Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə169/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   165   166   167   168   169   170   171   172   ...   232

344 

 

sonra rus iĢğal zonasına daxil olub, ətrafına tərəfdarlar toplamağa baĢladı. Lakin rus 



hərbi  hissələri  yalançı  Ġs mayıl  Mirzən in  dəstələrini  darmadağın  edə  bildilər. 

Bundan sonra Ġsmayıl M irzə  Təbrizə tərəf hərəkət etdi, te zliklə Əbdürrəzaq  xan və 

ġahsevən  dəstələri  ilə  birləĢdi.  Üsyançıların    birləĢmiĢ  dəstələri  Ərdəbilə  hücum 

edib,  Ģəhərin  xeyli  h issəsini  almağa  müvəffəq  oldular.  Lakin  1728 -ci  il  avqustun 

əvvəllərində  Os manlılar  Ərdəbil  yaxınlığ ında  üsyançıları  məğ lub  etməyə  nail 

oldular.  1728-ci  ilin  sonu,  1729-cu  ilin  əvvəllərində  Muğan  çölündə  üsyançılar 

daha bir ağır  məğlubiyyətə uğradılar, Əbdürrəzaq  xan əsir a lındı və edam olun maq 

üçün Ġstanbula aparıldı. Mənbələrin verd iyi  məlu mata görə, döyüĢdə məğlubiyyətə 

uğrayan  Əbdürrəzaq  xan  bir  neçə  tərəfdarı    ilə    Su rxay  xana  pənah  aparmıĢdi. 

Sonuncu  isə  üsyançıların  rəhbərlərini  Os manlı  hakimiyyət  orqanlarına  təslim 

etmiĢdi. 

Üsyançılar  mübarizən i dağınıq halda xey li davam etdirdilər.  Yalnız  1729-cu 

ilin  yayında  onların  müqaviməti  qəti  qırıldı.  Os manlılar  tərəfındən  darmadağın 

edilən  Ġsmayıl  Mirzə  2  min  nəfər  ilə  Muğanın  rus  iĢğalında  olan  zonasına  daxil 

oldu  və  buradakı  Ģahsevənləri  özünə  birləĢdirməyə  cəhd  etdi.  Lakin  yalançı 

Ģahzadəin  qüvvəsinə  inamı  itirmiĢ  Ģahsevənlər  ona  qoĢulmadılar.  General 

Ru myantsevin  göndərdiyi  hərbi  dəstə  Ġsmayıl  Mirzənin  dəstəsini  tainamilə 

darmadağın  etdi.  Yalançı  Ģahzadənin  10-15  tərəfdarı  qaçıb  xilas  ola  bildi,  özü  isə 

bir  müddət  Xalxal  Ģəhəri  yaxınlığındakı  Mosullu  kəndində  gizləndi.  General 

LevaĢov  bu  kəndə  taxıl  aparılmasını  qadağan  etdi  və  yerli  feodal  Səlim  xana 

tapĢırdı  ki,  yalançı  Ģahzadəni  ya  tutsun,  ya da  məhv  etsin.  Səlim  xanın  təhriki  ilə 

digər yerli feodal M ir Fazil öz adamları  ilə "Ġs mayıl Mirzə"ni və onun 20-yə qədər 

tərəfdarın ı  gecə  yuxuda  ikən  (digər  məlu mata  görə  hamamda  çimd ikləri  zaman) 

öldürdü. 

1730-cu ildə astarah Musa xan ruslara qarĢı qiyam qaldırd ı və Osmanlı iĢğal 

zonasma keçdi. Lakin bir müddətdən sonra geri qayıtdı. 

Həmin il Dərgahqulu xan (1727-ci ildə Bakıya qayıtmıĢ və Bakı hakimliyinə 

bərpa olunmuĢdu) yenidən ruslara qarĢı çıxd ı və Bakını tərk etdi. 



Azərbaycan  ərazisində  Ġran-Osmanlı  müharibələri.  1735-ci  il  Gəncə 

müqaviləsi.  XVIII  əsrin  30-cu  illərinə  yaxın  Səfəvi  Ġranı  ərazisinin  böyük  bir 

hissəsi  əfqan  iĢğalçılarından  təmizləndi.  Bununla  belə,  Qə rbi  Ġran,  Cənubi 

Azərbaycan,  Xəzərsahili  vilayətlər  istisna  edilməklə,  demək  olar  ki,  bütün  Cənubi 

Qafqaz hələ də  Osman lı iĢğalçıların ın əlində id i.  Nadir  xan ın yüksəliĢi ilə yenidən 

dirçəlmiĢ Ġran dövləti qarĢısında Os manlı ordusu ilə mübarizə vəzifəsi dururdu.  

1730-cu  il  Ġran  üçün  Türkiyəyə  qarĢı  hərbi  əmə liyyata  baĢlamaq  əlveriĢli 

oldu.  Əvvəla,  bu  dövrdə  baĢ vermiĢ  çevriliĢ  nəticəsində  III  Sultan  Əhməd  taxtdan 



345 

 

salın mıĢdı  və  Türkiyənin  hakim  dairələri  daxili  vəziyyətin  nizama  salın ması  ilə 



məĢğul  idi.  Ġkincisi,  Rusiya  Ġrana  hüsn-rəğbət  bəsləyirdi.  ġəraiti  düzgün 

qiymətləndirən Ġran dövləti Os manlı imperiyasına qarĢı hərbi əməliyyatlara yenidən 

baĢladı. 

Osmanlı  ordusunun  Azərbaycandakı  əsas  dayaq  nöqtələrindən  biri  Təbriz 

idi. Ġran ordusunun baĢında duran Nadir xan ƏfĢar qoĢunlarını məh z oraya yönəltdi. 

Təbrizə  hərəkət  edərkən  Ġran  sərbazı  Təbriz  qarnizonuna  yardıma  gedən  Osman lı 

hissələrini məğ lub etdilər. Osman lı ordusu Ġrəvana tərəf geri çəkildi.  

Tezliklə  Nadir  Təbrizə  yaxınlaĢdı.  Ağır  döyüĢlər  baĢlandı  Çoxsaylı 

düĢmənin  zərbələrinə  tab  gətirməyən  Osmanlı  qarnizornu  Ģəhərə  çəkild i  və  6  gün 

ərzində Ġran ordusunun fasiləsiz hücu mların ı dəf etdi.  Lakin Os manlı baĢ vəzirin in 

göstəriĢi  ilə  Təbriz  tərk  olundu.  1730-cu  ilin  sentyabrında  Ġran  ordusu  Osmanlı 

qarnizonunun  yerləĢdiyi  Ərdəbilə  doğru  hərəkət  etmək  qərarına  gəldi.  Bu  xəbəri 

eĢidən Osmanlı paĢası kö mək üçün həmin dövrdə Xəzərsahili vilayətlərdə yerləĢən 

rus ordusuna müraciət etdi. 

Rus ko mandanlığın ın vasitəçiliyi nəticəsində Osmanlı h issələrlə  heç bir  itki 

vermədən Ərdəbili tərk edərək rusların hakimiyyəti altında olan Astarada sığınacaq 

tapdılar.  Sonra isə ġirvandan keçərək Türkiyəyə yola düĢdülər. Ġran ordusu isə heç 

bir müqavimətə rast gəlmədən Ərdəbili tutdu. 

Lakin  hadisələrin  gözlənilmədən  dəyiĢməsi  Nadirin  Türkiyəyə  qarĢı  uğurlu 

mübarizəsinə  mane  oldu.  Xorasanda Ģah  hökumətinə  qarĢı  üsyan  qalxdı  və  Nadir 

üsyanı yatırmaq üçün oraya yola düĢ məyə məcbur oldu. 

Nadirin üsyanı yatırmaqla  məĢğul olmasından istifadə edən II ġah Təhmasib 

öz sarsılmıĢ nüfuzunu bərpa etmək  məqsədilə  Os manlılara qarĢı hərbi əməliyyatlan 

davam etdirmək qəranna gəldi. 1731-ci ildə Ġran ordusu Ġrəvana tərəf hərəkət etdi. 

Lakin  Eçmiədzində əldə olunan ilkin  müvəffəqiyyətə baxmayaraq, ġah Təh masibin 

ordusu məğlubiyyətə uğradı. Hətta Ģahın özü də az qala əsir düĢəcəkdi. Aprelin ilk 

günlərindən  II  Təhmasib  özünün  məğlub  edilmiĢ  ordusu  ilə  Təbrizə  qayıtmağa 

məcbur  o ldu.  Həmin  dövrün  arxiv  sənədlərində  deyilirdi  ki,  "orduda  aclıq  hökm 

sürürdü və onun (Ģahın. - məsul red.) ço xlu adamı, atı və qatırı məhv olmuĢdu". 

Osmanlı  ko mandanlığı  Ġran   ordusu  tərəfındən  elə  keçirilmiĢ  torpaqları 

qaytarmaq  qərarına  gəld i.  Türk  qoĢunu  Təbrizə  tərəf  hərəkət  etdi.  Öz  növbəsində 

Surxay  xan  1731-c i  il  aprelin  24-də  Əli  paĢadan  Təbrizə   getmə k  və  Gəncədən 

buraya  göndərilən  türk  ordusu  ilə  birləĢ mək  haqqında  əmr  aldı.  Osman lı  ordusu 

Cənubi  A zərbaycan  və  Ġranda  qələbə  çalaraq  ölkənin  içərilərinə  doğru  uğurla 

hərəkət  etdi.  II  ġah  Təhmasib  düĢməni  dayandır maq  üçün  öz  ordunu  Həmədana 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə