“Hərbi bilik”.-2009.-№3.-S.102-111
Azərbaycan Ali Hərbi
Dənizçilik Məktəbinin qısa tarixi
Mayor İsmayıl İSFƏNDİYAROĞLU
Azərbaycan xalqının qәdim vә zәngin tarixi әnәnәlәri var. Hәmin әпәnәlәrdәn biri dәnizçiliklә bağlı
olmuşdur. Bu әnәnә heç vaxt unudulmamışdır. Əksinә daha çox qol-budaq ataraq hәr bir Azərbaycan gәnci
üçün örnәk olmuşdur.
Milli hərbi donanma quruculuğunda böyük rolu olmuş AAHDM 70 illik hərb tarixinə malikdir. Ötən dövr
ərzində mürəkkəb, ziddiyyətli və eyni zamanda şərəfli bir yol keçmişdir. Bu dövr bir neçə mərhələyə bölünür və hər
mərhələnin özünəməxsus əhəmiyyəti var. Azərbaycanın dəniz tarixinə və dəniz hərb tarixinə nəzər salsaq,
neçə-neçə tarixi həqiqətləri öyrənə bilərik. Hələ 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan
olunduqdan sonra dövlət quruculuğu işinin çox mürəkkəb və çətin bir dövründə Silahlı Qüvvələrin və onun tərkib
hissəsi kimi Hərbi Dəniz Donanmasının yaranmasına xüsusi əhəmiyyət verilmişdir. Həmin ilin iyun ayında
Gəncədə türk zabitlərinin yaxından köməyi ilə gizirlər hərbi məktəbi açılmışdır (həmin ilin noyabr ayında hərbi
məktəbə çevrilmişdir) və oktyabr ayının 23-də Müdafiə Nazirliyi yaradılmışdır. 1919-cu il yanvar 15-də Baş
Qərargahın şöbələri təsis olunmuş, iyun ayında Dövlət Müdafiə Komitəsi, avqust ayında isə Azərbaycan Xəzər
Hərbi Donanması yaradılmışdır. О vaxtdan 80 il keçir. Bu dövrdə ali hərbi dənizçilik təhsili almış azərbaycanlı
zabit kadrı yox idi. Yalnız 2 gəminin - "Ərdəhan" və "Astarabad" gəmilərinin komandirləri azərbaycanlı idi (dəniz
xidmət kapitanı Həsən Çilingərzadə və ştabs-kapitan Kitançizadə). Azərbaycan Donanmasının gəmiləri öz milli
bayrağı altında üzməyə başlamışdır (Ərdəhan, Astarabad, Qars, Göy-təpə, Araz, Nargin, Oryol, Puşkin).
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut edir və Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin
bazası əsasında Azərbaycan Qızıl Donanması yaranır.
1920-ci ilin yayında kiçik gəmilərdən ibarət Kür Hərbi Dəniz Donanması təşkil edilir. Bu donanma milli
azadlıq hərəkatını boğmaq məqsədi ilə yaradılmışdı.
Sovet dövründə Bakı Mülki Dənizçilik Məktəbinin bazasında Bakı Uzaq Okeanda Üzmə Məktəbi və
sonralar Bakı Su Nəqliyyat Texnikumu təsis olunmuşdur. 1930-cu il sentyabrın 1-də bu texnikum Bakı Dənizçilik
Texnikumuna çevrilmişdir. Texnikumun 1920-ci il məzunları arasında Xəzər dənizi üzrə ilk alim, Azərbaycan EA
müxbir üzvü, professor К.G.Gül, ilk azərbaycanlı kapitan qadın Ş. Ş. Səlimova olmuşdur.
1930-cu illərdə kəskinləşən beynəlxalq münasibətlər SSRİ-ni daha güclü Hərbi Dəniz Qüvvələri yaratmağa
məcbur etmişdir. 1939-cu ilin yayında Bakıda Xəzər Hərbi Dənizçilik Məktəbi yaradılmış və həmin il məktəbin
1-ci kursuna 675 nəfər müdavim qəbul olmuşdur. 1940-cı il iyunun 5-də məktəbin statusu artırılmış və "Xəzər Ali
Hərbi Dənizçilik Məktəbi" adlandırılmışdır. Həmin ilin yayında Bakıda 7 saylı xüsusi hərbi dənizçilik orta
məktəbi də yaradılmışdır. Lakin 1941-ci il iyun ayının 22-də Böyük Vətən müharibəsi başlanır. Məktəbin
komandanlığı qarşısında Hərbi Dəniz Qüvvələri üçün qısamüddətli, sürətli proqram əsasında komandir kadrları
hazırlamaq kimi mühüm tapşırıq qoyulur. Yaranmış çox mürəkkəb hərbi-siyasi vəziyyətdə 1941-ci ilin sentyabr və
oktyabr aylarında məktəbin ilk fövqəladə buraxılışı olmuşdur.
