İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə56/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   52   53   54   55   56   57   58   59   ...   121

 

183 


İ l h a m   Ə l i y e v: Evdə yaşamaq üçün hər şey olmalıdır. 

Siz neçənci ildə yaralanmısınız? 



R  a  m  i  l      N  a  ğ  ı  y  e  v:  1994-95-ci  ildə,  hər  iki  ayağımı 

itirmişəm.  Cənab  Prezident,  mənim  iki  qardaşım  da  müharibə 

veteranıdır. Biri həm Əfqanıstanda, həm də Şuşada vuruşmuş, o 

biri  Zəngilanın,  Qubadlının  düşməndən  müdafiəsində  iştirak 

etmişdir. Ağcabədidə 2 hərbi əlil ailəsi varsa, onun biri bizik. 

İ l h a m   Ə l i y e v: Növbədə nə qədər adam qalıb? 

Ş a h i n   M ə m m ə d o v: 80 nəfərdən artıq. Bu Sizin 

tapşırığınızdan sonra tikilən binadır. 



İ l h a m   Ə l i y e v: Sonra fikirləşmək lazımdır, sağlam-

lığını  itirmiş  insanları  hansı  işlə  təmin  etmək  olar.  Elə  iş  ki, 

fiziki hərəkət tələb etməsin. Cavan oğlandır, ayaqlarını itiribdir. 

İndi  yeni  imkanlar  yaranır,  işsizlik  aradan  qaldırılır.  Fiziki 

cəhətdən  sağlam  adam  gedib  istənilən  yerdə  –  rayonlarda  da, 

Bakıda da tikintidə, biznesdə, başqa yerlərdə özünə iş tapa bilər. 

Amma  yaralanmış  insanlar  üçün  çətindir.  Əlbəttə,  dövlət 

pensiya verir, verəcəkdir, məbləği də artacaqdır. Ancaq iş olsa, 

kabinet  işi  olsa,  daha  yaxşı  olar.  Əvvəllər  hansı  işlə  məşğul 

olmusan, neçə yaşın vardı yaralananda? 



R a m i l   N a ğ ı y e v: Xeyr, işləmirdim, yaralananda 18 

yaşım vardı. 



İ l h a m   Ə l i y e v: İndi rayona qaz verilibdir. Bu binaya 

necə? Bir az soyuqdur deyə soruşuram. 



Ş a h i n   M ə m m ə d o v: Quzey tərəf olduğu üçündür, 

amma istilik sistemi işləyir. 



R a m i l   N a ğ ı y e v: Minnətdarıq, cənab Prezident. 

İ l h a m   Ə l i y e v : 15 il idi qaz verilməsi dayanmışdı. 

Bu, birinci mərhələdi, ikinci mərhələdə daha da artırılacaqdır. 



R  a m i l   N a ğ ı y e v: Cənab Prezident, baxmayaraq ki, 

mən  hər  iki  ayağımı  itirmişəm,  bütün  Ağcabədi  gəncləri  adın-

dan  istərdim  deyəm  ki,  biz  hər  an  Ali  Baş  Komandan  kimi, 

Sizin əmrinizə hazır dayanmışıq. Qarabağ torpaqlarını, inşallah, 

son  damla  qanımıza  qədər  döyüşə-döyüşə  işğaldan  azad 

edəcəyik. 




 184 

İ l h a m   Ə l i y e v:  Edəcəyik. Bizdə həm imkan var, həm 

ordu  güclənir,  həm  də  vətənpərvər  insanlar,  gənclər  var.  Bax, 

sənin  kimi  vətənpərvərlik  ruhunda  tərbiyə  alanlar.  Məsələni 

mütləq həll edəcəyik. 



Daha  sonra  prezident  İlham  Əliyev  və  xanımı  Mehriban 

Əliyeva  yeni  mənzil  almış  başqa  bir  sakinin  –  şəhid  ailəsinin 

evinə baş çəkdilər. 

Mənzil  sahibləri  dövlət  başçısını  və  xanımını  böyük  min-

nətdarlıq  hissi  ilə  qarşıladılar.  Azərbaycan  prezidenti  mənzil 

sahibinin oğlanları ilə xatirə şəkli çəkdirdi. Ailə üzvləri onları 

yeni  və yaraşıqlı  isti  mənzillərin  verilməsi  ilə sevindirən  Azər-

baycan prezidentinə və xanımına hədsiz minnətdarlıqlarını ifa-

də etdilər. Ulu öndər Heydər Əliyev tərəfindən qurulan müasir 

Azərbaycan  dövlətinin  daha  da  möhkəmləndirilməsi  işində 

prezident İlham Əliyevə uğurlar arzuladılar. Ev sahibi dedi ki, 

əgər  lazım  gələrsə,  işğal  altında  olan  torpaqlarımızın  azad 

olunması  üçün  hətta  özü  də  oğulları  ilə  birlikdə  cəbhə  xəttinə 

getməyə hazırdır. 

Mənzil  sahibini  təbrik  edən  dövlətimizin  başçısı  bildirdi  ki, 

işğal  altında  olan  torpaqlarımız  nəyin  bahasına  olursa-olsun, 

geri qaytarılacaqdır. 

Sonra  prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva 

yeni binanın sakinləri ilə görüşüb, xatirə şəkli çəkdirdilər. 

 


 

185 


 

 

 

 

DAXİLİ QOŞUNLARIN «N» HƏRBİ HİSSƏSİ İLƏ 

TANIŞLIQ 

 

17 yanvar 2008-ci il 

 

Azərbaycan  prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyev 

Ağdam və Ağcabədi rayonlarına səfəri çərçivəsində yanvarın 17-

də Daxili Qoşunların «N» hərbi hissəsində olmuşdur. 

Daxili  İşlər  naziri,  general-polkovnik  Ramil  Usubov  Azər-

baycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham 

Əliyevə raport verdi. 

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə yaxından 

tanış oldu. Məlumat verildi ki, hərbi hissənin yeni binası qısa vaxt 

ərzində ən müasir standartlara uyğun şəkildə inşa edilmişdir. Ali 

Baş  Komandanın  birbaşa  tapşırığı  ilə  bütün  hərbi  hissələrdə 

olduğu  kimi,  burada  da  əsgərlərin  nümunəvi  xidmət  göstərməsi 

üçün bütün lazımi şərait yaradılmışdır. 

Hərbi  hissənin  birinci  mərtəbəsində  müstəqil  Azərbaycan 

dövlətinin  memarı,  milli  ordu  quruculuğunun  əsasını  qoymuş 

ümummilli  lider  Heydər  Əliyevin  həyat  və  fəaliyyətini  əks 

etdirən  guşə  təşkil  olunmuşdur.  Ali  Baş  Komandan  guşəyə, 

əsgər kazarmasına baxdı, əsgərlərin geyimlərinin keyfiyyəti ilə 

maraqlandı.  Bildirildi  ki,  burada  istifadə  üçün  bütün  əşya  və 

ləvazimatlar  ən  müasir  tələblər  səviyyəsindədir.  Müxtəlif  növ 

geyim  dəstləri  ölkəmizdə  istehsal  edilib  və  olduqca 

keyfiyyətlidir. 

Prezident  İlham  Əliyev  müasir  tələblər  səviyyəsində  hərbi 

geyimlərin,  çarpayı  və  yataq  dəstlərinin  və  digər  ləvazimatların 

ölkəmizdə istehsal olunmasını yüksək qiymətləndirdi. 

Ali Baş Komandan daha sonra hərbçilərin təlim-tədris mər-

kəzi  ilə  tanış  oldu.  Bildirildi  ki,  əsgərlərin  hərbi  hazırlığının 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə