Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə179/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   175   176   177   178   179   180   181   182   ...   191

ehtiyatsızlıqdan  qardaĢ  qırğını  baĢlaya  bilər.  Onda  həmin  əsgərlərin  valideynləri,  qohumları  da 

sabah  üz-üzə  gələcəklər.  Bu  da  Azərbaycanda  vətəndaĢ  müharibəsinin  baĢlanğıcı  ola  bilər. 

VətəndaĢ müharibəsi gedən ölkədə dövlətin dayaqlarının sarsılması adi Ģeydir.

 

Faciə  ondadır  ki,  Azərbaycanda  vətəndaĢ  qırğını  salmaq  istəyənlər  buna  məhz  sizin  vasitənizlə 



nail  olmağa  çalıĢırlar.  Müstəqillik  yoluna  qədəm  qoyub  öz  torpaqlarımızı  düĢməndən  qorumaq 

əzmində olduğumuz bir vaxtda bizi öz içimizdən öz əlimizlə parçalamağa cəhd göstərirlər. Mən 

respublikanın  prezidenti  kimi  qırğının  qarĢısını  almaqdan  ötrü  mümkün  olan  bütün  tədbirləri 

görürəm.  Lakin  sizi  bu  oyuna  sürükləyənlər  məsələnin  danıĢıqlar  yolu  ilə  həll  olunmasına 

yönəldilən bütün tədbirlərdən qaçır. Mən Gəncə hadisələrinin bütün iĢtirakçılarına amnistiya elan 

olunması  haqqında  qanun  imzalamıĢam.  Məndə  olan  məlumata  görə,  sizin  çoxunuzun  bu 

qanundan  və  dövlətin  barıĢıq  yolunda  gördüyü  baĢqa  tədbirlərdən  xəbəriniz  yoxdur.  Çünki 

qəzetlər  sizə  çatdırılmır,  televiziya  və  radioya  qulaq  asmaq  imkanınız  yoxdur.  Bunları  nəzərə 

alaraq  Sizə  birbaĢa  müraciət  etmək  istəyirəm.  Mən  düz  on  gündür  qardaĢ  qırğınının  qabağını 

almaq  üçün  yollar  arayıram.  Respublika  əhalisi  həyəcan  və  intizar  içindədir.  Onlar  da  qırğının 

əleyhinədir.  Lakin  eyni  zamanda  məndən  qəti  tədbir  görməyi  tələb  edirlər  və  bu  tələblərində 

haqlıdırlar.  Çünki  bu  cür  davam  edə  bilməz.  Sizin  sayənizdə  fürsət  gözləyən  düĢmənlərimizin 

əlinə gözəl imkan düĢüb. Ağdərəyə, Ağdama arasıkəsilməz hücumlar, qaçqınların problemləri bir 

yandan, iqtisadi problemlər bir yandan, nizami ordu quruculuğu çətinlikləri digər tərəfdən, üstəlik 

siz də öz sadəlövh inadkarlığınızla dikəlib ayağa qalxmaq istəyən bu millətin baĢından basırsınız.

 

Azərbaycan  Ordusunun  əsgər  və  zabitləri.  Sizin  bu  barədə  fikirləĢməyə  kifayət  qədər  vaxtınız 



oldu.  Ġndi  qəti  və  düzgün  qərara  gəlmək  vaxtıdır.  Bu  ölkənin  prezidenti  kimi  mən  SĠZ 

VƏTƏNDAġLARDAN XAHĠġ EDĠRƏM: dövlətin və xalqın keĢiyində dayanmıĢ yaĢıdlarınızın qanını 

axıtmayın. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali BaĢ Komandanı kimi ƏMR EDĠRƏM: 

silahı  yerə  qoyun!  QarĢınızdakı  əsgər  qardaĢlarınızla  barıĢın.  Orduda  əmrdən  boyun  qaçırmaq 

hərbi cinayətdir.

 

Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy”.



