İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə30/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   26   27   28   29   30   31   32   33   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Sənədli  roman  6  hissədən  ibarətdir:  "Paşalığa  gedən 



yol",  "Türkülər  ağladı  Doğu  elində",  "Köhnə  düşmən", 

"Dağlar  da  arxasız  olmasın"  və  "Cəngiyə  çevrilən 

bayatılar". 

Beləliklə, 

əsərdə 

Kazım 


Qarabəkiri 

uşaqlığından  başlamış  20-ci  illərə  qədər  olan  fəaliyyəti 

qələmə alınmışdır. Yazıçı romanda öz qəhrəmanını diribaş 

və ağıllı uşaq, çalışqan və daim öyrənməyə meyl və həvəs 

göstərən  tələbə,  qeyri-adi  istedada  malik  igid  sərkərdə, 

incə  qəlbli,  zərif  ruhlu  şair  və  kövrək  insan,  əsl  qeyrətli 

vətəndaş kimi təsvir etmiş, bir sözlə, onu hərtərəfli, bütöv 

bir obraz kimi oxuculara təqdim etmişdir. 

Yazıçının  niyə  bu  tarixi  şəxsə  müraciət  etməsinə 

gəldikdə  isə  Güllü  xanım  cavab  verir  ki,  jurnalist 

marağının,  naxçıvanlıların  tez-tez  "O  zaman  Naxçıvanı 

saxlayan  Kazım  Qarabəkir  paşa  oldu",  "Türk  generalı 

olmasaydı,  Naxçıvan  indi  ermənilərin  idi"  və  s.  kimi 

ürəkdən  gələn  sözlər  söyləmələri,  bu  zaman  onların 

kövrəlib göz yaşları axıtmaları məni bu obrazı yaratmağa 

qəti sövq etdi. 

Romanın  araya-ərsəyə  gəlməsində  yazıçıya  ən 

qiymətli  məlumatları  Naxçıvanın  nadir  şəxsiyyətlərindən 

biri,  filologiya  elmləri  namizədi,  dosent,  gözəl  alim  və 

tədqiqatçı  Lətif  Hüseynzadə  verib.  Güllü  xanım  Lətif 

müəllimi haqlı olaraq canlı ensiklopediya adlandırır. Belə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

olmasaydı,  aradan  80  il  keçməsinə  baxmayaraq  Lətif 



müəllim  paşanın  şeirlərini  hələ  də  əzbərdən  deyib,  onu 

böyük hörmət və məhəbbətlə yad etməzdi. 

Müəllif  «Qarabəkir əfsanəsi»nin  işıq üzü görməsində 

ona hərtərəfli köməyini  əsirgəməyənlərə  dərin ehtiram  və 

minnətdarlığını 

bildirir.  Belə  xeyirxah  və  yaxşı 

adamlardan  biri  də  Naxçıvan  MR-in  əks-kəşfiyyat 

idarəsinin sabiq sədri Urfulla Qurbanov olub. Kitabın nəşr 

olunmasında  isə  Türkiyə  Cümhuriyyəti  müəllifə  maddi 

kömək  göstərib.  Elə  buna  görə  də  Güllü  xanım  Türkiyə 

Cümhuriyyətinin  diqqət  və  qayğısına  cavab  olaraq,  eləcə 

də  Kazım  Qarabəkir  paşanın  ruhuna  hörmətin  ifadəsi 

kimi,  kitabın  satışından  əldə  olunacaq  vəsaitin  Naxçıvan 

şəhərində Kazım Qarabəkir kəhrizinin bərpasında aparılan 

işlərə sərf olunacağını aşkarlayır. 

Kitaba  ön  sözü  tarix  elmləri  doktoru,  professor 

İsmayıl  Hacıyev  yazmışdır.  Əsər  gözəl  illüstrasiya  ilə 

"Zaman" nəşriyyatında çap olunmuşdur. 

Güllü  Məmmədovanın  gərgin  əməyinin  bəhrəsi  olan 

"Qarabəkir  əfsanəsi"  əsərini  yazıçının  sanballı  uğuru 

hesab edirik. 

2000-ci il, 22 sentyabr 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Gənclərə örnək olan iĢıqlı ömür 

 

Azərbaycan  Respublikası  prezidenti  Heydər  Əliyevin 



Fərmanı  ilə  «Əsrin  müqaviləsi»nin  7-ci  ildönümü 

ərəfəsində  keçən  il  sentyabrın  20-si  «Neftçi  günü»  kimi 

qeyd  edilmişdir.  Həmin  gün  Azərbaycanda  Neft  və  Qaz 

Sənayesinin  inkişafında  göstərdikləri  xidmətlərə  görə 

xeyli  neftçi  ölkə  prezidentinin  fərmanı  ilə  yüksək  adlara 

layiq  görülmüş,  «Şöhrət»  ordeni  və  «Tərəqqi»  medalı ilə 

təltif  olunmuşdur.  Onlardan  biri  də  Nuru  Nuriyevdir.  O, 

«Şöhrət»  ordeni  ilə  təltif  edilmişdir.  Bu  qocaman  neft 

ustası dolğun və mənalı həyat yolu keçmişdir. Biz də Nuru 

müəllimin mənalı ömür yolundan söhbət açmaq istəyirik. 

Təcrübəli  neftçi  dənizdə  Neft  və  Qazçıxarma 

İstehsalat  Birliyinin  baş  mühəndisinin  müavini,  Neft  və 

Qaz Hasilatı üzrə İstehsalat  Şöbəsinin rəisidir. 

Bəri başdan qeyd edək ki, N.Nuruyev yaşadığı 69 illik 

mənalı  ömrünün  düz  34  ilini  mavi  Xəzərin  coşğun  suları 

qoynunda  tükənməz  sərvətimiz  olan  "qara  qızıl»ın 

çıxarılmasına  həsr  edib.  Ümumilikdə  isə,  həyatının  45 

ilini neftə bağlayıb. 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ATA QAYĞISĠ GÖRMƏDĠ 

 

O,  yaralı  yerimiz  olan  Qarabağ  diyarının  Ağcabədi 



rayonunda  həyata  göz  açıb.  1933-cü  ilin  qızılı  payız 

fəslində,  Bünyad  kişinin  ailəsində.  Nurunun  gəlişi  evə, 

ailəyə  bir  dünya  sevinc  bəxş  edib.  Leylan  ana  dünyanın 

bəxtəvəri  idi.  Bünyada  oğul  doğmuşdu.  Uç  bacı 

əhatəsində  boyüdü  Nuru.  Arıq,  qarayanız  olsa  da,  çox 

qıvraq,  çevik,  diribaş  idi.  Bünyad  kişi  günləri  sayırdı  ki, 

Nuru nə vaxt məktəbli olacaq? 1941-ci ilin 1 sentyabrında 

Nuru  birinci  sinfə  gedəcəkdi.  Həmin  günü  hamıdan  çox 

ata  səbirsizliklə  gözləyirdi.  Lakin  Bünyad  arzusuna 

çatmadı.  İki  ay  əvvəl  o  da  vətənin  müdafiəsinə  səfərbər 

olundu.  Özünün  dediyi  kimi,  "Hitlerin  başını  əzməyə" 

yollandı.  Ərini  müharibəyə  yola  salan  Leylan  ana  dörd 

uşaqla  başıpapaqlısız  qaldı,  ciyərparalarına  həm  də  ata 

oldu... 


Nuru  birinci  sinfə  atasız  getdi.  Atanın  olmamasını 

həmin  gün  möhkəm  hiss  etdilər.  Nuru  isə  hamıdan  çox. 

Hər  şeyi  içində  çəkdi.  Söz  verdi  ki,  hamıdan  yaxşı 

oxuyacaq. Atasının arzusunu yerinə yetirəcək. 

Vədinə  əməl  etdi  Nuru.  Qabiliyyəti,  səy  və  bacarığı 

ilə  yaşıdlarından  seçildi.  Bütün  fənləri  eyni  dərəcədə 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə