İmran axundov



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix21.07.2018
ölçüsü2,76 Mb.
#57463
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 
45 
B. Şəkinskayanın ifasında Viola A. A. Tuqanovun dili ilə de-
sək  xüsusi  ilə  fərqlənirdi.  Görkəmli  sənətkar  Violanı,  saf  məhəb-
bətlə sevən şən bir qız surətini böyük məharətlə yaratmışdır. Viola-
Şəkinskaya Orsinoya olan təmiz məhəbbətini sənətkarlıqla səhnədə 
canlandırmışdır. 
Əziz  Şərif  “Kommunist”  qəzetində  (24.04.1946)  yazır  ki; 
“Tamaşada  iştirak  edən  aktyorlara  gəlincə  biz  Barat  Şəkinskayanı 
xüsusi qeyd etməliyik. Onun ifa etdiyi Biola əsərin canını təşkil edir 
və gənc aktrisamız bu simanı böyük məharət və həyacanla yaradır. 
Onun yerişi, hərəkətləri, səsi, bütün ifadə vasitələri məqsədə uyğun 
və ən yüksək tərifə layiqdir”. 
Y. Əzimzadə və Z. Nemətov “Azərbaycan gəncləri” qəzetində 
(25.04.1946) B. Şəkinskayanın bənzərsiz ifası haqqında yazırlar ki; 
“Əsərdə ən görkəmli, çətin və baş rollardan birini ifa edən ... Barat 
Şəkinskayanın oyununu xüsusi ilə qeyd etmək lazımdır. Barat, üzə-
rinə düşən ağır və mürəkkəb vəzifəni  yaradıcılığına məxsus həssas 
bir  incəlik  və  ustalıqla  yerinə  yetirir.  Onun  Sezario  adı  ilə  oğlan 
paltarı geymiş Violası keçən illərdə oynadığı Cülyetta və Kordeliya 
surətlərindən  tamamilə  fərqlənir.  Baratın  yaratdığı  Viola-bu  mələk 
xasiyyətli,  cəsarətli  qızın  yüksək  bədii  surəti  tamaşaçılarımızın 
xatirində uzun müddət yaşayacaq”. 
A.  A.  Tuqanov  “Ədəbiyyat  qəzeti”ndə  (01.05.1946.)  nəşr 
olunmuş  “Yüksək  mədəniyyətli  tamaşa”  adlı  məqaləsində  yazırdı; 
“Bu tamaşada Viola obrazını yaratmaq  ... Barat  Şəkinskayanın öh-
dəsinə  düşmüşdür.  Barat,  Şekspirin  əsərlərində  birinci  dəfə  çıxış 
etmir.  O,  “Romeo  və  Cülyetta”da  Cülyettanın  unudulmaz  obrazını 
yaratmışdır və “Kral Lir”də Kordeliya rolunu ifa etmişdir. 
Barat Şəkinskaya “On ikinci gecə” komediyasında və isteda-
dının bizə məlum olmayan daha yeni cəhətlərini açıb göstərə bildi. 
Barat, həm qız və həm də oğlan rolu xüsusiyyətlərini daşıyan Viola-
Sezario obrazını tamaşanın əvvəlindən axırınadək ustalıqla ifa edir”. 
Ə. Şərif “İzvestiya” qəzetində (19.05.1946) “Şekspir komedi-
yası  Azərbaycan  səhnəsində”  adlı  məqaləsində  yazır  ki;  “B.  Şə-
kinskaya  çox  rəngarəng  səhnə  obrazı  yaradıb.  Şəkinskayanın  çox 


