9
Əziz bacılar və qardaşlar!
Bu gün eyni zamanda, Dünya Azərbaycanlılarının Həm-
rəyliyi günüdür. Mən bu münasibətlə də sizi ürəkdən təbrik
edirəm. Dünyada yaşayan bütün azərbaycanlılara xoşbəxtlik,
səadət arzulayıram, onları birliyə, həmrəyliyə dəvət edirəm.
Əziz dostlar!
Sizi Yeni il münasibətilə bir daha ürəkdən təbrik edirəm.
Sizə cansağlığı, uğurlar, xoşbəxtlik arzulayıram. Sağ olun.
10
AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ
KEÇİRİLMİŞ TƏHLÜKƏSİZLİK
ŞURASININ İCLASINDA
NİTQ
Prezident sarayı
2 yanvar 2006-cı il
2005-ci il arxada qaldı. İlin yekunları çox uğurlu
olmuşdur. Bu barədə mən öz fikirlərimi çıxışımda söylədim.
Bütünlükdə, 2005-ci il Azərbaycanın dinamik inkişafında çox
mühüm rol oynayan bir il olmuşdur. Həm ictimai-siyasi
proseslər müsbət istiqamətdə inkişaf etmişdir, iqtisadiyyatımız
çox sürətlə artmışdır, həm də Azərbaycanın dünyadakı,
bölgədəki mövqeləri möhkəmlənmişdir və bütövlükdə, ölkəmiz
çox uğurla inkişaf etmişdir.
2006-cı ilin ilk günlərində biz Təhlükəsizlik Şurasının
iclasını keçiririk. Bu çox vacibdir. Çünki bildiyiniz kimi,
Təhlükəsizlik Şurasının iclasları mütəmadi qaydada keçirilir, bu
iclaslarda ölkəmizin qlobal məsələləri, strateji əhəmiyyət
daşıyan məsələlər müzakirə olunur, inkişaf strategiyamızın əsas
məqamları, istiqamətləri müəyyən edilir. Hesab edirəm ki,
bugünkü iclas da bu baxımdan çox vacibdir.
Mən şübhə etmirəm ki, Azərbaycanda möhkəmlənmiş
müsbət meyllər 2006-cı ildə daha da sürətlə inkişaf edəcəkdir.
Azərbaycan bölgədə gedən proseslərdə daha da fəal iştirak
edəcək, öz iqtisadi potensialını möhkəmləndirəcəkdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə
tikilən Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-cı ildə istismara
11
veriləcəkdir. İlin sonunda Bakı–Tbilisi–Ərzurum qaz kəməri
istismara veriləcəkdir. Bunlar, əlbəttə ki, dünya əhəmiyyətli
məsələlərdir və həm Azərbaycanın iqtisadi potensialının
möhkəmlənməsinə öz töhfəsini verəcək, həm də bölgədə
sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət
edəcəkdir.
2006-cı ildə sosial-iqtisadi məsələlərin həlli daha da sürətlə
getməlidir. Buna nail olmaq üçün bütün imkanlar var. Qəbul
olunmuş sosial-iqtisadi proqramlar, regionların inkişafı
proqramları uğurla icra edilir. Həm iqtisadi sahədə, həm də
sosial sahədə böyük işlər görülməlidir. Sosial məsələlərin həlli
bilavasitə iqtisadi potensialdan asılıdır. Əlbəttə ki, bizim
potensialımız gücləndikcə, bu məsələlər daha da sürətlə öz
həllini tapacaqdır. Azərbaycanda məktəb, xəstəxana tikintisi
geniş
vüsət
alıbdır.
İnsanların
həyat
səviyyəsinin
yaxşılaşdırılması ən başlıca vəzifədir. Yoxsulluğun azaldılması,
işsizliyin aradan qaldırılması – bütün bunlar bizim əsas
məsələlərimizdir və gündəlik həyatda bu məsələlərlə məşğul
oluruq.
