H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə27/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   23   24   25   26   27   28   29   30   ...   225

Həqiqətən  də,  Vyana  Konvensiyasının  25-ci  maddəsinə  görə,  yerləşmə 

dövləti  diplomatik  nümayəndəliyin  öz  funksiyalarını  normal  yerinə 

yetirməsi  üçün  bütün  imkanlardan  istifadə  etməyə  borcludur.  Məsələn, 

fövqəladə  hallar  zamanı  (müharibə,  kütləvi  ixtişaşlar,  təbii  fəlakətlər) 

yerləşmə  dövləti  diplomatik  nümayəndəliyin  mühafizəsinin  təşkil 

edilməsi  üzrə  fövqəladə  tədbirlərə  əl  ata  bilər.  Bu  tədbirlər  diplomatik 

nümayəndəliyin normal fəaliyyət göstərməsini faktiki poza bilər. Lakin bu 

yerləşmə  dövləti  tərəfindən  onun  təhlükəsizliyinin  təmin  olunması  üzrə 

vəzifələrin  yerinə  yetirilməsi  gedişində baş  verdiyi  üçün  bu  hal  heç bir 

qeyri-hüquqi xarakter daşımır. 

Səfirlik və ya diplomatik nümayəndəlik öz fəaliyyətini  aşağıdakı 

hallarda dayandıra bilər: 

Müharibə,  ictimai-siyasi  vəziyyətin  dəyişməsi,  ölkə  başçısının 

vəfatı, hərbi çevriliş və s. baş verdiyi hallarda. 

Diplomatik  nümayəndəlik  geri  çağrılarkən  əlaqələr  ya  tamam 

kəsilir,  ya  da  müvəqqəti  dayandırılır.  Belə  olan  halda  həmin  ölkənin 

diplomatik maraqlarını 3-cü ölkə bu dövlətdə yerinə yetirə bilər. Ölkədən 

gedən  diplomatik  nümayəndəliyin  (hətta,  müharibə  şəraitində  belə)  öz 

ölkəsinə təhlükəsiz yollanmasını yerləşdiyi ölkə təmin etməlidir. 

Məsələn, Almanlar Fransaya hücum edib onu işğal etdikləri zaman 

alman  xüsusi  hərbi  dəstəsi  Berlindəki  fransız  diplomatlarını  təhlükəsiz 

şəraitdə ötürmüşlər. Hətta, ölkəni tərk edən səfirliyin ərazisi münasibətlər 

barpa  olunana  qədər  toxunulmazdır,  onun  binası,  daşınan  və  daşınmaz 

əmlakı qorunmalıdır. 

Cinayət 


məsuliyyətinə 

səbəb 


olan 

nümayəndəliyin 

toxunulmazlığının  pozulması  adı  altında  hər  cür  hücum,  müdaxilə, 

diplomatik  nümayəndəliyin  ləyaqətinin  təhqir  edilməsi  və  s.  faktlar 

düşmənçilik kimi düşülür. 

Nümayəndəliyin  dövləti  böyük  sayda  postların  olmasına 

baxmayaraq,  nümayəndəliyin  binasına  ziyan  vurulduqda,  həmin 

nümayəndəlik  mühafizəsinin  səmərəsizliyi  barəsində  protest  vermək  və 

zərərin ödənilməsi haqqında iddia irəli sürməkdə haqlıdır. 

81 



Diplomatik  nümayəndəliyə  ziyan  vurulmasında  təqsirkar  şəxslər 

məlum  olduqda  zərərin  ödənilməsi  məsələsi  çətinlik  yaratmır.  Maddi 

zərər  isə  məhkəmə  qaydasında  onlardan  tutularaq  ödənilə  bilər. 

Təcrübədə o hallar çətinlik yaradır ki, təqsirkar şəxslər məlum deyil və 

diplomatik  nümayəndəlik  isə  yerləşmə  dövlətinə  pretenziyalar 

ünvanlayır. 

Maddi  ziyan  dəyməsinə  görə  yerləşmə  dövləti  tərəfindən 

kompensassiyanın  ödənilməsi  məsələsi  qüvvədə  olan  beynəlxalq 

müqavilələrddə  nəzərdə  tutulmamışdır.  Dövlətlərin  təcrübəsi  isə  bu 

məsələdə  müxtəlifdir.  Fiziki  şəxslər  tərəfindən  yetirilən  maddi  ziyanın 

ödəmək  öhdəliyinin  qəbul  edilməsi  Qərbi  Avropa  dövlətlərinin 

əksəriyyəti  üçün  xarakterikdir,  lakin  bu  öhdəliyi  yalnız  qarşılıqlılıq 

prinsipi  əsasında  qəbul  edirlər.  Bütövlükdə  isə  kompensasiya  haqqında 

məsələnin  həll  edilməsində  dövlətlər  arasında  mövcüd  olan  qarşılıqlı 

siyasi  münasibətlərin  xarakteri  böyük  rol  oynayır.  Bundan  başqa,  bu 

yerləşmə  dövlətinin  öz  məsuliyyətini  qəbul  etməsinin  və  yaxud 

beynəlxalq  nəzakət  qaydasının  həyata  keçirilməsinin  nəticəsi  olmasını 

çox hallarda müəyyən etmək çətindir. 

Bəzi  yerləşmə  dövlətləri  xarici  diplomatik  nümayəndəliklərə 

vurulmuş maddi ziyanın ödənilməsinə formal olaraq razılıq versələr də, 

əslində isə bu öhdəliyin yerinə yetirilməsini uzatmağa, nəticədə isə onu 

yerinə yetirməkdən bütövlükdə yayınmağa cəhd edirlər. 

Diplomatik  təcrübə  göstərir  ki,  baxılan  öhdəliyin  yerinə 

yetirilməməsinə görə yerləşmə dövlətinin məsuliyyəti məsələsi o hallarda 

yaranır ki; 

a)

 



diplomatik nümayəndəliyin binalarının toxunulmazlığının fiziki 

şəxslər  tərəfindən  pozulmasını  özü  təşkil  etmiş  və  ya  bu  pozuntunun 

törədilməsinə yerləşmə dövləti özü təhrik etmişdir

b)

 



yerləşmə  dövləti  pozuntunun  qarşısını  almaq  üçün  lazımi 

tədbirlər görməmişdir; 

c)

 

yerləşmə  dövləti  bu  pozuntunun  törədilməsində  təqsirli  olan 



şəxsləri cəzalandırmışdır. 

Diplomatik nümayəndəliklərin binalarının toxunulmazlığı 



82 


həm  nümayəndəliyin  özü,  həm  də  onun  personalının  ayr-ayrı  üzvləri 

tərəfindən  sui-istifadə  üçün  imkanlar  yaradır.  Vyana  Konvensiyasında 

nəzərdə  tutulmuşdur  ki,  diplomatik  nümayəndəliklərin  binaları 

nümayəndəliyin  funksiyaları  ilə  bir  araya  sığmayan  məqsədlər  üçün 

istifadə edilməməlidir. 

Bu  beynəlxalq  hüquq  normasına  görə,  nümayəndəliyin  rəsmi 

məqsədləri  ilə  bir  araya  sığmayan  xarakterli  predmetlərin  diplomatik 

nümayəndəliklərin 

binalarında 

saxlanılması 

və 

diplomatik 



nümayəndəliyin  binalarının  kommersiya  məqsədləri  üçün  istifadə 

edilməsi  yolverilməzdir.  Diplomatik  nümayəndəliyin  binalarının 

nümayəndəliyin  funksiyaları  ilə  bir  araya  sığmayan  məqsədlər  üçün 

istifadə  edilməsi  dedikdə,  həmçinin  bu  binalarda  hətta  təmsil  etdiyi 

vətəndaşı  olsa  belə,  kimisə  məcburi  saxlamaq  nəzərdə  tutulur.  Bundan 

başqa, diplomatik nümayəndəliyin binalarında kimisə məcburi saxlamaq 

yerləşmə  dövlətinin  ərazisində  xarici  dövlətin  orqanları  tərəfindən 

hakimiyyət  səlahiyyətlərinin  həyata  keçirilməsi  demək  olardı.  Bu  isə 

yerləşmə  dövlətinin  suverenliyini  pozur.  Diplomatik  nümayəndəlik 

hakimiyyət orqanı deyil və Vyana Konvensiyasında nəzərdə tutulan onun 

funksiyalarına  isə  tutma,  saxlama  və  həbs  hərəkətləri  daxil  deyil. 

Diplomatik  nümayəndəliyin  binalarında  kimisə  məcburi  saxlamağın 

qadağan olunması bəzən yerləşmə dövlətinin qanunvericiliyində nəzərdə 

tutulur.' 

Dövlətlərin 

əksəriyyətinin 

təcrübəsində 

diplomatik 

nümayəndəliyin  binalarının  nümayəndəliyin  funksiyaları  ilə  bir  araya 

sığmayan məqsədlər üçün istifadə edilməsi diplomatik sığınacaq vermək 

kimi qiymətləndirilir. 

Diplomatik  nümayəndəliklərin  binalarının  nümayəndəliyin 

funksiyaları ilə bir araya sığmayan məqsədlər üçün istifadə edilməsi bu 

binaların  toxunulmazlığının  hədləri  haqqında  maraqlı  sual  doğurur. 

Diplomatik  nümayəndəliklərin  binalarının  nümayəndəliyin  funksiyaları 

ilə bir araya sığmayan məqsədlər üçün istifadə edildiyi 



' Никифоров Д.С; Борупков Л.Ф. Дипломатический протокол в СССР. Припцы- пы. 

Нормы. Практика. М., 1985. стр. 152-153. 

83 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə