siqar xüsusi dad verən dəmir kuporos və sirkə
birləşməsidir, bu da hər bir mürəkkəbin tərkib
hissəsini təşkil edir. Kavur ölkə maliyyəsinin
artımının qayğıkeşi qismində yeni növ
siqarların yaradılmasına əmr verir. O gündən
etibarən bu növ siqarlar satışa çıxarılmamışdan
öncə mürəkkəb fabrikində emal edilir ki, təsiri
qəribə şəkildə həm mürəkkəb, həm də
siqarlarda özünü göstərir. Əlahəzrət, Kavur
növünün yaranma tarixini danışdım, bunlar
hamısı həqiqətdir, zərrə qədər də uydurma
yoxdur. İblis hədiyyəni qəbul edib şəhadət
barmağı ilə siqarın ucuna toxundu. Təmasdan
siqarın ucu alışdı və tüstüləməyə başladı. Ancaq
çəkmədi, yəqin fikrindən vaz keçdi. Siqarı
masanın üzərinə qoyub fövqəladə nəzakətlə
müraciət etdi: - İzninizlə, hədiyyənizi Volter
üçün saxlayım. Son dərəcə sevinib qürur
duydum: eybi yox, qoy, bu cür cüzi,
Dostları ilə paylaş: