tarixi və məntiqi, induksiya və deduksiya.
Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod yunanca
«Methodos» sözündən olub tədqiqat yolu deməkdir. İqtisadi nəzəriyyə bir elm kimi
iqtisadi hadisələrin və proseslərin araşdırılmasında özünəməxsus metodlardan
istifadə edir.
İqtisadi hadisələr prosesləri öyrənmək üçün analiz və sintez, induksiya və
deduksiya, tarixi və məntiqi, iqtisadi-riyazi modelləşdirmə, iqtisadi təcrübə və
s.
metodlarından da istifadə olunur.
Elmi abstraksiya metodu.
İqtisadi nəzəriyyədə iqtisadi hadisə və prosesləri öyrənmək üçün, əsasən elmi
abstraksiya (təcrit etmə, sərf nəzər etmə) metodundan istifadə edir. Bu zaman
tədqiq olunan hadisə digərlərindən təfəkkürümüzdə təcrid olunur və öyrənilir.
Bu zaman həmin hadisəyə, prosesə təsir edən digər şərtlər nəzərə alınmır.
Məsələn, qiymət tədqiq olunarkən onun səviyyəsinə təsir edən tələb, rəqabət
və s. amillər nəzərə alınmır.
Abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər
aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır.
Elmi abstraksiya metodu iqtisadi hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və
onların anlayışlar, kateqoriyalar şəklində ifadə edilməsi metodudur. Abstrakt
(mücərrəd) anlayışlar heç də məzmunsuz, mahiyyətsiz anlayışlar deyil. Bu
anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdirir.
İqtisadi nəzəriyyənin tətbiq etdiyi digər bir metod da analiz və sintez metodudur.
Universal metod olan analiz öyrənilən hadisənin xəyalən tərkib hissələrə
parçalamaq və onların hər birinin ayrı-ayrılıqda öyrənilməsi deməkdir. Məsələn,
bazarın elementləri olan tələb, təklif, qiymət, rəqabət, inhisar ayrı-ayrılıqda
öyrənilir. Bunlar öyrənildikdən sonra sintez yolu ilə bazar haqqında vahid bitkin
fikir yürüdülür. Məsələn, ayrı-ayrı məhsulların qiymətlərinə əsasən qiymətlərin
ümumi səviyyəsinin müəyyən
edilməsi.
İqtisadi nəzəriyyənin istifadə etdiyi üsullardan biri də tarixi və məntiqi metoddur.
Bu metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları, kateqoriyaları,
onların yarandığı tarixi ardıcıllıqla şərh edir. İqtisadi nəzəriyyə bu üsulla iqtisadi
hadisələrin törəməsi, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini nəzərə almaqla,
onları məntiqi metodun vasitəsilə araşdırır.
Müasir iqtisadi nəzəriyyədə araşdırma vasitələrindən biri də induksiya və
deduksiyadır.
İnduksiya ayrı-ayrı faktlardan ümumi nəticənin çıxarılması, deduksiya isə
ümumidən xüsusiyə hərəkətdir.
İnduksiya- Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır,
seçilib sistemləşdirilir. Bu iş hələ «iqtisadi qanun», «prinsip» və «modellər»
çıxarmaq üçün kifayət deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi
toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir.
Deduksiya
Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr, prinsiplər və əməli
fəaliyyət üçün tövsiyələr hazırlanır.
Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri
ümumiləşdirmə və nəticələrə gəlmək mümkün olur. Bu həm deduksiya, həm də
induksiya metodlarının birlikdə tətbiq edilməsi deməkdir.
İqtisadi hadisə və proseslərin keyfiyyət və kəmiyyət tərəfləri mövcuddur. Bu
hadisələrin keyfiyyət tərəfləri, mahiyyətləri yuxarıda göstərilən üsullarla dərk
olunursa, kəmiyyət tərəfləri statistikanın, riyazi üsulların, modelləşdirmə və s.
üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar müasir iqtisadi nəzəriy-
yələrdə, makro- və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində geniş istifadə
olunur.