197
bildirmişdir ki, Heydər Əliyev Fondu yola saldığımız ildə dünyamiqyaslı hu
manitar layihələr həyata keçirmiş, mədəni irsimizin təbliği, kimsəsiz və əlil
uşaqlara qayğı göstərilməsi istiqamətində mühüm addımlar atmışdır.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Böyük Millət Məc-
lisi sədrinin müavini Meral Akşener, İstanbul valisi Hüseyn Avni Mutlu, ölkə-
mizin İstanbuldakı baş konsulu Həsən Zeynalov son illər regionda ən yüksək
inkişafa nail olmuş və dünyada nüfuzunu daha da artırmış Azərbaycan dövləti-
nin tərəqqisindən, Prezident İlham Əliyevin Türk və Azərbaycan diaspor təşki-
latlarının həmrəyliyinə verdiyi əhəmiyyətdən, qardaş ölkələrimizin Ulu Öndər
Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq gündəngünə
daha da möhkəmlənən əlaqələrindən ətraflı bəhs etmişlər.
2011ci il fevral ayının 23də İzmir şəhərindəki Atatürk Mərkəzində Xo calı
faciəsinin 19cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondu Türkiyə Nü ma
yəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası İstanbul Baş konsul-
luğu, İzmir şəhərində təhsil alan azərbaycanlı tələbələr və diaspora qurumları
ilə birlikdə elmiaktual konfrans keçirilmişdir. Tədbirdə İzmir şəhəri bələdiy
yəsi başqan vəkili, xarici ölkələrin İzmirdəki fəxri konsulları, İzmir şəhər
məclisi nümayəndələri, diaspora təşkilatları, ziyalılar və kütləvi informasiya
vasitələri nümayəndələri iştirak etmişlər.
Konfransda Türkiyənin 9 Eylül Universitetindən professor Rəcəb Kök, Girə-
sun universitetindən professor Aygün Attar, Cəlal Bayar universitetindən dosent
Nəjdat Bilgi, Azərbaycan Elmlər Akademiyası Tarix İnstitunun müdiri profes-
sor Yaqub Mahmudov Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə əlaqə-
dar elmi çıxışlar etmişlər. Çıxışlardan sonra azərbaycanlı tələbələrin hazırladıq-
ları “Xocalı Harayı” adlı səhnə göstərilmişdir.
2011ci il fevral ayının 25də Beynəlxalq Stratejik Araşdırmalar Mərkə-
zində (BSAM) Heydər Əliyev Fondu Türkiyə Nümayəndəliyinin və Azərbay-
can Səfirliyinin təşkilatçılığı ilə “Regional Problemlər Prizmasından Azərbay-
canın Xarici Siyasəti” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransda
Ankarada fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələri, icti-
mai xadimlər və nüfuzlu elmiaraşdırma mərkəzlərinin nümayəndələri iştirak
etmişlərdir. Konfransı giriş sözü ilə açan Ankaradakı səfirimiz Faiq Bağırov,
Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azər-
baycanın haqq işinin dəstəklənməsi istiqamətində elmi araşdırmaların önəmin-
dən bəhs etmişdir. Sonra konfransın birinci hissəsində professor Cəmil Həsənli
Azərbaycanın diplomatiya tarixindən və Qarabağ hadisələrinin tarixi köklərin-
dən, millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımının beynəlxalq ictimaiyyət
tərəfindən qəbul edilməsinin zəruriliyindən, millət vəkili Elman Məmmədov
198
Xocalı hadisələrinin canlı şahidi olaraq ermənilər tərəfindən günahsız soydaş-
larımıza qarşı törədilən dəhşətlər haqqında konfrans iştirakçılarını məlumat-
landırmışlar. Heydər Əliyev Fondu Türkiyə nümayəndəliyinin rəhbəri Samir
Cəfərov Xocalı faciəsi və ErmənistanAzərbaycan münaqişəsinin geopolitik
məsələlərini dəyərləndirmişdir. Konfransın ikinci hissəsində Beynəlxalq Araş-
dırmalar Mərkəzinin vitseprezidenti professor Kamer Qasım Dağlıq Qara-
bağ münaqişəsinin nizamlanması yollarından, professor Tayyar Arı Cənubi
Qafqazda gedən siyasi proseslərdən, dosent Barış Özdal isə Dağlıq Qarabağ və
ətraf rayonların erməni əsgərləri tərəfindən işğal olunmasından bəhs etmişlər.
2011ci il may ayının 16da Heydər Əliyev Fondunun Türkiyə təmsilçi-
liyi Türkiyənin Bursa şəhərindəki Uludağ Universiteti ilə birlikdə “Cənubi
Qafqazda təhlükəsizliyin yenidən dəyərləndirilməsi və TürkiyəAzərbaycan
əlaqələri” mövzusunda beynəlxalq konfrans keçirmişdir.
Konfransı açan Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri
Samir Cəfərov dünyanın müxtəlif ölkələrindən gəlmiş diplomat, politoloq və
elm adamlarının bu mühüm tədbirdə iştirakının əlamətdar olduğunu vurğula-
mış, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında qeyrihökumət
təşkilatlarının rolunun gücləndirilməsi baxımından bu cür müzakirələrin vacib-
liyini qeyd etmişdir. Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda destruktiv
rol oynayan Ermənistan Türkiyə, Azərbaycan və Gürcüstana qarşı əsassız ərazi
iddiaları irəli sürür. Azərbaycan və Türkiyə gəncləri humanizm və bəşəri dəyər-
lərə ehtiram ruhunda böyüyür, lakin onların Ermənistanda olan həmyaşıdlarına
qonşu xalqlara qarşı nifrət hissləri aşılanır. İşğal etdiyi Azərbaycan torpaqlarını
daxili siyasət alətinə çevirmiş Ermənistan Rusiya Xarici İşlər nazirinin də söy-
lədiyi kimi, Moskvanın forpostuna çevrilmişdir.
ABŞın Kentukki Universitetinin professoru, keçmiş səfir Keri Kavano isə
bildirmişdir ki, Sovet İttifaqı dağıldıqdan sonra Türkiyənin Cənubi Qafqaz
re gionunda təsiri və rolu artmışdır. Dahi siyasətçi Heydər Əliyevin də vurğu
ladığı kimi, “bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan əvvəllər bir
çoxlarının inanmadığı BakıTbilisiCeyhan, BakıTbilisiƏrzurum və Bakı
TbilisiQars kimi mühüm layihələri həyata keçirməklə öz iqtisadiyyat və
nüfuzlarını artırmışlar. Bu əlaqələri ABŞ və İngiltərə xalqlarının yaxın müna-
sibətilə müqayisə edən amerikalı diplomat vurğulamışdır ki, Azərbaycan daim
Türkiyəyə güvənə bilər. Ankara da, öz növbəsində, Dağlıq Qarabağ problemi-
nin həllində daha fəal iştirak edə bilər.
ATƏTin Minsk qrupunun həmsədri olduğu dövrdə – 2001ci ilin martaprel
aylarında ABŞın Ki Vest qəsəbəsində aparılmış sülh danışıqlarında Ümummilli
Lider Heydər Əliyevin ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi-