31
həqiqi zabit kimi qələmə verərək, qorodovoyun üstünə qışqırır.
Bildirir ki, onun göstərişi ilə polismeysterin əmri ləğv olunur. Qoro-
dovoyun özünə isə göstəriş verir ki, binanın qarşısında nizam-inti-
zama göz gəzdirsin. Dediyim Kamalov adlı aktyor hər iki dəlildən
Mirzağanın əleyhinə istifadə etdi. Çıxışında göstərdi ki, o zabit
paltarı geyməsi, qarnında Nikolay piyi olması ilə öyünür.
Möhsün Sənanini isə onda günahlandırırdılar ki, xarici konsu-
lun qonaqlığında masabəyi olub. Yadımdadır, Fatma Qədri hətta
iclasda dedi ki, axı, mənim keçmiş ərim indi ailə qurub. Onun qa-
nuni həyat yoldaşı Tamara adlı bir qadındır. Amma kim idi onların
bu sözlərinə baxan.
Biz Şəmsi ilə maddi cəhətdən o qədər əziyyət çəkmirdik. Qo-
humlarım bizə xəlvəti kömək edirdilər. Çətinlik başqa cəhətdən idi.
Şəmsi o biri qardaşları qorusun deyə ata evi ilə əlaqəni kəsmişdi.
Teatrda ab-hava dəyişmişdi. Bəziləri mənə aşıq-aşkar-biz xalq
düşməninin arvadı ilə işləmirik,-deyə söz atırdılar. Mən də borclu
qalmırdım. Yenə köməyimə Süleyman Rüstəm çatırdı. Çağırıb
təsəlli
verib deyirdi ki, yalvarıram, heç kimə cavab vermə.
Fatma Qədri və Mirzağa Əliyevin vəziyyəti daha ağır idi.
Yadımdadır, həmin vaxtlar Şəmsi ilə kitab pasajına daxil olmaq
istəyirdik. Uzaqda Fatma Qədrini gördüm. Şekspirin əsərini məhcə-
rə qoyub, müştəri gözləyirdi. Tez geri döndük ki, bizi görüb utan-
masın. Hansını deyəsən, heç bilmirəm... Rejissor da “Pəri cadu”da
rolu burnumdan tökürdü. Hər dəqiqə ehkam vurub deyirdi ki, bəlkə
o rolu sən oynadın?
Həmin dövrdə zamandan istifadə edib öz şəxsi intiqamını
alanlar, xırda hisslərlə yaşayanlar da az deyildi. Yenə günlərin bir
günü Cavahir mənə dedi ki, Şəmsini tutacaqlar. Sən demə onunla
pis münasibətdə olanlar belə bir saxta məktub düzəltmişlər ki, guya
“Yeni yol” qəzetinin keçmiş əməkdaşı, o zaman “xalq düşməni”
kimi həbs olunan İsmayıl Abdullayev Şəmsiyə məktub yazmış, onu
və yoldaşlarını möhkəm olmağa çağırmışdır. Hətta xüsusi maddə-
dən-yazı silən məhluldan istifadə olunmuşdur.