 

Bu müraciətin də heç bir gerçək təsiri olmadı, çünki həmin əsgər və zabitlərin Surətin itaətindən 

çıxmağa cəsarəti və marağı yoxdu. (“DikbaĢ”ları Surət hədsiz sərtliklə cəzalandırırdı; ümumənsə 

əsgərlər  çox  yüksək  məbləğdə  pul  alırdılar.  Prezidentin  köməkçisi  Oqtay  Qasımovdan 

öyrəndiyimə görə, qiyam günü Moskvadan Gəncəyə 5 MĠLYARD RUBL göndərilmiĢdi). 

Görünür,  məhz  bu  müraciətin  təsirini  heçə  endirməkçün  qarĢı  tərəf  də  təbliğat  müharibəsinə 

baĢladı. Sosial-Demokrat Partiyasının üzvü, S.Hüseynovun sağ  əli Aypara Əliyev, AMĠP sədrinin 

müavini ġadman Hüseynov, Müstəqil Azərbaycan Partiyasının sədri Nizami Süleymanov, Heydər 

Əliyevin xidmətçisi Nemət Pənahov və baĢqaları həm Gəncə mitinqlərində (N.Pənahov “Meydan” 

qəzetindəki müsahibəsində qürurla bildirir ki, Gəncədəki dövlət əleyhinə mitinqləri ilk dəfə mən 

baĢladım və apardım), həm də Gəncə radio və televiziyasında hakimiyyətə qarĢı olmazın iftiralar, 

böhtanlar  atırdılar.  Elçibəyə  qarĢı  görünməmiĢ  qəddarlıqla  təhqirlər  yağdıran  Nizami 

Süleymanovun təkcə 16 iyunda Gəncə radiosuyla çıxıĢı axĢamadək üç dəfə: saat 11-də, 13-də və 

15-də  efirdə  səsləndirilmiĢdi;  özünü  “akademik”  adlandıran  bu  Ģəxs  Əbülfəz  Elçibəyi  nəinki 




alimin,  ümumiyyətlə,  alababat  tərbiyəli  adamın  dilinə  gətirməyi  ayıb  saydığı  küçə  söyüĢləriylə 

təhqir edir, bununla əhali arasında prezidentin nüfuzunu öldürməyə çalıĢırdı. 

H.Əliyevin Ali Sovetin sədri seçilməsindən daha da ruhlanmıĢ siyasi müxalifət prezidenti tərksilah 

etməkçün  16  iyunda  daha  ciddi  bir  addım  atdı  -  Rəhim  Qazıyev,  Rəsul  Quluyev,  Etibar 

Məmmədov və ġadman Hüseynov Müdafiə Nazirliyində toplantı keçirdilər. Onların təzyiqi altında 

Müdafiə  Nazirliyinin  bir  qrup  zabiti  Müdafiə  Nazirliyi  adından  belə  bir  bəyanat  qəbul  etdi  ki, 

respublikada baĢ verən hadisələr siyasi mahiyyət daĢıyır və ordu siyasi məsələlərə qarıĢmayacaq. 

Ancaq  bu  vaxt  baĢqa  ordu  -  Surətin  qoĢunları  artıq  siyasətə  qoĢularaq  rayonlarda  qanuni 

hakimiyyəti bir-bir devirə-devirə Bakıya yaxınlaĢırdı. Bu proses adətən belə baĢ verirdi: bir silahlı 

dəstə  tankın  üstündə  rayona  gəlir,  “ağsaqqallar”ı  (rayonun  pullu  adamlarını)  yığır,  onların 

“məsləhət bildiyi” (əvvəlcədən Gəncədə razılaĢdırdıqları) adamı rayon sovetinin qərarına əsasən 

icra hakimiyyətinin baĢçısı təyin edir, köhnə baĢçınısa qovurdu. Bu əməliyyat tam qanunsuz baĢ 

verirdi,  çünki  icra  hakimiyyəti  baĢçılarını  təyin  etmək  və  iĢdən  çıxarmaq  səlahiyyəti  yalnız 

prezidentdəydi. (Yeri gəlmiĢkən, məhz Müdafiə Nazirliyindəki bu yığıncaqdan sonra bir çox hərbi 

qüvvələr dövlətə açıq xəyanətdə bulundular. Məsələn, Navahıya göndərilmiĢ 4 hərbi vertolyotdan 

2-si uçaraq qiyamçılar tərəfə keçdi). 

KeçmiĢ  dövlət  müĢaviri  Arif  Hacıyev: 

«Məsələyə  bugünün  ab-havasıyla  yanaĢan  bəzi  adamlar 

deyirlər  ki,  o  vaxt  Elçibəy  Bakıda  qalmalıydı.  BaĢlıca  məsələ  yaddan  çıxarılır  ki,  artıq  iyunun 

16-sında Azərbaycan ordusunun hərbi Ģurası rəsmi qərar çıxarmıĢdı ki, hərbçilər siyasi proseslərə 

qoĢulmayacaq. Bununla da onlar Ali BaĢ Komandana tabe olmaqdan imtina etdilər və Gəncədə 

baĢlayan  qiyam  bütövlükdə  Azərbaycan  silahlı  qüvvələrini  bürüdü.  Bundan  sonra  nəsə  uğurlar 

qazanıb  həm  hakimiyyəti  saxlamaq,  həm  də  belə  bir  qarmaqarıĢıq  durumda  Bakını  qandan 

qorumaq,  qarĢıdurmadan  qurtulmaq  üçün  Elçibəyin  əlində  vasitələr  qalmadı.  Belə  bir  durumda 

Elçibəy  ya  qalmalı  (bu  zaman  hökmən  qan  tökülməli,  Əbülfəz  Elçibəyin  özü  də  içində  olmaqla 

Azərbaycanın  xeyli  vətəndaĢı  qırılmalıydı),  ya da elə  seçdiyi  yolu seçməliydi  (Kələki  yox, baĢqa 

yer də ola bilərdi). 

 

BaĢlıca yanlıĢlıqlardan biri bundadır ki, hamı elə düĢünür ki, sabit bir dövrdü, dövlət qurumları da 



saat kimi iĢləyirdi və birdən Elçibəy çıxıb getdi, ölkədə aləm bir-birinə dəydi. Axı belə deyil. Yenə 

təkrar  edirəm  -  artıq  Əbülfəz  Elçibəyə  tabe  olan  silahlı  qüvvə,  demək  olar  ki,  yox  idi.  Milli 

Təhlükəsizlik  Nazirliyində  əsasən  sərhəd  qoĢunlarıydı,  onlar  da  bu  proseslərdə  iĢtirak  etmirdi. 

Ordu  ilə  polis  də  Elçibəyi  eĢitmirdi.  Heydər  Əliyevin  Ali  Sovetin  sədri  seçildiyinin  ertəsi  günü 

ordunun  prezident  Elçibəyə  tabe  olmaması  artıq  hərbi  çevriliĢin  baĢa  çatması  deməkdi.  Bəli, 

bütün güc qurumları, xüsusən Azərbaycan ordusu prezidentin, Ali BaĢ Komandanın əmrinə tabe 

olmaqdan imtina edirsə bunun baĢqa adı varmı?»

.   


Ölkədəki  son  durumla  bağlı  olaraq  Prezident  Aparatında  16  iyunda  mətbuat  konfransı  keçirildi. 

Prezidentin mətbuat xidmətinin rəhbəri Arif Əliyev bildirdi ki, ölkədə son iki ay müddətində hökm 

sürən  sakitlik  və  sabitlik  pozulub.  Ermənilərin  üçtərəfli  təklifə  qol  çəkmələriylə  hücum 

əməliyyatına baĢlamaları bir olub. 

Senzuranın bir çox materiallardan “qiyamçı” sözünü çıxarmasının nəylə bağlı olduğu haqda suala 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə