Üçüncüsü, qiyamçılarla (Əliyevgillə də) saziĢə girmədən Bakıda qalmaqçünsə o mütləq istefa
verməliydi ki, buna da qətiyyən razı ola bilməzdi. Hətta Kələkiyə gedəndən və gerçək
hakimiyyətdən tam məhrum olandan sonra da Bəy istefa vermədi və onu ürəkdən istəyən bəzi
insanlar içərisində də bu hərəkəti məntiqsizlik kimi dəyərləndirənlər oldu, ancaq Bəy doğru qərar
çıxardığına əmindi.
Maraqlıdır ki, Məmmədəmin Rəsulzadəyə pərəstiĢ edən və özünü onun yolunun davamçısı sayan
Əbülfəz Elçibəy 1920-nin 28 aprelində Cümhuriyyət parlamentinin hakimiyyəti bolĢeviklərə
rəsmən (müqaviləylə) təslim etməsinə onun razılıq verməsini tarixi yanlıĢlıq sayır, çünki bununla
Azərbaycanın müstəqilliyini Rusiyanın məhv etməsinə qanuni don geydirildi, halbuki ictefa
verməmiĢ Pribaltika dövlətləri Rusiyanın onları iĢğal etməsi haqqında aramsız olaraq iddia
qaldıraraq Qorbaçov dönəmində müstəqilliklərinin BƏRPASINA hamıdan qabaq nail oldular və
bütün dünya bu qanuni mübarizədə onları dəstəklədi. Elə bu düĢüncəyə söykənən Əbülfəz bəy
hakimiyyətdən devrilsə də istefa vermək fikrini prezidentlik müddətinin lap sonunadək yaxına
buraxmadı. (Ancaq Bəyin, məsələn, Nəcəf Nəcəfov kimi ən xeyirxah dostlarından da bəziləri
Elçibəyin istefa verməsini daha doğru hərəkət sayırdılar).
Dördüncüsü, Gəncədəki inanılmaz məğlubiyyətlər seriyasından sonra silahdaĢlarının çoxu onu
tərk etmiĢdi. Məndə olan məlumata görə, istefa verəndən sonra Prezident Aparatına Ġsa Qəmbər
də, Pənah Hüseynov da ikicə dəfə gələrək prezidentə baĢ çəkmiĢdilər. BaĢçısız Nazirlər Kabineti
Ģahsız arı pətəyinə dönmüĢdü, güc qurumları da həm Bakıda, həm də yerlərdə hakimiyyətdən,
demək olar ki, üz döndərmiĢdi, Ali Sovet tamam əldən çıxmıĢdı, Prezident Aparatı boĢalmıĢdı -
bir çox ən mühüm vəzifəli Ģəxslər iĢ yerində tapılmırdılar, rayonlarda da hakimiyyət boĢluğu
yaranmıĢdı. Xatırlatmaq istərdim ki, Rusiya prezidenti Boris Yeltsin də həmin 1993-ün
oktyabrında Əbülfəz Elçibəyin iyundakı durumuna düĢmüĢdü, ancaq onun siyasi komandasının
dünənki üzvləri, hamısı istefada olan Qaydar, Burbulis və Poltoranin ilk andan Ağ evə gedib
prezidentin yanında bulunaraq ona mənəvi-psixoloji dayaq oldular və Yeltsin əsasən onların
hazırladığı planlarla ittifaqpərəst kommunistləri darmadağın etdi...
O zaman (elə indinin özündə də) Elçibəy iqtidarına tutulan ən böyük iradlardan biri də budur ki,
4 iyundan sonra dövlət müĢaviri Arif Hacıyev iĢ yerində ya ümumiyyətlə olmayıb, ya da çox az
olub və bu məhz onunla iĢləyən rayon icra baĢçılarının Surətin qiyamçı qüvvələrinə qarĢı səfərbər
edilməməsiylə nəticələnib. Arif bəylə bu məsələni aydınlaĢdırdıq. Fikrimcə, yalnız keçmiĢ dövlət
müĢavirinin Ģəxsi fəaliyyətinə yox, ümumiyyətlə, qiyam çağındakı ölkəiçi durumla bağlı bir çox
faktlarla zəngin olduğuna, bəzi qaranlıq məsələlərə aydınlıq gətirdiyinə görə dövlət müĢavirinin
söylədiklərini burada geniĢliklə verməyi faydalı saydım.
«4 iyunda gündüz təxminən saat 10-11-də iĢdə olduğum vaxt Gəncə icra hakimiyyətinin
ozamankı baĢçısı Elxan Qədimov mənə zəng vurub dedi ki, Ģəhər qarnizonunda atıĢma gedir.
Mən dərhal baĢ nazir Pənah Hüseynovu axtardım. Dedilər ki, o, Daxili ĠĢlər Nazirliyindədir. Mən
DĠN-lə əlaqə yaradaraq Gəncədə nə baĢ verdiyini soruĢdum. O bildirdi ki, qiyamçı hərbi hissəylə
hökumət qüvvələri arasında atıĢma gedir. Bunadək mənim 4 iyunda Gəncədə nəyinsə baĢ
verəcəyindən həqiqətən xəbərim olmayıb.
