I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

42 

 

edir.  Döş  qəfəsinin    ekskursiyasının  həcminə  əsasən  tənəffüsün  dərinliyi  təyin 



edilir (dərin, kafi, səthi).  

Tənəffüsün  tezliyi-  tənəffüs  funksiyasının  ən  vacib  göstəricisidir.  Ayıq 

vəziyyətdə  tənəffüs  tezliyi,  adətən,yüksək  olur.  Uşaqlarda  döş  qəfəsinin  xüsusi  

forması  ilə  əlaqədar    tənəffüs  səthi  və  yüksək  tezlikli  olur.  Tənəffüsün  sayı  döş  

qəfəsi və ya qarın boşluğunun hərəkətləri üzrə təyin edilir- ya vizual olaraq, ya da 

əli döş qəfəsi və ya qarına  qoymaqla.  

Yenidoğulanlarda 

və 


südəmərlərdə 

tənəffüsü 

stetoskopu 

buruna 


yaxınlaşdırmaqla  təyin  etmək  olar  (yaxşı  olardı  ki,    yatdıqda).  Həmin  yaş  üçün  

tənəffüsün  tezliyi  90  sentildən çox olduqda taxipnoe, 10 sentildən  aşağı olduqda 

bradipnoedən  danışılır (cədvəl 1). 

Cədvəl  1 

Yaşdan asılı olaraq tənəffüs tezliyinin  sentil şkalası 

Yaş (il) 

Sentil 

10 


26 

75 


90 

29 


25 

45 


52 

24 


34 

36 


42 

22 


24 

32 


36 

3-4 

22 


24 

32 


36 

5-7 

19 


22 

30 


34 

8-10 

17 


19 

25 


28 

11-13 

17 


19 

24 


26 

4-17 

16 


18 

24 


26 

 



43 

 

Nəhayət,  sakit  və    yüklənmə  vəziyyətində    tənəffüsün  sayı  və  nəbzin 



tənəffüsə  olan  nisbəti  hesablanmalıdır.  Bunun    üçün  uşağın  əlindən    tutulur, 

əvvəlcə nəbzi, sonra isə bir dəqiqədə tənəffüsü sayılır. Nəbz ilə tənəffüs arasındakı 

nisbət yaş artdıqca dəyişir və yenidoğulanda 2,5-3:1,biryaşlı uşaqda 3-3,5:1, böyük 

yaşlı  uşaqlarda 4,5:1  kimi  olur.  Qızdırmalı xəstəliklərdə,  fiziki  yüklənmə  zamanı 

bu nisbətlər, bir qayda olaraq, saxlanılır. 

 

Tənəffüs  orqanlarının  xəstəliyi  ilə  əlaqədar  olaraq  tənəffüs  hərəkətlərinin 



ləngiməsi qırtlağın  və ya nəfəs borusunun daralması (nəfəs almanın uzanması) və 

bəzən  bronxial  astma  tutmalarında  kiçik  bronxların  daralması  (nəfəs  vermənin 

uzanması)  zamanı müşahidə olunur. Erkən yaşlı  uşaqlarda bəzən  kobud vibrasiya 

edən, xırıltılı, nəfəs almada güclənən küylü tənəffüs qeydə  alınır ki,  bu da stridor 

adlanır.  Belə  tənəffüs  burununhava  yollarının  anatomik  quruluş  xüsusiyyətləri 

hesabına burun hava yollarının daraldığını göstərir, bir qayda olaraq bir yaşa qədər 

yox olur. 

Tənəffüs  aktının  müntəzəmliyinə  əsasən  tənəffüsün  ritmi  qiymətləndirilir. 

Tənəffüs  mərkəzi  zədələndikdə,  patoloji  tipli  tənəffüs  (Kussmaul  tənəffüsü,Biot   

tənəffüsü)  meydana    gəlir.  Sağlam  uşaqda  tənəffüs  ritmi  tam  müntəzəm  olmur,  

tezliyi    və  dərinliyi  dəyişkən  olur.  Müxtəlif    səbəblərdən  tənəffüsün  dərinliyinin 

dəyişməsi və ya tənəffüs hərəkətlərinin və onlarının ritminin genişliyi həm artma, 

həm da azalma istiqamətinədəyişə  bilər.   

Döş  qəfəsinin  sağlam  yarısı  tərəfindən    kompensasiya  məqsədilə  tənəffüs 

amplitudunun  birtərəfli  dəyişikliyinə  də  rast  gəlinir,  bu  zaman  başqa  tərəfin 

tənəffüs  hərəkətləri  ağır  ağciyər  və  ya  plevral  dəyişikliklər  nəticəsində  kəskin 

məhdudlaşır. Tənəffüs sistemi xəstəlikləri olan xəstələrdə döş qəfəsinin dəri örtüyü 

yoxlandıqda aşağıdakılara rast gəlmək olar: 



1.

 

Göyümtül  şaxələnmə  şəklində  kiçik  dəri  venalarının  genişlənməsi  

(teleangiektaziyalar)-Frank  simptomu.  Onlar,  adətən,  arxadan    VII  boyun 

fəqərələri və I-III döş fəqərələri  (ağciyərlərin zirvə hüdudları) nahiyəsində, 




44 

 

ya da ağciyərlərin və ürəyin aşağı sərhədindəçələng  şəklindəyerləşmiş olur 



və həmin yerlərdə  qan dövranının çətinləşdiyini göstərir. 

2.

 

Körpücükaltı  nahiyədə  dəri  üzərində  döş  sümüyündən(II  qabırğanın 

birləşdiyi  yerdə)bazu  oynaqları  istiqamətində  gedən  venoz    damarların 

genişlənmiş  dəstəsi  olur-  Viderqorfsimptomu.  Döş  qəfəsi  limfa  düyünləri 

zədələndikdə bu simptom müşahidə olunur. Son illər  reanimasiya tədbirləri 

zamanı uzun müddət  körpücükaltı kateterlərdən istifadəedilməsi nəticəsində 

bu  simptomlar  çox  rast  gəlinir  (körpücükaltı  venaların  trombozu 

nəticəsində). 



3.

 

Döş  qəfəsinin  aşağı  yan  hissələrində  dərinin  məhdudşişkinliyi  və 

qabarıqlığı-  partlamağa  hazırlaşan irinli plevritin  işarəsidir. 

 

PALPASİYA 

Döş    qəfəsinin  palpasiya  metodu  tənəffüs  orqanlarının  vəziyyəti  haqqında  

məhdud diaqnostik informasiya verir, çünki onlar sümük skeleti ilə örtülmüş olur. 

Buna  baxmayaraq,    döş    qəfəsinin    palpasiyası  döş    qəfəsi  nahiyəsində  dəri 

örtüyünü  və  onun  bu  və  ya  digər  nahiyələrdə  ağrılı  olduğunu  qiymətləndirməyə 

imkan  verir.  Bundan  başqa  döş  qəfəsinin  palpasiyası  zamanı  səs  titrəyişlərini  də  

təyin  etmək,  eləcə  də    plevranın  sürtünmə  küyünü,  döş  qəfəsinə  titrəyişli  

hərəkətlər verə bilən bəzi xırıltı və səsləri də təyin etmək mümkündür. Hər iki əl ilə 

palpasiya  etmək  lazımdır.  Ovuc  müayinə  edilən  döş    qəfəsinə  hər  iki  tərəfdən  -

öndən  və  arxadan  simmetrik  olaraq  qoyulur,  sanki  onu  tutur.  Bununla  yanaşı, 

palpasiya zamanı döş qəfəsinin ön-arxa və yan ölçüləri, onun tənəffüs ekskursiyası 

haqqında əlavə məlumatlar almaq olar. 

Döş  qəfəsinin  rezistentliyi və ya elastikliyi döş qəfəsinin həkimin  əlləri ilə 

ön-arxa  və  yanlardan  sıxılaraq  elastikliyinin  təyininə  əsaslanır.    Öndən    arxaya 

palpasiya  etdikdə  həkim  bir  əlini    döş  sümüyünə,    o    biri  əlini  paralel    olaraq 

onurğaya qoyur.

 

Yandan palpasiya zamanı  həkim əllərini qoltuqaltı nahiyədən başlayaraq döş 



qəfəsinin  yanlarında yerləşdirir. 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə