İmamların siması tarix guşəsində
.....................................................................................................................
36
mam Hüseyn (ə) Cəməl və Siffeyn döyüşlərində
mam Hüseyn (ə) atasının hakimiyyəti dövründə siyasi və nizami
səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti
dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.
1
Cəməl döyüşündə ordunun sol cinahının başçılığı mam Hüseynin (ə)
öhdəsində idi.
2
Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək
məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol
oynamışdır. Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlarda da
mam Hüseyn (ə) Əli (ə) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.
3
mam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbər və mamı
mam Həsənlə birgə olmuşdur. mam Həsənin (ə) ordusu Şama tərəf hərəkət
edəndə, mübarizə meydanında mam Hüseyn (ə) mam Həsənlə (ə) çiyin-
çiyinə olmuşdur. Müaviyə mam Həsənə (ə) sülh təklif etdikdə, mam Həsən
(ə) mam Hüseyn (ə) və Abdullah ibn Cəfəri çağırıb bu təklif barədə onlarla
məsləhət etdi.
4
Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə
birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.
5
mam Hüseyn (ə) maməti dövründəki
siyasi-ictimai vəziyyət
Səqifədən (yəni Peyğəmbərin (s) vəfatından sonra şura təşkil edib Əbu
Bəkrin xəlifə təyin edilməsi hadisəsindən) başlayaraq slamın əsl yolundan,
həqiqi xəttindən uzaqlaşmağa başlayan və Osmanın hakimiyyəti dövründə öz
yolunu slamdan uzaqlaşdıran hakimiyyət mam Hüseynin (ə) imaməti
dövründə artıq həddini aşıb daşmışdı.
O dövrlərdə Müaviyə ikinci və üçüncü xəlifə tərəfindən Şama vali
seçilmişdi. Müaviyə vali olduğu bu müddətdə öz mövqeyini daha da
möhkəmlətmiş və slam ölkəsinin taleyini həll edərək xəlifə kimi hakimiy-
1
Əl- sabətu fi təmyizis-səhabə, c.1, səh.333
2
Tarixi Dəməşq, səh.164.
3
Siffeyn cəngi, səh 507
4
Ə
l-kamilu fit-tarix, c.3, səh.405.
5
Ə
l-isabə, səh. 333.
.............................................................................................................
İmamların siması tarix guşəsində
37
yəti ələ keçirmişdi. Beləliklə də, o, slamın qatı düşməni olan Əməvilər
sülaləsini müsəlmanların başı üstündə rəhbər etmiş və Ziyad Əmr ibn As,
Səmürə ibn Cündüb kimi zalım şəxslərin köməyi ilə zor gücünə hökumət
təşkil edərək slamı alt-üst etmişdi. Müaviyə bir tərəfdən həqiqi
müsəlmanlara qarşı siyasi və iqtisadi çətinlik siyasətini yeridərək, qırğın,
qətl, əzab-əziyyət, onları aclıqda saxlamaqla hər hansı bir müxalifət
hərəkatının qarşısını alır, digər tərəfdən də millət və qəbilələrarası rəqabəti
ortaya ataraq qəbilələri bir-birinin canına salırdı. Onun hökumətinə bir
təhlükə yetişməsin deyə, bu yolla onların gücünü zəiflədirdi. Başqa bir
tərəfdən isə onun hökuməti üçün işləyən nökər və muzdurların vasitəsilə
yalançı hədislər söyləmək, Quranı öz xeyrinə təfsir etməklə camaatın
hökumətin əleyhinə yönəlmiş fikrini dağıdır, öz hökumətinə şəri və slami ad
verirdi. slamın tam ziddinə olan bu siyasət həmçinin Müaviyənin siyasəti ilə
ə
qidə cəhətdən üst-üstə düşən «Murciə» və «Cəbriyyə» kimi batil firqələrin
yayılmasına imkan vermək, cəmiyyətdə pis və acınacaqlı təsirlər yaradaraq
cəmiyyəti zillətlə dolu olan bir sükut (mənəvi ölüm) meydanına çıxartdı. Bu
acınacaqlı siyasət nəticəsində slam cəmiyyətinin əsl mahiyyəti itib batdı və
slami dəyərlər bir-birinə dəydi. Belə ki, müsəlmanlar slamın onlara din adı
ilə rəhbərlik edən zalım xəlifələri dəstəkləmək icazəsini vermədiyini
bildikləri halda, yenə də qorxudan, xəbərsizlik və zəiflik ucbatından həmin
xəlifələri dəstəkləyirdilər. Bu siyasət nəticəsində müsəlmanlar Quran məntiqi
və Peyğəmbər (s) təliminin əksinə olaraq qorxaq, zahirbaz və saziş qəbul
edən şəxslərə çevrilmişdilər.
Müsəlmanların həyatının bu mərhələsi tarixi azğınlığın bütün cəmiyyətə
yayılması və cəmiyyəti özünə tərəf çəkməsi nümunələri ilə doludur.
Müsəlmanların Osman və onun tərəfdarlarının yeritdiyi siyasətin
müqabilindəki əks tədbirlərini Müaviyənin tutduğu siyasətə qarşı seçdikləri
yol ilə müqayisə etdikdə, bu şeytani siyasətin cəmiyyətdə yaranan acınacaqlı
nəticələri açıq-aşkar göz qabağında durur. Çünki müsəlmanlar Osmanın
siyasətinə qarşı ümumi qiyama qalxmaqla onun bu siyasətinə cavab verdilər.
Bu qiyam slam ölkəsinin böyük şəhərlərinə, yəni, Mədinə, Məkkə, Kufə,
Bəsrə, Misir, digər şəhər və kəndlərə yayılmış, əhali qiyamda iştirak etmişdi.
Ancaq Müaviyənin dövründə zülmün qat-qat artmasına, qətl və
hədələmələrin sayının çoxalmasına, müsəlmanların öz hüquqlarından,
gəlirlərindən açıq-aşkar məhrum olmalarına baxmayaraq, onun slama zidd
İmamların siması tarix guşəsində
.....................................................................................................................
38
olan hökumətinə qarşı belə bir ümumi qiyam baş vermədi. Əksinə, camaat
kor-korana Müaviyəyə itaət edirdi. Düzdür, arabir Hicr ibn Ədiyy, Əmr ibn
Həmiqi Xüzai və bu kimi şəxslərin pərakəndə etirazları olurdu. Bu da
göstərir ki, camaat Müaviyənin zülmü altında əl-qol atırdı. Ancaq pərakəndə
olan bu etirazlar lazımi nəticəni vermir və ümumxalq hərəkatına çevrilmirdi.
Buna görə də, bu etirazların qarşısı tezliklə alınırdı. Çünki dövrün hökuməti
qiyam başçılarını öldürür, məntəqədəki hərəkatı boğur, camaat isə heç bir
ə
ks tədbir göstərə bilmirdi.
Müaviyə dövründə qiyamın maneələri
Müaviyənin qüdrətinin hakim olduğu belə acınacaqlı vəziyyətdə, bir çox
ş
eyləri nəzərə almaqla, qiyam etməyə nə imkan var idi, nə də qiyamın bir
faydası olacaqdı. Aşağıdakı iki səbəbi Müaviyənin dövründə mam Hüseynin
(ə) inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar:
1.
mam Həsənin (ə) Müaviyə ilə sülh müqaviləsi
Ə
gər mam Hüseyn (ə) Müaviyənin dövründə qiyam etsəydi, Müaviyə
mam Həsənin (ə) onunla bağladığı və mam Hüseynin (ə) də təsdiqlədiyi
sülh müqaviləsini bəhanə gətirib onu bu müqaviləni pozmaqda
ittihamlandıracaqdı. Çünki hamı bilirdi ki, mam Həsən (ə) və mam Hüseyn
(ə) nə qədər ki, Müaviyə sağdır, onun hökuməti qarşısında sükut
edəcəklərinə və heç bir qiyama əl atmayacaqlarına söz veriblər. Əgər belə bir
vaxtda mam Hüseyn (ə) qiyam etsəydi, Müaviyə mamı vəzifətələb və əhd-
ilqar sındıran bir şəxs kimi qələmə verərdi. Düzdür, mam Hüseyn (ə)
Müaviyə ilə bağlanan müqaviləyə əməl etməyi vacib bilmirdi. Çünki bu
müqavilə azad, könüllü və ixtiyari şəkildə deyil, məcburiyyət qarşısında və
danışıqların heç bir fayda verməyəcəyi bir dövrdə bağlanmış bir müqavilə
idi. Bundan əlavə, artıq Müaviyənin özü müqaviləni pozmuş və daha
müqavilənin şərtlərinə riayət etmirdi. Deməli, belə bir müqaviləyə
(baxmayaraq ki, əslində düzgün müqavilədir) mam Hüseyn (ə) əhəmiyyət
verməzdi. Çünki Müaviyə özü onu pozmuş və onun pozulmasında əlindən
gələni əsirgəmirdi. Ancaq nə qədər müqavilə var idi, Müaviyə onunla mam
Hüseynin (ə) qiyamına qarşı bəhanə gətirə bilərdi. Digər tərəfdən də
Dostları ilə paylaş: |