11
Dəraməd, ifa olunan dəstgahın bütün şöbələrini özündə cəm-
ləşdirən instrumental versiyadır. Dəraməd həmçinin ifa olunan mu-
ğamın adını daşıyır. Məsələn, «Çahargah» dəstgahında ifa olunan
dəramədlər «Çahargah dəramədi», «Bayatı-Şiraz» dəstgahında çalı-
nan dəramədlər «Bayatı-Şiraz dəramədi» adlanır.
«Muğam dəstgahı Dəraməd üçün yox, əksinə Dəraməd mu-
ğam dəstgahı üçün bəstələnib. Bu baxımdan dəstgahda əsas bazis
muğamdır, dəraməd, rəng, təsnif, dirəngə isə onun ikinci dərəcəli
tərkib hissələridir.
«Dəraməd» muğam dəstgahlarında ifaçının qurduğu rədifdən
asılı olaraq çalına da, çalınmaya da bilir. Bu instrumental janr, mu-
ğam dəstgahı üçün ancaq giriş funksiyası daşıyır və onun melodik
mövzusu müəyyən ritmik ölçüdə ifa edilir» (10).
Bərdaşt-fars sözü olub, mənası yığın, toplama deməkdir (bəzi
kitablar yazır ki, Bərdaştın iki mənası var: Bərdaşt-giriş, başlanğıc
və birdə Bərdaşt – qaldırmaq, qalxmaq mənasında işlənilir). «Bər-
daşt» kiçik instrumental epizodu və dəstgahın əvvəlində müqəddi-
mə rolunu oynayır. «Bərdaşt»ın «dəraməd»dən sonra ifa olunması
əsas şərtdir. Dəqiq ölçüyə əsaslanan dəraməd instrumental pyesdir-
sə, bərdaşt müstəqil olub, improvizə üslubunda ifa olunan epizod-
müqəddimədir. Muğamın dəstgah şəklində ifası üçün bərdaşt, imp-
rovizə üslubunun başlanğıcıdır.
«Adətən, «bərdaşt» yuxarı (zil) registrdə emosional-ehtiraslı
reçitativ üsulda başlanır. Və tədricən aşağı doğru enmə hərəkətlə
«mayə» də tamamlanır. Bundan sonra xanəndə muğam dəstgahının
«mayə» şöbəsini oxumağa başlayır. Beləliklə, «Bərdaşt» lad-intona-
siya cəhətdən dəstgahın «mayə» şöbəsini bilavasitə hazırlayır.
İntonasiya planında isə o, bu və ya digər dərəcədə dəstgah sil-
siləsinin başqa şöbələrinin xüsusiyyətlərini özündə cəmləşdirməklə
bərabər onlarla vəhdət, ünsiyyət yaradır. İlk növbədə «Bərdaşt»ın
kadensiyasından (ayağından) musiqi cümlələrinin sonluqlarında,
sonralar bütün şöbə və guşələrdə ya eynilə, ya da variant şəklində
istifadə edilir. Bu mənada «Bərdaşt»ın kadensiyasının dramaturji
12
əhəmiyyəti şəksizdir. O, şöbələr arasında üzvi əlaqə, dəstgahda isə
bütövlük yaradır» (19).
Bəzi muğamlarda bərdaştdın öz adları var. Məsələn, «Rast»
və «Bayatı- Qacar»da «Novruz-rəvəndə» (mənası-baharın başlan-
ması) yaxud «Suzi-güdaz» (farsca mənası-dərd çəkmək, qəm, qüssə,
iztirab), «Şüştər» və «Rəhab»da «Əmiri» (mənası-hökmdarlara
məxsus), «Mahur-hindi»də «Bəzmigah» (kef məclisi qurulan mə-
kan) adlandırılmışdır.
Bərdaşt «Rast», «Şur», «Cahargah», «Zabul segah», «Mahur-
hindi» muğam dəstkahlarından başqa heç bir muğamda olmur.
Dəraməd kimi bərdaştda müqəddimə rolunu oynayır. Lakin,
bərdaşt mayə şöbəsinin müqəddiməsidir.
Muğam dəstgahı mayə ilə başlanmalıdır. Mayəsiz dəstgah ol-
maz. Mayə həcminə görə dəsgahda birinci və mərkəzi şöbədir.
Dəstgah mayədə başlanır və son da yenə mayəyə qayıdıb, mayə pər-
dəsində tamamlanır.
Mayə muğam dəstgahının adı ilə adlandırılır («Mayeyi-Şur»,
«Mayeyi-Cahargah» və s.). Mayə həmçinin dəstgahın təməli sayılır.
Mayə özündən sonra gələn şöbə üçün müqəddimə rolunu oynayır.
Məsələn, Rast dəstgahında Mayeyi-Rast, Üşşaqı; Bayatı-Şiraz dəd-
gahında Mayeyi-Bayatı-Şiraz, Nişibi-fərazı hazırlayır və s.
Beləliklə, muğamı dəstgah şəklində oxunmasında əsas üç şö-
bənin (dəraməd, bərdaşt, mayə) əhəmiyyəti çox böyükdür. Bu üç
şöbə muğamın bel sütununu təşkil edir, dəstgah bu sütun üzərində
durur.
Rəng dəstgahın müəyyən şöbəsindən sonra ifa olunur və şö-
bənin bütün melodik xüsusiyyətlərini özündə birləşdirir. Rənglər
dəstgahı ardıcıllaşdırır. Onları bir-biri ilə əlaqələndirir.
Rənglər rəqsvari, marş və lirik formada olurlar, müxtəlif
həcmlidirlər. Rəngin birinci növü olan diringə (diringi) oynaq musi-
qidən ibarət olub, həcm etibarı ilə kiçikdir. Diringə çox vaxt iri
həcmli muğam şöbələrində yox, ya kiçik həcmli şöbələrdə, ya guşə-
lərdə, ya da həmin şöbə və guşəni tamamlayır.
13
«Rəng və ya diringə təsnif kimi bir musiqi olub, fəqət qoftəsi,
yəni sözləri olmaz, yalnız çalınar, əksərən yüngül bəhrli olub, rəqs
havalarına bənzər. Rəng dəxi dəstgahlar arasında xanəndənin kamal
və müvəffəqiyyətlə icra etdiyi mahiranə təğənni mütəaqib çalınıb
sameyini məhzüz etməklə dəstəni dəxi qızışdırır, fəqət uzun çəkmə-
yib təkrar dəstgahın mabədinə keçilir» (9).
Muğam dəstgahında şöbələr arasında ya rəng və ya diringə ifa
olunmasının müsbət cəhəti ondan ibarətdir ki, bu müddətdə xanəndə
istirahət edir və növbəti şöbənin ifasına hazırlaşır. Bundan başqa
rəng janrının ikinci növü «dəraməd» adlanır ki, o da rəng kimi met-
ro-ritmik xüsusiyyətə malikdir.
Şöbəyə nisbətən guşə həcmcə kiçik olub, improvizə xüsusiy-
yətinə malik olan muğam epizodudur. Məsələn, hər hansı bir mu-
ğam dəstgahında müxtəlif həcmli şöbələrdən başqa guşələrdə var-
dır. Müxtəlif muğam dəstgahlarında (Məsələn, «Şur»da «Şur»a qa-
yıtma «Nişibi-fəraz» guşəsi ilə mümkündür; «Bayatı-Qacar»da «Zə-
min-xarə» şöbəsindən sonra bir-birinin ardınca «Dügah», «Mavə-
rənnəhr», «Şah Xətai» guşələri gəlir və s.) guşələr şöbələr kimi ayrı
adlar daşıyır.
«Muğam janrında mövcud olan guşələr vaxtı ilə müstəqil hava-
lar olmuşdur. Əsrlər keçdikcə onlar bu və ya digər formada dəyi-
şikliyə məruz qalmış, şifahi şəkildə nəsildən nəslə ötürülərkən müəy-
yən melodiyalar yaddan çıxarılmışdır. Bu prinsip ümumilikdə mu-
ğam dəstgahlarına da aiddir. Belə olduğu təqdirdə qədim musiqi
havaları həcmcə kiçilərək öz müstəqilliyini itirmiş və lad baxımından
müəyyən şöbələrin tərkibinə daxil olmuşdur. Guşələrin musiqi ma-
terialı bir və ya bir neçə kiçik musiqi epizodundan ibarət ola bilər...
Guşə struktur baxımından şöbə kimi müstəqil ola bilmədiyi
üçün, o, hökmən bu və ya digər şöbənin tərkib hissəsi kimi sıxış
edir. Bu mənada guşənin lad-intonasiya, lad-tonal əhatəsi tərkibinə
daxil olduğu şöbənin eyni olur. Deməli-həcmcə kiçik olan bir və ya
bir neçə musiqi epizodunu özündə cəmləşdirərək lad-tonal xüsusiy-
yətlərinə görə müstəqil yaşaya bilməyən, həmçinin intonasiya ba-
Dostları ilə paylaş: |