Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə61/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   57   58   59   60   61   62   63   64   ...   191

funksiyası daĢıyan bir sıra təcrübəsiz silahdaĢlarını çıxdıqdan sonra bu "komanda" baĢlıca olaraq, 

dövlətə  sədaqəti  ciddi  Ģübhə  doğuran  ünsürlərdən  formalaĢmıĢdı  ki,  onlar  da  öz  Ģəxsi 

mənafelərini  nəzərə  alaraq  bir  çox  hallarda  prinsipsizlik  göstərir,  sərt  məqamlarda  geri  çəkilir, 

gözləmə  mövqeyi  tutur,  hətta  dövlətin  düĢmənləriylə  gizli  alverə  də  girirdilər.  Buna  görə  də 

istənilən  sonluğu  verəcəyinə  inanılmayan  yarımçıq  tədbirlərin  səmərəsiz  nəticələriylə  dövlətin 

nüfuzunu  zərbə  altında  qoymaq  istəməyən  prezident  bir  çox  məsələlərdə,  təbii  ki,  çəkingənlik 

göstərməyə  məcburdu.  Həm  də  o,  ölkə  içində  sabitlik  yaratmağı  xarici  siyasətdəki  uğurların 

baĢlıca  Ģərti  kimi  dəyərləndirdiyinə  görə  cəmiyyətdə  qarĢıdurmalara  yol  verməməyi 

məqsədəuyğun sayırdı.   

TETÇER TARĠXĠ YANLIġLIĞINI ANLADI 

Əbülfəz  bəy  Böyük  Britaniyanın  keçmiĢ  baĢ  naziri  Marqaret  Tetçerə  həmiĢə  xüsusi  ehtiramla 

yanaĢıb.  20  Yanvar  qırğınını  düzgün  dəyərləndirməyən  BuĢ,  Mitteran,  Özal  kimi  dünya 

siyasətçilərinə etiraz bildirən Bəy dərin bir təəssüflə göstərirdi ki, 

"hətta həddən artıq hörmət və 

rəğbət bəslədiyim xanım Tetçer Qorbaçovun əmrini bəyənmiĢdir!"

Sentyabrın  7-sində  həmin  Marqaret  Tetçer  Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəyin  dəvətiylə 



Bakıya  gəldi.  "BritiĢ  Petroleum"  neft  Ģirkətini  təmsil  edən  "dəmir  ledi"nin  gəliĢində  baĢlıca 

məqsəd bu Ģirkətin Azərbaycanla əlaqələrini qurmaqdı.   

Hava  limanında  parlament  baĢçısının  və  digər  yüksək  vəzifəli  dövlət  adamlarının  qarĢıladığı 

baronessanı  saat  17.30-da  prezident  Əbülfəz  Elçibəy  qəbul  etdi.  Bu,  hər  baxımdan  tarixi  bir 

görüĢdü.  Elçibəyin  öndərliyiylə  azadlıq  mücadiləsinə  qalxmıĢ  bir xalqı  vəhĢi ordunun  gülləbaran 

etməsini  2  il  yarım  öncə  ekstremistlərin  qanunauyğun  cəzalandırılması  sayan  Tetçer  ozamankı 

çarpıĢmanın  demokratiya  və  azadlıq  savaĢı  olduğunu  sübuta  yetirmiĢ  qalib  sərkərdənin 

qonağıydı!  2  il  yarım  öncə  az  qala  göz  yaĢları  içində  boğulan  Elçibəyin 

"Babalardan  əziz  bir 

yadigar  kimi  qalan  Vətən  eĢqini  köksündə  gəzdirən  azərbaycanlılar  AZADLIĞIN  iĢığına  doğru 

durmadan yürüyəcək! Bu yürüĢü dünyada heç bir qüvvə saxlaya bilməyəcək!"

 hayqırtısına onda 

bəlkə  də  kinayəli  təbəssümlə  yanaĢan  qonağa  indi  öz  xalqının  qüdrətini  və  iradəsini  nümayiĢ 

etdirən Bəy onu öz tarixi yanlıĢlığıyla üzbəüz qoydu... 

Prezidentlə  Tetçerin  görüĢünə  40  dəqiqə  ayrılmıĢdı,  ancaq  söhbət  o  qədər  maraqlı  və  səmimi 

oldu ki, 1 saat 50 dəqiqə çəkdi.   

Gənc  dövlətimizin  müstəqil  xarici  əlaqələrinin  dünyanın  demokratik  ölkələriylə  qurulacağının 

göstəricisi olaraq həmin axĢam Azərbaycan hökumətiylə "Bi-Pi / Statoyl" alyansı arasında "Çinar" 

yatağının və "ġahdəniz" sahəsinin imkanlarını müəyyənləĢdirmək barədə saziĢ imzalandı (dövlət 

müĢaviri  Sabit  Bağırov  və  Ģirkət  prezidenti  Con  Braun).  Bu,  Azərbaycanın  xarici  ölkələrlə  neft 

üzrə əməkdaĢlığı sahəsində ilk ən ciddi addımıydı və hər Ģeydən öncə, Britaniyanın Azərbaycanın 

müstəqilliyinə verdiyi güclü mənəvi-siyasi dəstəkdi.   

Onu  da  bildirim  ki,  Azərbaycan  tərəfdən  saziĢi  imzalamağı  Sabit  Bağırova  prezident  Əbülfəz 

Elçibəy özü tapĢırmıĢdı. Görünür, prezident tezliklə yaradılacaq Azərbaycan Dövlət Neft ġirkətinin 

rəhbərliyini  də  ona  tapĢıracağını  artıq  özlüyündə  qərara  alıbmıĢ,  buna  görə  də  fərqli  imzaların 



sonra yarada biləcəyi problemlərin qarĢısını elə indidən almağı düĢünüb. Doğrudan da, bir neçə 

gün  sonra  -  13  sentyabrda  ARDNġ  yaradıldı  və  Sabit  Bağırov  Elçibəyin  fərmanıyla  onun 

prezidenti təyin edildi. 

SaziĢin  imzalanmasından  sonra  "Gülüstan"  sarayında  hörmətli  qonağın  Ģərəfinə  ziyafət  verildi. 

Prezident Elçibəy və Tetçer qısa nitq söylədilər. Üzünü Elçibəyə tutan xanım Tetçer dedi ki, 

"hələ 


soyuq müharibə dövründə Sizin kimi adamlar dünyanın düzəlməsiyçün həyatları bahasına çətin 

mübarizə aparırdılar. Tarixi, Ģəxsiyyətlər irəli aparır"

Ertəsi gün - sentyabrın 8-ində M.Tetçer Bakının görməli yerlərini gəzdi, sadə adamlarla görüĢdü. 



Sıravi insanların azadlıq sevgisi onu xüsusən razı saldı və o, azadlığı qorumaqçün demokratiyanı 

dərinləĢdirməyi tövsiyə etdi. 

"Xanım  Tetçer  Bakıda  olarkən  küçələri  gəzdi  ki,  xalqla  danıĢsın.  O,  mənə  dedi  ki,  küçələrdə 

adamlarla söhbətimdə onların azadlığı dərk etdiyini və sevdiyini gördüm; özüm küçəni dəyiĢdim 

ki, bəlkə bunlar öyrədilmiĢ insanlardır, gözlənilmədən baĢqalarıyla danıĢdım, gördüm ki, onlar da 

eyni  sözü  deyir.  Mən  inandım  ki,  Azərbaycan  xalqı  azadlıq  ideyasını  tam  mənimsəyib. 

Demokratiya  idealını  da  tam  mənimsəsə  onda  bu  xalqa  zaval  yoxdur.  Ġndi  xalqı  məhz 

demokratiyaya yiyələndirmək gərəkdir"

. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 

saat üz-üzə", Bakı, 1999, s.28).   

Həmin  gün  vətəninə  dönən  xanım  Tetçer  Bəyə  yazmıĢdı: 

"Hörmətli  prezident!  Sizin  mənə 

göstərdiyiniz  qonaqpərvərliyə  görə  çox  sağ  olun.  Mən  bunu  heç  vaxt  unutmaram.  Bütün 

bunlardan əlavə, mən Sizinlə dünyanın problemləri və onların həll edilməsi haqqında apardığım 

danıĢıqlardan  çox  məmnun  oldum.  Sizin  ölkəni  daha  yaxĢı  tanımaqdan  ötrü  mən  Azərbaycana 

yenə də qayıdacağam"

Sanki  gözəgörünməz  bir  əl  prezidentin  dövlətin  nüfuzunu  qaldırmaq  yolunda  gördüyü  iĢləri 



urvatsız etməkçün səfərbər olundu.   

Elçibəy  iqtidarında  Mühafizə  BaĢ  Ġdarəsinin  rəis  müavini  iĢləmiĢ  polkovnik  Oqtay  Məmmədov 

özünün  "Elçiəy  ilə  otuz  il"  (Ġstanbul,  1999)  kitabında  yazır: 

"Marqaret  Tetçerin  iqamətgahdan 

saat 12-də deyil, 13-də ayrılacağını düĢünən bədxahlar Prezident Aparatı qarĢısında bir tamaĢa 

hazırlamıĢdılar. Saat 13-də Prezident Aparatının qabağına beĢ ədəd yük maĢını gəldi. MaĢınların 

kuzovunda  18  ədəd  eyni  formalı  və  eyni  qara  rəngli  parçaya  bükülmüĢ  tabut  var  idi.  Eyni 

zamanda 100-150 adam peyda oldu və onlar Prezident Aparatına hücum etdilər. Ġçərilərində çox 

fəallıq göstərən 3 qız da var idi. Bu üç qızdan birinin anası hal-hazırda millət vəkilidir və indiki 

iqtidarın  etibar  etdiyi  adamlardan  biridir.  […]  Bu  zaman  mənə  məlumat  gəldi  ki,  tabutların 

əksəriyyəti boĢdur. Camaat da artıq sakitləĢmiĢdi. TəĢkilatçılar oradan uzaqlaĢıb müxtəlif yollarla 

Yasamal  rayonunun  keçmiĢ  Xalq  Nəzarəti  Komitəsi  sədrinin  evinə  tərəf  gedirdilər.  […]  Bu 

hadisədən  müəyyən  müddət  keçmiĢdi.  Bir  gün  Respublika  Sarayında  tədbir  keçirilirdi.  Rəhim 

Qazıyev,  Ġsgəndər  Həmidov  və  mən  istirahət  otağında  oturub  çay  içirdik.  Söhbət  əsnasında 

Rəhim  dedi ki,  tabutları Prezident  Aparatının  qarĢısına  gətirilmiĢ  18  nəfərdən  6-sı heç  ölməyib, 

hal-hazırda Beyləqanda hərbi hissədə xidmət edirlər. 

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə