Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə37/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   33   34   35   36   37   38   39   40   ...   232

77 

 

nəticəsində  Teymurilərin  Azərbaycandakı  hakimiyyəti  zəifləməyə  baĢladı.  Ölkədə 



xalq  kütlələri  arasında  xarici  əsarətdən  azad  olmaq  meyilləri  qüvvətləndi.  Təbriz, 

Marağa  və  Qarabağda  həyəcanlar  artdı.  Mü xtəlif  əyalətlərin  birləĢ məsi  üçün 

əlveriĢli Ģərait yarandı. 

Azərbaycanın,  eləcə  də  ġirvanın   müstəqilliyin i  qoru maq  və  yadellilərin  

iĢtirakı  o lmadan  hakimiyyəti  ö z  əlində  cəmləĢdirmək  üçün  I  Ġbrah im  ciddi 

fəaliyyətə  baĢladı.  O,  Bərdə  yaxınlığında  Teymuri  dövlətinin  səlahiyyətli 

nümayəndələri  ilə  sülh  saziĢi  bağlamıĢ  və  bu  saziĢdə  ġirvanın  daxilən  müstəqil 

olduğu qeyd edilmiĢdi. 

Ġbrahim  tezliklə  ġəki,  Dərbənd,  Qəbələ  Ģəhərlərində  də  (Qarabağ 

düzənliy inə  qədər)  ö z  nüfuzunu  möhkəmləndirmiĢ,  müttəfiq i  olan  Seydi  Əlinin  

oğlu Seydi Əh məd i ġəki hakimi etmiĢdi. 

I  Ġbrahim  feodal  təbəqələrinin  mənafeyin i  güdmək  və  bütün  Azərbaycanda 

müstəqil  hakim  o lmaq  niyyəti  ilə  ölkəni  dağıntılardan  xilas  etməyə  cəhd  göstə rdi. 

O, yaran mıĢ Ģəraiti nəzərə alaraq  mü xtəlif siyasi qrupların vəziyyətindən bacarıqla 

istifadə etdi, ço xdan nəzərdə tutduğu məqsədin  - Araz çayının cənubunda yerləĢən 

torpaqların  ġirvan  ətrafında  birləĢdirilməsi  p lanın ın  həyata  keçirilməsi  üçün 

qətiyyətlə fəaliyyətə baĢladı. 

Bəzi feodallar və Ģəhər əyanları da öz mənafeləri baxımından I Ġbrahimin  bu 

planını  müdafiə  etdilər.  Təbriz  tacirləri  də  onu  öz  hakimləri  kimi  görmək 

istəyirdilər.  Çünki  I  Ġb rahim  ticarət  və  sənətkarlığı  inkiĢaf  etdirməyə  çalıĢırdı. 

Azərbaycan torpaqlarının vahid siyasi qurumda olması isə ticarətin geniĢlənməsinə 

labüd imkan və Ģərait yaratmalı id i. 

I Ġbrah im ö zünün birləĢdirmə siyasətini həyata keçirmək üçün gürcü çarı II 

Konstantin,  ġəki  əyalətin in  hakimi  Seydi  Əh məd,  Gəncə  hakimi  Yarəh məd 

Qaraman lı  və  Ərdəbil  hakimi  Bestam  Cakirlə  ittifaq  bağladı.  Onların  birləĢ miĢ 

qoĢunu Kür çayı sahilində toplandı.  O  zaman Təbriz hakimi olan Ömər ĢirvanĢahı 

qabaqlamaq  məqsədilə  hücu ma  keçdi.  Bir  həftə  davam  edən  döyüĢlər  həlledici 

nəticə  verməd i.  M irzə  Ömərin  Kür  sahilinə  getməsi  xəbərini  eĢidən  MiranĢah  və 

oğlu  Əbubəkr  Təbriz  üzərinə  hücuma  keçdilər.  Təbriz  əhalisi  onlara  müqavimət 

göstərərək  üsyana qalxdı.  Üsyançılar  kö mək  üçün  I  Ġbrahimə  müraciət  etdilər.  Bu 

isə ġirvanĢaha sərhədi keçmək üçün əlveriĢli imkan yaratdı. 

1406-c ı  ilin  may  ay ında  ġirvanĢahın  döyüĢçüləri  maneəsiz  Təbrizə  da xil 

oldular.  Təbrizin  I  Ġb rahimin  əlinə  keçməsi  A zərbaycan  torpaqlarının  vahid 

hakimiyyət  altında  birləĢ məsi  demək  id i.  Bütün  Azərbaycanın  ġirvana 

birləĢdirilməsi  I  Ġbrah imin  böyük  diplo matik  qələbəsi  olsa  da,  bu  birləĢ mə 

Azərbaycanın bir sıra  güclü qonĢularının mənafeyi ilə  ziddiyyət təĢkil ed irdi. Çünki 




78 

 

Azərbaycanın  siyasi  cəhətdən  dağınıq  və  bir-biri  ilə  heç  bir  əlaqə  saxlamayan 



əyalətlər Ģəklində olması  iĢğalçı qonĢuların  xeyrinə id i. A zərbaycanın vahidliy i  isə 

onu qarətçi hücumlardan qoruyardı. 

Mənbələrden  məlu m  olur  ki,  I  Ġb rahimin  Azərbaycanın  cənub  vilayətlərinə 

təyin  etdiyi  məmurlar  ədalətlə  hərəkət  edird ilər.  Lakin  I  Ġbrahimin  birləĢdirmə 

siyasəti  uğursuzluqla  nəticələndi.  Sultan  Əh məd   Cəlairi  və  Qara  Yusif 

Qaraqoyunlunun  qoĢunlan  Təbriz  üzə rinə  hücuma  keçdilər.  ġirvanĢah  öz  yaxın 

adamları  ilə  məsləhətləĢdikdən  sonra  belə  qərara  gəldi  ki,  Arazın  Ģimal  sahilinə 

qayıtmaq zəruridir.  Bu qərarın  məqsədi tamamilə ayd m id i: Məlu mdur ki, o  zaman 

I Ġbrahimin yaxĢ ı silah lan mıĢ döyüĢçüləri A zərbaycanın feodal əyanlarından ibarət 

idi  və  onlarda  "vətən"  məfhumu  yalnız  yaĢadıqlan  ərazi  ilə  məhdudlaĢırdı.  I 

Ġbrahimə  kö mək edən baĢqa tayfa əmirləri də A zərbaycanın birləĢməsində  maraq lı 

deyildilər və daha qüvvətli sərkərdələrə  xid mət etmək  mey li onlan  xəyanətə vadar 

edirdi. 

1406-c ı  ilin  iyulunda  ġirvandan  gələn  döyüĢçülər  Təbrizi  tərk  etd ilə r  və 

beləliklə,  A zərbaycanı  birləĢdirmək  uğrunda  I  Ġbrahimin  etdiyi  ilk  cəhd  uğursuz 

oldu. Ġkinci cəhd isə 1410-cü ildə edild i. Hə min ilin birinci yarısında Azərbaycanın 

cənub ərazilərində Sultan Əh məd  Cəlairinin  rəsmi hökmdar olmasına baxmayaraq, 

Qara  Yusifin  də  xüsusi  nüfuzu  və  təsiri  var  id i.  Qara  Yusifin  iĢtirakı  o lmadan 

Azərbaycanda hakim olmaq  meylinə düĢən Sultan Əhməd Qara Yusif in Ağqoyunlu 

köçəri  qəbilələrin in  baĢçısı  Qara  Osman la  döyüĢə  getməsindən  istifadə  etdi  və 

Təbrizə  qoĢun  yeritdi.  O,  eyni  zamanda  ġirvanĢahdan  kömək  göstərməsini  xahiĢ 

etdi. I Ġbrahim oğlu Kəyumərsin baĢçılığ ı altında Təbrizə qoĢun yolladı. 

Qara  Yusifin  ġirvana  da  hücum  edəcəyini  baĢa  düĢən  I  Ġbrahim  Təbrizə 

qoĢun göndərməklə həm  Cəlairilərlə  müttəfiq olar, həm də Azərbaycanda qalıb öz 

mövqeyini  möhkəmləndirə  bilərd i.  Lakin  hələ  ġirvan  qoĢunu  gəlib  çatmamıĢ, 

1410-cu  il  avqustun  30-da  ġənbi-Qazan  ya xınlığında  Sultan  Əh mədlə  Qara  Yusif 

arasında  baĢ  verən  həlledici  döyüĢdə  Cəlairilər  məğlub  edildilər.  Beləliklə,  ġir-

vanĢah  I  Ġbrahimin  Cənubi  Azərbaycan  vilayətlərin i  ġirvana  birləĢ dirmək  üçün 

etdiyi ikinci cəhdin də sə mərəsi o lmadı. 

Qara  Yusif  ġirvanĢahın  tam  müstəqilliy ini  aradan  qaldırmaq  və  onu 

özündən  asılı  vəziyyətə salmaq  üçün  bir  neçə cəhd  etdi.  Həmin  cəhdlər  I  Ġbrahim 

tərəfindən  etirazla  qarĢılandı.  Çünki  ġirvanĢah  çətinliklə  əldə  etdiyi  istiqlaliyyəti 

itirmə k  istəmird i  və  ölkəsini  müs təqil  surətdə  idarə  etmək  ə zmində  idi.  O,  eyni 

za manda  Qara  Yusiflə  müharibə  olacağını  labüd  hesab  edir  və  özü  də  buna 

hazırlaĢırdı. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə