərəflərindən eyni qaydada qırxmaq lazımdır. Qadınlar isə
saçlarını yalnız qısaldırlar.
Deyilənləri edən ehramlı adama, ehramda olarkən qadağan edilən
bütün işləri etməyə icazə verilir. Lakin ifrad yaxud qiran həcci
edənlər, bayram günü birinci təhəllülə qədər ehramlarında qalırlar.
Qarin və ifrad həcci edənlər etdikləri təvaf və səydən sonra
başlarını qırxaraq ehramdan çıxıb niyyətlərini təməttu həccinə
çevirə bilərlər və bunu etmək daha yaxşı olar. Çünki Peyğəmbər
(s.a.s) həcc edərkən buyurmuşdur: "Əgər mən özümlə qurbanlıq
heyvan gətirməsəydim, onu ümrəyə çevirərdim. Sizlərdən
qurbanlıq gətirməyənlər də belə etsinlər" (Buxari və Müslim).
Qadın ümrəyə niyyət edəndən sonra təvafa başlamamış heyz
(aybaşı) olarsa və bu səkkizinci günə qədər davam edərsə onda
olduğu yerdən həccə niyyət edir. O, təvaf müstəsna olmaqla həcc
edənlərin etdikləri bütün əməlləri icra edir. Təvafı təmizləndikdən
və çimdikdən sonra yerinə yetirir. Heyzdən təmizlənəndən sonra
bir təvaf və bir səy edir. Bu onun üçün həm həcc, həm də ümrə
təvafı və səyi sayılır.
Səkkizinci gün ediləcək həcc əməlləri!
1. Tərviyə (yəni, zilhiccə ayının səkkizinci) günü təməttu həcci
edənlər yaxşı olar ki, duha vaxtı (zöhr namazından əvvəl) həcc
ehramına girsinlər. Həmçinin Məkkə əhli də bu gündə öz
evlərindən ehrama girir və həccə niyyət edirlər. Qiran və ifrad
həcci edənlər isə öz ehramlarında qalırlar.
26
2. Bu gün çimmək, təmizlənmək və ətirlənmək müstəhəbdir.
Sonra miqatda etdiklərini etməlidir.
3. O, həccə niyyətlənərək deyir: "Ləbbeykə həccən". Əgər
həccini sona çatdıra bilməyəcəyindən qorxarsa bu duanı etsin:
"Fəin həbəsəni habisun fəməhilli heysu həbəstəni". Əgər
başqasının yerinə həcc edirsə onda qəlbində niyyət edir və dili
ilə deyir: "Ləbbeykə həccən an ..... (o adamın adını çəkir)".
Sonra təlbiyə deməkdə davam edir: "Ləbbeykə Allahummə
Ləbbeyk, Ləbbeykə lə şərikə ləkə ləbbeyk. Innəl həmdə vən-
nimətə ləkə vəl mulk. Lə şərikə lək". Həmçinin bunu da əlavə
edə bilər: "Ləbbeykə iləhəl haqqi ləbbeyk" (Albani bu
rəvayətin səhih olduğunu qeyd edib).
4. Zöhrdən qabaq Minaya getmək və təlbiyə demək müstəhəbdir.
5. Zöhr, Əsr, Məğrib, Işa və Fəcr namazlarını Minada qılır.
Məğrib və Fəcr müstəsna olmaqla digər üç namazı qısaldır.
Bütün namazlar öz vaxtlarında qılınır.
6. Ərəfa gecəsi (doqquzuncu günün gecəsi) Minada qalmaq daha
yaxşıdır. Çünki Peyğəmbər (s.a.s) səkkizinci gün Minaya gəlib
və həmin gün axşam ertəsi günə qədər Minada qalıb. Sonra
təlbiyə və təkbir edərək Ərəfata üz tutub. Lakin yalnız təlbiyə
etmək daha yaxşıdır.