1941 -1945-ci illərdə Bakı SSRİ-də hərbi dəniz kadrları hazırlayan əsas mərkəz olmuşdur. Bu illər ərzində
Bakıda Xəzər Hərbi Donanmasının Birləşmiş Məktəbi, dənizdə üzmə məktəbi, dəniz texnikumu, donanma ixtisası
üzrə müxtəlif təkmilləşmə kursları fəaliyyət göstərmişdir. Cəbhə üçün 3 min nəfərdən çox mütəxəssis
hazırlanmışdır. Almaniya ilə müharibə qurtardıqdan sonra məktəbin yetirmələri Uzaq Şərqdə Yaponiya ilə
müharibədə döyüş əməliyyatlarında fəal iştirak etmişlər. Nümunəvi xidmətlərinə görə SSRİ-nin Ali Soveti Rəyasət
Heyəti adından 1945-ci ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə hərbçiliyin şərəf və şöhrət rəmzi olan "Qırmızı
Bayraq" ordeni verilmişdir. Məktəbin məzunlarının 20 nəfəri ən yüksək ada — Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülmüşdür. Onlardan 2 nəfəri bu fəxri adı iki dəfə qazanmışdır. 100 nəfərdən çoxu admiral və general
rütbəsinə qədər yüksəlmişdir. Onlardan həmyerlimiz vitse-admiral Həmid Həbib oğlu Qasımbəyovu,
vitse-admiral Şahin Sultanovu, general-leytenant Rövşən Əkbərovu, kontr-admiral Rafiq Əsgərovu,
general-mayor Mirzə Almasovu, general-mayor Əli Kazımovu və general-mayor Vidadi Əliyevi göstərmək
olar.
1950-ci ildə məktəbdə xarici ölkələrin hərbi dəniz qüvvələri üçün kadrlar hazırlayan xüsusi fakültə
yaradılmışdır. Məktəbin məzunlarından 260 nəfəri alimlik dərəcəsi almışdır. 1959-1990 - cı illər ərzində 32 ölkədən
gələn 6 min dənizçi zabit məktəbi müvəffəqiyyətlə bitirmişdir. Bu xidmətlərinə görə məktəb ADR, Vyetnam,
Kuba, Bolqarıstan dövlətlərinin ordenləri ilə təltif olunmuşdur. Qazandığı böyük nailiyyətlərə görə 1969-cu ildə
məktəbə "Qırmızı Bayraq" ordeni verilmişdir. Azərbaycanlı zabitlərin sayı az idi. 1970-ci illərin əvvəllərindən
etibarən hərbi məktəblər üçün müdavimlərin hazırlanmasına böyük diqqət yetirilmişdir. 1971-ci ildə Heydər
Əliyevin təşəbbüsü ilə 2 saylı səkkizillik internat məktəbinin bazasında ali hərbi məktəblərə qəbul üçün xüsusi
kontingent hazırlayan ixtisaslaşdırılmış məktəb (indiki C.Naxçıvanski adına Hərbi Lisey) yaradılmışdır. Bu məktəbi
bitirən gənclər ölkənin müxtəlif ali hərbi məktəblərinə daxil olmuşlar. 1939-1992 - ci ilə qədər məktəbin 15080
məzunu olmuşdur. 1974-1992 - ci illər ərzində məktəbi 88 nəfər azərbaycanlı bitirmişdir. Keçmiş Xəzər
donanmasının dörddə bir hissəsi Azərbaycana verilmişdi. Respublikanın rəhbərliyi qarşısında bu qüvvələrin bazası
əsasında keyfiyyətli və döyüşə hazır olan, dənizdən hər hansı hücumun qarşısını alan, bütövlükdə Azərbaycanın
dəniz sərhədlərini müdafiə etmək qabiliyyətinə malik olan Hərbi Dəniz Qüvvələrini yaratmaq kimi çox mühüm bir
vəzifə qoyulmuşdu. Zəruri ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 28 saylı 3 iyul 1992-ci il tarixli fərmanı ilə Kirov adına Qırmızı Bayraqlı Xəzər Ali
Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyinə verilmişdir və Bakı
Ali Hərbi Dənizçilik Məktəbi adlandırılmışdır. Məktəbin ilk rəisi 1-ci dərəcəli kapitan E. O. Hüseynov olmuş və
ona müstəqil Azərbaycan Respublikasının ilk kontr-admiral rütbəsi verilmişdir.
1992-ci ildə ilk dəfə Azərbaycan Respublikasının Hərbi Andını qəbul etmiş gənclər məktəbin birinci
kursuna qəbul olmuşlar. Az müddətdə yeni kafedralar, bölmələr yaradılmış, tədris prosesi günün tələblərinə cavab
verən yüksək səviyyədə qurulmuşdur. Məktəbdə zabit kadrlan üç fakültədə 21 ixtisas üzrə hazırlanırdı. Bununla
yanaşı bir sıra yeni tapşırıqları həll etmək lazım gəlirdi. Müdafiə Nazirliyinin sifarişi ilə cəbhənin ehtiyacını
ödəmək məqsədilə bir neçə qrup zenit atıcıları hazırlanmışdır. Zabitlərin yenidən hazırlanması ilə bağlı kurslar
təşkil olunmuşdu. 3 fakültə, 20 kafedra yaradılmış və 21 ixtisas üzrə zabit kadrlarının hazırlığına başlanılmışdır.
Söz yox ki, Silahlı Qüvvələrin yaranması böyük təcrübə və bilik tələb edir. Bu məsələni yaxşı anlayan BAHDM
komandanlığı Sovet Donanmasında xidmət etmiş zabitlərin təcrübəsindən səmərəli istifadə etməyə başlamışdır.
Müqavilə əsasında 1993-cü ildə Xəzər Dəniz Neft Qaz Donanması üçün mütəxəssislər hazırlamaq
məqsədilə yeni fakültə təşkil edilmiş və burada ixtisaslı dəniz kadrlarının hazırlanmasına başlanılmışdır. 1998-ci
ildə həmin mütəxəssislərin 3 ixtisas üzrə ilk buraxılışı olmuşdur. 1997-ci ildən miçmanlar kursu fəaliyyət göstərir.
Bu günə kimi 20-yə yaxın buraxılış olmuşdur.
1997-ci ildən Türkiyə Respublikası ilə hərbi sahədə qurulan əməkdaşlıq nəticəsində NATO standartlarına
uyğun tədris planları tərtib olunmuş-dur. 1998-ci ildən başlayaraq məktəb məzunu olan gənc zabitlər və yuxarı kurs
kursantları yay dəniz-gəmi təcrübəsini Türkiyə Respublikasının HDQ gəmilərində keçirirlər. 1999-cu ilin noyabr
ayında "Dalğıc" və "Sualtı müdafiə" ixtisas kursları üzrə ilk məzunlar həyata vəsiqə almışlar. 1992-2007 - ci illər
ərzində məktəbin 21 ixtisas üzrə 1600-ə yaxın məzunu olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2001-ci il tarixli "Azərbaycan Respublikası Ali Hərbi
Məktəbinin adları haqqında" fərmanı ilə BAHDM Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırılmışdır.
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin əsas vəzifəsi Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün yüksək
ixtisaslı, ruhən sağlam, fiziki cəhətdən güclü, bacarıqlı və vətənpərvər dənizçi zabiti yetişdirməkdir. Dənizçilik
məktəbində ауrıса 12 ixtisas üzrə miçmanlar kursu fəaliyyət göstərir. Başqa sözlə, AAHDM HDQ üçün mütəxəssis
hazırlayan yeganə təlim-tədris qurumudur. Azərbaycan Ali Hərbi Məktəblər sistemində hal-hazırda 5 illik tədris
sistemi mövcuddur. Dənizçilik məktəbində 1-ci kursda kursantlar ixtisaslara bölünür. 4-cü kursu bitirdikdən sonra
kursantlara bir il davam edən ixtisas kursları verilir. Kursantlar öz təcrübələrini 1-ci və 2-ci kursun sonunda Hərbi
Dəniz Qüvvələrinin gəmilərində, 3-cü kursun sonunda Türk Dəniz Harp Okulu kursantları ilə birlikdə Egey, Aralıq
dənizi və başqa xarici limanlarda keçirirlər. 4-cü kursu bitirib məzun olduqdan sonra isə Türkiyədə Dəniz Qüvvələri
Komutanlığının müxtəlif gəmilərində təcrübə qazanırlar. AAHDM-də tədris ili iki semestrdən ibarətdir. Bir
semestr ərzində hər fənn üzrə ara sınaq və yekun imtahanları keçirilir.
Hazırda AAHDM-də 3 istiqamət mövcuddur:
1. Dəniz texnikası və gəmiçilik (mexanik, şturman).
2. Avtomatika və idarəetmə (artilleriya).
3. Radiotexnika (rabitə).
2002-ci ildə dənizçiliklə əlaqədar yüksək qurumlarla birgə koordinasiya şəraitində akademik proqram
hazırlanmışdır. Bu proqram Təhsil və Müdafiə Nazirliyində təsdiq olunmuşdur. Yeni proqram 2003-2004 - cü
təlim-tədris ilindən etibarən qüvvəyə minmişdir. Yeni proqramla məzun olan kursantlar Azərbaycan Universitetləri
tərəfindən qəbul edilən bakalavr səviyyəsində diploma sahib olurlar.
Mövcud duruma görə təlim-tədris-tərbiyə fəaliyyəti 3-cü kursdan başlayaraq məktəbin tədris bölməsi
tərəfindən təşkil edilir və kafedraların rəhbərləri tərəfindən icra olunur.
AAHDM-də müxtəlif ixtisaslar üzrə 4 kafedra fəaliyyət göstərir.
HƏRBİ DƏNİZ FƏNLƏRİ KAFEDRASI
Bu kafedrada silahlardan istifadə, onların istismarı və hərbi taktika haqqında biliklər verilir, eyni zamanda
xarici (ingilis) dil, hərbi psixologiya və pedaqogika, Azərbaycan tarixi, hüquq, sosiologiya, mikro və
makroiqtisadiyyat kimi dərslər keçirilir. Təlim-tədris prosesi əsas binaların sinif və laboratoriyasında, silah
pavilyonunda həyata keçirilir.
GƏMİÇİLİK KAFEDRASI
Azərbaycan HDQ-də şturman adlanan və türk donanmasında seyir hərəkət zabiti kimi tanınan zabitlərin
hazırlanmasında cavabdeh olan kafedradır. Burada naviqasiya, astronaviqasiya, naviqasiya cihazları və
sistemlərindən istifadə qaydaları ilə bağlı fənlərdən dərslər keçirilir. Sinif və laboratoriyaların böyük əksəriyyəti
əsas binada yerləşir. Dərslərin bir qismi 5 saylı tədris korpusunda və planetariyada keçirilir.
SUÜSTÜ GƏMİLƏRİN RADİOTEXNİKA VƏ
RABİTƏ VASİTƏLƏRİ KAFEDRASI
Bu kafedra radiotexnika və rabitə ixtisası üzrə bütün dərslərin keçirilməsinə cavabdehdir. Təlim-tədris
prosesi əsas binanın sinif və laboratoriyasında, eyni zamanda silah pavilyonunda həyata keçirilir.
GƏMİ ENERJİ QURĞULARI KAFEDRASI
Bu kafedrada gəminin mexaniki hissələri, elektrik avadanlığı, gəmi dizeli, dizel elektrik qurğuları ilə bağlı
müxtəlif dərslər keçirilir. Geniş imkanlara sahib olan bu kafedranın laboratoriyaları və dalğıc poliqonu da var.
AAHDM-də tədrislə bağlı bir sıra bölmələr də fəaliyyət göstərməkdədir: məktəb kitabxanası, məktəbin ehtiyaclarını
ödəyə bilən cizgi bürosu. Bundan başqa müxtəlif sənədlərin, dərs kitablarının və əsərlərin qorunduğu kitabxanalar
da tədris bölməsinə bağlıdır. Məktəbdə həmçinin gəmiçilik təcrübəsi ilə bağlı idman yarışları və müxtəlif dərnəklər
fəaliyyət göstərir. Mövcud üzmə hovuzu, o cümlədən qapalı idman kompleksi yenidən təmir olunmuşdur.
MƏKTƏBİN SON 10 İLDƏ ƏLDƏ ETDİYİ TƏCRÜBƏ
AAHDM-də dövlət təhsilinin müxtəlif istiqamətlərində ixtisasların standartlaşması, ölkənin aparıcı texniki
ali təhsil müəssisələri ilə əməkdaşlıq əsasında səviyyəli mütəxəssislərin tədrisə cəlb edilməsi üzrə təcrübə
toplanılmışdır.
Tədris proqramlarının işlənib hazırlanmasında yaxşı təcrübə əldə edilmişdir. Məktəbdə tədris prosesi
1999-cu ildən yeni tədris proqramı əsasında aparılır və 2003-cü ildə tədris proqramı yenidən təkmilləşdirilmişdir.
Ölkədə hərbi təhsil haqqında yeni qanun olmasa da Təhsil Nazirliyi ilə əməkdaşlıq nəticəsində zəruri
istiqamətlər üzrə yeni dövlət standartı yaradılmışdır. Bu proqramlara keçmişdə qazanılmış müsbət təcrübə və
ənənələr, habelə hərbi təhsil xüsusiyyətləri daxil edilmişdir.