 
46 
çevik,  temperamentliyi  onun  tək  oğlan  donuna  girdiyi  səhnələrdə 
deyil,  o  öz  hissləri,  dərdi  və  fikirləri  ilə  tək-tənha,  üzbəüz  qalan 
səhnələrdə də özünü biruzə verir. 
Viola-Şəkinskaya  çox  böyük 
müvəffəqiyyət qazanıb. B. Şəkinska-
ya  ifasında  bu  rol,  sözün  əsl  məna-
sında Şekspir obrazıdı”. 
Akademik  Milli  Dram  Teatrı 
75  illik  yubileyi  ilə  əlaqədar  olaraq 
1948-ci  il  avqust  20-dən-sentyabrın 
5-nə qədər Moskva şəhərində qastrol 
səfərində oldular. Teatr qastrol müd-
dətində altı tamaşa nümayiş elətdirdi 
ki, bunların içərisində “On ikinci ge-
cə” komediyası da var idi. 
M. 
Morozovun 
fikirlərini      
T.  Yusifbəyli  “Şekspir  Əzizbəyov 
adına teatrın səhnəsində” (1964) adlı  
monoqrafiyasına daxil edərək  göstə-
rir  ki;  “Özünə  məxsus  Şekspir  surə-
tini yaradan Barat Şəkinskaya fövqə-
ladə  müvəffəqiyyət  qazanan  Viola... 
sizin  yaxşı  “Violanız”  var!  Bu  barədə  heç  bir  şübhə  ola  bilməz! 
Mən  dünyada  çox  “Viola”lar  görmüşəm.  Sizin  Viola  gördüklərim 
Violaların ən yaxşısıdır”.  
M.  Mərdanov  (1959)  yazır  ki;  “Barat  Şəkinskaya  Violanın 
Orsinioya  olan  məhəbbətini  incə  cizgilərlə  səhnədə  canlandırdı. 
Onun Violası haqqında “İzvestiya”qəzeti belə yazırdı: 
“Şekspir komediyası üzərində aparılan səmərəli iş nəticəsində 
yeni  xüsusiyyətlər  nümayiş  etdirildi.  Violla  rolunun  ifaçısı  B. 
Şəkinskayanı  xüsusi  qeyd  etmək  lazımdır.  Tamaşaçı  onu  Cülyetta 
və Kordeliya kimi rollardan yaxşı tanıyır. Hələ 10 il bundan əvvəl 
onun  yaratdığı  Cülyetta  obrazı  tamaşaçılarda  unudulmaz  bir  təsir 
B.Şəkinskaya – Viola 
(Sezario) rolunda 


 
47 
buraxmışdır. Bu dəfə əsil Şekspir obrazı olan Viola canlı, məlahətli, 
romantik bir varlıqdır” ”. 
Beləliklə,  Azərbaycan  səhnəsinin  fəxri  sayılan  bu  görkəmli 
sənətkar, öz misilsiz ifası ilə tamaşaçı qəlbinə rövnəq vermiş və ifa 
etdiyi  Viola  indi  də  yaşlı  nəsil  tamaşaçıların  yaddaşından 
silinməmişdir. 
1947-1948-ci  illərdə  B.  Şə-
kinskaya Ənvər Məmmədxanlının 
“Şərqin  səhəri”  pyesində  Dilarə 
(rej.  A.  İsgəndərov.,  07.11.1947); 
A.  Fadeyevin  “Gənc  qvardiya” 
romanı  əsasında  Qleb  Qrakovun 
səhnələşdirdiyi  eyni  adlı  əsərdə 
Lyubov Şevtsova (tərcümə T. Əy-
yubov,  rej.  M.  Məmmədov., 
04.04.1948);  Ə.  Haqverdiyevin 
“Pəri  cadu”  tamaşasında  Pəri 
(üçüncü dəfə ifa etdi, rej. Ə. Şəri-
fov.,  07.05.1948);  İ.  Əfəndiyevin 
“Bahar  suları”  dramında  Turac 
(rej.  A.  İsgəndərov.,  11.12.1948) 
rollarını  ifa etdi. 
1948-ci  ildə  Ə.  Məmməd-
xanlının  “Şərqin  səhəri”  tamaşa-
sında  səkkiz  nəfər  Stalin  müka-
fatına  layiq  görüldü  (bu  mükafat  sonralar  SSRİ  dövlət  mükafatı 
adlandı-İ.A.).  Adil  İsgəndərov  (rejissor),  Nüsrət  Fətullayev  (rəs-
sam),  aktyorlardan  Mirzağa  Əliyev  (Nəcəf  bəy),  Sidqi  Ruhulla 
(Ağalarov),  Mərziyə  Davudova  (Gülzar),  Kazım  Ziya  (General 
Tomson), Rza Əfqanlı (Fərhad), İsmayıl Dağıstanlı (Kirov). 
Barat  Şəkinskaya  da  bu  mükafata  layiq  görülməli  idi.  Lakin 
müəyyən  səbəblərə  görə  ona  o  dövrün  ən  yüksək  mükafatı  veril-
mədi.  Onun  səbəbini  mən  bilirəm.  Barat  xanım özü  mənə  danışıb. 
SSRİ xalq artisti S.Obraztsov  
və B.Şəkinskaya 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə