İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə24/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

 92 
Prezident  İlham  Əliyev  «Göygöl»  şərab  zavodunun, 
«AzNar»  ASC-nin  məhsullarına  baxdı  və  dedi  ki,  biz  gərək 
ölkəmizi  ərzaq  məhsulları  ilə  maksimum  dərəcədə  təmin  edək. 
Gələn  il  ayrıca  kənd  təsərrüfatı  məhsulları  sərgisinin  keçiril-
məsi  yaxşı  olardı.  Biz  o  vaxta  qədər  özümüzü  bütün  ərzaq 
məhsulları  ilə  tam  təmin  edəcəyik.  Beş  il  bundan  əvvəl  belə 
vəzifə  qoyulmuşdu  və  buna  nail  oluruq.  Gələcəkdə  ixracın 
həcmi də artacaq, imkanlarımız da genişlənəcəkdir.  
1963-cü ildən fəaliyyət göstərən, son illərdə yenidən qurulan 
«Mingəçevir İzolit» müəssisəsi 10-dan çox adda məhsul istehsal 
edir.  Bunlar  Rusiya  və  Qazaxıstana  da  ixrac  olunur, 
elektrotexnika  sənayesində,  neft-qazçıxarmada,  suvarma  və 
kanalizasiya xətlərinin çəkilişində geniş tətbiq edilir.  
Prezident  İlham  Əliyevə  bildirildi  ki,  «AER»  firması  ölkə-
mizdə  xaricə  dondurma  ixrac  edən  yeganə  müəssisədir.  Gür-
cüstana 100 ton dondurma satılmışdır, tezliklə Qazaxıstana da 
ixrac olunacaqdır.  
Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyinin  pavil-
yonu da diqqəti cəlb edirdi. Nazir Əli Abbasov burada nümayiş 
etdirilən  yeni  texnologiyalar,  jeton  və  kartla  işləyən  küçə 
telefonları  barədə  məlumat  verərək  dedi  ki,  hazırda  paytaxtda 
200  ədəd  belə  telefon  qoyulmuşdur.  Bu  telefonlarla  xarici 
ölkələrə də zəng etmək mümkündür. Çin və İran istehsalı olan 
bu telefonlar gələcəkdə ölkəmizdə buraxılacaqdır.  
Nazir  2010–2011-ci  illərdə  Azərbaycanın  iki  süni  peykinin 
orbitə  buraxılacağını  və  bununla  bağlı  hazırlıq  işlərinin 
aparıldığını bildirdi. O dedi ki, birinci süni peyk əsasən Şimali 
Afrika,  Mərkəzi  və  Şərqi  Avropanı,  ikincisi  isə  okeandan-
okeana  qədər  olan  ərazini  əhatə  edəcəkdir.  Resursları  almaq 
üçün  artıq  sifarişlər  verilibdir.  Ən  maraqlı  layihələrdən  biri 
Azərbaycanın  təşəbbüsü  ilə  Şərq–Qərb  arasında  super  infor-
masiya  magistralının  yaradılmasıdır  və  bu  ilin  noyabrında 
bununla əlaqədar Bakıda görüş keçiriləcəkdir. 
Dövlətimizin  başçısı  telefon  aparatlarının  dizaynı  ilə  bağlı, 
üstündəki  yazıların  Azərbaycan  dilində  olması  barədə  tapşı-


 
93 
rıqlar  verdi,  informasiya-kommunikasiya  texnologiyaları  sahə-
sində görülən işləri yüksək qiymətləndirdi.  
Sonra prezident İlham Əliyev sərgi salonundan video-telefon 
vasitəsilə  Şamaxı  rayonunun  Məlikçobanlı  kəndində  yaşayan 
ağsaqqal müəllim Əlisöhbət Abdullayev ilə danışdı.  
İ l h a m   Ə l i y e v: Salaməleyküm.  
Ə l i s ö h b ə t   A b d u l l a y e v: Salam.  
İ l h a m   Ə l i y e v: Necəsiniz? 
Ə l i s ö h b ə t   A b d u l l a y e v: Cənab Prezident, çox 
sağ  olun.  Sizi  şamaxılılar  adından,  Məlikçobanlı  kəndinin 
sakinləri adından, şəxsən öz adımdan ürəkdən salamlayıram. 
Sizin  prezidentlik  dövrünüz  xalqımız  üçün  çox  uğurlu  bir 
dövrdür.  Bu  illər  ərzində  xalqımızın  güzəranı  gündən-günə 
yaxşılaşmışdır.  Biz  bunu  öz  həyatımızda  aydın  hiss  edirik. 
Hörmətli  Prezident,  son  illər  bütün  regionlar  kimi,  Şamaxı  da 
inkişaf  edir,  gözəlləşir.  Əlbəttə,  bu  bir  həqiqətdir.  Şamaxıda 
yeni-yeni  layihələr  həyata  keçirilir,  zavodlar  tikilir,  təzə  iş 
yerləri açılır. Bunların hamısı Sizin əməli fəaliyyətinizin yüksək 
nəticəsidir.  Xalqımız,  Şamaxı  camaatı  Sizə  öz  minnətdarlığını 
bildirir.  
Hörmətli Prezident, Şamaxıda istifadəyə verilmiş yeni nəsil 
rabitə  sistemi  çox  yüksək  qiymətə  layiqdir.  Biz  bu  rabitə 
xidməti  ilə şəxsən  Sizi  Şamaxıda  gedən  abadlıq  işləri  ilə tanış 
edirik  və  Sizə  bu  sahədə  uğurlar  arzulayırıq.  Əvvəllər  kim 
düşünərdi  ki,  danışdığın  adamı  üzbəüz  görəcəksən?!  Bu  rabitə 
xidməti, əlbəttə ki, çox böyük nailiyyətdir. Bu sahədə də Sizin 
fəaliyyətinizi çox yüksək qiymətləndiririk.  
Cənab  Prezident,  Şamaxıya  göstərdiyiniz  diqqətə,  qayğıya 
görə  bütün  Şamaxı  camaatı,  bütün  Məlikçobanlı  kəndinin 
camaatı  Sizə  öz  minnətdarlığını  bildirir.  Çox  sağ  olun,  Allah 
Sizi qorusun.  
İ l h a m   Ə l i y e v: Sağ olun. Baxın görün, Şamaxının bir 
kəndində  video-telefon  quraşdırılmışdır.  İndi  biz  sizinlə  bir-
birimizi görərək söhbət edirik. Bax, budur Azərbaycanın müasir 
reallıqları,  Azərbaycanın  inkişafı.  Bunu  bəlkə  on  il  bundan 


 94 
əvvəl təsəvvür etmək mümkün deyildi. Amma indi bu reallıqdır. 
Biz  gələcəyə  çox  böyük  ümidlərlə  gedirik,  gələcəyə  ümidlərlə 
baxırıq.  Azərbaycanın  hərtərəfli  inkişafı  artıq  reallıqdır.  Bu 
sərgi  də  bunu  əyani  şəkildə  göstərir.  Azərbaycanda  istehsal 
olunan  mallar  bizim  tələbatımızı  maksimum  dərəcədə  ödəyir. 
Ərzaq  məhsulları,  demək  olar  ki,  tələbatı  80–90  faiz  ödəyir. 
Azərbaycanda  müasir  texnologiyaya  uyğun  məhsullar  da 
istehsal  olunur.  Bax,  bu  telefon  onun  bir  hissəsidir,  bir 
parçasıdır.  Bu  onu  göstərir  ki,  ölkəmiz  hərtərəfli  inkişaf  edir, 
Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektoru inkişaf edir, yüksək 
texnologiyalar  inkişaf  edir  və  ölkəmiz  güclənir.  Azərbaycanın 
hər  bir  yerində,  rayonunda,  kəndində  bu  gözəl  inkişaf  özünü 
göstərir.  
Mən  bu  fürsətdən  istifadə  edərək  bütün  şamaxılılara  öz 
salamlarımı  çatdırmaq  istəyirəm.  Şamaxının  çiçəklənməsi, 
inkişafı işində sizə yeni uğurlar arzulayıram. Sağ olun. 
 
 
 
 
 
 
 
 
 
*** 
Prezident İlham Əliyev «Azkompozit» zavodunun məhsulları 
ilə də maraqlandı. Bildirildi ki, müəssisə Oğuz–Qəbələ–Bakı su 
xəttinin çəkilişi ilə bağlı dövlət sifarişini yerinə yetirmişdir. İndi 
digər sifarişlərlə bağlı iş aparılır. Müəssisə ABŞ-dan da sifariş 
almışdır.  
Ölkəmizin  informasiya-kommunikasiya  bazarında  xüsusi 
yeri olan «Azel–Azərbaycan Elektronikası» şirkətinin fəaliyyəti 
ilə  maraqlanan  dövlətimizin  başçısına  məlumat  verildi  ki,  bu 
qurumun  ən  maraqlı  layihələrindən  biri  respublikamızdakı 
bankların avtomatlaşdırılması üçün proqram təminatının yerinə 
yetirilməsi ilə bağlıdır.  
Qeyri-dövlət  müəssisələrinin  məhsulları  ilə  tanışlıq  zamanı 
dövlətimizin  başçısına  məlumat  verildi  ki,  son  beş  ildə  dünyanın 
150-dən çox ölkəsi ilə ticarət əlaqəsi qurularaq 62,8 milyard ABŞ 
dolları  həcmində  idxal-ixrac  əməliyyatları  həyata  keçirilmişdir. 
Sahibkarlar onlara yaradılan şəraitdən razılıqlarını bildirdilər və 
vurğuladılar  ki,  yüksək  iqtisadi  potensiala  malik  Azərbaycanda 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə