İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə24/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   20   21   22   23   24   25   26   27   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

74 



74 

müəyyənləşdirən  məsələləri  həll  etməli  olacaqlar.  Məhz  buna 

görə  də  ziyalılar  təxirəsalmadan  bu  məsələlər  üzərində 

düşünməli,  onları  hərtərəfli,  ağılla  götür-qoy  etməli,  heç  bir 

sentimental  və  ya  nəzəri  ideologiyaya  uymamalıdırlar»  [106, 

45]. Ağaoğlunun fikrincə, türk ziyalıları Qafqazda çoxluq təşkil 

edən  bir  millətin  üzvləri  olduqlarına  görə,  mövcud  olan  rəsmi 

dövlət  orqanları  və  başqa  təşkilatları,  eyni  zamanda  diyarın 

özünü  hərtərəfli  öyrənməlidirlər.  Əgər  bu  baş  verərsə,  onda 

türklər Qafqazın ən sanballı milləti kimi diyarın həyatında onun 

sayına  və  mövqeyinə  uyğun  yer  tuta  biləcək  və  indiyə  qədər 

olduğu kimi kənarda qalmayacaqlar [106, 45].  

Eyni  zamanda,  Ağaoğlu  hesab  edirdi  ki,  türkçülük 

hissinin  güclənməsi  farslaşdırma  və  ruslaşdırma  siyasəti 

qarşısında mühüm siyasi faktordur. Bu baxımdan Y.Akçuraoğlu-

nun  təbrincə  desək,  ruslaşdırmaya,  farslaşdırmaya  qarşı 

dayanmaq,  məzhəb  ayrılığına  son  qoyaraq  düşmənlərinə  fürsət 

verməmək  baxımından  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə  və 

Ə.Topçubaşı  Qafqaz  türklüyündə  birliyin  yaranmasına 

çalışmışlar [22, 228].  Ona  görə  də Ə.Ağaoğlu nə  qədər  «İslam 

milləçiliyi»ndən çıxış etsə də, Azərbaycan türklərinin oyanması 

baxımından gördüyü milli işləri, xüsusilə «Difai»nin lideri kimi 

apardığı  mübarizə  onu  islamçılığın  ideoloqu  ilə  yanaşı,  türkçü 

adlandırmağa  layiq  edir.  Tanınmış  alim  T.Svyatoçovski  yazır: 

«Tatar-erməni  mübaribəsi  nəticəsində  meydana  gələn  «Difai» 

özünün  əsasən  antirus  fəaliyyəti  ilə  Şamil  dövründən  bu  yana 

təşkilatlanmış  heç  bir  müqavimətlə  üzləşməyən  çar  rejiminə 

uzun  illər  boyu  mütilik  tabeçilyə  zərbə  endirmiş  oldu»  [260, 

101].  

Ə.Ağaoğlunun  millət  və  millətçilklə  bağlı  mülahizələri 



«Bizim  millətçilər»  («Kaspi»),  «Millət  və  millətçilik» 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

75 


(«Tərəqqi»)  məqalələrində  də  öz  əksini  tapmışdır.  «Millət  və 

millətçilik»  silsilə  məqalələrində  o,  yazırdı:  «Kamali  əminiyyət 

və  iftixar  ilə  deyə  biləriz:  Rusiya  müsəlmanları  arasında 

milliyyət və ittihadi-islam məsələlərini qalxızanların birisi də biz 

özümüzük»  [10].  O  qeyd  edirdi  ki,  artıq  türk  xalqlarını 

millətlərin  inkişafının  ən  parlaq  mərhələsini  təşkil  edən 

millətçilik  deyilən  dövrə  çatdırmaq  uğrunda  mübarizə 

aparmaq  lazımdır  [10].  Bəşərin  tarixi  təkamülündə  dindən 

sonra  millətçiliyi  insan  ruhunun  ikinci  növü  adlandıran 

Ağaoğluna  görə,  birincisi  cəmiyyətin,  millətin  ilkin,  əbədi 

halı, ikincisi isə bəşəri təkamülün vacib əlaməti, xassəsi, hətta 

onun  inkişafının  «sehrkar  halı»dır:  «Nasionalizm  dövrəsi  bir 

millətin əmrində həmin mayənin xəmiriyyəyə təsir edib, onun 

qıcqırması kimidir. Nasionalizm dövründə millət özünə gəlir, 

özünü  tanıyır,  onun  cümlə  üzvləri  cabəca  olub,  millətin 

vücudu,  bədəni  qəribə  bir  mətanət,  bir  mükəmməlliyət  kəsb 

ediyor» [10]. 

Qeyd  edək  ki,  1910-1918-ci  illərdə  Ə.Ağaoğlu 

Türkiyədə  olarkən,  xüsusilə  «Türk  Yurd»unda  «Türk  aləmi» 

sislsilə yazıları ilə islamçılıqla türkçülüyün bütövlüyü məsələ-

sinə  daha  çox  diqqət  ayırmışdır.  Onun  fikrincə,  islamiyyət 

cərəyanının tərəfdarları bilməlidirlər ki, qövmiyyət (milliyyət) 

cərəyanı da ictimaiyyət arasında nüfuza malikdir: «İslamiyyət 

faili müxtəlif millətlərdən təşəkkül etdiyi üçün pək təbiidir ki, 

vahid  külli  qüvvət,  səlahiyyət  və  mədəniyyət,  onu  təşkil 

etməkdə  olan  əza  və  əqvamın  qüvvət  və  mətanəti  ilə  mütə-

nasibdir.  İslam  millətləri  nə  qədər  güclü  və  mətin  olursa, 

islamiyyətin  heyəti-ümumiyyəsi  də  eyni  nisbətdə  qüvvət  və 

mətanət kəsb edir. Milliyyətə xidmət etmək filhəqiqə islamiy-

yətə də xidmət etmək deməkdir» [234, 198-199]. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

76 



76 

Bununla 


da, 

Ağaoğlu  türkçülüyü  islamçılığa, 

islamçılığı  isə  türkçülüyə  qarşı  qoyanlara  öz  etirazını 

bildirmişdir.  O  hesab  edirdi  ki,  islamçılığı  gücləndirən  ən 

önəmli  amil  milliyyət,  yəni  türklükdür.  Əgər  onlar  bir-birinə 

qarşı  qoyularsa  hər  ikisi  süquta  uğrayacaqdır.  Bu  mənada 

Ağaoğlu islamçılığın güclü olması üçün, milliyyətin də güclü 

olması  fikrini  müdafiə  etmişdir.  Ancaq  burada  önəmli  bir 

məqam  vardır  ki,  Ağaoğlu  daima  islam-türk  birliyinin 

tərəfdarı  olmuşdur.  Yaxud  da,  o,  ən  azı  mənəvi-ideoloji 

baxımdan  belə  bir  birliyin  olmasının  zəruriliyinə  inanmışdır. 

Görünür,  bu  səbəbdəndir  ki,  Ağaoğlu  İslam-Türk  birliyindən 

çıxış edərək etnik türkçülüyü, yəni ayrı-ayrı türk dövlətlərinin 

yaranması ideyasına bir o qədər də rəğbət göstərməmişdir.   

Bu  baxımdan  bəzi  tədqiqaçılar  (A.Balayev  və  b.) 

hesab  edirlər  ki,  1918-ci  ildə  Qafqaz  İslam  ordusunun 

tərkibində  Azərbaycana  gələn  Ə.Ağaoğlu  Nuru  paşanın 

«siyasi  müşaviri»  kimi  İslam-Türk  birliyi  ideyasına  uyğun 

olaraq,  müstəqil  Türk  dövlətlərinin  yaranmasının  əleyhinə 

çıxmış, hətta, Azərbaycanın Türkiyəyə birləşməsini tələb edən 

«ilahaqçılar»ın  əsas  ideoloqlarından  biri  olmuşdur  [51,  117-

118].  Vaxtilə  M.B.Məmmədzadə  də  yazırdı  ki,  Nuru  paşanın 

səlahiyyətli  «siyasi  müşaviri»  Ağaoğlu  onunla  danışıqlar 

aparmağa 

gələn 

Milli 


Şuranın 

nümayəndələrinə 

(M.Ə.Rəsulzadə,  F.Xoyski  və  M.H.Hacınski)  xalqın  onları 

istəmədiyini, bu səbədən onların hökumətinə qarşı xalq üsyan 

edəcəyi təqdirdə tərəfsiz qalacaqlarını bildirmişdi. Ə.Ağaoğlu 

siyasi böhrandan çıxış yolu kimi təklif etmişdir ki, Milli Şura 

ləğv olunsun və Nuru paşanın özü bir hökumət qursun. Ancaq 

Milli  Şura  nümayəndələrinin  onun  bu  fikirlərinə  etiraz 

etməsindən sonra Ə.Ağaoğlu razılaşmışdır ki, Milli Şura yeni 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə