HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə12/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

30

nın sədri Sergey Mironov, martın 30­da Polşa Prezidenti Lex Kaçinski, apre-

lin 8­də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey, aprelin 30­da 

Dağıstan  Respublikasının  Prezidenti  Muxu  Əliyev,  mayın  3­də  Belarus  Res-

publikasının Prezidenti Aleksandr Lukaşenko, mayın 11­də Türkiyənin Kons-

titusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu, mayın 21­də Fransa Senatı-

nın  Qafqaz  dostluq  qrupunun  rəhbəri,  senator Ambruaz  Düpon,  mayın  24­də 

Moskva Dövlət Universitetinin rektoru, Avrasiya Universitetləri Assosiasiyası-

nın prezidenti, akademik Viktor Sadovniçi, mayın 29­da Luvr muzeyinin direk-

toru Anri Luaret, iyunun 8­də Litvanın Mədəniyyət naziri Yonas Yuças, avqus-

tun 13­də Tacikistan Prezidenti Emoməli Rəhmon, avqustun 21­də İran İslam 

Respublikasının  Prezidenti  Mahmud  Əhmədinejad,  avqustun  31­də  Rusiya 

Federasiyası hökuməti Aparatının rəhbəri – hökumət sədrinin müavini Sergey 

Narışkin, sentyabrın 10­da məşhur memar xanım Zaha Hadid, oktyabrın 2­də 

Xorvatiya Prezidenti Stepan Mesiç, oktyabrın 31­də İran İslam Respublikasının 

vitse­prezidenti,  Milli  Gənclər Təşkilatının  rəhbəri  höccətülislam  Əli  Əkbəri, 

noyabrın  1­də  Qətər  Əmirinin  xanımı,  Qətər  Elm  və  Mədəniyyət  Fondunun 

prezidenti Şeyxa Moza bint Nasir əl­Misnəd, noyabrın 6­da Türkiyə Prezidenti 

Abdullah Gül, 2008­ci il yanvarın 11­də Gürcüstan Prezidenti Mixail Saakaş-

vilinin xanımı Sandra Elizabet Rulofs, fevralın 6­da Koreya Respublikası Baş 

nazirinin müavini, təhsil və insan ehtiyatları naziri Kim Sin, Beynəlxalq Olim-

piya Komitəsinin prezidenti Jak Roqq, martın 7­də Vatikanın dövlət katibi, kar-

dinal Tarçizio Bertone, martın 18­də Avropa İnformasiya Agentlikləri Alyansı-

nın (EANA) büro üzvü, Macarıstan İnformasiya Agentliyinin (MTİ) prezidenti 

Matyas Vins, mayın 6­da İordaniya Kralı əlahəzrət II Abdullahın xanımı Ra­

niya, mayın 12­də İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen, mayın 

20­də Türkmənistan  Prezidenti  Qurbanqulu  Berdiməhəmmədov,  mayın  29­da 

Çexiya  parlamenti  Deputatlar  Palatasının  elm,  təhsil,  mədəniyyət,  gənclər  və 

idman  komitəsinin  üzvü  Peter  Plevan,  iyulun  3­də  Rusiya  Prezidenti  Dmitri 

Medvedev,  iyulun  9­da  Pakistan  Senatının  xarici  əlaqələr  daimi  komitəsinin 

sədri Müşahid Hüseyn Səid, sentyabrın 12­də Özbəkistan Prezidenti İslam Kəri-

mov,  18­də  İsveç  Krallığının  məşğulluq  naziri  Sven  Otto  Littori,  2009­cu  il 

yanvarın 13­də Estoniya Prezidenti Toomas Hendrik İlves, martın 30­da Bel-

çika  Krallığı  senatının  qadın  və  kişi  hüquqlarının  bərabərliyi  üzrə  məsləhət 

şurasının sədri, senator xanım Dominique Tilmans, aprelin 3­də Yeniyetmələ-

rin Beynəlxalq Elm Olimpiadasının prezidenti Masno Gintinq, aprelin 8­də Lit-

vanın Xarici İşlər naziri Viqaudas Uşatskas, aprelin 9­da Ukrayna Prezidenti-

nin xanımı Katerina Yuşşenko, mayın 13­də Yunanıstanın xarici işlər nazirinin 

müavini  Miltiadis Varvitsiotis,  mayın  14­də Türkiyə Ali  Məhkəməsinin  sədri 



31

Hasan Gerçəkər, iyunun 28­də İsrail Prezidenti Şimon Peres, iyulun 20­də Lon-

don Siti merinin xanımı Lin Luder, avqustun 6­da Rumıniyanın paytaxtı Buxa-

rest şəhərinin 2­ci sektorunun meri Nikolay Ontsyanu, avqustun 10­da Latviya 

Respublikasının  Prezidenti  Valdis  Zatlers  və  xanımı  Lilita  Zatlere,  avqustun 

17­də tanınmış rus yazıçı­publisisti, Rusiya Təbii Elmlər Akademiyasının aka-

demiki,  məşhur  “Qarabağ  qan  girdabında”  kitabının  müəllifi,  professor  Yuri 

Pompeyev,  sentyabrın  16­da  Polşanın  keçmiş  birinci  xanımı  İolanta  Kvas-

nevska,  noyabrın  9­da  Sloveniya  Respublikasının  Prezidenti  Danilo  Türk  və 

xanımı Barbara Mikliç Türk, 2010­cu il fevralın 20­də Ağır atletika üzrə ikiqat 

Olimpiya,  səkkizqat  dünya  və  Avropa  çempionu  Vasiliy  Alekseyev  xanımı 

Olimpiada  Alekseyeva,  aprelin  12­də  Küveyt  Dövlətinin  Gənclər  və  İdman 

məsələləri  üzrə  Dövlət  Komitəsinin  sədri  general  Feysəl  Musaid  Əl­Cəzzafı, 

aprelin  13­də  Qambiyanın  Xarici  İşlər,  beynəlxalq  əməkdaşlıq  və  xaricdəki 

qambiyalılar  üzrə  naziri  Usman  Cammeh,  aprelin  15­də  Estoniyanın  Tallinn 

şəhərinin Kristiyne rayonunun başçısı Mixail Korbun, aprelin 28­də Rusiyanın 

Stavropol vilayətinin qubernatoru Valeri Qayevski, mayın 13­də Serbiya Res-

publikasının Prezidenti Boris Tadiç, İyunun 17­də Vatikanın mədəniyyət üzrə 

Pantifik  Şurasının  prezidenti,  arxiyepiskop  Canfranko  Ravazi,  iyunun  25­də 

İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Əhməd Məhəmməd Əli, dekab-

rın 14­də məşhur fransız aktyoru Jerar Depardye, 2011­ci il martın 2­də Rusiya 

Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, apre-

lin 5­də Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas, mayın 2­də 

Litva  Respublikasının  Prezidenti  xanım  Dalya  Qribauskayte,  mayın  17­də 

Çexiya  Respublikasının  Prezidenti Vatslav  Klaus  və  xanımı  Liviya  Klausova 

Heydər Əliyev Fondunda olmuşlar və Ulu Öndər haqqında fəxri qonaqlar kita-

bına ürək sözlərini yazmışlar.



32

HEYDƏR ƏLİYEV FONDUNUN 

BEYNƏLXALQ ƏLAQƏLƏRİ

2005­ci il dekabrın 9­da BMT­nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fon

du arasında saziş imzalanmışdır. 

Fondun  icraçı  direktoru  Anar  Ələkbərov  mərasimi  açaraq  bildirdi  ki,  iki 

qurum  arasında  görmə  qabiliyyətini  itirmiş  və  görmə  qabiliyyəti  zəif  olan 

insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edil-

məsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanacaqdır. 

Sənədləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO­nun xoşməramlı 

səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və BMT­nin Azərbay-

candakı rezident­əlaqələndiricisi Marko Borsotti imzaladılar. 

Mehriban  xanım  Əliyeva  imzalanmış  sənədi  qiymətləndirərək  demişdir: 

“Bu gün Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında çox önəmli 

bir  saziş  imzalandı.  Ölkəmizdə  kor  və  görmə  qabiliyyəti  zəif  olan  insanların 

informasiya kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihə artıq 

həyata keçirilməyə başlanır. Azərbaycanda 320 min əlil insan yaşayır. Onlar-

dan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların 

həyata qoşulmasına, onların informasiya kommunikasiyaları vasitələri ilə bilik 

və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğu-

nun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xid-

mət edəcəkdir. Bu saziş Heydər Əliyev Fondu ilə BMT­nin İnkişaf Proqramı 

arasında əməkdaşlığın ilk təməlidir. Heydər Əliyev Fondu yaradıldığı ilk gün-

dən  cəmiyyətimizin  ən  zəif  təbəqələrinə  böyük  diqqət  və  qayğı  ilə  yanaşır. 

Artıq bu gün hamıya tanış olan fəaliyyətimiz bunu sübut edir. “Diabetli uşaq-

lara  ən  yüksək  qayğı”,  “Talassemiyasız  həyat”,  “Yeniləşən Azərbaycana  yeni 

məktəblər”, “Uşaq evi və internat məktəblərinin inkişafı” proqramları qısa bir 

zamanda həyata keçirilmişdir və nəticədə minlərlə insana yardım göstərilmiş, 

kimsəsiz uşaqlara qayğı artırılmış, mühüm sosial problemlər həllini tapmışdır. 

Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə 

malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur. 

Bu  gün  Heydər  Əliyev  Fondu  beynəlxalq  səhnəyə  çıxır.  Dünyanın  ən 

mötəbər,  ən  nüfuzlu  təşkilatı  olan  Birləşmiş  Millətlər  Təşkilatı  ilə  birgə 

fəaliyyətə başlayır. Mən əminəm ki, bu gün başladığımız layihə çox böyük 

uğurla nəticələnəcək, əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan 

insanların imkanlarını genişləndirmək üçün hazırlanan yeni strategiyaya yar-

dım göstərəcəkdir”. 

BMT­nin  Azərbaycandakı  rezident­əlaqələndiricisi  cənab  Marko  Borsotti 

çıxış edərək demişdir: “Mənə elə gəlir ki, bu gün BMT­də çalışan hər bir mütə­



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə