İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
89 
 
təhqiqatçılar  üçün  naməlum  qalmışdır.  ndi  isə  “ mam  Sadiq  (ə)  o  dövrün 
vəziyyət  və  şəraitini  nəzərə  alıb  əsla  siyasət  işinə  qarışmamış  və  heç  bir 
siyasi  fəaliyyət  göstərmədən  xəlifələrin  siyasətləri  ilə  hərəkət  etmişdir” 
deyənlərin  bu  fikrinin  əsassız  və  səhv  olduğunu  başa  düşmək  üçün  mam 
Sadiqin (ə) bəzi siyasi fəaliyyətlərini oxucuların nəzərinə çatdırırıq. 
 
 
maməti təbliğ etmək məqsədi ilə  
nümayəndələrin göndərilməsi 
 
mam Sadiq (ə)  mamət məsələsinin əsl həqiqətini təbliğ etmək məqsədi 
ilə müxtəlif yerlərə nümayəndələr göndərirdi. O cümlədən, Kufə şəhərindən 
olan  bir  nəfər  mam  Sadiq  (ə)  tərəfindən  Xorasan  vilayətinə  gəlib  oranın 
ə
halisini o Həzrətə tabe olmağa dəvət etdi. Bəziləri onun dəvətini qəbul edib 
mamın  itaəti  altına  keçdi,  lakin  bəziləri  onun  dediklərini  qəbul  etməyib 
itaətdən  boyun  qaçırdı,  həmçinin,  bəziləri  də  ehtiyat  edib  heç  bir  tərəfi 
seçmədilər. Sonra hər dəstədən bir nəfər nümayəndə seçilib  mam Sadiqlə (ə) 
görüşə  getdi.  Səfər  zamanı  üçüncü  dəstənin  nümayəndəsi  öz  səfər 
yoldaşlarından  birinin  kənizi  ilə  bəyənilməz  bir  iş  gördü.  (Bu  işdən  heç 
kimin  xəbəri  olmadı.)  Elə  ki,  onlar  mam  Sadiqin  (ə)  hüzuruna  gəldilər, 
həmin  şəxs  sözə  başlayıb  dedi:  “Kufə  şəhərindən  bir  nəfər  gəlib  bizi  sizə 
itaət etməyə dəvət etdi. Bir dəstə onun dediklərini qəbul etdi, başqa bir dəstə 
isə  qəbul  etmədi,  bir  dəstə  də  ehtiyat  edib  heç  bir  tərəfi  seçmədi.”  mam 
Sadiq (ə) buyurdu: “Sən hansı dəstədənsən?” O cavab verdi ki, mən ehtiyat 
edənlərdənəm.  mam Sadiq (ə) buyurdu: “Sən ki, ehtiyat edirsən, bəs, onda 
nəyə görə filan gecə ehtiyat etməyib elə xəyanətkar iş gördün?”
1
  
Gördüyümüz  kimi  qeyd  olunan  bu  hadisədə  mam  Sadiqin  (ə) 
nümayəndəsi  kufəli,  onun  nümayəndəliyə  getdiyi  yer  isə  Xorasan  vilayəti 
olmuş,  halbuki,  mam  Sadiqin  (ə)  özü  Mədinədə  yaşamışdır.  Bu,  mam 
Sadiqin (ə) siyasi fəaliyyət dairəsinin genişliyini göstərir. 
 
 
 
 
                                                            
1
 
Bəharul-ənvar c. 47, səh. 72 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
90 
 
Qiyam başçılarının  mam Sadiqə (ə) məktubları 
 
Ə
məvilər  sülaləsinin  süquta  uğraması  və  Abbasilərin  hakimiyyət  başına 
gəlməsi  mam  Sadiqin  (ə)  dövründə  baş  verdi.  Əməvilərin  süquta  uğrama 
səbəbi  xalqa  edilən  zülm  və  ədalətsizlik  və  hökumət  idarəçiliyində  bir  sıra 
bidət  və  mövhumatlar  yaratmaq,  slam  təlimlərindən  münhərif  olmaları 
olmuşdur.  Bunlar  da,  üst-üstə  yığılıb  camaatı  daha  da  qəzəbləndirmişdir. 
Bütün  bunlar  axırda  qəzəbinə  səbəb  olan  müsəlmanların  qiyamı  və  Bəni-
Üməyyənin  süqutu  ilə  nəticələndi.  Belə  bir  zamanda  Abbasi  böyükləri 
camaatın  bu  nifrət  və  qəzəbindən  istifadə  etmiş,  qiyamın  rəhbərliyini  öz 
ə
llərinə almışlar.  
Camaatın  Əməvilər  əleyhinə  qiyam  və  inqilabları  amilləri  içində  iki 
amilin təsiri daha da böyük idi: 
Biri Əməvilərin əli ilə Peyğəmbər ailəsinin məzlumiyyəti. Digəri isə qeyri 
ə
rəb  müsəlmanlarının  (iranlıların)  təhqir  edilməsi  və  onların  silsilə  əməvi 
höküməti  zamanında  ictimai  hüquqdan  məhrum  olmaları.  Elə  buna  görə  də 
Abbasilər  əllərində  şüar  olaraq  bir  tərəfdən  Peyğəmbər  ailəsinin  tərəfdarı 
olmaq,  başqa  bir  tərəfdən  isə  iranlıların  hüququnu  müdafiə,  onları  himayə 
etməyi  əsas  tutdular.  Bunun  üçün Əbu  Müslimi  Xorasana  göndərdilər  ki,  o 
məntəqənin  camaatını  (ki,  çoxdan  bəri  inqilaba  hazırlıq  tapmışdılar)  silahlı 
qiyam üçün səfərbər etsin. 
Ə
bu  Müslim,  (Abbasilərin  rəhbəri)  brahimin  ölümündən  sonra  mam 
Sadiqə  (ə)  beyət  etmək  təklifini  irəli  sürdü  və  Ona  belə  bir  məktub  yazdı: 
“Mən  camaatı  Əhli-beytlə  dostluğa  dəvət  edirəm,  əgər  razısınızsa,  xəlifə 
olmağa  sizdən  yaxşı  bir  adam  yoxdur.”  mam  Sadiq  (ə)  onun  cavabında 
yazdı:  “Nə  sən  bizim  dostlarımızdansan,  nə  də  zəmanə  bizim  zəmanə-
mizdir.”
1
  
Fəzli  Katib  yazır:  “Bir  gün  mam  Sadiqin  (ə)  yanında  olarkən  Əbu 
Müslimdən  bir  məktub  gəldi.  mam  Sadiq  (ə)  qasidə  buyurdu:  “Sənin 
gətirdiyin məktubun cavabı yoxdur, çıx get!” 
2
 
Həmçinin,  sonralar  “vəziri-Ali-Məhəmməd  (s)”  ləqəbi  almış  Əbu 
Sələmeyi  Xəllal,  brahimin  ölümündən  sonra  vəziyyətin  onun  xeyrinə 
olmadığını görüb bu qərara gəldi ki, onlardan (Abbasilərdən) ayrılıb Əlinin 
                                                            
1
 
Ə
l-meləl vən-Nehəl, c. 1, səh. 154 
2
 
Usuli Kafi, səh. 274 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
91 
 
(ə)  övladlarına  qoşulsun.  Bu  məqsədlə  Ələvilərin  (Əlinin  (ə)  nəslinin)  üç 
böyük nümayəndələri olan Cəfər ibn Məhəmməd Əs-Sadiq (ə), Abdullah ibn 
Həsən ibn Əli ibn Əbu Talib və Ömər Əl-Əşrəf ibn Zeynül-abidinə məktub 
yazıb  onu  dostlarından  birinə  verərək  dedi  ki,  əvvəl  Cəfər  ibn  Məhəmməd 
Ə
s-Sadiqin (ə) yanına get, əgər o qəbul etsə, digər iki məktubu aradan apar, 
yox  əgər  o  qəbul  etməsə,  Abdullahın  yanına  get,  əgər  o  da  qəbul  etməsə, 
Ömərin yanına get!  
Ə
bu-Sələmeyi  Xəllalın  qasidi  əvvəl  mam  Sadiqin  (ə)  yanına  gəlib 
məktubu ona verdi.  mam Sadiq (ə) buyurdu: “Başqasının tərəfdarı olan Əbu 
Sələmə  ilə  mənim  nə  işim  var?”  Qasid  dedi:  “Məktubu  oxuyun!”  mam 
Sadiq  (ə)  öz  qulluqçusuna  dedi  ki,  çırağı  onun  yanına  gətirsin.  Sonra 
məktubu  oda  atıb  yandırdı.  Qasid  soruşdu:  “Ona  cavab  yazmırsan?”  mam 
Sadiq (ə) buyurdu: “Bu gördüyün elə onun cavabı idi.” 
 Əbu Sələmənin qasidi  mamın yanından çıxıb Abdullahın yanına gedərək 
məktubu  ona  verdi.  Abdullah  məktubu  oxuyaraq  onu  öpüb  dərhal  ata 
minərək  mam  Sadiqin  (ə)  yanına  gəlib  dedi:  “ ndicə  bizim  Xorasandakı 
ş
iələrimizdən birinin gətirdiyi bu  məktub Əbu Sələmə tərəfindən yazılıb. O 
məni  xilafət  başına  keçməyə  dəvət  edir.”  mam  Sadiq  (ə)  Abdullaha 
buyurdu:  “Xorasan  camaatı  nə  vaxtdan  sənin  şiələrin  olmuşdur?  Əbu 
Müslimi  onların  yanına  sən  göndərmisən?  Bir  halda  ki,  nə  sən  onları 
tanıyırsan,  nə  də  onlar  səni,  bəs,  onda  necə  sənin  şiələrindirlər?”  Abdullah 
dedi:  “Deməli,  sənin  sözündən  belə  çıxır  ki,  bu  barədə  başqa  fikrin  var?” 
mam Sadiq (ə) buyurdu: “Allah Özü bilir ki, mən hər bir müsəlman barədə 
yaxşı fikirləşməyi özümə vacib bilirəm, necə ola bilər ki, indi onu sənə rəva 
bilməyim? Abdullah, bu puç arzuları ağlından çıxart, bunu bil ki, hakimiyyət 
Bəni-Abbasın  (Abbasilərin)  olacaqdır.  Bu  məktubdan  mənim  üçün  də 
gəlmişdir.” 
Abdullah narahat halda  mam Sadiqi (ə) tərk edib geriyə döndü. 
Ömər  ibn  Zeynül-abidin  də  Əbu  Sələmənin  məktubuna  mənfi  cavab 
verdi.  Onun  məktubunu  qəbul  etməyib  dedi:  “Mən  heç  məktubu  yazanı 
tanımıram ki, ona cavab da yazım.” 
1
 
Elə ki, qələbə bayraqları dalğalanmağa başlayıb zəfər əlamətləri müşahidə 
olundu  Əbu-Sələmə  yenidən  mam  Sadiqə  (ə)  məktubla  bildirdi:  “Bizim 
                                                            
1
 
Ə
l-fəxri, səh. 154 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə