Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə182/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   178   179   180   181   182   183   184   185   ...   232

372 

 

abidələrindən biri  əsrin  sonunda Ģirazlı  memar  Hacı  Zeynalabdin  tərəfındən  tikilmiĢ 



ġəki  xanlarının  sarayı  idi.  Sarayın  divarları  bu  günə  qədər  öz  təravətini  saxlayan 

rəsmlərlə  bəzədilmiĢdir.  Azərbaycanın  XVIII  əsr  və  XIX  əsrin  əvvəllərinə  aid  olan 

digər gözəl  memarlıq abidələri - ġəkixanovların evi, Cümə məscidi və s. əsasında xalq 

istedadlarının yaradıcılığına dair fikir yürütmək mü mkündür. 



Qarabağ x a n l ı ğ ı n ı n  əsasını CavanĢirlər tayfasından olan Pənahəli xan 

(1748-1763)  qoymuĢdur.  Xanlıq  Ġran  hökmranlığı  ilə  mübarizədə  yaranmıĢ  və 

möhkəmlən miĢdir.  Pənahəli  xan  gəneliyində  qardaĢı  Behbudəli  bəylə  Nadir  Ģahın 

yanında qulluq edirdi. Lakin 1738-ci ildə qardaĢı edam edild ikdən sonra Pənahəli xan 

doğma Qarabağa qayıtmadı. 

Nadir Ģah tərəfındən təqib edilən Pənahəli  xan  müəyyən  müddət Zəngəzur 

yaylağında, Qara Murtuza bəyin yanında oldu, sonra isə öz tərəfdarların ı toplayaraq, 

inzibati  mərkəzlərə  -  Gəncəyə,  Naxçıvana,  ġəkiyə  və  digər  yerlərə  yürüĢə  baĢladı. 

Pənahəli  xan  dine  əhalini  öz  tərəfınə  çəkmək  üçün  ələ  keçirdiyi  mal-qaranı,  atları 

onlara bağıĢlayırd ı. 

Tezliklə iy irmi minlik heyətdən ibarət CavanĢir-Otuzikilər tayfasının baĢında 

duran  Pənahəli  xan  Ġran  əsarətinə  qarĢı  mübarizə  aparan  üsyançı  dəstəyə  rəhbərlik 

etməyə baĢladı. 

Lakin  Ġran  və  ona  düĢmən  olan  yerli  feodalların  hücumlarından  qorunmaq 

üçün gəne  xana  etibarlı sığınacaq  - qala  lazım  idi.  1748-ci  ildə  Pənahəli  xanın  Kəbirli 

mahalında  ilk  iqamətgahı  -  Bayat  qalası  yarandı.  Qısa  müddət  ərzində  burada  qala 

divarları,  bazar,  hama m  tikild i.  Təbriz  və  Ərdəbildən  sənətkarlar  dəvət  edildilər. 

Bayat qalasının tikilməsi və Qarabağ xanlığının qüdrətinin artması tezliklə



 

ġəki, ġirvan 

və  Qarabağın  bəzi  feodal  məliklərini  narahat  etdi.  Onlar  Pənahəli  xana  qarĢı  birgə 

çıxıĢ  etmək  haqqında  razılığa  gəl-dilər.  Məliklər  ġəki  xanı  Hacı  Çələbiyə  məlu mat 

verərək  bildirdilər  ki,  "...Pənahəli  xan  burada  taxta  çıxmıĢ,  qala  və  səngər 

tikdirmiĢdir.  Əgər  dəfındə  bir  qədər  təxir  edilsə,  sonra  onun  qarĢısında  durmaq 

mü mkün olmayacaqdır". 

Pənahəli  xan,  hər  Ģeydən  əvvəl,  məliklə rlə  haqq-hesabı  çürütmək qərarına 

gəldi.  Nadir  Ģahın  yürüĢlərinin  fəal  iĢtirakçısı  olan  və  onun  ordusunu  ərzaqla  təmin 

edən  beĢ  Qarabağ  məlikinin  müəyyən  imtiyazları  vardı.  Nadir  Ģah  dövlətinin 

süqutundan sonra onlar bu imtiyazlardan məhrum edildilər. Öz keçmiĢ imtiyazlarından 

əl  çəkmək  istəməyən  məlikləri  itaətdə  saxlamaq  məqsədilə  Pənahəli  xan  onlar 

arasında nifaq törətdi.  Vərəndə məliki  ġahnəzər hakimiyyət üstündə öz əmisi Məlik 

Hüsünü  öldürdü.  Bu,  ġahnəzərə  qarĢı  Gülüstan,  Eərabərd  və  Dizaq  məliklərinin 

ittifaq  bağlamasına  gətirib  çıxardı.  ġahnəzər  öz  q ızım  Pənahəli  xanın  oğlu 

Ġbrahimxəlil  xana verərək digər  məliklərdən ayrıldı, hətta onlara qarĢı çıxdı.  Həmin 




373 

 

vaxtdan  digər  məliklər  Pənahəli  xanın  hakimiyyətini  qəbul  etməyə  və onun  vassalı 



olmağa  razı  oldular.  Qarabağ  məlikləri  ilə  mərkəzi  xan  hakimiyyəti  arasında 

mübarizə dini əsasda deyil, torpaq və hakimiyyət uğrunda gedirdi. 

ġəkili  Hacı  Çələbi  Pənahəli  xana  qarĢı  daha  qətiyyətlə  hərəkət  etmək 

qərarına gəldi. O öz  müttəfıqləri  ilə  Bayat qalasını mühasirəyə aldı və bir ay ərzində 

onu  ələ  keçirməyə  cəhd  göstərdi.  Lakin  Pənahəli  xanın  qohumları  və  "kiçikdən 

tutmuĢ böyüyə qədər çoxsaylı təbəələri onun köməyinə gəldilər".  Böyük itki verərək 

məğlub olan Hacı Çələbi  Kürün o tayına çəkildi və məyusluqla dedi:  "Pənah xan bu 

vaxtacan  bir  sikkəsiz  gümüĢ  id i,  biz  gəldik,  ona  sikkə  vurduq və qayıtdıq".  Lakin 

Bayat  qalası  müdafıə  imkanları  baxımından  zəif  idi.  Pənahəli  xan  öz  iqamətgahını 

ġahbulaq  yaylağından  köçürdü.  Bura  da  iqlim  və  hərbi-strateji  cəhətdən  əlveriĢli 

olmadı, yeni yer axtarmaq lazım gəldi. 

Nadir Ģahın varisləri arasındakı çəkiĢmələrdən istifadə edən Pənahəli xan öz 

hakimiyyət və  nüfuzunu  xeyli  əraziyə,  daha doğrusu,  Ərdəbilə  qədər  yaya  bildi.  Bu 

dövrdə  Gəncənin  də  iĢlərinə  müdaxilə  edən  Pənahəli  xan  burada  hakimiyyətə  öz 

adamını  -  Ziyadoğlu  nəslinin  nümayəndələrindən  birini  gətirdi.  Pənahəli  xan  öz 

mü lklərin i  cənub-Ģərqə  və  cənub-qərbə  tərəf  geniĢləndirdi.  Tatev,  Sisian,  Qafan, 

Meğri mahallarını özünə tabe etdi. 

Qeyd olunmalıdır ki, o dövrdə mülklərin sərhədləri sabit deyildi.  Bir çox  kiçik 

hakimlər itaət etdiklərini b ildirsələr də, tez-tez daha güclü hökmdarların himayəsinə 

keçirdilər.  Lakin  Pənahəli  xan  Qarabağda  öz  hakimiyyətini  möhkəmləndirə  bildi  və 

güclü  xanlıq  yaratdı  ki,  bu  xanlıq  da  ġimali  Azərbaycan  xanlıqlarının  Ġran 

hücumlarından  müdafiəsində  mühüm  rol  oynadı.  Pənahəli  xan  öz  mülk lərini  daha  da 

geniĢləndirmək, gücünü artırmaqla özünün müstəqilliyini təmin etməyə cəhd göstərdi. 

Qarabağ xan lığı  Pənahəli  xan ın varisi Ġbrahim  xanın (1763-1806) dövründə 

daha da gücləndi. Qarabağ xanlığında əhalinin əsas məĢğuliyyəti əkinçilik və maldarlıq 

idi. Pənahəli  xan və Ġbrahim  xanın dövründə Mil düzünün keçmiĢ əsrlərdə dağıdılmıĢ 

suvarma kanallarını bərpa etmək üçün cəhd göstərilmiĢdi. Gavurarx,  Luvararx, Sanarx, 

Xanarxı  və  s.  qaydaya  salınmıĢdı  ki,  xanlar  onların  istismarından  xeyli  gəlir  əldə 

edirdilər. 

Qarabağda  kənd  təsərrüfatının  bağçılıq,  bostançılıq,  arıçılıq  kimi  mühüm 

sahələri  ilə  yanaĢı,  sənətkarlıq  və  ticarət  də  inkiĢaf  edirdi.  Qarabağın  kəndli 

sənətkarları  əsasən  xalça  toxumaq  və  gön-dəri  məmulatı  hazırlamaqla  məĢğul 

olurdular.  Burada toxuculuq,  ipəkçilik, dulusçuluq, dəmirçilik, ağac emalı, çilingərlik də 

inkiĢaf etmiĢdi. 

ġuĢa  Azərbaycanın  ticarət  mərkəzlərindən  birinə  çevrilmiĢdi.  Burada 

Qarabağın hüdudlarından da kənarda işlədilən pənahabadi adlı mis pul kəsirdilər. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə