İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə13/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   9   10   11   12   13   14   15   16   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Çox uğur qazandın, zirvələr aşdın. 



Haqq yolunda daim yandın, alışdın – 

Ey elmin qapısı, Musa müəllim

Ədalət carçısı, Musa müəllim! 

 

Çəkdiyin zəhmət də getmədi hədər, 



Ərsəyə gətirdin çox elmi əsər. 

Hamı deyir sənə alim-bəxtəvər

Ey elmin qapısı, Musa müəllim, 

Ədalət carçısı, Musa müəllim! 

 

Xidmət göstərirsən Azərbaycana, 



Professor adı yaraşır sana. 

Şöhrətin sığmayır heç bir dastana – 

Ey elmin qapısı, Musa müəllim, 

Ədalət carçısı, Musa müəllim! 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

El-oba yanında üzün ağdır-ağ, 



Asan deyil əsil ağsaqqal olmaq, 

Elmi əsərlərin hey yaşayacaq – 

Ey elmin qapısı, Musa müəllim, 

Ədalət carçısı, Musa müəllim! 

 

40 ildən çox müəllim işləmisən



İlham alırsan müqəddəs peşəndən. 

Əlindən su içib neçə tələbən, 

Ey elmin qapısı, Musa müəllim, 

Ədalət carçısı, Musa müəllim! 

 

«Əməkdar müəllim» adın mübarək, 



Köksündə döyünür odlu bir ürək. 

O gün olsun biz Şuşada görüşək - 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Enib, «İsa bulağı»ndan su içək, 



Ey elmin qapısı, Musa müəllim, 

Ədalət carçısı, Musa müəllim! 

 

Üç övlad bəxş edib sənə Yaradan



Onları hifz etsin özü Yaradan. 

Səndən uzaq olsun yaramaz, nadan – 

Ey elmin qapısı, Musa müəllim, 

Ədalət carçısı, Musa müəllim! 

 

Hələ təpərlidir o saf ürəyin



Hasil olsun hər bir arzu-diləyin. 

Halal olsun dostla kəsən çörəyin – 

Ey elmin qapısı, Musa müəllim, 

Ədalət carçısı, Musa müəllim! 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Səninlə fəxr edir eloğlun İdris, 



Qoymusan həyatda bir əbədi iz. 

Ahıl yaşda xoş keçsin günlərimiz – 

Ey elmin qapısı, Musa müəllim, 

Ədalət carçısı, Musa müəllim! 

 

Ġdris Hacızadə  

Azərbaycanın Bəxtiyarı 

 

O yana-yana yaĢadı, yaĢaya-yaĢaya yandı... 

 

YaĢamaq yanmaqdır, yanasan gərək,  

Həyatın mənası yalnız ondadır.  

ġam əgər yanmırsa, yaĢamır demək,  

Onun da həyatı yanmağındadır. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Çağdaş  Azərbaycan  şeirinin  ağsaqqalı,  sevimli  xalq 



şairi Bəxtiyar Vahabzadənin bu gün müdriklik zirvəsində 

qərar 


tutmuş 

poeziyasının 

saysız-hesabsız 

pərəstişkarlarının  dilinin  əzbəri  olan  bu  qanadlı  misraları 

xalqımızın  həyatında  «sovet  dövrü»  adlandırılan  ictimai-

siyasi,  sosial-mənəvi  sarsıntı  və  sıxıntılarla  dolu  olan 

keşməkeşli,  məşəqqətli  zaman      miqyasnda    dəyişilməz, 

mərdanə  həyat,  yarım  əsrdən  çox  sənət-ömrünün  məhək 

daşı, estetik meyarı, amalı olmuşdur. 

Bəxtiyar  Mahmud  oğlu  Vahabzadə  1925-ci  ildə 

Azərbaycanın  axar-baxarlı,  dilbər  guşələrindən  biri 

sayılan qədim və müasir Şəki şəhərində doğulmuşdur. O, 

1934-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçür və orta 

təhsilini  də  respublika  paytaxtında  alır.  Sonra  da  orta 

məktəb məzunu olaraq Azərbaycan Dövlət Universitetinin 

filologiya  fakültəsində  oxuyur.  Daha  sonra  aspiranturada 

təhsilini  davam  etdirir,  filologiya  elmləri  namizədi  və 

doktoru  adına  layiq  görülür.  AMEA-nın  müxbir  üzvü 

seçilən  Bəxtiyar  Vahabzadə  ali  təhsil  aldığı  universitetin 

həmin  fakültəsinin  professoru      olaraq  uzun  illər  orada 

müəllim kimi fəaliyyət göstərir. 1944-cü ildən etibarən ilk 

şeirləri respublika mətbuatında işıq üzü görür. İlk şeirləri 

Səməd Vurğunun nəzərini cəlb edir və ogənc şairə təşviq 

və  tövsiyələrini  verir.  Bütün  bunlar  zaman  kəsiyində 

Azərbaycanda Bəxtiyar  Vahabzadə adlı qüdrətli bir şairin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

yetişdiyini  təsdiqlədi.  Getdikcə  şöhrəti  artdı,  sərhədlər 



aşdı bu şöhrət, müxtəlif məzmunlu şeirləri dünya dillərinə 

tərcürnə  olundu,  şeir  kitabları  dünyanın  kitabsevər 

oxucularının  rəğbətini  qazandı,  barəsində  xoş  sözlər, 

rəylər 


söyləndi,  tədqiqatçılar  bu  ilhamlı  şairin 

yaradıcılığını araşdırmağa başladılar. 

B.Vahabzadə  təkcə  şeirləri    ilə  yox,  dram  əsərləri, 

publisistik yazıları, elmi araşdırmaları, monoqrafiyaları ilə 

də geniş oxucu kütləsinə tanışdır. Dünyanın görkəmli söz 

sərrafları  Bəxtiyar  Vahabzadə  barədə  ürək  sözlərini 

söyləmişlər.  Onlardan  biri  də  dünya  şöhrətli  romançı, 

Azərbaycan  xalqını  böyük  məhəbbətlə  sevən,  dəfələrlə 

respublikamızda olmuş mərhum Çingiz Aytmatovdur. Bu 

tanınmış  qırğız  yazıçısı  B.Vahabzadənin  şeirlərini  hətta 

rus  dilində  də  çox  heyranlıqla,  sevə-sevə  oxuduğunu 

söyləyir,  "həmin  şeirlərdə  zaman  yaşayır",-  qənaətinə 

gəlir. 

Bəxtiyar  poeziyasında  şairin  şirin-şəkər  dilimiz, 



pakdan  pak  dinimiz,  keçmişdən  boy  götürən  tariximiz, 

adət-ənənələrimiz,  müdrik  dünya  görüşümüz,  qədim  söz 

sənətimiz, bir sözlə, bizi özümüzə qaytaran, yüzilliklərdən 

yıxılmağa  qoymayan,  yox  olmaqdan  hifz  edən,  yatmış, 

uyğuda  olan  başları  qəflət  yuxusundan  oyadan  mümtaz 

dəyərlər yaşayır. 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə