İntuitiv modelləşdirmə dedikdə obyekt haqqında formalizə edilə bilməyən və ya ona ehtiyacı olmayan intuitiv təsəvvürlərə əsaslanan mo-delləşdirmə başa düşülür.
Riyazi modelləşdirmə
Riyazi modelləşdirmə bütün mümkün proseslərin və hadisələrin riyazi vasitələrin köməyi ilə təsviri ,əks etdirilməsi, öyrənilməsi və proqnozlaşdırılmasıdır.
İstənilən obyektin,hadisənin və ya prosesin riyazimodeli üç əsas elementi özündə birləşdirir:
a) obyektin axtarılan xarakteristikaları (məchul kəmiyyətlər) - vektor: Y= (yi);
b) modelləşdirilən obyektə nəzərən xarici şərtlərin xarakteistikası: X=(xj);
c) obyektin daxili parametrlərinin toplusu – D.
Modeldən kənarda təyin olunan X şərtləri və D parametirlər toplusu ekzogen kəmiyyətlər, modelin köməyi ilə təyin olunan Y vektoruna daxil olan kəmiyyətlər endogen kəmiyyətlər adlanır. Bu parametrlərin öz aralarında bəzi əlaqələr var:
-Bütün məhcullar obyektin daxili parametrlərinin və xarici şərtlərin aşkar funksiyaları şəklində ifadə olunurlar Yı=Fi (D,X);
-Məchullar məlum munasibətlər (tənliklər,bərabərsizliklər və s. sistemindən birgə təyin olunurlar: Fİ(D ,X,Y)=0;
Dostları ilə paylaş: |