44
Cari strategiyanın aydınlaşdırılması ona görə çox vacibdir ki, təşkilatın hansı
vəziyyətdə yerləşdiyi və onun hansı strategiyaları reallaşdırdığı haqda dəqiq
təsəvvürə malik olmadan gələcək haqqında qərar qəbul etmək mümkün deyildir.
Cari strategiyaların aydınlaşdırılmasının müxtəlif sxemləri istifadə oluna bilər.
Mümkün yanaşmalardan biri Tompson və Strikland tərəfindən təklif olunmuşdur
(32, s.120-121). Onlar hesab edirlər ki, reallaşdırılan strategiyanı aydınlaşdırmaq
üçün qiymətləndirilməsi zəruri olan hərəsi 5 maddədən ibarət xarici və daxili
amillər mövcuddur.
Xarici amillər sırasına aşağıdakıları aid etmək olar:
- firmanın fəaliyyətinin genişliyi və istehsal olunan məhsulun dərəcəsi, firmanın
diversifikasiyalılığı;
- firmanın yaxın vaxtda əldə etdiklərinin ümumi xarakteri və təbiəti, onun
tərəfindən öz mülkiyyətinin bir hissəsinin satışı;
- son dövr ərzində firmanın fəaliyyətinin strukturu və istiqamətliliyi;
- son dövrdə firmanın yönəldiyi imkanlar;
- xarici təhdidlərə münasibət.
Daxili amillər sırasına isə aşağıdakıları aid etmək olar:
-firmanın məqsədləri;
- resursların bölgüsü meyarı və istehsal olunan emal üzrə kapital qoyuluşunun
mövcud strukturu;
- rəhbərlik tərəfindən olduğu kimi, həm real praktikaya və həm də həyata
keçirilən maliyyə siyasətinə uyğun olaraq maliyyə riskinə münasibət;
- ETTKİ sahəsində qüvvələrin təmərküzləşməsi səviyyəsi və dərəcəsi;
- ayrı-ayrı funksional sferaların strategiyası(marketinq, istehsal, kadrlar,
maliyyə, elmi tədqiqatlar və işləmələr).
Strategiyanın seçilməsi zamanı ilk növbədə nəzərə alınmalı olan əsas amillər
aşağıdakılar sayılır:
1. Sahənin vəziyyəti və sahədə firmanın mövqeyi bəzi strategiyanın
seçilməsi zamanı firmanın artımı həlledici rol oynaya bilər. Aparıcı, güclü firmalar
onların liderlik vəziyyətindən doğan imkanların maksimal istifadəsinə və onun
45
vəziyyətinin möhkəmlənməsinə can atmalıdırlar. Lider firmalar sahənin
vəziyyətindən asılı olaraq müxtəlif artım strategiyaları seçməlidirlər.
Tompson və Strikland (32, s.47) məhsula bazar artımının dinamikasından asılı
olaraq strategiyanın aşağıdakı seçim matrisinin və firmanın rəqabət mövqeyini
təklif edirlər (Şəkil 2.).
2. Firmanın məqsədi hər bir konkret firmaya strategiyanın seçimində nadirlik və
originallıq verir. Məqsədlərdə firmanın can atdıqları əksini tapıb.
Bazarın sürətli artımı
Bazarın yavaş artımı
Şəkil 2. Bazarın yavaş artımı
3.Yuxarı rəhbərliyin maraqları və münasibəti firmanın inkişaf strategiyasının
seçilməsində çox böyük rol oynayır. Məsələn, elə hallar olur ki, yuxarı rəhbərlik,
hətta yeni perspektivlər açılsa belə, onlar tərəfindən əvvəl qəbul edilən qərarlara
yenidən baxmaq istəmirlər.
4. Firmanın maliyyə resursları strategiyanın seçimində əhəmiyyətli dərəcədə
təsir göstərir. Yeni bazarlara çıxış, yeni məhsulun işlənib hazırlanması və yeni
sahəyə keçid kimi firmanın davranışında istənilən dəyişikliklər daha çox maliyyə
xərcləri tələb edir.
II Strategiya kvadrantı
1.Təmərküzləşmə
strategiyasına yenidən baxış
2.Üfüqi inteqrasiya
3.İxtisar
4.Ləğvetmə
III Strategiya kvadrantı
1.Xərclərin ixtisarı
2.Diversifikasiya
3.İxtisar
4.Ləğvetmə
I Strategiya kvadrantı
1.Təmərküzləşmə
2.Şaquli inteqrasiya
3.Mərkəzləşmiş
diversifikasiya
IV Strategiya kvadrantı
1.Mərkəzləşmiş
diversifikasiya
2.Konqlomerat
diversifikasiya
3.Yeni sahədə birgə
müəssisə
46
5. İşçilərin ixtisaslaşması da maliyyə resursları kimi inkişaf strategiyasının
seçilməsi zamanı güclü məhdudlaşdırıcı amil sayılır.
6. Firmanın əvvəlki strategiyalar üzrə öhdəlikləri inkişafda hansısa süstlük
yaradır. Yeni strategiyalara keçidlə əlaqədar bütün əvvəlki öhdəliklərdən tam
imtina etmək qeyri-mümkündür.
7. Xarici mühitdən asılılıq dərəcəsi firmanın strategiyasının seçiminə
əhəmiyyətli təsir göstərir.
8. Vaxt amili strategiya seçiminin bütün hallarında mütləq diqqət mərkəzində
saxlanmalıdır.
Əgər strategiya firmanın məqsədlərinə uyğundursa, onda onun gələcək
qiymətləndirilməsi aşağıdakı istiqamətlər üzrə aparılır:
1. Seçilmiş strategiyanın ətraf mühitin vəziyyətinə və tələbatına uyğunluğu.
Bu zaman strategiyanın ətraf mühitin əsas təsərrüfat subyektlərinin tələbləri ilə nə
dərəcədə əlaqələndirilməsi yoxlanılır, bazar dinamikası amilləri və məhsulun həyat
tsiklinin inkişaf dinamikası nə dərəcədə nəzərə alınır, strategiyanın reallaşdırılması
yeni rəqabət üstünlüklərinin meydana çıxmasına gətirib çıxaracaqmı suallarına
cavab tapmır.
2. Seçilmiş strategiyanın firmanın potensialına və imkanlarına uyğunluğu.
Bu halda seçilmiş strategiyanın digər strategiyalar əlaqələndirmə səviyyəsi
qiymətləndirilir, strategiyanın heyətin imkanlarına uyğunluğu müəyyən edilir,
mövcud strukturun strategiyanın uğurla aparılmasına təsir dərəcəsi hesablanır.
3. Strategiyaya qoyulan riskin qəbuledilənliyi. Riskin özünü doğrultma
dərəcəsinin qiymətləndirilməsi üç istiqamət üzrə aparılır:
- strategiyanın seçiminin əsasına qoyulmuş zəminlər realdırmı;
- strategiyanın uğursuzluğu firma üçün hansı neqativ nəticələrə gətirib çıxara
bilər;
- riskin mümkün müsbət nəticəsi strategiyanın reallaşdırılmasındakı
uğursuzluqdan irəli gələn itkini doğruldacaqmı.