İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   ...   12   13   14   15   16   17   18   19   20

 

 

 



63 

 

modeli təkmilləşdirilərkən, beynəlxalq təcürbədə olan 



mütərəqqi təcürbədən bəhrənilsədə, lakin burada ölkə-

nin  sosial-iqtisadi  inkişaf  səviyyəsi,  inkişaf  meyli  və 

onun perspektiv imkanları qiymətləndirilməli, ölkənin 

milli inkişafına və beynəlxalq inteqrasiyasına xas kon-

sepsiya modeli müəyyən edilməli, burada bütün kom-

ponentlər ilk növbədə respsublikanın mənafeləri baxı-

mından müəyyənləşdirilməlidir.  

Digər  tərəfdən,  respublika  iqtisadiyyatının  mo-

dernləşməsində daha mütərəqqi iqtisadi inkişaf üsulla-

rından istifadə cəhətləri kompleksliyinin ifadəçisi olan 

daxili və xarici bazarın formalaşması məntiqini özün-

də ifadə edən inkişaf sürəti əsas götürülməlidir. Bütün 

sahələr üzrə tələbata uyğun və milli iqtisadi mənafelə-

rin  əlaqələndirilməsi  məntiqinə  aid  mühüm  strateji 

məhsullar üzrə istehsal texnologiyasının son məhsula 

qədər texnoloji ardıcıllığı, başqa digər amil və sahələr 

ilə  asılılıq  dərəcəsi,  maddi-texniki  təminat  səviyyəsi 

aşkarlanmalıdır. Hər cür sahibkarlıq formasına dəstək 

ardıcıl,  ahəngdar  və  vaxtında  olma  zərurəti  hökmən 

nəzərə alınmalıdır. Belə ki, müstəqil ölkəmizin iqtisa-

di inkişaf konsepsiyası milli dövlətçiliyimizin mənafe-

yi baxımından formalaşdırılmalıdır. Bunun üçün milli 

mənafelər  sistemi  isə,  geniş  mənada  cəmiyyətin  hər 

bir üzvünün,  eləcə də  iqtisadiyyatıın  demokratik,  hu-

manist meyllərə söykənməsi tələbatlarını ifadə  etmə-

lidir. Hər vasitə ilə neft gəlirlərinin bölüşdürülməsinin 




 

 

 



64 

 

şəffaflığı  artırılmalı,  qeyri-neft  sektorunun  inkişafına 



olan diqqət daha da artırılmalı, makro və mikro səviy-

yədə  idarəetmə  sistemləri  daim  təkmilləşdirilməli, 

onun  sosial  yönümlüyü  təmin  edilməli,  bunun  üçün 

isə  ölkənin  milli,  iqtisadi,  ərzaq  təhlükəsizliyi  daim 

diqqətdə  saxlanılmalıdır.  Bütün  bu  amillər  isə,  ilk 

növbədə  milli  dövlətçilik  ənənələrinin  demokratik, 

humanist, sivil səviyyədə inkişafını tələb edir. 

Milli  iqtisadiyyatın  inkişafında  payı  ilbəil  artan 

xüsusi sahibkarlıq müəssisələrinə, o cümlədən özəl ki-

çik və orta müəssisələrə maliyyə köməkliyinin göstə-

rilməsində,  onların  investisiya  imkanlarının  genişlən-

dirilməsi  üçün  zəruri  şəraitin  yaradılmasında  dövlət 

tərəfindən bir neçə istiqamətdə həyata keçirilməsi zə-

ruri  və  təxirəsalınmaz  olan  tədbirlərin  gerçəkləşdiril-

məsi, onlar tərəfindən rəqabət qabiliyyətli məhsulların 

istehsal edilməsində ciddi sıçrayışa səbəb ola bilər. Bu 

isə  milli  valyutanın  alıcılıq  qabiliyyətinin  güclənmə-

sinə, ölkədə maliyyə sabitliyinin dönməzliyinə, sosial 

sahədə  isə  gərginliyin  azaldılmasına  müsbət  təsir  et-

miş olacaqdır. 

Köklü  iqtisadi  və  sosial  problemləri  həll  etmək, 

respublikamızın milli, iqtisadi təhlükəsizliyinə nail ol-

maq  yolunda  görülən  tədbirlər,  müxtəlif  məntiqli 

proqnozlar şübhəsiz iqtisadiyyatımızda azad sahibkar-

lığın,  xüsusiyyətçiliyin  tədricən  inkişaf  etdirilməsini 

tələb  edəcəkdir.  Bu  məsələlərin  elmli,  cəsarətli  həlli 




 

 

 



65 

 

isə idarə olunmasının nəzəri, metodoloji-praktiki mə-



sələlərinin kompleks həllindən çox asılı olacaqdır. Be-

lə ki, iqtisadiyyatda ənənəvi, inzibati sistemdən bazar 

münasibətlərinə keçid müxtəlif ölkələrdə bir sıra ümu-

mi meyllərə malik olub, bir tərəfdən dərin köklü dəyi-

şikliklərin  bünövrəsi  kimi  yeni  iqtisadi  sistemin  for-

malaşması  üçün  fundamental  və  etibarlı dayaqlar  ya-

ratmışdırsa da, digər tərəfdən bu ölkənin hazırki inki-

şaf  istiqamətində  makroiqtisadi  sabitliyin  təməlini 

qoymuş proses olmalıdır. 

İqtisadi  inkişaf  modelində  texnoloji  və  sosial  yö-

nümlü  strateji  proqramların  hazırlanması,  onların  hə-

yata keçirilməsi, iqtisadiyyat sahələrində çevik texno-

logiyaların tətbiqinin sürətləndirilməsi, əsas xammalın 

əldə edilməsində uzunmüddətli təminatın olması müa-

sir  və  perspektiv  inkişaf  məsələlərini  müəyyən  edən 

amillər  kimi  qəbul  edilməlidir.  Bu  yönümlü  strateji 

məqamlara nail olunması təbii, əmək, texniki və  tex-

noloji  ehtiyatlardan  bazarın  tələblərinə  uyğun  maksi-

mum şəkildə istifadəni tələb edir. Bunun üçün də aşa-

ğıdakı  tədbirlərin  həyata  keçirilməsi  zərurəti  yaranır. 

Belə ki, bu sahədə avadanlıqların fiziki və mənəvi cə-

hətdən aşınmasının, emal müəssisələrinin tələb olunan 

istehsal  gücləri  ilə  təminatı  səviyyəsinin  müəyyən 

edilməsi,  müəssisələrin  texniki  və  texnoloji  təchizat 

imkamlarının  məqsədli  proqramlar  üzrə  müəyyən 

olunması xüsusi ilə zəruridir. Bununla bağlı isə müəs-




 

 

 



66 

 

sisələrin yeni kadr potensialı ilə təmin edilməsinin ba-



zar konyukturuna uyğun həyata keçirilməsi, lazımi ix-

tisas və peşə sahiblərinin cəlb edilməsinə şəraiti yara-

dılmalıdır.  İnkişafı  xarakterizə  edən  və  onun  bazar 

strukturlarına  uyğunlaşdırılmasını  əks  etdirən  infor-

masiya  bazasının  yaradılması  da  bu  qəbildən  zəruri 

olan məsələlərdəndir. 

Hesab  etmək  olar  ki,  müasir  dövrdə  modernləş-

mənin  mühüm  istiqaməti  kimi,  qeyri-neft  sektoru 

üçün  müasir  tələblərə  uyğun  olan  inkişaf  strategiyası 

və  investisiya  proqramlarının  hazırlanması  vacibdir. 

Beləliklə, qeyri-neft sektoru həm ölkə iqtisadiyyatının 

şaxələndirilməsi, həm sosial məsələlərin həlli, həm də 

regionların inkişafı üçün ən başlıca rol oynayan sahə-

dir. Çünki yeni iş yerlərinin tam əksəriyyəti bölgələr-

də yaradılmaq üzrədir. Belə yanaşma bölgələrin inki-

şafına çox böyük dəstək və köməkdir. Eyni zamanda, 

bölgələrdə  dövlət  investisiya  proqramı  çərçivəsində 

həyata keçirilən, təkmilləşdirilməsi zəruri olan nəhəng 

infrastruktur  layihələri  də  qeyri-neft  sektorunun  və 

bütövlükdə sahibkarlığın inkişafına əsaslı təkan mən-

bəyi rolunda çıxış edəcəkdir. 

 

Dövlətin bazar münasibətlərinin ilkin və formalaş-



ma  mərhələsində  aparıcı  və  əsas  rolu  danılmazdır. 

Azərbaycanda  qeyri-neft  sektorunun  inkişafı  iqtisadi 

problemlərin həllinə,  bazar  münasibətlərinin  tam  for-

malaşmasına təsir edəcəkdir. Məhz buna görə də iqti-




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə