İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə31/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

1810 

Qubada  rus  müstəmləkəçiləri  əleyhinə  üsyan  baş  verməsi.  Üsyan  nəticəsində,    əyalət  şurası    öz  fəaliyyətini 

dayandırdı  və  hakimiyyət  bütünlüklə  komendata  verildi.  Beləliklə,  I  Rusiya-İran  müharibəsi  dövründə 

Azərbaycanda müstəmləkə  əsarətinə qarşı baş vermiş ilk çıxışların hamısı qəddarlıqla yatırıldı 



1810  iyun 

P.V.Kotlyarevskinin Mehrini ələ keçirməsi 



1810 

I Rusiya-İran müharibəsinin gedişində  Abbas Mirzənin ruslarla sülh danışıqlarını yenidən  bərpa etməsi. Lakin 

ingilis nümayəndəsi Herford Ceksonun bu danışıqları  pozması nəticəsində sülh danışıqları baş tutması 

1812  may 

Buxarest  sülhü.  Sülhün  şərtlərinə  əsasən  osmanlılar  Cənubi  Qafqazın  böyük  bir  hissəsinin  Rusiya  tərəfindən 

işğal olunmasını təsdiq etdi 

1812  10 oktyabr 

Aslandüz  döyüşü. Döyüş nəticəsində general Kotlyarevskinin başçılığı ilə ruslar əhəmiyyətli qələbə qazandı, 

Abbas Mirzə isə məğlub olaraq döyüş meydanından qaçdı 

1812 dekabr 

 

Rus qoşununun Araz çayını keçərək Muğan  istiqamətində  hücuma başlaması 



1812  31 dekabr 

Lənkəran döyüşü. Döyüş nəticəsində Sadıq xan  qəhrəmancasına  həlak  oldu və rus generalı Kotlyarevskinin 

başçılığı ilə Lənkəran  şəhəri tutularaq dağıdıldı. Aslandüz  və Lənkəran  döyüºləri I Rusiya-İran müharibəsinin 

taleyini həll etdi və rus qoşunlarının İranın içərilərinə doğru irəliləməsi üçün rela şərait yarandı 



1812 

Hacı  Əlinin  Yelizavetpol dairəsinin  iki min  əhalisinin  xaricdən geri qayıtmasına köməklik etməsi 



1813  12  oktyabr 

Gülüstan  müqaviləsinin  imzalanması.  Gülüstan  sülhünü  İran    tərəfindən    Mirzə      Əbülhəsən    xan,  Rusiya  

tərəfindən  Qafqazdakı   rus qoşunlarının  baş  komandanı Rtişşev imzaladılar. Gülüstan  sülhünün şərtlərinə 

əsasən    İran    Gəncə,  Qarabağ,    Şəki,  Şamaxı,    Quba,  Bakı  və  Lənkəran    xanlıqları,    Şərqi    Gürcüstan  və 

Dağıstan Rusiyaya ilhaq  edildi, Rusiya İrəvan və Naxçıvan xanlıqlarının İranın hakimiyyəti altında  qalmasına  

razılıq  verdi, Xəzər dənizində  hərbi  donanma saxlamaq hüququ  yalnız  Rusiyaya verildi, Rusiya tacirlərinin 

İranla  ticarətində  5%-lik  gömrük    rüsumu    müəyyənləşdirildi,  İran    ərazisində  rus  tacirləri  daxili  gömrük 

rüsumlarını  ödəməkdən  azad  edildilər.  Beləliklə,  Gülüstan  müqaviləsinin  imzalanması  ilə  I  Rusiya-İran 

müharibəsinə son qoyuldu və Azərbaycan torpaqlarının iki yerə bölüşdürülməsinin birinci mərhələsi başa çatdı

 

1813 

Cəbrayıl kətxudası Yaqub ağanın Qarabağdan  əsir  aparılmış  ailələrin İrandan  geri qayıtmasını təşkil  etməsi 

1814  25  noyabr 

İngiltərə ilə İran  arasında Tehran müqaviləsinin imzalanması.  Müqavilənin şərtlərinə  əsasən İran  hökuməti 

öz  sərhədləri  tərəfindən Hindistanın təhlükəsizliyini təmin etməyi   öhdəsinə  götürdü. Bunun  əvəzində isə 

İngiltərə İrana 1809-cu  il müqaviləsi  üzrə hər il müəyyən  edilmiş məbləğdə maliyyə yardımı göstərmək, silah 

və hərbi   gəmilər ayırmaq haqqında  üzərinə  götürdüyü  öhdəliyi  yerinə  yetirəcək,  Gülüstan  müqaviləsinin 

şərtlərinə yenidən  baxılmasına  kömək göstərəcəkdi 



1814-1829 

 

Rusiyanın Kür çayında  Xəzər dənizinə  qədər balq  ovlamağ müqatiəyə  verməsi 



1819 

Erməni generalı V.Mədətovun göstərişi ilə  Şəki xanlığının ləğv  edilməsi 



1820 

Yermalovun göstərişi ilə  Şamaxı xanlığının ləğv edilməsi 



1822 

Qarabağ xanlığının ləğv edilməsi 



1823   

İranla  Osmanlı dövləti  arasında “əməkdaşlıq haqqında  müqavilə” bağlanması 



1826 

Lənkəran xanlığının  ləğv edilməsi 



 

 

II RUSİYA-İRAN MÜHARİBƏSİ (1826-1828). AZƏRBAYCANIN BÖLÜŞDÜRÜLMƏSİNİN İKİNCİ MƏRHƏLƏSİ 

 

1825 

Rusiyanın  paytaxtında  dekabristlər  üsyanına  baş  verməsi  və  II  Rusiya-İran  müharibəsinin  başlanmasını 

sürətləndirməsi 

1826  19 iyul 

II Rusiya-İran müharibəsinin başlaması 



1826-1828 

II Rusiya-İran müharibəsi dövrü 



1826  27 iyul 

Gəncədə  Rusiya  əleyhinə  üsyan  baş  verməsi.  Gəncə  üsyanı  nəticəsində  şəhərdəki  rus  qarnizonu  və  onlara 

köməyə gələn hərbi yardım darmadağın  edildi, şəhər Abbas Mirzənin qoşunu tərəfindən tutuldu 

1826 

 

 

General  İ.F.Paskeviçin Qafqazdakı rus  qoşunlarının  komandanı təyin olunması 



1826  3  sentyabr 

Şəmkir döyüşü. Döyüş nəticəsində əvvəlcə iranlılar  üstün olsa da erməni generalı Mədətov döyüşün  həlledici 

anında gürcü  könüllülərinin qüvvələrindən istifadə etməklə  İran qoşununu geri çəkilməyə  məcbur etdi. Az 

sonra İran ordusunun bu geri çəkilməsi məğlubiyyətlə nəticələndi 



1826  13 sentyabr 

Gəncə döyüşü. Döyüş nəticəsində Seçmə İran  ordusu darmadağın edilərək Xudafərin körpüsünə tərəf qaçmağa  

məcbur  edildi.  Döyüş  II  Rusiya-İran  müharibənin    sonrakı  gedişinə  təsir  göstərdi,  faktiki    olaraq,  onun  

müqəddəratını  həll etdi 



1826  dekabr 

Şəkidə   Hüseyn xanın başçılığı ilə Rusiya əleyhinə  üsyan baş verməsi. Hüseyn xanın qaldırdığı üsyan da 20 il 

əvvəl  Şəkidə  Səlim  xanının  Rusiya  əlyhinə  qaldırdığı  üsyan  kimi    məğlubiyyətlə    nəticələndi.  Hüseyn  xan  

İrana qaçmağa məcbur oldu və bu ərazilər yenidən rus qoşunları tərəfindən işğal edildi 



1827 20 aprel 

 

Paskeviçin komandanlığı altında rus qoşunlarının Xudafərin körpüsünü ələ keçirməsi 



1827  16 iyun 

 

Naxçıvanın ruslar tərəfindən döyüşsüz  ələ keçirilməsi 



1827  5 iyul 

Cavanbulaq    döyüşü.  Döyüş  nəticəsində  qüvvə  cəhətdən  üstün  olan  ruslar  qələbə  çalaraq  iyulun  7-də 

Abbasabad qalasını işğal etdilər. Bu qələbə İrəvan xanlığının taleyində faciəli rol oynadı  

1827  20 sentyabr 

Sərdərabad döyüşü. Rusların qalib gələrək Sərdarabad qalasını tutması 



1827  1 oktyabr 

Rus qoşunlarının İrəvan qalasını işğal etməsi. İrəvan qalasının tutulmasına görə general Paskeviçin tituluna  I 

Nikolayın  fərmanı  ilə  “Erivanski”  sözü  əlavə  edildi.  İrəvan  qalasının  işğalından  sonra  Rus  komandanlığının 

Azərbaycanın cənubuna hücumu başladı 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə