İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə17/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

XV əsr 

Azərbaycan  tacirlərinin    Şam  (Dəməşq),  Hələb,  Bursa,  İstanbul,  Trabzon  şəhərləri  vasitəsi  ilə  a  Şirvanşah 

avropalılarla ticarət əlaqələri qurması 

XV əsr 

Görkəmli  Azərbaycan  musiqiçisi  Əbdülqadir  Marağainin  Yaxın  və  Orta  Şərq  ölkələrində  geniş  yayılan 

muğamlar,  mahnı  və rəqs melodiyaları  yaratması.  Bu dövrdə Azərbaycan rəssamlarından Əmir  Dövlətyar və 

onun şagirdləri Əbdül, Müsavir və.b məşhur idilər 



XV əsr 

Şirvanşahlar saray kompleksinin, Təbrizdə Qeysəriyyə (Örtülü bazar) kompleksi və Divanxananın, Nəsriyyə və 

Məqsudiyyə mədrəsələrinin, Həsən padşah camisinin inşa olunması 

XV əsrin II yarısı 

Bakı şəhərinin Xəzərdə başlıca limana çevrilməsi 



 

 

AZƏRBAYCAN XVI ƏSR - XVII ƏSRİN BİRİNCİ YARISINDA 

 

SƏFƏVİLƏR DÖVLƏTİ 

 

XIII əsrin sonları 

Səfəvilərin Ərdəbil hakimliyinin yaranması 



1252-1334 

Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin İshaqın dövrü 



1447-1460 

Şeyx Cüneydin Ərdəbil hakimliyi dövrü  



1449 

  Şeyx Cüneydin Ərdəbili tərk edərək Misir, Suriya və Mesopotamiyaya getməsi və varsaqla zülqədər tayfalarını 

öz  müridlərinin  sırasına  qatması.  Sonra  Şeyx  Cüneyd  Kiçik  Asiyaya  –  Diyarbəkrə  gələrək  burada 

Qaraqoyunluların rəqibi olan Ağqoyunlu Uzun Həsənlə ittifaqa girdi və bundan sonra müstəqil hərəkət etməyə 

başladı 

1449 

 

Qaraqoyunlu



 hökmdarı Cahanşahın Ərdəbildə Şeyx Cəfəri (1449-1470) Səfəvi təriqətinə başçı təyin etməsi 

XV əsrin ortaları 

Səfəvilərin daha fəal siyasət yeritməyə başlaması 



XV əsrin II yarısı 

Muğanın bir hissəsinin, Qarabağın və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqlarının Səfəvilərin 

təsiri altına düşməsi 

1459 

  Şeyx Cəfərin Şeyx Cüneydi Ərdəbilə buraxmaması 



1460 

  Şeyx  Cüneydin  Şirvana  və  Dağıstana  yürüşü.  Samur  çayı  yaxınlığında  döyüş.  Döyüş  nəticəsində  Şirvanşah  I 

Xəlilullahla  Qaraqoyunlu  hökmdarı  Cahanşahın  qoşunları    səfəviləri  məğlub  etdilər,  Şeyx  Cüneyd  döyüşdə 

öldürüldü 

1460-1488 

  Şeyx Heydərin Ərdəbil hakimliyi dövrü. Şeyx Heydər hakimiyyəti dövründə  atasının siyasətini davam etdirdi, 

Səfəvilərin  Ərdəbil  hakimliyinin  sərhədləri  genişləndi,  səfəvilərin  ağqoyunlularla  ittifaqı  daha  da 

möhkəmləndi, səfəvi döyüşçüləri başlarına 12 imamın şərəfinə on iki qırmızı zolaqlı çalma qoydular,  “qazi”, 

“sufi” dəstələri tam hərbi qaydada təşkil edildi 



1470 

Uzun Həsənin Şeyx Heydəri Səfəvi təriqətinin başçısı kimi taxtda oturtması 



1483 

Şeyx  Heydərin  Şirvana  və  Dağıstana  birinci  yürüşü.  Birinci  yürüş  nəticəsində  qızılbaşlar  xeyli  qənimət  və 

əsirlə geri qayıtdılar 

1487 

Şeyx Heydərin Şirvana və Dağıstana ikinci yürüşü. Yürüş nəticəsində qızılbaşlar qələbə ilə geri döndü 



1488 

Şeyx  Heydərin  Şirvana  üçüncü  yürüşü.  Şahdağ  döyüşü.  Döyüş  nəticəsində  hər  iki  tərəf  xeyli  itki  verdi, 

Şirvanşah  hökmdarı  I  Xəlilullahla  Yaqub  padşahın  sərkərdəsi  Bicanoğlunun  qoşunları    səfəviləri  məğlub 

etdilər, Şeyx Heydər isə döyüşdə öldürüldü 



1488-1494 

Şeyx Sultanəlinin Ərdəbil hakimliyi dövrü 



1493 

Əhər  döyüşü.  Döyüş  nəticəsində  Ağqoyunlu  Rüstəm  Mirzə  və  Səfəvilərin  birləşmiş  qüvvələri  qalib  gəldi, 

Baysunqur və onun müttəfiqləri isə məğlubiyyətə uğradıldı 

1494 

Rüstəm Mirzənin Səfəvilərin Ərdəbil hakimliyinə qarş qəst təşkil  etməsi.  Şəməsi döyüşü. Döyüş nəticəsində 

qızılbaş qüvvələri məğlub oldu və Sultanəli öldürüldü 

1494-1495 

Rüstəm Mirzənin Ərdəbili və Səfəvilərin digər mülklərini zəbt etməsi 



1494-1501 

Şahzadə İsmayılın Ərdəbil hakimliyi dövrü 



1499 

Şahzadə İsmayılın Lahicanı tərk edərək, Ərdəbilə gəlməsi 



1500 

Ərcivanda  qızılbaş  tayfalarının  yığıncağının  keçirilməsi.  Yığıncaqda  Kiçik  Asiyaya  –  Ərzincana,  oradan  da 

Suriyaya getmək qərara alındı 

1500  yazı 

İsmayılın    Ərcivandan  Göyçə  gölünün  cənub  sahilinə,  Anadoluya  –  Ərzincana  gəlməsi.  Ərəşli  və  zülqədərli 

tayfalarının İsmayıla qoşulması 

1500 payızı 

Şahzadə  İsmayılın  Ərzincandan  Şirvana  yürüşü.  Qızılbaşların  heç  bir  müqavimətə  rast  gəlmədən  Şamaxını 

tutması 

1500 

Cabanı döyüşü. Döyüş nəticəsində İsmayıl Şirvanşahları məğlub etdi və  Fərrux Yasarı öldürüldü 



1501  yazı 

İsmayılın sərkərdəsi Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunun Bakı qalasını  ələ keçirməsi 



1501 

Şərur döyüşü. Döyüş nəticəsində qızılbaşlar parlaq qələbə qazandı və Ağqoyunlu dövlətinin birinci qolun süqut 

etdi, Əlvənd Mirzə isə məğlub olaraq döyüş meydanından Ərzincana qaçdı 

1501  payızı 

Şahzadə İsmayılın Təbrizə daxil olaraq özünü şah elan etməsi. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması 



1501-1736 

Səfəvilər dövlətinin mövcud olması 



1501-1524 

Şah I İsmayılın hakimiyyəti 




1503 

Almaqulağı  döyüşü.  Döyüş  nəticəsində  qızılbaşlar  parlaq  qələbə  qazandı,  ağqoyunlular  sayca  çox  olsalarda 

məğlub oldular, Murad Mirzə Şiraza qaçdı, Şah İsmayıl Muradı təqib edərək İranın içərilərinə doğru irəlilədi 

və Şirazı ələ keçirdi, Ağqoyunlu dövlətinin ikinci qolu və  Ağqoyunlu dövləti süqut etdi 



1503 

Şah I İsmayılın İsfahan,  Qum və Kaşan şəhərlərini ələ keçirməsi 



1504 

Şah I İsmayılın Yəzdə və  Kirmanı ələ keçirməsi 



1504 

Osmanlı sultanı  II Bəyazidin Səfəvilər dövlətinin müstəqilliyini  tanıması 



1506-1508 

Şah I İsmayılın Diyarbəkri, Hilatı, Bitlisi, Ərçişi və Bağdadla birlikdə İraqi Ərəbi ələ keçirməsi 



1507-1508 

Şeybani xanın Xorasan vilayətini tutması 



1507-1508 

Şah I İsmayılın Suriyadakı Venetsiya konsulları vasitəsilə  Roma papası və Venetsiya ilə əlaqə yaratması 



1510 

Səfəvi diplomatı Əli Bəyin İtaliyaya səfərə getməsi 



1510 

Şah İsmayılın Xorasana, Şeybani xanın üzərinə hücum etməsi 



1510  1 dekabr 

Mərv  döyüşü.  Döyüş  nəticəsində  özbək  qoşunu  məğlub  oldu  və  Şeybani  xan  öldürüldü,  Şah  İsmayıl  Herat, 

Mərv və Bəlx şəhərləri daxil olmaqla Xorasan vilayətini ələ keçirdi, Səfəvilər dövləti imperatorluğa çevrildi, 

Səfəvilər dövlətinin sərhədləri Fərat çayından Amudərya çayınadək çatdı 



1512 

Şah I İsmayılın Qaraman və Malatiyanı ələ keçirməsi 



1514 

Sultan  Səlimin  Ədirnədə    fövqəladə  divan  çağırması.  Bu  ali  məclisdə  qızılbaşlarla  müharibə  müsəlmanların 

müqəddəs vəzifəsi elan olundu, eyni zamanda Sultanın vəzirləri Şah İsmayılla müharibəni təhlükəli olduğunu 

bildirdilər 



1514 

Sultan Səlimin  Azərbaycana yürüş etməsi 



1514-1555 

I Səfəvi-Osmanlı müharibəsi dövrü 



1514  23 avqust 

Çaldıran döyüşü.  Döyüş nəticəsində osmanlılar qələbə qazanaraq Təbrizi ələ keçirdilər, osmanlılar Ərzurum 

ilə birlikdə Sərqi Anadolu və Şimali İraqa yiyələndilər, Bağdad da daxil olmaqla Ərəb İraqı Səfəvilərdə qaldı, 

Səfəvilərin hərbi qüdrəti  zəiflədi və onun nüfuzuna ağır zərbə vuruldu 



1514-1515 

Sultan I Səlimin Ərzincanı və Diyarbəkri tutması 



1515 

 

Portuqaliya hərbi-dəniz qüvvələrinin Hörmüz (İran) körfəzini işğal etməsi 



1516 

Qoçhisar döyüşü. Döyüş nəticəsində osmanlılar Səfəvilər üzərində parlaq qələbə qazandılar, Şimalda Xarput və 

Bitlisdən Rakkiyə qədər ərazilər, cənubda isə Mosul osmanlıların əlinə keçdi 

1522

 

                            Şah I İsmayılın Kəmaləddin Behzadı Təbrizdəki saray kitabxanasına rəis təyin etməsi 



1524-1576 

Şah I Təhmasibin hakimiyyəti. I Təhmasibin hakimiyyətinin ilk illərində mərkəzi hakimiyyət bir qədər zəiflədi, 

feodallar  arasında  çəkişmələr  baş  verdi,  qızılbaş  əmirləri  mərkəzi  hakimiyyətdən  boyun  qaçırmağa  başladı, 

Səfəvilərlə  Osmanlılar  arasında  müharibə  yenidən  başladı.  I  Şah  Təhmasibin  hakimiyyəti  dövründə  Səfəvilər 

dövlətinin  paytaxtı    Təbrizdən  Qəzvinə  köçürüldü,  sənətkar  və  tacirlərdən  alınan  tamğa  vergisi  ləğv  olundu, 

Şirvanşahlar  dövləti  süquta  uğradıldı,  Şirvanda  Əlqas  Mirzənin  üsyanı  baş  verdi,  Şəki  hakimliyinə  son 

qoyuldu,    Azərbaycan  torpaqları  vahid  dövlətdə  birləşdirildi,  mərkəzi  hakimiyyət  qüvvətləndi,  Azərbaycan  I 

Sultan  Süleymanın  yürüşlərinə  məruz  qaldı,  Amasiya  sülhü  imzalandı,  Osmanlıların  Azərbaycanı  tutmaq 

siyasəti baş isə tutmadı 

1531 

Təkəli əmiri Üləma bəyin Azərbaycanın cənubuna yürüş edərək, Təbrizi və Şərqi Anadoluda Bitlis şəhərini ələ 

keçirməsi və Sultan Süleymanı Azərbaycana yürüş etməyə təhrik etməsi 

1534 

Osmanlı  sultanı  I  Süleyman  Qanuninin    Azərbaycana  birinci  yürüşü.  Yürüşü  nəticəsində  osmanlılar 

Azərbaycanın xeyli hissəsini və Təbrizi tutsada buranı tərk etdilər 

1535 

Sultan I Süleymanın Azərbaycana ikinci yürüşü. İkinci yürüş zamanı da osmanlılar Təbriz şəhərini ələ keçirsə 

də aclıq və səfalət onları Azərbaycanı tərk etməyə məcbur etdi 

1535-1538 

Şirvanşah  Şahruxun hakimiyyəti.  Şahruxun   dövründə  Şirvan  əmirlərinin özbaşınalığı  həddini  aşdı,  əmirlərin 

özbaşınalığı  əhalinin  narazılığına  səbəb  oldu,  Şirvanda  kələntər  Məhəmməd  Aminin  başçılığı  ilə  üsyan  baş 

verdi,  hakimiyyət Hüseyn bəy başda olmaqla Şirvan əyanlarının əlində cəmləşdi 



1536 

Şah I Təhmasibin “Şeyx Səfi xalçası”nı toxutdurması 



1537 

Şirvanda Məhəmməd Aminin başçılığı ilə üsyan baş verməsi. Üsyançılar Salyanı və Şamaxını ələ keçirdilər. 

Şahrux əyanlarla birlikdə Buğurd qalasına qaçdı. Lakin üsyançılar Salyan yaxınlığında döyüşdə Şirvan qoşunu 

tərəfindən darmadağın edildi 



1538 

I Təhmasibin əmri ilə  qızılbaşların Şirvana birinci yürüşü. I Təhmasibin göndərdiyi hərbi qüvvələrin Şirvana 

ilk  yürüşü  nəticəsində  Buğurd  qalası  səfəvilərə  tabe  edildi,  Şirvanşahlar  dövlətinin  varlığına  son  qoyuldu, 

sonuncu  Şirvanşah  hökmdarı  Şahrux  Təbrizə  aparılaraq  edam  edildi, Şirvan  ərazisi  bəylərbəyiliyə  çevrilərək 

Səfəvilər dövlətinin əyalətinə çevrildi, Əlqas Mirzə Şirvana ilk bəylərbəyi təyin edildi, Şirvanşahların və yerli 

əyanların əmlakı isə müsadirə olundu 



1544 

Qusar rayonunda Şeyx Cüneyd məqbərəsinin inşa edilməsi 



1547 

Şirvan bəylərbəyi Əlqas Mirzənin özünü Şirvanda müstəqil hökmdar elan etməsi və Səfəvilər əleyhinə qiyam 

qaldırması 

1547 

I  Təhmasibin  Əlqas  Mirzənin  qiyamını  yatırmaq  məqsədi  ilə  Şirvana  ikinci  dəfə  yürüş  etməsi.  I  Təhmasibin 

Şirvana  ikinci  hücumu  nəticəsində  Şirvan  qiyamı  yatırıldı,  Əlqas  Mirzə  məğlub  olaraq  İstanbula  qaçdı,  I 

Təhmasibin  oğlu  İsmayıl  Mirzə  Şirvan  bəylərbəyi  təyin  edildi,  həmçinin  Səfəvilərin    hakimiyyəti    Şirvanda 

daha da gücləndi 

1548 

Sultan I Süleymanın Azərbaycana üçüncü yürüşü 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə