İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə96/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   92   93   94   95   96   97   98   99   100

 346 
müharibə vəziyyətində olduğu üçün ali qanunverici orqanı yoxdur. 
Paytaxtı Bağdaddır. – 221. 
 
142.  Horst  Köler  (d.1943)  –  alman  dövlət  və  siyasi  xa-
dimi,  iqtisadçı-politoloq.  2000–2004-cü  illərdə  Beynəlxalq 
Valyuta  Fondunun  prezidenti,  2004–2010-cu  illərdə    Alma-
niyanın prezidenti olmuşdur. – 215. 
 
143.    Angela  Merkel  (d.1954)  –  Almaniya  siyasətçisi, 
Xristian-Demokrat  İttifaqı  Partiyasının  lideri,  2005-ci  ildən 
Almaniyanın Federal kansleridir. – 216. 
 
144. Li Mən Bak (d.1941) – 2008–2013-cü illərdə Koreya 
Respublikasının Prezidenti olmuşdur. –217. 
 
145.  Hüseyn Cavid,   H ü s e y n    A b d u l l a   o ğ l u   R 
a s i z a d ə (1882–1941) – böyük Azərbaycan şairi, dramaturq. 
Hüseyn  Cavid  Azərbaycan  romantizminin  banilərindən  biri 
olmuşdur.  O,  lirik  şeirlərin,  lirik-epik,  epik  poemaların 
müəllifidir. 
Hüseyn  Cavid  daha  çox  dramaturq  kimi  tanınmışdır.  Onun 
fəlsəfi və tarixi faciələri forma yeniliyi baxımından Azərbaycan 
dramaturgiyasında  yeni  bir  mərhələ  yaratmış,  milli  teatr 
mədəniyyətinin  inkişafına  qüvvətli  təsir  göstərmişdir. 
Azərbaycanın  ən  dəyərli  milli  ziyalı  nümayəndələrini  məhv 
edən  sovet  totalitar  rejiminin  repressiya  qurbanlarındandır.  – 
224. 
 
146. Təbriz – İranda şəhər. Cənubi Azərbaycanın ən böyük 
şəhəri,  iqtisadi  və  mədəniyyət  mərkəzi,  Şərqi  Azərbaycan 
ostanının inzibati mərkəzidir. Əhalisi 1,1 milyon nəfərdir. 


 
347 
Təbriz  Azərbaycanın  ən  qədim  şəhərlərindəndir.  «Təbriz» 
sözünün  etimologiyası  və  şəhərin    salınma  tarixi  haqqında 
müxtəlif  fikirlər  mövcuddur.  Təbriz  Rəvvadilər  dövlətinin  
(852),  Eldənizlər  dövlətinin  (1174),  Ağqoyunlular  dövlətinin 
(1468),  Səfəvilər    dövlətinin  (1501)  paytaxtı  olmuşdur.  XV–
XVII    əsrlərdə  Təbriz  Yaxın  Şərqin  mühüm  sənətkarlıq  və 
ticarət mərkəzlərindən idi. Təbrizi  «Şərqin paytaxtı» da adlan-
dırırdılar. 
1826–28-ci  illər  Rusiya–İran  müharibəsi  nəticəsində    Türk-
mənçay  müqaviləsinə (1828) görə Təbriz  İranın hakimiyyəti al-
tında qalır. –224. 
 
147.  Azərbaycan  Milli  Elmlər  Akademiyası  (AMEA)– 
Azərbaycan  Respublikasında  elmin  inkişafını  təşkil  və  təmin 
edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən ali 
dövlət elmi təşkilatı. 1945-ci ildə Bakıda təsis edilmişdir. 2001-
ci  ilin  may  ayından  Azərbaycan  Milli  Elmlər  Akademiyası 
adlanır.  Azərbaycan  Milli  EA-nın  aşağıdakı  bölmələri  var: 
fizika; texnika və riyaziyyat elmləri; kimya elmləri; yer elmləri; 
biologiya  elmləri;  aqrar  elmləri;  humanitar  və  ictimai  elmlər. 
Burada  elmin  müxtəlif  sahələrinə  dair  aktual  problemlər 
üzərində  tədqiqat  işləri  aparılır.  Hər  il  onlarla  elmi  işin  nəticəsi 
istehsalatda tətbiq olunur. – 224. 
 
148.  Bakı  Musiqi  Akademiyası  –  1921-ci  ildə  yaradılıb. 
Bakı  Musiqi  Akademiyası Azərbaycanda  ilk  musiqi  tədris  mü-
əssisəsidir. 4 fakültəsi vardır. Təhsil iki pilləlidir – bakalavr və 
magistratura. – 225–232. 
 
149. Qara Qarayev, Q a r a   Ə b ü l f ə s  o ğ l u (1918–
1982) – dahi Azərbaycan bəstəkarı. Musiqisi ümumdünya şöh-
rəti  qazanmış,  baletləri  respublikamızın  və  bir  sıra  dünya 


 348 
teatrlarının  səhnəsində  tamaşaya  qoyulmuşdur.  Q.Qarayevin 
musiqi  dili  sahəsinə  gətirdiyi  yeniliklər  Azərbaycan  və  dünya 
musiqisinin  inkişafında  mühüm  rol  oynamışdır.  SSRİ  Xalq 
artisti,  Sosialist  Əməyi  Qəhrəmanı,  SSRİ  Dövlət  və  Lenin 
mükafatları laureatıdır. – 226. 
 
150. Şövkət Məmmədova, Ş ö v k ə t   H ə s ə n   q ı z ı 
(1897–1981)  –  Azərbaycan  müğənnisi,  pedaqoq,  musiqi 
xadimi,  ilk  azərbaycanlı  professional  qadın  müğənni.  SSRİ 
Xalq  artisti.  İki  dəfə  Milanda  (1911,1927–29)  məşhur  Qərb 
müğənnilərindən  dərs  almışdır.  Güclü  musiqi  duyumu  və 
yüksək vokal mədəniyyətinə, məlahətli, axıcı səsə malik olan 
Ş.Məmmədovanın  ifası,  həmçinin  aktyorluq  məharəti  ilə 
fərqlənmişdir. O, Azərbaycan opera səhnəsində rus və dünya 
vokal 
sənətinin  ən  yaxşı  ənənələrini  milli  musiqi 
xüsusiyyətləri ilə əlaqələndirmişdir. – 226. 
 
151. Üzeyir bəy  Hacıbəyli,  Ü z e y i r  Ə b d ü l h ü s e y n   
o ğ l u (1885–1948) – dahi Azərbaycan bəstəkarı, musiqişünas 
alim,  publisist,  dramaturq,  pedaqoq  və  ictimai  xadim.  Müasir 
Azərbaycan  professional  musiqi  sənətinin  və  milli  operasının 
banisi,  SSRİ  Xalq  artisti,  SSRİ  Dövlət  mükafatı  laureatı.  – 
226,231,232. 
 
152.  Fərhad  Bədəlbəyli,  F  ə  r  h  a  d      Ş ə m s i   o ğ l u  
(d.1947) – Azərbaycan pianoçusu və musiqi xadimi. Ü.Hacıbə-
yov  adına  Bakı  Musiqi  Akademiyasının  (1991)  rektoru, 
professor. Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan və 
SSRİ  Xalq  artisti.  B.Smetana  və  Viana  da  Motta  adına 
beynəlxalq  müsabiqələr  laureatıdır.  Azərbaycan  piano 
məktəbini  ləyaqətlə  təmsil  edən  çoxlu  sayda  pianoçu  yetişdir-
miş istedadlı pedaqoqdur. Azərbaycan Respublikası Musiqi Xa-


 
349 
dimləri  İttifaqının  sədridir.  Azərbaycan  Respublikasının 
«Şöhrət» ordeni ilə təltif edilmişdir. – 231–232. 
 
153. YUNESKO – BMT-nin maarif, elm və mədəniyyət iş-
lərinə baxan hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında 
yaradılmış, 1946-cı ildən fəaliyyətə başlamışdır. Ali orqanı iki 
ildən  bir  çağırılan  konfransdır.  Katibliyi  Parisdədir.  Azər-
baycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. – 232. 
 
154. İSESKO – elm, təhsil və mədəniyyət  məsələləri üzrə 
islam  təşkilatı.  1979-cu  ildə  təşkil  edilmişdir.  İSESKO-nun  Baş 
direktoru  Əbdüləziz  bin  Osman  əl-Tüveycridir.  Azərbaycan 
dövləti İSESKO ilə yaxından əməkdaşlıq edir və islam aləmin-
də mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. – 
232. 
 
155. Rostropoviç M s t i s l a v   L e o p o l d o v i ç (1927–
2007)  –  Bakıda  doğulmuş  görkəmli  musiqiçi,  violonçelist, 
dirijor. Lenin mükafatı laureatı, SSRİ Xalq artisti. Bakı Musiqi 
Akademiyasının  Fəxri  professoru.  Azərbaycan  Respublikasının  
«İstiqlal»  və  «Heydər  Əliyev»    ordenləri  ilə  təltif  edilmişdir.  – 
232. 
 
156. Bülbül, M u r t u z a  M ə ş ə d i  R z a  o ğ l u  M ə m- m 
ə d o v (1897–1961) – Azərbaycan  klassik  vokal  məktəbinin 
banisi,  musiqi  folkloru  tədqiqatçısı.  Bülbülün  yaradıcılığı 
müasir  Azərbaycan  musiqili  teatrı  tarixində  mühüm  bir 
mərhələ  təşkil  edir.  Bülbül  Azərbaycan  xalq  mahnılarını, 
təsnifləri  böyük  sənətkarlıqla  ifa  etmişdir.  SSRİ  Xalq  artisti 
və SSRİ Dövlət mükafatı laureatıdır. – 232. 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə