Ekspert sistemlərinin informasiya texnologiyaları
Xarakteri və təyinatı. Kompyuter informasiya sistemlərinin inkişafı sıralarında ən irəlidə gedən ekspert sistemləridir. Bu sistemlərin təşkili süni intellektə əsaslanaraq qurulur. Ekspert sistemləri ekspertlərin təcrübə bilikləri ilə kifayət qədər təmin olunduqlarına görə, bu sistemlər menecer və ixtisasçıya müəyyən problemi həll etmək üçün məsləhətçi ola bilərlər.
Exspert sistemləri texnologiyasından istifadə etməyin əsas ideyası, ekspertdən onun biliklərini almaq, onları maşının yaddaşına yükləmək və sərurət yarandıqda onlardan istifadə etməkdir. Ekspert sistemləri informasiya texnologiyalarında istifadə olunan əsas komponentlər bunlardır: istifadəçi interfeysi, biliklər bazası, interpretator, sistemin yaranma modulu.
Dostları ilə paylaş: |