1
İqtisadiyyat nəyi öyrənir?
a) Kommersiya fəaliyyətini
b) Cəmiyyətin öz qıt sərvətlərini necə idarə etməsini
c) Mərkəzi planlaşdırmanı
d) Dövlət tənzimlənmsini
e) Sosial problemləri
2
İqtisadi nəzəriyyənin tədqiqat metoduna aid olmayanını müəyyənləşdir:
a) İnduksiya
b) Deduksiya
c) Elmi asbstraksiya
d) Tarixi-məntiqi
e) Sonsuz təlabatlar
3
İlkin iqtisadi resursu müəyyənləşdir
a) Əmək;
b) Maliyyə;
c) Sahibkarlıq qabiiyyəti;
d) ETT;
e) İdarəetmə.
4
Törəmə iqtisadi resursu müəyyənləşdir:
1) Informasiya;
2) Əmək;
3) Torpaq;
4) Kapital;
5) Maliyyə.
A) 1,5 B) 5,2 C) 3,4 D)4 E)1,4
5
İstehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili
idarəetmə baxımından iqtisadiyyatın hansı bölgüsünə əsaslanır.
a) mezoiqtisadiyyat
b) makroiqtisadiyyat
c) mikroiqtisadiyyat
d) keynsçilik
e) marjinalizm
6
İqtisadiyyatın əsas problemlərini göstərin:
1) Sonsuz təlabatlar;
2) Məhdud resurslar;
3) Sabit inkişaf;
4) Resursların səmərəli bölüşdürülməsi;
5) Sabit qiymət səviyyəsi.
A) 1,2., B) 1,5., C) 2,4., D) 3,4,5., E) 4,5.
7
Resursların məhdudluğu elə problemdir ki,...
a) ölkələrin siyasi vəziyyətindən asılıdır.
b) bütün iqtisadi sistemlərdə mövcuddur.
c) müəyyən tip iqtisadi sistemlərdə mövcuddur.
d) yalnız yoxsul ölkələrdə mövcuddur.
e) təsərrüfat həyatının demokratikləşdirilməsindən asılıdır.
8
İqtisadiyyatda bir şeyin dəyəri:
a) Xərclədiyini qazanmaqdır
b) Onu əldə etmək üçün imtina olunan digər şeyin dəyəri ilə ölçülür
c) Vaxtla ölçülür
d) Hər zaman insanın fikirləşdiyindən yüksəkdir
e) ölkələrin siyasi vəziyyətindən asılıdır.
9
İstehsal amilləri hansılardır?
a) İstehsal prosesində iştirak edən vasitələrdir
b) İstehsala təsir göstərən hava, sosial və siyasi şəraitləri
c) İstehsall hasilat arasındakı fiziki əlaqələr
d) Firmaların məhsullarının həcmini müəyyən etmək üçün istifadə
olunan riyazi hesablamalar
e) Məhdud resurslar
10
İqtisadi sistem aşağıdakı suallardan hansıları əhatə edir?
a) nə, harada, kim üçün
b) nə, necə, kim üçün
c) nə üçün, nə vaxt, harada
d) işsizlik və inflyasiyanın səbəbləri nədir
e) məşğulluq və işsizliyin nisbətinin təmini
11
Aşağıdakılardan hansı iqtisadi sistemin formalarından deyil?
a) qarışıq sistem
b) ənənəvi sistem
c) natural sistem
d) inzibati-amirlik sistemi
e) bazar sistemi
12
Bazar mexanizminin elementinə aid olmayanını müəyyənləşdir:
a) Tələb
b) Təklif
c) Rəqabət
d) Qiymət
e) istehsal funksiyası
13
Bazarın funksiyalarına aid olmayanını seçin:
a) Əmtəə istehsalının öz-özünə tənzimlənməsi
b) Stimullaşdırıcı
c) Təsərrüfat həyatının demokratikləşdirilməsi
d) Tənzimləyici
e) Ekoloji problemlər yaratmak
14
Qiymətin funksiyasına aid olmayanını seçin:
a) Nəzarət
b) Uçot
c) Həvəsləndirici
d) Flipper
e) İnformasiya
15
Bazar qiymətlərini formalaşdırmayan amili seçin:
a) Dövlətin iqtisadi siyasəti
b) İnhisarçılıq
c) Təklif
d) Tələb
e) Səmərəli davranış
16
Birjaya aid olmayanını müəyyənləşdir:
a) Audit
b) Əmək
c) Əmtəə
d) Fond
e) Valyuta
17
Mənfəət nədir ?
a) Qiymətin miqdarına
b) Qiymətlə orta xərcin fərqi
c) Məcmuu gəlirlə orta xərcin fərqi
d) Məcmuu gəlirlə məcmuu xərcin fərqi
e) Müəssisənin gəliri
18
Tələb qrafiki....
a) Məhsulun qiyməti və təklifin həcmi arasında əlaqəni göstərən
cədvəldir.
b) Gəlirlə tələbin həcmi arasında əlaqəni göstərən cədvəldir.
c) Məhsulun qiyməti ilə alıcıların həcmi arasında əlaqəni göstərən
cədvəldir.
d) Tələbin təyinediciləri ilə tələb edilən məhsul və ya xidmətin
miqdarı arasında əlaqəni göstərən cədvəldir.
e) Təkliflə tələb arasındakı əlaqəni əks etdirir.
19
Fəaliyyət müddətlərinə görə qiymətlərin aşağıdakı növlərindən biri
yanlışdır.
a) Sabit qiymətlər
b) Sürüşkən qiymətlər
c) Mərhələli qiymətlər
d) Dəyişkən qiymətlər
e) Cari qiymətlər
20
İlk dəfə iqtisadi nəzəriyyəyə sahibkarlıq anlayışını kim gətirmişdir?
a) A.Smit
b) J.B.Sey
c) R.Kantilyon
d) D.Rikardo
e) J.Keynes
21
...................dövlət mülkiyyətinin dəyişdirilməsi üzrə tədbirlər
məcmusudur ki, bu da dövlətin iqtisadiyyatda hədsiz rolunu aradan
qaldırmağa yönəldilir.
a) özəlləşdirmə
b) inflyasiya
c) inhisar
d) dövlətsizləşdirilməsi
e) sahibkarlıq mühiti
22
Aşağıdakılardan hansı mülkiyyətin obyektinə aid deyil ?
a) zinət əşyaları
b) zavod
c) torpaq
d) pul
e) kollektivlər
23
Bunlardan biri əsas mülkiyyət formasıdır.
a) kollektiv mülkiyyət
b) intellektual mülkiyyət
c) kooperativ mülkiyyət
d) dövlət mülkiyyəti
e) qarışıq mülkiyyət
24
Sadəcə xüsusi mülkiyyət forması üçün xarakterikdir.
a) istifadə hüququ
b) təhlükəsizlik hüququ
c) suverenlik hüququ
d) irsən ötürə bilmək hüququ
e) gəlir götürmək hüququ
25
...........mülkiyyətin istifadəsindən hər hansı bir formada gəlir və ya
faydanın əldə edilməsidir.
a) xüsusi mülkiyyət
b) özəlləşdirmə
c) dövlətsizləşdirmə
d) mülkiyyətin reallaşdırılması
e) mülkiyyət hüququ
26
Hansı təsərrüfat tipində istehsal olunmuş məhsul birbaşa istehlak
sferasına daxil olur?
a) sadə əmtəə təsərrüfatı
b) planlı əmtəə təsərrüfatı
c) natural təsərrüfat
d) kapitalist əmtəə təsərrüfatı
e) qarışıq təsərrüfat