www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
185
185
185
kimsə bir şəhərdən başqa şəhərə, bir kənddən başqa
kəndə köçmək niyyətinə düşürdüsə, bunun üçün o
qədər dövlət instansiyalarını gəzməli, o qədər
məmurlardan icazələr almalıydı ki, bu müddət ərzində
yerdəyişmə istəyi də ölürdü.
Beləcə, ötən əsrin iyirminci illərindən başlayaraq
növbəti qırx il ərzində Bakı əhalisi demək olar ki, heç bir
dəyişikliyə məruz qalmamışdı. O illərin Bakı əhalisini
milli-etnik baxımdan bu cür qruplaşdırmaq olar. Birinci:
Bakının ən qədim əhalisi hesab olunan və İçərişəhərdə
yaşayan «Ağşalvarlılar» ( bu, demək olar ki, itib-getmiş
nəslin qəribə adının mahiyyətinə gələcəkdə baş
vurmağa səy göstərəcəyik). İkincisi, əslən Abşeron
kəndlərindən olan ailələr. Üçüncüsü, Bakıda neft
«bum»u zamanı ölkənin müxtəlif əyalətlərindən və
cənubi Azərbaycandan bir tikə çörək pulu qazanmaq
üçün
Bakıya
gələrək
mədənlərdə
işləyənlər.
Dördüncüsü isə, Bakıda məskunlaşan qeyri-millətlərin
nümayəndələri, yəni ruslar, yəhudilər, ermənilər və s.
Qeyd etdiyimiz kimi, sovet hakimiyyətinin ilk
qırx ili zamanı Bakıya daha kütləvi insan axınları
olmamışdı və inqilabdan əvvəl şəhərdə məskunlaşan bu
qrup insanlar da əvvəlki gəlmələr kimi bakılılaşmışdılar
(bircə son qrupdan başqa. Burda yaşayan qeyri-
millətlərin nümayəndələri nə qədər özlərini bakılı elan
etsələr də, bizimkilər onları tam özünkü kimi qəbul
etmirdilər).
Amma insafən heç kim öz əsli nəsəbini
xatirindən çıxartmırdı, hamı kişi kimi boynuna alırdı ki,
bizim babamız, tutalım, Maştağadan Bakıya köçüb, ya
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
186
186
Ərdəbildən qaçıb gəlib və yaxud Həştərxandan bura
sürgün olunub və etiraf edirdilər ki, əsl, təmiz bakılı
onlar yox, məhz İçərişəhərdəki Ağşalvarlılardır, bu da
təbii ki, əriyib getməkdə olan bu nəslin hörmətini şəhər
camaatı içində artırırdı (gərək o vaxt qırmızı kitaba
salardıq Ağşalvarlıları, onda bəlkə indiyəcən bu nəslin
daha çox nümayəndəsi qalardı).
Bu baxımdan demək olar ki, yarım əsr
müddətində Bakı əhli kompaktlaşmışdı, kənardan
kütləvi axınla üzləşməmişdi və insanlar bu durğunluğa
adət etmişdilər. Elə bilirdilər ki, həmişə belə olacaq.
Eyni məhəllədə, eyni həyətdə, eyni qonşularla ta
qiyamətəcən yaşayacaq, xasiyyətinə öyrəşdiyi insanlarla
həmişə bir yerdə olacaq və bu qapalı mühit heç vaxt
dağılmayacaq.
Təxminən əlli il əvvəl Bakı tarixinin ortasından burğu ilə
yekə bir deşik açdılar, «çuşka» sözünü bürməliyib
soxdular ora, fitilin ucunu yandırdılar, Bakı tarixi də elə
partladı ki, binayi-qədimdən bizimkilər belə partlayış
görməmişdi.
Lakin düz demədim, bu ilk partlayış elə də
güclü deyildi, çünki bu elə tipli dinamit idi ki, hissə-
hissə partlayırdı, hərdən bir az. Onunçün də ilk
partlayış o qədər dağıdıcı təsirə malik deyildi, yəni Bakı
tarixini tamamilə dağıda bilmədi, lakin təsirsiz də
ötüşmədi. Üstünə xırda daş dəyən Jiquli padpresi kimi
çat-çat olsa da, bütövlüyünü hələlik saxlaya bildi. Və bu
«hələliy»in nə qədər – beş il, on il, iyirmi il çəkəcəyini o
vaxt Allahdan başqa heç kim bilmirdi; nə bakılılar, nə
də qeyri-bakılılar.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
187
187
187
Bir vaxtlar, beş-altı yaşım olanda bu dinamitin
mənşəyini çox axtarmışdım. Ən çox da babamın
zəhləsini tökürdüm, baş-qulağını aparırdım ki, ay baba,
bu «çuşka» sözü hardan pırtdıyıb çıxıb, mənası nədi, bu
sözün «çaşka» sözünə bir aidiyyatı varmı? və s və i.
Məhz babama qəmiş olmağımın səbəbi isə o idi ki,
kommunist atamın yanında bu sözü dilimə gətirən kimi
qulağımın dibindən bir şillə qoyub deyirdi ki, başından
böyük qələt eləmə, camaat arasında ayrı-seçkinlik
salmaq əsl pionerə yaraşmaz. Nənəmdən soruşanda,
arvad heç bir dəqiq cavab verə bilmirdi, söhbəti o yan-
bu yana fırladırdı, o ki qaldı cüvəllağı kiçik əmimə,
onun işi lap fısqırıq idi, bir dəfə peşman olub ondan
soruşdum ki, əmi, «çuşka» nə deməkdi? Əmim də
damağındakı kazbeki çıxarıb onların dalıyca o qədər
söydü ki, axırı mən qulaqlarımı tutub aradan çıxdım,
çünki məktəbdə bizə öyrətmişditlər ki, kimsə yanınızda
söyüş söysə, oranı mütləq tərk eləmək lazımdır.
Bəli, qeyd elədiyim səbəblərə görə də, mən öz
sualımı həmişə babama verirdim, elə bil sövq-təbii ilə
hiss edirdim ki, cavabını o hamıdan yaxşı bilir, amma
oturub mənə izah eləməyə hövsələsi çatmır.
Axırı əl çəkmədiyimi görən kişi bir gün keyfi
yaxşı olanda (deyəsən, həmin gün uzun axtarışdan
sonra özünə əntiqə buxara papaq almışdı) həyət
qapımızın sağ tərəfindəki balaca skamyada oturub sual
verdiyim xüsusda bildiklərini mənə danışdı. Dedi ki,
bala, ən əvvəl yadunda saxla ki, bu «çuşka» sözünü
təmiz bakılılar icad eləməyib, çünki bu urus sözüdü, o
da məlumdu ki, bizim köhnə Bakı camaatının çoxusu
Dostları ilə paylaş: |