Gəncəylə müntəzəm əlaqə saxladım. Həmin saatlarda bir neçə dəfə təhlükəsizlik nazirinin i
müavini Sülhəddin Əkbərlə, baĢ prokuror Ġxtiyar ġirinovla (onlar Gəncədəydilər) danıĢaraq
oradakı vəziyyəti öyrəndim.
4 iyunda təxminən saat 14-də özüm də Gəncəyə yola düĢdüm. Ancaq bundan qabaq Daxili ĠĢlər
Nazirliyinə getdim, orada Ali Sovetin sədri Ġsa Qəmbər, baĢ nazir Pənah Hüseynov və daxili iĢlər
naziri Abdulla Allahverdiyevlə görüĢdüm. Bildirdim ki, mən Gəncəyə gedib prosesləri
normallaĢdırmağa çalıĢacağam. Bu vaxt artıq bəlliydi ki, bəzi dövlət əhəmiyyətli obyektlər tutulub
və dövlət adamları girov götürülüb.
Dəlməmmədliyə kimi getdim, orada məni postda saxladılar. Hökumət qüvvələri bildirdilər ki,
Gəncəyə giriĢ mümkün deyil. Onu da deyim ki, mən Gəncəyə yollanmazdan öncə Tərtərin icra
hakimiyyətinin baĢçısı Sərdar Həmidovla və Goranboyun icra hakimiyyətinin baĢçısı MaĢallah
Abdullayevlə danıĢaraq onların nüfuzu altında olan batalyonların döyüĢ bölgəsində olmayan
hissələrinin bu prosesə cəlb edilməsiylə bağlı tapĢırıq vermiĢdim.
AxĢamtərəfi Dəlməmmədlidən Goranboya getdim. M.Abdullayev və S.Həmidov da oradaydılar.
Mənim qarĢımda ölkənin prezidenti və Ali BaĢ Komandanı Əbülfəz Elçibəyin qoyduğu tapĢırığa -
Gəncə qiyamının lokallaĢdırılması və onun Gəncənin hüdudlarından kənara çıxmaması üzrə iĢə
Goranboy rayon icra hakimiyyətində baĢladım. Təbii ki, mülki Ģəxs kimi mənim bu məsələdə
çətinliklərim vardı, ancaq oradakı adamlar göstəriĢlərimi yerinə yetirirdilər.
Zazalıda - Gəncənin çıxacağında post qurmaq və Gəncədən qiyamçı qoĢunların bu tərəfə
gəlməsinin qarĢısını almaq istiqamətində verilən tapĢırıq yerinə yetirildi. Bir müddət sonra daxili
qoĢunun nümayəndələri də Goranboya gəldi və Zazalıda post quruldu.
Ġyunun 4-ündən 7-sinə kimi Goranboyda oldum və çox təəssüf ki, dəfələrlə təkid etməyimə
baxmayaraq oraya hərbi qurumların, yaxud DĠN-nin yüksək rütbəli heç bir Ģəxsi gəlmədi. Mən
bununla bağlı həm prezidentlə, həm parlamentin sədriylə, həm də baĢ nazirlə (xüsusən baĢ
nazirlə) bir neçə dəfə danıĢmıĢam ki, bu qüvvələrə nəzarət etməyə orada hərbçi lazımdır. Ancaq,
sən demə, Surət Hüseynova rəğbət bəsləyən bir sıra batalyonlar o zaman elə Goranboyun
özündə yerləĢdiyinə görə bundan çəkinən bəzi hərbi rəhbərlər ora gəlməmiĢdilər.
Ayın 6-sında gecə parlamentin sədri Ġsa Qəmbər telefonla mənə bildirdi ki, Goranboyda sənin
həyatınçün ciddi təhlükə yaranıb və girov götürülməyinə Surət Hüseynovun qərargahında
göstəriĢ verilib. O, mənə tövsiyə etdi ki, sənə basqın olsa ya vuruĢ öl, ya da qaç, ancaq əsir
düĢmə. Bildirdim ki, mən sarıdan narahat olmayın - əsir düĢməyəcəyəm.
Həmin gün prezident göstəriĢ verdi ki, Zazalıdakı post Dəlməmmədliyə çəkilsin - təxminən 15-20
km Gəncədən aralı, Goranboya tərəf, Gəncə-Yevlax yolunda. QoĢunlar ora çəkiləndən sonra
bildirildi ki, Surət Hüseynovla danıĢıqlar gedir. Gəncəyə komissiya göndərilib, komissiyada
ağsaqqallar var. Razılıq əldə olunub və Gəncədəki girovlar buraxılacaq.
QoĢunlar Dəlməmmədliyə çəkiləndən sonra daha mənim orada qalmağıma ehtiyac yox idi. Ancaq
buradakı qoĢunlar arasında çaĢqınlıq yaranmasın deyə Goranboyda qalmıĢdım. Mənə Bakıya