7
- təşkilatın bütün hissələrini tam şəkildə birləşdirir və təşkilatın əsas
cəhətlərini əhatə edir;
- təşkilatın uzunmüddətli planıdır və təşkilatın planlarının bütün
hisssələrinin birgəliyini təmin edir;
- təşkilatın mövcudluğuna dair əsas suallara cavabdır;
- təşkilatın daxili zəif və güclü cəhətlərinin idarəetmə baxımından təhlilidir;
- təşkilatm xarici mühitində onım inkişafına kömək edə biləcək imkanların,
dəyişikliklərin və gözlənilən təhlükələrin müəyyənləşdirilməsidir;
- ictimai, siyasi mübarizə rəhbərliyin sənətidir, eləcə də düzgün və
uzunmüddətli proqnozlara əsaslanan rəhbərliyin sənətidir;
- xarici mühitdəki dəyişikliklərə təşkilatın reaksiyasıınn qabaqcadan
planlaşdınlmasıdır.
İqtisadi ədəbiyyatda bəzən strategiya aşağıdakı cəhətlərin məcmusu kimi də
xarakterizə edirlər (24):
- fəaliyyət planı;
- rəqiblərə (düşmənlərə) kələk gəlməyə yönəldilmiş fəaliyyət;
- fəaliyyət qaydası;
- ətraf mühitdə mövqe;
- perspektiv.
Strategiyada aşağıdakı tələblərə müvafiqlik gözlənilməlidir:
- mühüm məqsədlərin strategiyada əks olunması;
- təşəbbüskarlığın tərəfində durma;
- əsas səyləri zəruri vaxtda lazım olan yerdə birləşdirmək;
- maksimum nəticələr əldə etınək üçün minimum ehtiyat sərfinin çevik
davranış forması kimi nəzərdə tutulması;
- rəhbərlikdə koordinasiyanın gözlənilməsi;
- ehtiyatlarla təminat.
İ.Ansoffa görə [21] strategiya - təşkilatın öz fəaliyyətində rəhbər tutduğu
qərarları həyata keçirmək üçün istifadə etdiyi və aşağıdakı kimi qruplaşdırılan
qaydalann məcmusudur.
8
1. Mövcud fəaliyyətin və gələcək (perspektiv) fəaliyyətin noticələrini
qiymətləndirmək üçün istifadə olunan qaydalar.
2. Firmanm ətraf mühitlə münasibətini müəyyənləşdirən qaydalar (biznes
strategiyası). Bu qaydalann köməyi ilə hazırlanacaq məhsul növləri, işləniləcək
texnologiya, əmtəələrin kimə və hara satılması, rəqiblər üzərində hansı üsullarla
üstünlük qazanılması müəyyənləşdirilir.
3. Təşkilatdaxili münasibətləri və proseduralan müəyyən-ləşdirən qaydalar
(təşkilati müddəalar).
4. Firmanm gündəlik fəaliyyətini müəyyənləşdirən qaydalar.
Başqa bir qrup iqtisadçıların fikrincə, istənilən müəssisədə, onun
“məskunlaşma” mühitindən asılı olmayaraq istehsal-kommersiya fəaliyyətinin
müəyyən strategiyasını aşkar etmək olar (24). Onlar həmin müəssisənin yaşayış
maraqlarını əks etdirən qərarların qəbulundakı yanaşmalarda, resursların
bölgüsündəki qaydalarda, istehsal-kommersiya prioritetləri sistemində, münaqişəli
halların həlli qurulan prinsiplərdə və s. meydana çıxır. Strategiya ən azı ona görə
olmalıdır ki, təşkilatlanmış biznes daim olaraq öz kursunu dəyişə bilməsin,
yüzfaizli çevik ola bilməsin və təsərrüfat sferasındakı dəyişikliklərə ani
dəyişikliklərlə reaksiya verməsin. Biznes strategiyası- kifayət qədər davamlı tarixi
intervalda istehsal-kommersiya təşkilatının davranışının tamamilə müəyyən və
nisbətən sabit xəttini şərtləndirən fəaliyyət tərzidir.
Strateji idarəetməni firma və şirkətlərin baş kursu, uzunmüddətli fəaliyyət
proqramı kimi səciyyələndirən prof. T.Ə.Quliyevin təbirincə, strateji idarəetmə
uzunmüddətli planlaşdırma, məqsədli layihənin hazırlanması, strateji vəzifələrin
müəyyən edilməsi və onların müddət və əhəmiyyət baxımından ranjirovkası,
vəzifələrin
icrası
üzərində
nəzarət,
ayrı-ayrı
inkişaf
meyllərinin
proqnozlaşdırılması, inkişaf aloqirtminin müəyyən edilməsi kimi vacib
problemlərdən ibarətdir (15, s.576). Alimin fikrincə, firmaların strategiyaları
keyfiyyətli olmalı, elmi metodlogiyaya, prioritetliyə, aydın və real məqsədlərə,
potensiala, insan amilinə əsaslanmalıdır.
9
“Biznesin inkişaf strategiyası” anlayışının daha geniş şərhinə ehtiyac vardır.
Biznesin strateji vəzifələri bütün strateji dövr ərzində yekun taktiki qərarların
yüksək ehtimalla meydana çıxdığı şəraitin yaradılması kimi şərh oluna bilər. Eyni
zamanda strateji inkişafın formalaşması və reallaşması prosesinin təhlili zamanı
təkcə, “tədqiqat”, “konstruktiv” və “distributiv” mərhələləri kifayət deyildir.
Strategiyanın həyat tsiklinin bütün mərhələlərinin təhlili, həm strategiyanın
formalaşdırılması prosesi, həm də onun məntiqi sonluğa qədər çatdırılmış taktiki
təzahürü kimi tədqiqi tələb olunur.
Sistemə təsir göstərən alimlərin təsnifatına mövcud yanaşmalarda adətən
aşağıdakı təsnifatlar üstünlük təşkil edir: xarici və daxili; obyektiv və subyektiv;
“qabaqcadan görünən” və riskin təhlilinin təcrübədən qabaq mövcud olan
mərhələdəki amillər; əhəmiyyətli və ikinci dərəcəli; daimi və müvəqqəti; ümumi
və spesifik, ekstensiv və intensiv; kəmiyyət qiymətləndirilməsinə qapılan və
qapılmayan və s. amillər.
Azərbaycanın spesifik xüsusiyyətləri nəzərə alınmaqla biznesin inkişafına
təsir göstərən amillərin təsnifatını aşağıdakı kimi vermək olar (Sxem 1).
Biznesin inkişafına təsir göstərən amillər
İqtisadi sistemin idarə edilməsi ilə bağlı amillər
Sxem 1. Biznesin inkişafına təsir göstərən amillərin təsnifatı
Ətraf mühitin təsiri ilə bağlı
amillər
Sistemin fəaliyyətindən
asılı olmayan amillər
Sistemin fəaliyyətindən
asılı olan amillər
Makroiqtisadi
amillər
Hüquqi
amillər
Əmtəə bazarlarının
vəziyyətinin dəyişməsi
Obyektiv
təbiət amilləri
Rəqabət
Yeni qərarlara
bazarın
reaksiyası
Həm inkişaf, həm də onun olmadığı
prosesdə meydana çıxan amillər
Yalnız inkişafın gedişində təsiri
meydana çıxan amillər