1997-ci ildə AAHDM-də bütün tədris və idarəetmə prosesi Azərbaycan dilinə keçirilmişdir. Hərbi dəniz
təhsilinin doğma dildə qazanılması nəticəsində təhsilin keyfiyyətinə və məzmununa təsir göstərən çatışmazlıqlar
minimuma endirilmişdir. Qısa müddət ərzində yaradılmış terminoloji qruplar, hərbi dəniz lüğətləri, həmçinin
kafedralarda fənn-metod komissiyalarının işi tədris zamanı hərbi dəniz dilinin keyfiyyətini təmin etməyə imkan
vermişdir. Elmi topluların, dərs vəsaitlərinin, metodik göstərişlərin, mühazirə toplularının, kurs və diplom işlərinin
Azərbaycan dilində hazırlanması və nəşri sahəsində zəngin təcrübə toplanılmışdır. Yalnız son 10 ildə məktəbdə
Azərbaycan dilində 200 kitab, dərs vəsaitləri, məcmuələr, meto dik göstərişlər və 12 elmi əsər toplusu nəşr
edilmişdir. Bu isə məktəb kitabxanasının bədii və tədris fondunun zənginləşməsinə imkan vermişdir. Hər il
elmi-praktik konfransların, elmi seminarların keçirilməsi ənənəvi hal almışdır. Bu tədbirlər aktuallığı və
səmərəliliyi ilə fərqlənir. Seminar və konfranslarda baxılan müxtəlif mövzular Müdafiə Nazirliyi və Hərbi Dəniz
Qüvvələrini narahat edən mühüm aktual elmi problemlərin həllinə kö mək göstərir. Qəbul olunmuş rəy və
təkliflərin böyük praktik əhəmiyyət kəsb etməsi Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, Milli
Məclisdə qəbul olunan qanunlarda, həmçinin Müdafiə Nazirinin əmrlərində öz əksini tapmışdır. Son 10 ildə
məktəbdə müxtəlif mövzularda 14 elmi-praktik konfrans keçirilmişdir.
Professor-müəllim heyəti arasında müxtəlif istiqamətlər üzrə hərbi-elmi kadrların hazırlanması təcrübəsi
yenidən bərpa olunmuşdur. Aspiranturada və doktoranturada təhsil almaq, AMEA-nın aparıcı institutlarında
dissertasiyaların müdafiəsini təşkil etmək üçün hər cür şərait yaradılmışdır. Beynəlxalq konfranslarda elmi
məqalələrlə çıxış etmək, məktəbin toplularında, respublikada və xaricdə çıxan müxtəlif elmi jurnallarda çap
olunmaq adi hala çevrilmişdir. Bu dövrdə AAHDM-nin 40 nəfərə yaxın əməkdaşına AAK tərəfindən elmi
adlar verilmişdir. Kursantlar da bu işdən kənarda qalmırlar. Onlar hərbi-elmi cəmiyyətin konfranslarında fəal
iştirak edirlər.
Elm və texnika nümayəndələri ilə sıx əlaqələr qurulmuşdur. AMEA-nın institutları, Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası və Hərbi Sənaye Nazirliyinin nümayəndələri ilə
əməkdaşlıq dairəsi ildən-ilə genişlənir. Məktəbdə keçirilən tədbirlərdə onların iştirakı və elmi çıxışları ənənəvi hal
almışdır.
Xarici dövlətlərin nümayəndələri ilə təcrübə mübadiləsi aparılır. Məktəb Türkiyənin Hərbi Dəniz
Qüvvələri, ABŞ-ın Sahil Mühafizə Xidməti və digər hərbi dəniz tədris müəssisələri ilə yaxından əməkdaşlıq edir.
Məktəbin kursantları Türkiyənin, Pakistanın, İtaliyanın, Almaniyanın Hərbi Dəniz Məktəblərində təhsil alırlar.
Zabitlərimiz isə müntəzəm olaraq NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən xüsusi
taktiki dəniz təlimlərində iştirak edirlər. Son 10 ildə məktəbimizin maddi-tədris bazası ilə tanış olmaq üçün Müdafiə
Nazirliyi və Baş Qərargah səviyyəsində 300-dən artıq xarici dövlət nümayəndəsi məktəbi ziyarət etmişdir. Son illər
məktəbin tədris bölməsində təlim-tədris prosesinin təşkili istiqamətində müasir və etibarlı mexanizm yaradılmışdır.
Bu gün bu sistem özünü tam doğrultmuş və həyati baxımdan vacibliyini sübut etmişdir. Tədris prosesinin təşkili ilə
bağlı bütün elementlərə hərtərəfli nəzarət edilir. İxtisaslar üzrə məşğələlər, fakültativ və kurs işləri, dəniz praktikası,
təcrübəkeçmə, müstəqil məşğələ və imtahanların təşkili, kurs və diplom işlərinin müdafiəsi, akademik
məsləhətçilərin və tədris bölməsinin məsul şəxslərinin fəaliyyəti məktəbdə görülən işlərin tam olmayan siyahısıdır.
Professor-müəllim heyətinin gərgin işi sayəsində imtahanlara hazırlıq sahəsində yeni yanaşma üsulu tətbiq
edilir. Hazırlanmış metodika, onun izahı üçün görülən iş lazımi biliklərin bal sistemi ilə qiymətləndirilməsinə
imkan vermiş və təhsilin kredit sisteminə keçilməsinə şərait yaratmışdır. Kursant və dinləyicilərin anlama
qabiliyyəti baxımından yeni tədris sisteminə alışması üçün çoxlu qüvvə sərf olunmuşdur. Testlərin keyfiyyəti və
səviyyəsi kursantların əldə etdikləri biliklərə uyğun olaraq yeni sistemlə işlənib hazırlanmışdır. Bütün səviyyələrdə
həyata keçirilən tədbirlər nəticəsində məktəbin mənəvi-əxlaqi mühiti daha da yaxşılaşdırılmışdır.
Pedaqoji kadrların yenidən hazırlanması, xüsusilə gənc zabit-müəllimlərin pedaqoji vərdişlərə yiyələnməsi
sahəsində az işlər görülməmişdir. 1998-2002 - ci illərdə məktəbdə gənc müəllimlər kursu təşkil olunmuşdur.
Hazırda bu iş H.Əliyev adına AAHM-də davam etdirilir. Sözügedən kur sun fəaliyyət göstərməsi gənc müəllim
kadrlarının hazırlanmasında müsbət rol oynamış, kursant və dinləyicilərin təlim-tədris keyfiyyətinin artırılmasında
öz müsbət əksini tapmışdır. Ən yaxşı mühazirəçi-müəllim müsabiqəsinin, açıq və nümunəvi dərslərin müntəzəm
keçirilməsi gənc müəllimlər arasında yeni təlim-tədris metodlarının yayılmasına imkan verir. Zabitlərin Türkiyədə,
Pakistanda və başqa xarici ölkələrdə taktiki təlimlərdə və ixtisasartırma kurslarında iştirakı onların tədris və təlimdə
innovasiya texnologiyalarından istifadə əsasında müasir tədris metodları ilə yaxından tanış olmasına şərait
yaratmışdır. Məktəbin 100-dən çox zabit heyəti 1997-ci ildən Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin
gəmilərində və NATO dövlətləri tərəfindən keçirilən dəniz təlimlərində iştirak etmişdir.
Zabit kursları diqqətdən kənarda qalmamışdır. Bu kurslarda ilk dəfə ola raq pedaqoji ustalığın əsaslarına
yiyələnmə kursu açılmış və kursun mövzusuna aid dərs vəsaiti çap olunmuşdur. Hərbi Dəniz Qüvvələri
komandanlığı tərəfindən məktəbin məzunlarına verilən rəylər onu göstərir ki, sözügedən kurs gənc zabitlərə
gəmilərdə ixtisas üzrə praktiki məşğələlərin, təlim və məşqlərin bacarıqla və düzgün aparılmasında böyük köməklik
edir. 2003-cü ildən indiyədək AAHDM-nin zabitlər kursunu 140 nəfər dinləyici bitirmişdir.
Qarşıda duran aktual məsələlərdən biri də müasir informasiya texnologiyaları əsasında yeni təlim
metodlarının tədris prosesində tətbiq edilməsidir. Bu işin parlaq nəticəsi kimi məktəbin bütün kafedralarının müasir
kompüter texnikası ilə təchiz olunmasını, interaktiv siniflərin və simulyasiya laboratoriyalarının yaradılmasını qeyd
edə bilərik. Hazırda məktəbdə 1 kompüter sinfi, 2 interaktiv auditoriya və 5 simulyasiya proqramları
laboratoriyası fəaliyyət göstərir. Bu işdə əsas məqsəd tədris vaxtına qənaət etmək, tədris məşğələlərini
intensivləşdirmək, ixtisasın və tədris fənlərinin öyrənilməsində və onun praktiki mənimsənilməsində keyfiyyəti
yüksəltməkdir.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə birgə əməkdaşlıq nəticəsində hərbi dəniz fənləri
kafedrasının bazasında taktiki məşğələlərin həlli istiqamətində müxtəlif xüsusi proqramlar yaradılmışdır. Hazırda
tak tiki trenajorun yaradılması üzrə iş apardır. Müxtəlif fənlərlə bağlı simul yasiya proqramlarının əldə edilməsində
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndələri böyük köməklik göstərirlər. Hazırda məktəbin elektron
kitabxanasının yaradılması üçün fəal iş aparılır. Bu sahədə müəllimlərin topladığı təcrübə, təkmilləşdirilmə bazası,
kursant və dinləyicilərin də sözügedən prosesə cəlb olunması tədris keyfiyyətinin artırılması deməkdir.
Kursantların təlim və tərbiyəsində komandirlər yeni prinsiplərə əsaslanırlar. Tərbiyəvi işin təşkili zamanı
Azərbaycan xalqının milli adət-ənənələri və xüsusiyyətləri nəzərə alınır. Bu gün komandir-tərbiyəçi öz işini ye ni
tələblərə uyğun olaraq lider-idarəçi, dənizçi-mütəxəssis, məsləhətçi-tərbiyəçi kimi qurur. Məktəbdə hazırlanan
metodiki rəylər, yeni dərs vəsaitləri kollektivlərdə sağlam mənəvi-əxlaqi münasibətlərin yaranmasına imkan
yaratmışdır.
Gənc zabitlərin həyata hazırlanması, onların müstəqil fəaliyyət keyfiyyətlərinin formalaşdırılması, inkişaf
etdirilməsi məqsədilə 1999-cu ildən başlayaraq məktəbdə "Kursant təşkilatı" yaradılmışdır. Bu təşkilat hərbi
tərbiyə metodunda yeni üsulların seçilməsinə, idarəetmə sistemində yüksək ixtisaslı komandir keyfiyyətlərinin
formalaşmasına xidmət edir. Bu, kursant statusunun artırılmasına və məktəbin həyat fəaliyyətinin bütün sahələrində
onların iştirak etməsinə imkan yaradır. Bu təcrübə Türkiyə, ABŞ, Litva və digər ölkələrin Hərbi Dəniz
Akademiyalarında toplanmışdır. Zabit kurslarının işində yaxşı təcrübə qazanılmışdır. Bu kursda zabitlər tabeliyində
olanlara rəhbərlik etmək sənətini, ixtisas, laborator və praktiki məşğələlərin müstəqil aparılmasını öyrənir və
tərbiyəvi işin metodlarına yiyələnirlər. Mühazirə və seminarlarda mütərəqqi tədris və təlim metodlarından istifadə
edirlər. 2006-cı ildə nəşr olunmuş metodik göstərişdə verilmiş meyarlar gələcək komandirlərin taktiki, xüsusi, dəniz
və pedaqoji-psixoloji keyfiyyətlərinin qiymətləndirilməsi istiqamətində təcrübə toplamağa imkan vermişdir. Nəzəri
və praktiki bilikləri qiymətləndirmək üçün məktəb rəisi tərəfindən imtahan tətbiq edilmişdir. Bu imtahanın nəticəsi
hər il Elmi Şurada müzakirə olunur, nəticələr şəxsi işlə birlikdə Hərbi Dəniz Qüvvələrinə göndərilir. Məktəb
1997-ci ildən bu günə kimi Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələri üçün 1441 gənc zabit kadrı
hazırlamışdır.
Miçman kurslarında mütəxəssislərin hazırlanması üzrə düzgün sistem qurulmuşdur. 2 illik miçman
kurslarının fəaliyyət göstərməsi üçün tədris proqramları işlənib hazırlanmışdır. Hazırda məktəbdə miçmanlar kursu
fəaliyyət göstərir və 12 dənizçi ixtisası üzrə mütəxəssis hazırlanır. 1998-ci ildən bu günə kimi məktəbdə 13
miçmanlar kursunun buraxılışı nəticəsində Hərbi Dəniz Qüvvələrinə 140 gənc miçman göndərilmiş dir.
Gələcək dənizçi zabitin dövlət müdafiəçisi kimi tərbiyələndirilməsində keçmiş tarixi təcrübəni nəzərə
almamaq mümkün deyil. Məktəbdə kursantların vətənpərvərlik ruhunda tərbiyəsinə, onların mədəni-estetik
səviyyələrinin yüksəldilməsinə ciddi diqqət yetirilir. AAHDM-də Azərbaycan Hərbi Dəniz Tarixi Muzeyinin
yaradılması, muzeyin günbəgün yeni eksponatlarla zənginləşdirilməsi, məktəbdə respublika ziyalıları, mədəniyyət
və incəsənət xədimləri ilə görüşlərin keçirilməsi, teatr tamaşalarına kollektiv baxışların təşkili məhz bu məqsədə
xidmət edir. Bu illər ərzində Azərbaycanın hərbi dənizçilik tarixinin tədqiqatı sahəsində zəngin təcrübə
toplanmışdır. Azərbaycan tarixşünaslığında antik dövrdən başlayaraq indiki vaxtadək hərbi dəniz işinin təşəkkülü,
Hərbi Dəniz Qüvvələrinin yaradılması və kadrların hazırlanması tarixi ilk dəfə ümumiləşdirilmişdir. Bununla
əlaqədar olaraq respublikanın dövlət kanallarında bir sıra silsilə verilişlər hazırlanmışdır. Hərbi dənizçilik tarixi ilə
bağlı tədris proqramları, kitablar, dərs vəsaitləri nəşr olunmuş, ingilis dilində məşğələ kursları tətbiq edilmiş və
AMEA-nın internet saytında ауrıса səhifə açılmışdır.
Xarici dövlətlərin və respublikanın Hərbi Dəniz Qüvvələrinin gəmilərində kursantların dəniz təcrübəsinin
təşkili sahəsində ənənələr bərpa edilmişdir. 1997-ci ildən bu günə kimi məktəbin kursantları Türkiyə
Cümhuriyyətinin Hərbi Dəniz Qüvvələrinin gəmilərində 12 uzaq dəniz səyahətində iştirak etmiş, xarici dövlətlərin
17 gəmi limanında olmuş və 40.000 milə yaxın uzaq səyahətlərdə iştirak etmişlər. Dəniz təlim bazasında III və IV
kurslarda "Gəmi həftəsi"nin, dəniz təcrübəsinin keçirilməsi gələcək zabitlərin xidmət keyfiyyətini yaxşılaşdırır.
Bütün bunlar zabitlərin peşə və xüsusi təcrübəsinin artırılmasına kifayət qədər kömək göstərmişdir.
Məktəbin maddi-tədris bazasının lazımi səviyyədə saxlanılması üçün az işlər görülməmişdir. Tədris
maketləri, trenajorlar yenidən bərpa edilmiş və işlək vəziyyətə gətirilmiş, sinif və laboratoriyalar təmir olunmuşdur.
Bu gün mövcud şərait dənizçi mütəxəssislərin keyfiyyətli hazırlanmasını yaxşı təmin edir. Maddi-tədris bazasının
yenidən qurulmasında, yaxtalarla və xilasedici vasitələrlə təmin edilməsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin
nümayəndələri çox böyük köməklik göstərmişlər.
Məktəbdə xarici ölkələr üçün hərbi-dənizçi kadrlarının hazırlanması işində keçmiş ənənələr yenidən bərpa
olunur. 2008-ci ildən etibarən məktəbdə Qazaxıstan Respublikasının 13 nəfər nümayəndəsi yeni dənizçi ənənələri
və tərbiyəsi əsasında təhsil alır.
Fakültativ, dərnək işlərinin təşkili, brifinqlər, viktorinalar, teatr və konsert proqramları, respublikanın
görkəmli ziyalı, incəsənət və mədəniyyət xadimləri ilə görüşlər məktəbin həyatında xüsusi yer tutur. Dənizçilik və
hərbi əməli idman növləri üzrə spartakiadalar və digər idman ənənələri yenidən bərpa olunmuşdur.
Azərbaycan АН Hәrbi Dәnizçilik Mәktәbi — dәnizçi zabitlәrin hazırlanması sahәsindә mühüm tәhsil
ocağı kimi yaxşı әnәnәlәri yaşatmaqdadır. Söz yox ki, bu mәktәb ata-babalarımızın şәrәfli hәrb yolunu lәyaqәtlә
davam etdirәrәk hәrbi dәniz tariximizә yeni-yeni qәhrәmanlıq sәhifәlәri yazacaqdır. Hәrbi Dәniz Qüvvәlәrini
yüksәk ixtisaslı, vәtәnpәrvәr, xalqa sәdaqәtli, mәnәvi vә fiziki cәhәtdәn sağlam zabit kadrları ilә tәmin etmәk
kimi şәrәfli vә mәsuliyyәtli dövlәt tapşırığını yerinә yetirәn Azәrbaycan АН Hәrbi Dәnizçilik Mәktәbinin
komandanlığı, professor-müәllim hеуәti daha böyük nailiyyәtlәr uğrunda әzmlә çalışır.
Dostları ilə paylaş: |