www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
176
176
Fikrimizcə, bu mərhələdə Azərbaycan türkçülüyü
ideyasının yaranmasında və formalaşmasında ən mühüm
xidmətlər isə Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy
Yusifbəyliyə məxsusdur. Bu iki böyük idealist, millətpərvər və
demokrat milli və müstəqil Azərbaycan ideyasının müəllifləridir.
Doğrudur, bu məsələ ilə həm nəzəri, həm də təcrübi baxımdan
M.Ə.Rəsulzadə daha çox uğraşmış, daha böyük mənəvi-ideoloji
və siyasi-fəlsəfi irs qoyub getmişdir. Xüsusilə, Rəsulzadənin
mənəvi-ideoloji irsi ilə müqayisədə N.Yusifbəylinin bu sahədə
zəngin bir irsindən danışmaq mümkün deyildir.
Bütün bunlara baxmayaraq, Nəsib bəy Yusifbəylinin
milli və müstəqil Azərbaycan ideyasının müəlliflərindən biri
olması da danılmazdır. Öncə qeyd edək ki, Nəsib bəy də
M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və başqa bir çox tanınmış
ziyalılarımız kimi, ilk dövrlərdə sosial-demokratlara meyil
göstərmişdir. Ancaq çox keçmir ki, N.Yusifbəyli sosial-
demokrat təlimindən uzaqlaşaraq türkçülük, daha sonra onun bir
qolu olan Azərbaycan türkçülüyü uğrunda mübarizə aparır.
Nəsib bəy də türkçülük ideyasının yaranmasında və
formalaşmasında ilk olaraq, böyük türkçülərdən İsmayıl bəy
Qaspıralının mühüm rolu olmuşdu [134, 7-8]. Eyni zamanda
Yusifbəylidə türkçülük məfkurəsinin yaranmasında 1908-1909-
cu illərdə Türkiyədə yaşaması və burada «Türk dərnəyi» üzvləri
ilə birgə apardığı mübarizə də mühüm rol oynamışdır.
1910-cu
illərdən etibarən əsasən, Azərbaycanda
(Gəncədə) yaşayan N.Yusifbəyli etnik-milli türkçülüyün əsas
dava adamlarından biri olmuşdu. Məhz bunun nəticəsidir ki,
1917-ci ilin martında yaranan «Türk ədəmi-mərkəziyyət»
partiyasının lideri kimi N.Yusifbəyli Rusiyanı federativ şəkildə
görmüş, bu federasiya çərçivəsində isə Azərbaycanın
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
177
muxtariyyətini tələb etmişdir [134, 179]. Bu faktordan çıxış
edərək M.Ə.Rəsulzadə mühacirət dövründə yazırdı ki,
N.Yusifbəylinin Azərbaycan istiqlalı hərəkatındakı rolu yalnız
maarif naziri və baş nazir olmaqla kifayətlənməmişdir: «Onun
hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən
çox əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də «Türk
ədəmi mərkəziyyət xalq firqəsi» namıyla təsis edilən siyasi
Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlayır.
Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində
formulə etmək şərəfi mərhum Nəsib bəyindir» [134, 174].
M.Ə.Rəsulzadə daha sonra qeyd edir ki, əslində Azərbaycan
milli ideyası onların tanışlığının ilk illərindən (1914-1915-ci
illər) hər ikisində yaranmışdı: «Bu dostluğu bu qədər mətin
bağlarla bir görüşmədə bağlayan şey, şübhəsiz, müştərək bir
qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz
idi. Bu ruhi-müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə
maddəsinin yazılmasını təlqin etdiyi bir zamanlarda, mənə də
Bakıda «Açıq söz» qəzetəsinə eyni tezisi müdafiə edən bir baş
məqalə yazdırmışdı» [134, 174].
Qeyd edək ki, Nəsib bəy 1917-ci il aprelində Bakıda
keçirilən Qafqaz Müsəlmanlarının 1-ci qurultayında «kim
dava edə bilər ki, biz kəndini (özünü – F.Ə.) idarəyə
səlahiyyətdar bir millət deyilik!» demişdir. Beləliklə,
Rəsulzadənin də yazdığı kimi, o bu qurultayda milliyyətçilik
(Azərbaycan
türkçülüyü),
türkçülük,
xalqçılıq
və
modernləşmə (yeniləşmə) prinsiplərini müdafiə etmişdi.
Hətta, bununla kifayətlənməyərək, eyni prinsiplərlə çıxış edən
iki partiyanın birləşməsinə təşəbbüs göstərmiş və həmən
bunun tətbiqini istəmişdi. Rəsulzadə yazır: «Bir tərəfdən
Nəsib bəy, digər tərəfdən də M.Ə.Rəsulzadə ilə A.Kazımzadə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
178
178
tərəfindən təmsil olunan Gəncə və Bakı milliyyətçi
Azərbaycan istiqlalçılıq hərəkatında çox mühüm əsərləri
sonradan meydana çıxan bu ittihadın hüsulunda Nəsib bəyin
zəka və səmimiyyətinin qəti rol oynadığını burada təsdiq
etməliyəm» [134, 175].
Azərbaycan Cümhuriyyətinin qurulmasında mühüm
işlər görmüş Nəsib bəy bu dövrdə istər maarif naziri, istərsə
də baş nazir kimi bəyan edirdi ki, Azərbaycan türklərinin
yeganə ideyası Azərbaycanın milli istiqlalıdır. Bu mənada
Azərbaycanın Türkiyəyə, yaxud da Rusiyaya birləşməsini
tələb edən «ittihadçılar»a, bolşeviklərə ümumiyyətlə, istənilən
«ihaqçılar»a qarşı çıxan Yusifbəyli öncə osmanlıpərəstləri
tənqid etmişdir. Belə ki, Cümhuriyyətin bəyan olunmasından
sonra, ilk dövrlərdə müəyyən təsir qüvvəsinə malik olan
osmanlıpərəst «ilhaqçılar»ın milli istiqlala qarşı yönəlmiş
ideyalarına cavab olaraq Yusifbəyli deyirdi ki, onlara
müəyyən obyektiv səbəblərə görə güzəştlər getmək olar.
Ancaq bu güzəştlər Azərbaycanın milli istiqlalına xətər
yetirməməlidir.
N.Yusifbəylinin fikrincə, bu dövrdə Azərbaycan
türkçülüyü ideyasının, milli istiqlalın tamamilə ziddinə olan
əsas qüvvə isə bolşevizm və bolşeviklər olmuşdur.
«Bolşevizm bizim üçün bir təhlükədir, bəlkə də daha böyük
təhlükədir» [35, 67] deyən, Nəsib bəy daha sonra qeyd edirdi:
«Əgər bu saat mənə desələr ki, səni tanıyıb və istiqlalını təsdiq
edirəm, mən sabah burada bir bolşevik qoymaram. Çünki
bolşeviklərin təhlükəsini biz öz istiqlalımız ilə ölçürük. Biz
hürriyyəti-vicdan tərəfdarıyıq» [35, 68]. N.Yusifbəyli
bildirirdi ki, milli istiqlalçı kimi bütün qüvvələrə bir nəzər ilə
baxır: «Mənim tutduğum nə bolşevik, nə də menşevikdir. Mən
Dostları ilə paylaş: |