66
həkimin, büdcə təşkilatlarında, özəl sektorda çalışan insanların
həyatında özünü göstərir.
İndi Azərbaycanda geniş quruculuq-abadlıq işləri aparılır.
Təkcə Bakıda deyil, müxtəlif rayonlarda, demək olar hər bir
bölgədə məktəblər, xəstəxanalar tikilir, yollar salınır, lazım olan
bütün infrastruktur, elektrik stansiyaları tikilir, su xətləri
çəkilir. Biz insanları narahat edən bütün problemləri aradan
qaldırmalıyıq.
Bunu
etmək
üçün bizim düşünülmüş
proqramımız var, maddi imkanlarımız, iradəmiz və xalqın
dəstəyi var. Hər bir islahatı uğurla aparmaq, başa çatdırmaq
üçün lazım olan bütün amillər Azərbaycanda var. İndi
Azərbaycan güclü ölkəyə çevrilir. Biz öz siyasətimizi müstəqil
şəkildə aparırıq. İqtisadi cəhətdən heç kimdən asılı deyilik.
Enerji təhlükəsizliyi baxımından heç kimdən asılı deyilik,
əksinə, biz başqa ölkələr və təşkilatlar üçün enerji
təhlükəsizliyini təmin edən ölkə kimi çıxış etməyə başlamışıq.
Əlbəttə ki, Azərbaycanın artan iqtisadi və siyasi önəmi
qarşımızda duran məsələlərin həllində də bizə kömək
göstərəcəkdir.
Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ
Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən təmizlənməsi,
soydaşlarımızın, qaçqın-köçkün bacı-qardaşlarımızın öz doğma
torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda bundan başqa,
bundan daha önəmli vəzifə yoxdur. Çünki bütün başqa
məsələlər öz həllini tapır və tapacaqdır.
Bizim gələcək planlarımızda iqtisadi, sosial məsələlər,
insanların maddi vəziyyətinin daha da yaxşılaşdırılması
üçün maaşların, pensiyaların artırılması da nəzərdə tutulur.
Azərbaycanda insanlar yaxşı yaşamalıdırlar. Üç il ərzində
yoxsulluq kəskin şəkildə, iki dəfədən çox azalıbdır, 49 faizdən
20 faizə enibdir. Bu ilin nəticələrinə görə, əminəm ki, 20
faizdən də aşağı düşəcəkdir. Azərbaycanda bir nəfər də
yoxsul olmamalıdır. Yəni, bizim xalqımız yaxşı yaşamalıdır. Ona
görə iqtisadi, siyasi, sosial, humanitar sahələrdə görülən işlər öz
nəticəsini verir və biz proqram üzrə irəliləyirik.
67
O ki qaldı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ mü-
naqişəsinin həlli məsələsinə, burada hələ ki, hər şey bizdən asılı
deyildir. Biz danışıqlar çərçivəsindəyik. Bu danışıqları aparırıq.
Sözün düzü, bu danışıqların artıq 10 ildən çox aparılması bizim
hamımızı çox narahat edir, incidir, üzür. Biz nə vaxta qədər bu
danışıqlara sadiq qalmalıyıq? Biz öz sülhsevər siyasətimizi
dəfələrlə sübut etmişik. Baxmayaraq, bütün dünya artıq bilir ki,
bizə qarşı haqsızlıq, ədalətsizlik edilibdir. Ermənistanın silahlı qüv-
vələri bizim torpaqlarımızı işğal edibdir, etnik təmizləmə siyasəti
aparıbdır, günahsız insanları məhv edibdir, bizim şəhərlərimizi
dağıdıbdır, məscidlərimizi yerlə-yeksan edibdir, əcdadlarımızın
qəbirlərini dağıdıbdır. Yəni, bütün bu ədalətsizliklər Azərbaycana
və azərbaycanlılara qarşı olubdur. Bütün bunlara baxmayaraq, biz
çalışırıq və bundan sonra da müəyyən müddət çalışacağıq ki, bu
məsələni danışıqlar yolu ilə həll edək. Çünki biz istəmirik yenidən
qan tökülsün, istəmirik cavanlarımız şəhid olsun. Ancaq bununla
bərabər, biz hər an hazır olmalıyıq ki, öz torpaqlarımızı hərb yolu
ilə, silahlı yolla azad edək. Bunu etmək üçün biz güclü ordu
yaradırıq.
Bu gün Azərbaycan hərbi potensialını ildən-ilə artırır və
bölgədə ən güclü orduya malikdir. Qısa müddət ərzində hərbi
xərclərimiz 1 milyard dollara çatıbdır. Mən iki il bundan əvvəl
vəzifə kimi qoymuşdum ki, bizim hərbi xərclərimiz Er-
mənistanın bütün xərclərinə bərabər olsun və biz buna nail
olduq. Ermənistanın bütün büdcəsi 1 milyard dollar olduğu
halda, bizim ancaq orduya xərclənən vəsaitimiz 1 milyard
dollardır. Bundan sonra biz bunu daha da artıracağıq. Artıq
hərbi tarazlıq, Ermənistan ilə Azərbaycan arasında əvvəlki
illərdə mövcud olan hərbi tarazlıq kəskin şəkildə bizim
xeyrimizə dəyişilibdir. Azərbaycanın artan iqtisadi və siyasi
önəmini nəzərə alaraq, biz gələcəyi çox aydın görürük. Görürük
ki, bir ildən, iki ildən, üç ildən sonra bizimlə Ermənistan
arasında uçurum daha da genişlənəcəkdir. Bu gün də bu belədir.
Azərbaycanın iqtisadiyyatı həcm baxımından Ermənistanın
iqtisadiyyatından artıq 7 dəfə böyükdür, büdcəmiz də həmçinin.
68
Gələcək illərdə daha da artacaqdır. Bu, əlbəttə, ilk növbədə,
Azərbaycanı hərtərəfli inkişaf etdirəcək, yeni müəssisələr
fabriklər, zavodlar yaradılacaq, iqtisadiyyat inkişaf edəcək,
insanlar daha yaxşı yaşayacaqlar. Eyni zamanda, biz həmişə
hərbi potensialı da diqqət mərkəzində saxlamalıyıq və bunu
artırmalıyıq, gücləndirməliyik.
Bir sözlə, bu məsələnin həlli üçün müxtəlif istiqamətlərdə
apardığımız siyasət, diplomatik səylərimiz, ikitərəfli danı-
şıqlarda fəal mövqeyimiz, beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlığımızla yanaşı, eyni zamanda, iqtisadi, hərbi
üstünlüyümüz və hərbi potensialın ən yüksək səviyyəyə gətirilib
çıxarılması bizə imkan verir ki, istənilən anda, heç bir başqa
ölkəyə təcavüz etmədən öz torpağımızda istənilən əməliyyatı
keçirə bilək.
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən ta-
nınır və dəstəklənir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz
hissəsidir. Tarixi həqiqət də belədir. Beynəlxalq hüquq normaları
da bunu sübut edir. Baxmayaraq, əvvəlki illərdə danışıqların ilk
mərhələsində bəzi beynəlxalq təşkilatlar belə fikirdə idi ki,
Dağlıq Qarabağa ya müstəqillik verilməlidir, yaxud da
Ermənistana birləşməlidir. Ermənistan və erməni lobbisi çirkin
fəaliyyəti, təbliğatı nəticəsində tarixi təhrif edərək bəzi
beynəlxalq təşkilatları, bəzi inkişaf etmiş ölkələrin siyasi dairə-
lərini inandırmışdılar ki, guya bu məsələdə onlar haqlıdırlar.
Amma Azərbaycanın uğurlu siyasəti,
yenə
də
artan
imkanlarımız bu vəziyyəti dəyişdirdi. Biz indi erməni lobbisi
ilə mübarizə aparırıq və uğurla mübarizə aparırıq. Bu
yaxınlarda biz erməni lobbisinin bütün səylərini puça çıxardıq.
Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq olundu.
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət bir
daha pislənildi. Bir daha göstərildi ki, Ermənistan nəinki
Azərbaycanın 7 rayonunu, eyni zamanda, Dağlıq Qarabağı da
işğal edibdir. Bu bizim böyük siyasi qələbəmizdir. Çünki
əvvəlki illərdə çox önəmli qurumlar və bu məsələ ilə bilavasitə
məşğul olan təşkilatlar bu barədə heç vaxt belə ifadələr
Dostları ilə paylaş: |