İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə30/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   26   27   28   29   30   31   32   33   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

92 



92 

liberalizm, liberal-demokratizm, sosial-demokratizm (marksizm) 

olmuşdursa,  indi  daha  çox  modernəlşmə,  vətəndaş  cəmiyyəti 

göstərilir.  

Fikrimizcə,  «müasirləşmək»  anlayışına  bağlı qeyri-müəy-

yənliyə son qoymaq üçün, iki vacib məsələyə aydınlıq gətirilmə-

lidir.  Birincisi,  adətən  «müasirlik»  dedikdə,  ona  sinonim  kimi 

avropalaşmaq,  qərbləşmək  anlayışlarından  da  istifadə  olunur. 

Buradan  belə  nəticə  çıxır  ki,  «müasirlik»  ideyası  yalnız 

avropalaşmaq,  qərbləşmək,  yəni  Avropa  və  yaxud  da  Qərb 

mədəniyyətinə  yiyələnmək  anlayışı  ilə  bağlı  olmuşdur.  Bu 

zaman 


tədqiqatçılar 

fikirlərini 

əsaslandırmaq 

üçün 


Ə.Hüseynzadə, 

Z.Gökalp 

tərəfindən 

irəli 


sürülən 

«avropalaşmaq»,  «qərb  mədəniyyətindənəm»  istilahlarını 

nümunə  gətirirlər.  Halbuki  onlar  «avropalaşmaq»,  «qərb 

mədəniyyətindənəm»  dedikdə,  Qərbin-Avropanın  bütün  dəyər-

lərini olduğu kimi qəbul etməyi, yaxud da avropalıların hər hansı 

bir  cərəyanını  müsəlman-türk  dünyasına  tətbiq  etmək  niyyəti 

güdməmişlər. Sadəcə, burada söhbət milli və dini dəyərlərə zidd 

olmayan, 

Qərbin-Avropanın 

qabaqcıl 

mədəniyyətinə 

yiyələnməkdən  gedir.  Bu  mənada,  Ə.Hüseynzadənin  türk 

xalqlarına  çatdırmaq  istədiyi  başlıca  fikir  ondan  ibarət  idi  ki, 

Qərb  mədəniyyətini  mənimsəmək  heç  də  müsəlmanların, 

türklərin  avropalaşması,  avropalıları  təqlid  etməsi  anlamına 

gəlməməlidir: «Türkün irtidad edib firəngləşməsi, firənglərin ya 

mürtədlərin  tərəqqisi  deməkdir,  yoxsa  türk,  ya  müsəlman 

tərəqqisi demək deyildir!» [109, 35].  



İkincisi,  «müasirlik»  dedikdə,  adətən  Azərbaycan 

Cümhuriyyətinin bayrağının rənglərindən birini, yəni qırmızı bo-

yanın  mövcudluğunu  göstərirlər.  Fikrimizcə,  bayrağımızdakı 

qırmızı  boyanın  sırf 

«avropalaşmaq» 

yozulması  da 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

93 


mübahisəlidir.  Bəzilərinə  görə,  əgər  Ə.Hüseynzadənin  ideya 

xətlərindən  biri  «avropalaşmaq»  olub,  sonralar  avropalaşmaq 

müasirlik kimi yozulmuşdursa, belə çıxır ki, qırımızı boya ancaq 

avropalaşmağa, qərbləşməyə işarədir. Xüsusilə, bu gün Azərbay-

can Respublikasının bayrağının rənglərindən birinin «müasirlik» 

kimi yozulması, «müasirlik» dedikdə isə, yalnız avropalaşmanın 

və qərb mədəniyyətinin mənimsənilməsinin başa düşülməsi, bu 

məsələnin daha da mürəkkəbləşməsinə səbəb olmuşdur. 

Şübhəsiz,  müasirləşməyin  Azərbaycan  xalqının    milli 

ideya  xətlərindən  birinə  çevrilməsində  Qərb  liberalizmi  və 

demokratiyası ilə tanışlıq mühüm rol oynamışdır. Belə ki, 19-cu 

əsrin  əvvəllərində  çar  Rusiyasının  müstəmləkəsi  altında 

yaşamağa məcbur edilən şimali Azərbaycan türkləri Türk-İslam 

mədəniyyəti  ilə  yanaşı,  ilk  növbədə  Rusiya  mədəniyyəti,  onun 

vasitəsilə  Avropa-Qərb  mədəniyyətinin  də  təsirinə  məruz 

qalmağa  başlamışdı.  7-ci  əsrdən  etibarən  İslam-Türk 

mədəniyyətinin  tərkib  hissəsi  kimi  onun  tərəqqisi  ilə  tərəqqi, 

tənəzzülü ilə tənəzzül edən şimali Azərbaycan xalqı bu dövrdən 

etibarən  istər-istəməz  ikili  mədəniyyətin:  Türk-İslam  və  Rus-

Qərb-Xristian mədəniyyətinin təsiri altına düşdü. Beləliklə, Qərb 

dünyasında baş verən siyasi, iqtisadi, fəlsəfi, mədəni yeniliklərlə 

yaxından  tanış  olan  Azərbaycan  mütəfəkkirləri  bununla  da, 

Türk-İslam  mədəniyyətinə  yenidən  baxıb  onu  təftiş  etməklə 

üzləşdilər. 

Bu 

isə, 


istər-istəməz 

Azərbaycan 

türk 

mütəfəkkirlərinin dünyagörüşündə bir tərəfdən ziddiyyətlərə yol 



açsa da, digər tərəfdən milli ideyanın əsas xətlərindən birinin  – 

yeniləşməyin, müasirləşməyin yaranmasına səbəb oldu.  

Müasirləşmək  xəttinin  meydana  çıxmasında  isə  ilk 

növbədə,  Rus-Qərb-Xristian  mədəniyyəti  ilə  İslam-Türk-Şərq 

mədəniyyəti,  xüsusilə  İslam  dini  arasında  aparılan  müqayisələr 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

94 



94 

mühüm  rol  oynamışdır.  Belə  ki,  hələ  XIX  əsrdən  etibarən 

Azərbaycan 

mütəfəkkirlərinin 

bəziləri 

radikal 


şəkildə 

(M.F.Axundzadə və b.), digərləri (A.A.Bakıxanov, H.Zərdabi və 

b.) isə yumşaq formada müsəlman xalqlarının geridə qalmasının 

əsas  səbəbini  mühafizəkar  milli  adət-ənənələrdə  və  dini 

mahiyyətdən  irəli  gəldiyi  iddia  olunan  xurafat  və  mövhumatda 

axtarmağa 

başladılar. 

Bununla 


da, 

Azərbaycanda 

müasirləşməyə-yeniləşməyə  münasibətdə  iki  xətt  özünü  büruzə 

vermişdir: 

1)

 

Rus-Avropa-Qərb  mədəniyyəti  ilə  Türk-İslam-Şərq 



mədəniyyəti  arasında  sonuncunun  üstünlüyünün  sax-

lanılması şərti ilə, oxşar nöqtələrin tapılması;  

2)

 

Rus-Avropa-Qərb  mədəniyyətinin  ideallaşdırılması  və 



Türk-İslam-Şərq 

mədəniyyətinin 

onun 

içində 


əridilməsi. 

Azərbaycanda  müasirləşməyə  münasibətdə  birinci  xəttin 

ilk nümayəndəsi A.A.Bakıxanov olmuşdur. Daha sonra H.Zərda-

bi, müəyyən qədər S.Ə.Şirvani onun yolunu davam etdirmişdir. 

Məsələn,  Zərdabi  dini  dəyərlərə  toxunmadan  zəmanə  ilə 

ayaqlaşmağı,  əks  təqdirdə  gerilik  və  inkişaf  arasında  qalan  bir 

millətin  bu  savaşdan  məğlub  çıxacağını  az  qala  hər  bir 

məqaləsində  anlatmışdır.  Zərdabi  və  onun  banisi  olduğu 

«Əkinçi»  qəzeti  dini  və  dünyəvi  elmlərdən  hansının  vacib 

olmasını gündəmə gətirməkldə müasirləşmək adına yeni bir yol 

cızmışlar. Zərdabi və onun tərəfdarları M.F.Axundzadədən fərqli 

olaraq müasirləşməyi İslam dininin tamamilə aradan qaldırılması 

kimi  deyil,  dini-əxlaqi  dəyərləri  inkar  etmədən  dünyada  var 

olmağın əsas ideyalarından biri kimi görmüşlər.  

XX  əsrin  əvvəllərində  müasirləşməyə  münasibətdə  türk-

isdam mövqeyindən çıxış edənlər Hüseynzadə, Ağaoğlu, Rəsul-




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə