Azə
rbaycan Respublikasının Konstitusiyasına ə
sasə
n hansı və
zifə
lə
rimiz var?
Hüquqsuz vəzifə, vəzifəsiz hüquq yoxdur. Hüquq və vəzifələr bir-birindən
ayrılmazdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların vəzifələri
müəyyən edilmişdir. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs hüquq və
azadlıqlarından irəli gələn vəzifələr daşıyır.
Azərbaycan Respublikasının Konstitusiyasında vətənin müdafiəsi vətəndaşın
vəzifələrindən biri kimi nəzərdən keçirilir. Vətənin müdafiəsi vəzifəsi məcburi hərbi
xidməti və ya onu əvəz edən alternativ xidmətlə əvəz olunmasını nəzərdə tutur.
Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsi vətəndaşın
vəzifələri sırasına Vətənin müdafiəsini aid edir:
1. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada
və
tə
ndaşlar hə
rbi xidmə
t keçirlə
r.
2. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən
edilmiş hallarda hə
qiqi hə
rbi xidmə
tin alternativ xidmə
tlə
ə
və
z olunmasına yol
verilir.
Sağlam yaşamaq üçün ətraf mühitin qorunması bəşəriyyətin ən mühüm
vəzifələrindən biridir.
Təbiəti qorumaq, onu mühafizə etmək, sağlam nəsil böyütmək üçün ətraf mühiti
qorumaq borclarımızdan biridir. Bu baxımdan Azərbaycan Respublikasının
Konstitusiyasının 78-ci maddəsində göstərilir ki, ətraf mühitin qorunması hər bir
şəxsin borcudur.
Digər bir borc isə vergilərlə bağlıdır. Bu, Azərbaycan Respublikasının
Konstitusiyasının 73-cü maddəsində öz əksini tapmışdır.
Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və
vaxtında ödəmək hər kəsin borcudur.
Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən
əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz.
Əxlaq normalarına aid olan davranış qaydaları isə illər boyu cəmiyyət inkişaf etdikcə
yaşayış mühitindən və həmçinin dindən asılı olaraq formalaşmışdır.
İnsan daim öz fikirlərinə nəzarət etməli, cəmiyyətə, ətraf mühit üçün faydalı
olmalıdır. Bu faydalılığın nəticəsində normal cəmiyyət yaranır ki, bu da insanın
ətrafındakılara qarşı olan vəzifələrinin əhəmiyyətini artırır. Həmçinin insan öz
sağlamlığına daim fikir verməli, digər insanlara kömək etməlidir.
İnsanın özü qarşısındakı vəzifələrindən başqa, ailəsi, qohumları və digər insanlar
qarşısında olan mühüm mənəvi vəzifələri də vardır. Bunlardan ən başlıcası ata və
ana, həmçinin ailə qarşısında duran vəzifələrdir. Ata və ana övladı dünyaya gətirən,
onu böyüdüb boya-başa yetirən və tərbiyə verən şəxslərdir. Biz bütün həyatımız və
uğurlarımız üçün valideynlərimizə borcluyuq. Ata və anaya qarşı olan fədakarlıq və
sevgi hisləri bütün insanlara qarşı olmalıdır.
İnsanın ailəsi qarşısındakı vəzifələri ilə yanaşı, onun mənafeyini daim düşünən
dövləti qarşısında da vəzifələri vardır. İnsan ailəsini sevdiyi kimi, millətinə də xidmət
etməli, millətini sevməli və onun mənafeyini qorumalıdır. Millətin, ölkənin tərəqqisi,
inkişafı üçün daim çalışmalıdır.
1. Vəzifələrimizə aid nümunələr göstərməklə təqdimat hazırlayın.
2. İnsan mənəviyyatının formalaşmasında vəzifə və məsuliyyətin əhəmiyyətini
qiymətləndirin.
3. İnsanın mənəviyyatına təsir edən amillərdən biri olan məsuliyyətin əhəmiyyətini
faktlara əsasən əsaslandırın.
4. “Vəzifə və məsuliyyətimiz mənəviyyatımızı formalaşdırır” başlığı altında esse
yazın.
4. MƏNİM MƏNƏVİ BORCUM
Sultan Hüseyn Bayqara Şah İsmayıl Xətaiyə bir məktub yazır və onu əyləncə məclisi
təşkil etməyə çağırır. Şah İsmayıl əyləncələrdən imtina edir və deyir: “Mənim buna
vaxtım yoxdur. Çünki Vətən torpağı dardadır. Gərək rahatlanmadan məmləkətimin
ətrafında at cövlan etdirəm”.
Şah İsmayıl Xətainin bu sözləri sizdə hansı hisslər oyadır?
Vətən müqəddəs və əbədidir. Vətənin müqəddəsliyi hər birimizin qəlbinə, ruhuna
ana laylası, ana zümzüməsi ilə daxil olur.
Ana vətənimiz Azərbaycan Cavanşir, Babək, Koroğlu, Qafur Məmmədov, Çingiz
Mustafayev, Mübariz İbrahimov kimi igidlər yurdudur. Azərbaycanın bu qəhrəman
övladı vətənin azadlığı naminə mübarizə aparmış, canlarını bu yolda qurban
vermişlər.
Öz xalqı, milləti üçün canından, qanından keçən, şərəfli həyat yolu ilə başqalarına
nümunə olan yüzlərlə vətən övladları vardır ki, onlar öz mənəvi borclarını vətən və
dövlət qarşısında ləyaqətlə yerinə yetirmişdir.
Öz xalqı və
və
tə
ni naminə
mübarizə
aparan qə
hrə
manların və
şə
xslə
rin timsalında
mə
nə
vi tə
rbiyə
anlayışı haqqında fikir yürüdün.
İnsanın şəxsiyyət kimi inkişafına, formalaşmasına, müəyyən baxışlarının
yaranmasına təsir edən əsas amil tərbiyədir. İnsanın dəyişməz inkişafını təmin
edən, həyati dəyərləndirməni formalaşdıran isə mənəvi tərbiyədir. Mənəvi tərbiyə
insanlara, onun düşüncə və əməllərinə müsbət təsir göstərir və müsbət keyfiyyətlər
yaradır.
Sizcə
, hə
min keyfiyyə
tlə
r hansılardır? Müə
yyə
nlə
şdirin.