2006-cı il Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ müna-
qişəsinin həlli işində də müəyyən ümidlər verir. Bildiyiniz kimi,
bu məsələ ilə məşğul olan Minsk qrupu və onun həmsədrləri
son zamanlar öz fəaliyyətini daha da gücləndirmişlər və
müəyyən təkliflər irəli sürülür. Biz bütün təklifləri nəzərdən
keçiririk, müzakirə edirik. Eyni zamanda, bu məsələ ilə bağlı
bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız
beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər.
Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir.
Praqa prosesinin möhkəmlənməsi müsbət haldır, məsələ ilə
məşğul olan tərəflər, qurumlar artıq bunu əsas istiqamət kimi
təqdim edirlər. Praqa prosesi müsbət prosesdir, mərhələli həll
işində mühüm bir addımdır.
Bütün bu məsələlər bizim qarşımızda dayanır. Azərbaycanda
iqtisadi, sosial, siyasi proseslər müsbət istiqamətdə gedir. Bu
baxımdan 2005-ci ildə keçirilmiş parlament seçkiləri
12
Azərbaycanda demokratiyanın inkişafına çox güclü təkan verdi.
Demokratik proseslər seçkilər ərəfəsində çox sürətlə getmişdir
və seçkilərdən sonra da bu cür davam edir. Azərbaycan bu
baxımdan sürətlə inkişaf edən ölkədir. Demokratiyanın inkişafı
2006-cı ildə də bizim əsas vəzifələrimizdən biri olacaqdır.
Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi bizə
imkan verir ki, ölkəmiz hərtərəfli – həm iqtisadi sahədə, həm də
siyasi məsələlər baxımından inkişaf etsin. Əlbəttə ki,
demokratik inkişaf da çox böyük əhəmiyyət kəsb edir.
Çalışmalıyıq ki, 2006-cı ildə Azərbaycanın müstəqilliyini
daha da gücləndirək, enerji təhlükəsizliyini daha da möhkəm-
ləndirək. Bildiyiniz kimi, indi regionda enerji daşıyıcıları ilə
bağlı olan problemlər artıq özünü çox qabarıq şəkildə büruzə
verir. Azərbaycanda bu problemlər yoxdur, biz öz tədbirlərimizi
vaxtı-vaxtında gördük. Əlbəttə ki, biz öz daxili resurslarımıza
arxalanırıq. Ona görə də Azərbaycanda neft, qaz hasilatı artır.
Gələn il Azərbaycanda həm neft, həm də qaz hasilatı xeyli
dərəcədə artacaq və əlbəttə ki, bu, ölkəyə əlavə valyuta
resursları gətirəcəkdir. Eyni zamanda, öz tələbatımızı daha da
böyük həcmdə ödəyəcəyik. Amma buna baxmayaraq, hələlik
idxal qazına ehtiyac var. Ona görə də qərar verildi ki, bu məsələ
də öz həllini tapsın. Biz buna vaxtında nail olduq və ümid
edirəm ki, qış aylarında Azərbaycanda enerji problemi
olmayacaqdır.
Bildiyiniz kimi, eyni zamanda, biz enerji infrastrukturumuzu
da möhkəmləndiririk. Böyük elektrik stansiyaları tikilir,
kiçikhəcmli
elektrik
stansiyaları tikilir.
Qaz
xətləri
yeniləşdirilir, sayğaclar quraşdırılır. Yəni bu, demək olar ki,
əhalini narahat edən əsas sosial problemlərdən biridir və biz
bunu həll etməliyik.
Bir sözlə, 2006-cı ildə biz gərək çox fəal, çox səmərəli
işləyək. Hərə öz yerində vəzifə borcunu yerinə yetirməlidir və
biz Azərbaycan xalqı qarşısında mütəmadi qaydada hesabat
verməliyik.
Dostları ilə paylaş: |