Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə19/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

 
55 
gəlsəydilər  də,  xəlifələrlə  görüşərdilər.  Onları  maraqlandıran  elmi 
suallara isə bir çox hallarda Әli (ə) özü şəxsən cavab verərdi.  
XİLAFӘT DÖVRÜNÜN NӘTİCӘLӘRİ  
Məhəmməd  (s)-dan  sonra  ilk  üç  xəlifənin  hakimiyyət  dövründə 
saysız-hesabsız ölkə və şəhərlər fəth olunub İslam ölkələrinin ərazisi 
birə  on  artsa  da,  daxili  keşməkeşlər  və  aparılan  siyasət  əsaslı 
ideologiya əsasında olmadığı, habelə ətraf məntəqələrin hakimləri ilə 
mərkəzi  xilafət  arasında  daimi  əlaqə  olmadığı  üçün  ölkə  və 
şəhərlərin  fəthi  əks  nəticə  verərək,  İslam  mədəniyyətinə  ağır  zərbə 
vurmuşdur.  
 Bir  çox  məntəqələr  İslam  ölkələrinin  sırasına  daxil  olsalar  da, 
maddiyyata  olan  meyl,  şan-şöhrət  hissi,  dini  bidət  və  ideloji 
pozğuntular,  İslamın  öz  həqiqi  simasını  itirməyə  səbəb  olmuşdu. 
İslam  ölkələrində  yaradılan  əlaqələr  İslam  qanunları  əsasında 
qurulmadığı  üçün  müsəlmanlar  bu  müqəddəs  dini  öz  qonşu 
ölkələrinə lazımi qaydada çatdırmağa nail ola bilməmişdilər. 
Xəlifələrin  ölkə  və  şəhərlərin  fəthinə  dair  həyata  keçirdikləri 
siyasətlərin verdiyi zahiri nəticələr aşağıdakılardan ibarət olmuşdur: 
a) İqtisadi çətinliklərin həlli;  
Minlərlə  ərəb  Mədinəyə  mühacirət  etdikdən  sonra  şəhər  mühiti 
onların  məşğuliyyətini  təmin  etməyə  qadir  olmasa  da,  ölkə  və 
şəhərlərdə  aparılan  fəthlər,  xüsusilə  də  əldə  olunan  qənimətlər, 
onların döyüş meydanına üz tutmalarına səbəb olurdu.  
b) İqtisadi çətinliklərin həlli;  
Әtraf  məntəqələrin  fəthi  genişlənməklə,  İslama  həqiqi  can 
yandıran  sadiq  şəxslər  Allah  yolunda  cihad  etmək  üçün  Mədinəni 
tərk edib döyüş məntəqələrinə yola düşürdülər. Kafirlərlə müharibə, 
daxildə  aparılan  səhv  siyasətin  üzərini  örtmək  üçün  ən  yaxşı  vasitə 
idi.  Bu  siyasətə  etiraz  edən  şəxslər  isə  dərhal  döyüş  məntəqələrinə 
sürgün olunurdu və təssüflər olsun ki, daxili məsələlərə diqqətsizlik 
sonralar aradan qaldırılması mümkün olmayan bir neçə ağır faciəyə 
səbəb olur. O cümlədən: 
1-Müaviyə və Xalid ibn Vəlidin hakimiyyət üçün hazırlanması; 
2-İsrailiyyat  (yəhudilik)  tərzi-təfəkkürünə  aludə  olmuş  kitab 
əhlinin İslam cəmiyyətinə nüfuz etməsi;  


 
56 
3-Xəlifələrin 
(şəxsi 
rəy 
əsasında) 
hökm 
çıxarmalarının 
qanuniləşdirilməsi  və  onların  rəftar  və  davranışlarının  "şəri  sünnət" 
(şəriətə uyğun adət-ənənə) hesab olunması; 
4-İctihad  məsələsinin  ortaya  atılması  ilə  Peyğəmbər  (s)-ın 
sünnətinə  qarşı  yaranan  etinasızlıq  və  hədislərin  yazılmasına  dair 
qoyulan qadağalar.  
 Әli  (ə)  o  dövrün  ictimai  vəziyyətini  bu  ibarətlərlə  bəyan  edir:  
"Bilin  ki,  Həzrət  Məhəmməd  (s)  peyğəmbərliyə  təyin  olunduğu 
zaman  hansı  çətinliklərlə  qarşılaşmışdısa,  sizdə  indi  həmən 
çətinliklərə düçar olmusunuz"
1

Başqa  bir  yerdə  Peyğəmbər  (s)-ın  dilindən  o  dövrün  camaatının 
gələcəyi  haqqında  buyurur:  “Bu  camaat  öz  var-dövlətlərinin  fitnə-
fəsadına düçar olub Allahın mərhəmətini arzu etməklə yanaşı, İslamı 
qəbul  etdikləri  üçün  Ona  minnət  qoyarlar.  Allahın  haram  etdiyi 
şeyləri öz yalan şübhələri ilə halal edər, şəraba nəbiz (şərbət), sələmə 
isə müamilə adı verməklə, onları özlərinə rəva bilərlər"
2

Məlum  olur  ki,  Peyğəmbər  (s)-ın  risaləti  (gətirdiyi  din) 
ümumbəşər və əbədilik kimi iki ən başlıca xüsusiyyətə malik olmuş 
və  onun  xarici  siyasəti,  müxtəlif  dövlət  və  qəbilələr  ilə  yaratdığı 
əlaqələr  Allaha  təvəkkül  etməklə,  "Allahdan  başqa  Allah  yoxdur 
deyin  və  nicat  tapın"  kəlməsini  yaymaq,  kafirlərlə  dostluq  etməyib 
onların İslam cəmiyyətinə hakim olmalarına imkan verməmək, haqq-
ədalətə riayət etmək, ətraf məntəqələrlə səmimi münasibətdə olmaq, 
onlara  yardım  və  əhdə  vəfa  etmək,  İlahi  qanunlardan  boyun 
qaçırmamaq  əsasında  qurulmuşdur.  Mühüm  ictimai  məsələlərdə 
əshabla  məsləhətləşmək  və  aparılan  danışıqlarla  sülh  və 
səmimiyyətin  hər  şeydən  üstün  tutulması,  qəbilələrin  müştərək 
xüsusiyyətlərindən  istifadə  edərək  şəriət  qanunlarını  yaymaq  və 
əmrə  tabe  olmadıqda,  Allahın  izni  ilə  mübarizəyə  əl  atmaq
3
  və 
                                                 
1
 Rəuzətul Kafi, səh 67 
2
 Nəhcül bəlağə, Subhi Saleh, səh 230 
3
 “Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda 
döyüşmək) izn verilmişdir. Allah onlara kömək etməyə, əlbətdə qadirdir” (Həcc 
surəsi, ayə 39). “Müşriklərin fitnəsi aradan qalxana qədər və din ancaq Allaha 
edilənədək onlarla vuruşun; Әgər onlar (bu hərəkətlərə) son qoyarlarsa, siz 
onlarla vuruşmaqdan vaz keçin! çünki düşmənçilik ancaq zülm edənlərə qarşı 
olur” (Bəqərə surəsi, ayə 193). 


 
57 
nəhayət,  sülh  və  barışığa  razı  olanlarla  sülh  şəraitində  olmaqda
1
 
Peyğəmbər (s)-ın qurduğu yeni cəmiyyətdə tətbiq etdiyi siyasətin ən 
mühüm  hissəsini  təşkil  etmişdir.  Bir  sözlə  dövlət  rəhbərlərinə  xarici 
siyasət,  beynəlmiləl  hüquq  və  qanunlar  üçün  hər  nə  lazımdırsa, 
Peyğəmbər (s)-ın tətbiq etdiyi siyasətdə öz əksini tapmışdır. 
Lakin təssüflər olsun ki, sonrakı xəlifələrin hakimiyyət dövründə 
xarici  siyasət  və  beynəlmiləl  əlaqələr  get-gedə  öz  əhəmiyyətini 
itirmiş və öz axarından çıxaraq, uçuruma doğru yönəlmişdir. Bu bir 
həqiqətdir  ki,  əgər  İslami  cəmiyyət  öz  vüqar  və  şan-şöhrətini 
qoruyub  mömin  və  əməlisalehlər  cəmiyyət  qurmaq  istərsə,  hökmən 
öz  daxili  və  xarici  əlaqələrini  Quran  və  Peyğəmbər  (s)-ın  sünnəti 
üzərində  qurmalıdır.  Həşr  surəsinin  7-ci  ayəsində  deyildiyi  kimi: 
“Peyğəmbər  sizə  nə  verirsə,  onu  götürün,  nəyi  qadağan  edirsə. 
ondan əl çəkin”. 
(2-1-5) MÜSӘLMANLARİN BEYNӘLMİLӘL SİYASӘTDӘN 
UZAQ DÜŞMӘLӘRİ 
Müsəlmanlar  İslami  hakim  və  hakimiyyət  məsələsində  ciddi 
çətinliklə  qarşılaşdıqdan  sonra  bunun  beynəlmiləl  siyasətdə  də 
təkrar  olacağı  təbii  bir  hal  idi.  Yaranmış  gərgin  vəziyyət  Bəni 
Üməyyə xəlifəsi Müaviyyənin hakimiyyət dövründə özünün ən son 
həddinə  çatır.  O,  daxili  böhranı  aradan  qaldırmaq  üçün  Rum 
imperatorluğunun  hakimiyyətini  qəbul  edir.  Abbasi  xəlifələrindən 
olan  Harun  Әrrəşidin  dövründə  isə,  İslam  hakimiyyəti  özünün 
çiçəklənmə dövrünü  keçirdiyi  bir  dövrdə, xarici  siyasət  zorakılıq  və 
bac-xərac  əsasında  aparılır  və  bütün  bunlarla  yanaşı,  din  və  İslam 
mədəniyyəti sahələrində heç bir təbliğat aparılmamışdır. 
Müaviyyənin  hakimiyyəti  dövründə  Peyğəmbər  (s)-ın  xarici 
siyasəti özünəməxsus diplomatiya ilə əvəz olunur. Peyğəmbər (s)-ın 
tətbiq  etdiyi  beynəlmiləl  siyasət  iman,  Allaha  təvəkkül,  qətiyyətlik, 
özünə arxayınlıq və mənəvi dəyərlər əsasında qoyulduğu bir halda, 
Müaviyyənin  zəiflik  göstərərək  daxili  çətinliklərin  öhdəsindən  gələ 
bilməməsi,  xüsusilədə  Әli  (ə)-ın  sadiq  tərəfdarlarının  rəhbərlik 
                                                 
1
 “Әgər onlar sülhə (barışığa) meyl etsələr, səndə sülhə meyl et və Allaha bel bağla. 
Həqiqətən Allah (hamınızın sözlərini) eşidən və (niyyətlərini) biləndir” (Әnfal 
surəsi, ayə 61). 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə