İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 

62 


Elm və mədəniyyətin beşiyinin qədim Şərqdə olması və onun 

antik  dövrünə  təsiri  haqqında  bir  çox  inkaredilməz  faktlar  vardır. 

Elə  elmin  müxtəlif  sahələrini  kordina  edən  xüsusi  məktəblər, 

cəmiyyətlər  və  s.  hələ  o  zaman  qədim  Şərqdə  olması  haqqında 

məlumatlar az deyildir. Lakin bu məfhumları ifadə edən Akademiya 

sözü  ilk  növbədə  Qədim  Yunanıstanda  yaranır.  Fəlsəfi  məktəb  adı 

ilə  məşhur  olan  ilk  Akademiya  Qədim  Yunanıstanda,  Afinada 

Platon tərəfindən təşkil olunmuşdur. Akademiya sözü özü də qədim 

yunanların mifik qəhrəmanı Akademin adı ilə bağlıdır. 

Sonralar  bu  ad  altında  müxtəlif  fəlsəfi  ali  məktəblər,  cəmiy-

yətlər, ayrı-ayrı elmlərin fəaliyyətini kordina edən idarələr və s. nə-

zərdə  tutulur.  Hal-hazırda  müxtəlif  ölkələrdə  bir  çox  kənd  təssər-

rüfatı, incəsənət, tibb, hərbi tibb, texniki elmlər və s. akademiyaları 

mövcuddur. 

Tarixə  nəzər  saldıqda  görürük  ki,  ilk  dəfə  Akademiya 

haqqında  təsəvvürün  Qədim  Yunanıstanda  yaranmasına  baxmaya-

raq akademiyaların sonraki, inkişafı orta əsrlərdə Şərqdə olmuşdur. 

Platonun  özünün  Yunanıstanda  yaratdığı  ilk  Akademiya  lazımi 

səviyyədə olmadığından öz-özünə aradan getdi. 

489-cu ildə Bizantiyada məşhur elmi, tibbi, fəlsəfi təfəkkürün 

mərkəzi  olan  Edessa  Akademiyası  Zenon  imperotorunun  əmri  ilə 

bağlanır. Onun ardınca 529-cu ildə yenə Bizantiya imperatoru Afi-

nada olan Akademiyanı bağlayır. Bu akademiyalarda çalışan alimlər 

Orta  Şərqə  üz  tutub,  orada  yeni  Akademiyaların  yaranmasına 

kömək edirlər. Bunlardan birincisi o zaman Sasanilər dövründə Ni-

sibin  şəhərində  yaradılmış  böyük  fəlsəfi  məktəb  idi.  Bu  məktəbdə 

xüsusilə riyaziyyat,  astronomiya, tibb və s. elmlərin inkişafı başla-

yır.  Tarixi  mənbələrə  əsasən  VI  əsrin  sonlarında  bu  Akademiyada 

minə yaxın elmi işçi var idi. Bunların içərisinə Aristotel və Platonun 

tələbələri də daxil idi. 

Lakin  Şərq  alimlərinin  özləri  də  bu  böyük  yunan  alimlərinin 

fikirlərini sadəcə qəbul etməyib, onları inkişaf  etdirərək  yeniləşdir-

mişlər. Hətta məlumdur ki, Qədim Yunanıstanın özündə də elm və 

mədəniyyəti inkişaf etdirən alimlərin içərisində  Şərq alimləri də az 




 

63 


deyildir.  Məsələn,  Afina  Akademiyasının  sonuncu  rəhbəri  Də-

məşqdən olan Damask adlı alim idi. Hərçənd ki, o, elmə İsgəndəriy-

yə  və  Afinada  yiyələnmişdir,  Aristotelin,  Platonun  və  onların  ardı-

cıllarının  bir  çoxunun  fikirlərinin  əleyhinə  çıxırdı.  Elə  bunun 

mütərəqqi  fikirləri  Afinada  Akademiyaların  bağlanmasına  səbəb 

olmuşdur.  Oradan  bir  sıra  alim  I  Xosrov  Ənuşirəvanın  (531-579 

İranda  hökmdarlıq  etmiş,  məşhur  Sasani  padşahı)  yanına  gəlib, 

onun  köməyi  ilə  o  dövrün  ən  böyük  Akademiyalarından  biri  olan 

Cündişapur  Akademiyasını  yaradırlar  (VI  əsrin  əvvəllərində).  Bu 

Xuzestan  əyalətində  indiki,  Dizful  şəhərinin  yaxınlığında  idi. 

Həmin  Akademiyanın  bir  sıra  elmi  əsərləri  və  tarixi  abidələri  bizə 

gəlib  çatmışdır.  Bu  Akademiya  Antik,  Yunan,  Rim  elmi  və 

mədəniyyətinin, xüsusilə tibb sahəsində Şərqdə davamı idi. 

869-cu ildə bu Akademiyanın başçısı Sabur ibn Sabir (IX əsr) 

demək olar ki, bütün dünyada məşhur olan ilk “Farmakopeya” kita-

bını  yazır.  Cündişahur  Akademiyasının  işçiləri  tərəfindən  22  cild-

dən  ibarət  “Toksikologiya”  əsəri  yaradılır.  Orada  zəhərlərin  geniş 

xarakteristikası, zəhərlənmələrin diaqnostikası və müalicə metodları 

göstərilmişdir. Bu Akademiyanın məşhur həkim-alimlərindən Cubra 

əl-Sulfistani,  əl-Duristabaz,  Yuhanna  və  digərlərinin  adı  fəlsəfə  və 

tibb tarixində həmişəlik qalır. 

Cündişapur  Akademiyasının  alimləri  tibbi  ara  həkimlərdən 

təmizləyərək, tibbin  bir çox müasir sahələrinin  yaranmasına  yaxın-

dan kömək etmişlər. Bu Akademiyanın alimləri qədim Hind, Çin və 

başqa  ölkələrin  elmi  nailiyyətlərindən  də  bəhrələnmişlər.  Bu  ölkə-

lərin  bir  çox  qədim  kitabları  burada  tərcümə  olunmuşdur.  Tarixi 

məlumatlara əsasən hələ o zaman Cündişapur Akademiyasının nəz-

dində tibb və başqa elmlərə aid konqreslər keçirilmiş, o dövrün tibb 

də  məşhur  alimlərinin  biri  əl-Həris  ilə  Ənuşirəvanın  arasında  tibbə 

aid olan mübahisələr haqqında kitab (VII əsr) bizə gəlib çatmışdır. 

Bu Akademiyanın nəzdində olan tibbi fakültədə bir neçə xəstəxana 

var  idi.  Bu  klinikalar  o  dövr  üçün  lazım  olan  yüksək  cihazlar  ilə 

təmin  olunmuşdur.  Məsələn,  narkoz  vermək  üçün  xüsusi  cihazlar 

var idi.  Klinikaların nəzdində apteklər və aptek bağları mövcud idi. 




 

64 


Tibbdən  əlavə  burada fəlsəfə, riyaziyyat,  kimya,  astronomiya 

və başqa elmlər də mövcud idi. Həmin Akademiya Suriya dilinə bir 

sıra  qədim  yunan  alimlərinin  və  filosoflarının  əsərlərini  tərcümə 

etdirmişdir. 

Sasanilər  dövründə  Cündişapur  Akademiyası  ilə  bərabər 

Hərran şəhərində olan Akademiyanı da göstərmək lazımdır. Hərran 

Suriyada olan şəhərdir. Bu şəhər uzun müddət Yunan dilli alimlərin 

pənah yeri və məşhur fəlsəfi mərkəzi sayılırdı. Elə buradan da Şərq 

fəlsəfəsinin  inkişafına  böyük  yardım  edilmişdir.  Bu  Akademiyada 

fəlsəfədən  başqa  tibb,  məntiq  və  s.  elmlərin  inkişafına  böyük 

yardım göstərilmişdir.  

VII  əsrin  30-40-cı  illərində  ərəblərin  Şərqdə  tam  qələbə  çal-

ması nəticəsində Suriya sonralar Fələstin, Misir, İraq və başqa Orta 

Şərq  ölkələrində,  xüsusən  Abbasilər  sülaləsinin  başçılığı  dövründə 

VIII  əsrdən  başlayaraq  Şərqdə  yeni  bir  böyük  Akademiya,  Bağdad 

Akademiyası  formalaşır.  Bağdad  Akademiyası  mahiyyət  etibarı  ilə 

Cündişapur  Akademiyasının  davamı  olaraq  onun  nailiyyətlərini 

özündə  cəmləşdirib,  inkişaf  etdirirdi.  Bu  Akademiyada  tibb  ilə 

bərabər astronomiya, riyaziyyat, həndəsə və bir çox digər elmlər öy-

rənilirdi. 

Qərbdə  bu zaman kimya haqqında da heç bir məlumat  olma-

dığı  halda  Bağdad  Akademiyası  bu  haqda  böyük  nailiyyətlər  gör-

müşdür.  Burada  çalışan  alimlər  (Cabir  ibn  Həyyan,  Ər-Razi)  həm 

canlı  və  həm  də  cansız  orqanizmdə  olan  maddələrin  dəyişməsini 

öyrənirdilər.  Onların  fikrincə  kimya  elmi  üçün  mümkün  olmayan 

heç bir şey yoxdur. Əl kimya adı ilə məşhur olan bu elmin Bağdad 

Akademiyasında  yeni  metodları  yaranır,  olan  metodlar  təkmilləşir, 

çoxlu  elmi  əsərlər  yazılırdı.  Distillyasiya      ekstraksiya,  filtrasiya, 

buxarlandırma  üçün  yeni  cihazlar  hazırlanırdı.  Bu  böyük  işlərin 

hamısına  əsas  rəhbərlik  edən  dahi  klinisist  Zəkəriyya  Ər-Razinin 

rolu  olduqca  böyükdür.  O,  ilk  növbədə  spirti,  şəkərli  maddələrdən 

qovmaq  vasitəsi  ilə  alır.  Onun  başçılıq  etdiyi  məktəbdə  müasir 

tibbdə geniş istifadə olunan alkaloidlər, qlikozidlər alınır. Elə alka-

loid adı da ərəb sözü olub, alkali-yəni qələvi deməkdir. Bu məktəb-




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə