“H.Əliyev adına nez”-in Modernləşdirilməsi Layihəsi


H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun



Yüklə 16,26 Kb.
Pdf görüntüsü
səhifə38/43
tarix26.01.2018
ölçüsü16,26 Kb.
#22491
1   ...   35   36   37   38   39   40   41   42   43

 
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun 
tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
 
H.Əliyev adına NEZ-in modernləşdirilməsi lahiyəsi, FAZA-1, Bitum qurğusunu Tikinti mərhələsi 
1. İşçilərin və 
Avadanlıqların 
Hərəkəti 
Podratçı bütün personalının, işçilərinin və avadanlıqlarının hər zaman sərhədləri 
işarələnmişəraziləri daxilində qalmasını təmin etməlidir. Personal və ya 
avadanlıqları yerləşdiyi sahəsinin hüdudlarından kənara çıxmaq istəyən zaman 
podratçı/işçi EM-dən icazə almalıdır. 
“H.Əliyev 
adına NEZ” 
və Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 
2. Heyvanat Aləminin 
Qorunması 
Heç bir halda və şəraitdə hər hansı bir heyvan podratçı, onun işçiləri, 
subpodratçıları və ya subpodratçılarının işçiləri tərəfindən tutula, qovula, öldürülə 
və ya maneçilik törədilə bilməz. 
Podratçı və onun işçiləri əraziyə heç bir əhilləşdirilmiş heyvan gətirməməlidir. 
Podratçı ərazinin təmiz, səliqəli və heyvanları özünə cəlb edə biləcək zibil 
tullantılarından təmiz saxlanılmasını təmin etməlidir. 
“H.Əliyev 
adına NEZ” 
və Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 
3. Avadanlıqlara 
Xidmət Göstərilməsi 
və Yanacaqla 
Doldurulması 
Bütün texniki xidmət və təmir işləri bu məqsəd üçün ayrılmış və çirklənmənin 
qarşısını almaq üçün lazımi tədbirlər görülmüş xüsusi yerdə aparılacaqdır.  
Xidmət və yanacaq doldurma yerlərinin döşəməsi dağılmalar və çənlərin daşması 
nəticəsində çirklənmələrdən mütləq qorunmalıdır (ətrafına sədd / xətt çəkilməli). 
Podratçı, sıradan çıxma və qəza təmirləri istisna olmaqla, yağ və ya sürtgü 
yağlarını yalnız razılaşdırılmış və təyin olunmuş yerlərdə dəyişə bilər və hər hansı 
təsadüfi dağılma mütləq dərhal təmizlənməli və götürülməlidir. 
Qəza hallarında Podratçı hər hansı yağ və ya mayenin toplanması üçün damcı 
yığıcı təknələr təmin etməlidir. Maşınları məqbul sayılan vəziyyətlərdə təmir 
edilməlidir.Quraşdırma işlərindəsızması olan və ya dağılmaya səbəb olan hər hansı 
maşın və avadanlığın istifadəsinə icazə verilmir. Bunlar dərhal təmir üçün texniki 
xidmət meydançasına göndəriləcəkdir. 
Sızma olan bütün avadanlıqlar dərhal təmir edilməli və ya ərazidən mütləq 
çıxarılmalıdır. 
Müvəqqəti yanacaq saxlanma çənləri və yanacaq doldurma yerləri də təsadüfi 
dağılmaların qarşısını almaq üçün müvafiq şəkildə səddə alınmış səth üzərində 
yerləşdirilməlidir. Müvafiq axının qarşısını alma tədbirləri mütləq görülməlidir. 
“H.Əliyev 
adına NEZ” 
və Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 
 
EKOLOGİYA İDARƏSİ 
87 


 
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun 
tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 

Səs-küy 
Səs səviyyələri  
Yalnız tələb 
olunan qaydada 
Ən yaxın 
potensial həssas 
qəbuledicilərdə 
bir saatlıq 
fasilələrlə 
müntəzəm 
aparılan 
müşahidə 
Meyarlara əsasən 
qısa müddətə  
Meyarlara əsasən orta 
müddətə  
Təsirin monitorinqi 
Uyğunluğun 
monitorinqi 
Səsin yol verilən hədləri 
aşılarsa, iş 
proseduralarını və səs-
küyə nəzarət, o cümlədən 
avadanlığa texniki 
xidmət, susdurucuların 
quraşdırılması, səs 
maneələrinin təmin 
edilməsi və iş saatlarına 
dəyişiklik edilməsi 
proseduralarını nəzərdən 
EM, Ekoloji 
Mühəndis və 
Podratçı(lar) 
Layihə büdcəsinə daxil 
edilmişdir  
4.Tullantıların İdarə 
Edilməsi 
Qurğuların tikintisi işləri aparılan sahələrdə və düşərgələrdə “leşlə qidalanan heyvanı 
keçirməyən” tullantı qabları ilə təmin edilməlidir. 
Bu qablar içindəki tullantıların küləklə sovrulmasının qarşısını almaq üçün qapaqlarla 
təmin edilməli və tullantıların cəlb etdiyi heyvanların girməsinin qarşısını almaq üçün 
“heyvan keçirməyən” olmalıdır. 
Podratçı bütün işçilərin tullantıları dərhal qoyulmuş zibil qablarına atmalarını təmin 
etməlidir. 
Podratçı hər hansı zibili və ya tullantısını yandıra, yaxud əraziyə ata bilməz. 
Bütün tullantıları, xüsusilə də yuyulmaqla və ya su ilə əlaqəyə girməklə səth və ya 
yeraltı  suların  keyfiyyətinə  təsir  göstərə  biləcək  tullantı  və  ya  məhsulları  yalnız 
qeydiyyata alınmış tullantı idarəetmə obyektinə/zibilxanaya atılmalıdır. 
Podratçı öz fəaliyyəti nəticəsində ərazisində və ya onun yaxınlığında olan yeraltı və 
yerüstü  su  hövzələrinin  çirklənməsinin  qarşısını  almaq  üçün  lazımi  tədbirlər 
görməlidir. 
Alətlərin və ya hər hansı digər cihazın təmizlənməsi üçün heç bir təbii su hövzəsindən 
istifadə edilməməlidir. Buraya yuyunma, paltarların yuyulması və s. də daxildir. 
Bütün yuma əməliyyatları ərazidən kənarda, tullantı suların qəbul edilən şərtlərlə atıla 
biləcəyi yerdə aparılmalıdır. 
Heç bir maye dağıntısı şlanqla sel suları drenajına və ya təbii ətraf mühitə axıdıla 
bilməz. 
 
“H.Əliyev 
adına NEZ” 
və Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 
 
EKOLOGİYA İDARƏSİ 
88 


 
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun 
tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
5. Təhlükəli 
Materiallar 
Podratçı neft, kimya,  zərərli  və təhlükəli maddələrin  və materialların saxlanılması, 
daşınması, istifadəsi və atılması üzrə bütün milli, regional və  yerli qanunvericiliyin 
tələblərinə riayət etməlidir. 
Podratçı  bundan  əlavə  sahədə  bu  materiallarla  işləyən  bütün  işçi  heyətin  onun 
düzgün istifadəsi, daşınması və atılması qaydaları üzrə təlim və maarifləndirilməsinə 
görə məsuliyyət daşıyacaqdır.  
Podratçı  neft  məhsullarının  dağılması  və  ya  axması  üzrə  qəza  proseduralarını 
hazırlamağa görə məsuliyyət daşıyacaqdır.  
Təhlükəli  materiallar  işlər  başlanana  qədər  təhlükəli  materiallar  üçün  xüsusi 
saxlanma  obyektində  təhlükəsiz,  zərərsiz  şəraitdə  və  ciddi  nəzarət  altında 
saxlanılmalıdır. 
Ərazidə  bütün  neft,  kimya,  zərərli  və  təhlükəli  tullantılar  mütləq  müvafiq,  yaxşı 
vəziyyətdə olan xüsusi qablarda saxlanılmalıdır. 
Dizel  və  digər  zəhərli  həlledicilərin  daşınması  zamanı  dağılmaları  minimuma 
endirmək üçün həddən artıq ehtiyatlı olmaq lazımdır. 
“H.Əliyev 
adına NEZ” 
və Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 
6.Yanğın 
Podratçı ərazidə aparılan işlər nəticəsində yanğınların yaranmamasını təmin etmək 
üçün bütün lazımi tədbirlər görməlidir. 
Qaz və maye yanacaqları eyni saxlanma ərazisində saxlanıla bilməz. 
Personalın  yanğına  qarşı  profilaktika  və  mübarizə  proseduraları  barədə  təlimlərin 
keçirilməsi.
 
“H.Əliyev 
adına NEZ” 
və Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 
7. Atmosfer Havası 
və Toz 
Podratçı tozun yaranmasının və tozun vurduğu ziyanın məhdudlaşdırılması üçün EM 
və Ekoloji Mühəndisi qane edəcək lazımi tədbirlə görməlidir.
 
Yollarında yaranan tozların idarə edilməsi təmin olunmalıdır. 
Havaya  atılan  emissiyaların  minimuma  endirilməsi  üçün  maşın  və  avadanlığa 
düzgün qaydada texniki xidmət olunmalı və örtülməlidir. 
Yaşayış  yerlərinə  yaxın  sahələrdə  maşınların  hərəkəti  nəzarətdə  saxlanılacaqdır. 
Əgər lazım olarsa riskləri azaltmaq üçün hərəkəti məhdudlaşdırılacaqdır
 
“H.Əliyev 
adına NEZ” 
və Podratçı 
Layihə 
büdcəsinə 
daxil 
edilmişdir 
 
EKOLOGİYA İDARƏSİ 
89 


Yüklə 16,26 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə