İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

49

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl 8. Səhiyyənin dövlət tərəfindən maliyyələşdirilməsi

Göstəricilər/illər

2000

2005


2006

2007


2008

2009


2010

Səhiyyə xərcləri, milyon manatla 40.9

115.3

162


257.2

346.2


402.4

429.4


Səhiyyə obyektlərinin tikintisinə 

ayrılan dövlət investisiyalarının 

məbləği, milyon manatla

0

4060



20478

63390


119678

28494


40584

Səhiyyə xərclərinin büdcə 

xərclərində payı, %-lə 

5.3


5.3

4.3


4.2

3.2


3.8

3.6


Səhiyyə xərclərinin ÜDM-də 

payı, %-lə

0.9

0.9


0.9

0.9


0.9

1.1


1.0

Cədvəl 8-dən göründüyü kimi, 2000-2010-cu illərdə səhiyyə xərclərinin məbləği 10 dəfə artıb. Bununla belə, 

səhiyyə xərclərinin dövlət büdcəsinin məcmu xərcləmələrində xüsusi çəkisi 5,3%-dən 3,6%-ə enib, ÜDM-ə 

nisbəti isə 1% olub ki, bu, inkişaf etmiş ölkələrin analoji göstəricisinin səviyyəsindən 5-6 dəfə aşağıdır.

Rəsmi hesabatlarda səhiyyənin inkişafı, bu sahədə hökumət siyasətinin uğurlu nəticələri daha çox qabardılır. 

Lakin  bu  sektorun  fəaliyyətini  xarakterizə  edən  göstəricilər Azərbaycanda  hələ  də  əhalinin  sağlamlığını 

qoruya  biləcək  etibarlı  səhiyyə  sisteminin  formalaşmadığını  göstərir.  Məsələn,  1990-cı  illə  müqayisədə 

hər 1.000 nəfər hesabı ilə ölüm əmsalı 65-69 yaş qrupu üzrə təxminən 7,5%, 70-74 yaş qrupu üzrə isə 25% 

yüksəlib.  Bundan  əlavə,  DSK-nın  məlumatına  görə,  axır  5  ildə  əhalinin  bir  sıra  xəstəliklərlə  xəstələnmə 

səviyyəsi kəskin şəkildə yüksəlib. Məsələn, 2005-2010-cu illərdə hamiləlik və doğuşun fəsadlarından yaranan 

xəstəliklərin  sayı  iki  dəfə  artaraq  əhalinin  hər  10  min  nəfəri  hesabı  ilə  76,2-dən  159-a  yüksəlib.  Xüsusilə 

də uşaqlar arasında xəstələnmə səviyyəsinin sürətli artımı narahatlıq doğuracaq həddə olub. 2005-2010-cu 

illərdə 18 yaşınadək uşaqların hər 10 min nəfəri hesabı ilə qan xəstəlikləri 22% (hər 10 min uşaq üçün 76-dan 

98-ə), göz xəstəlikləri 50% (hər 10 min uşaq üçün 54-dən 81-ə), sinir sisteminin xəstəlikləri 27% (hər 10 min 

uşaq üçün 87-dən 111-ə) yüksəlib. Şübhəsiz, tibbi sığorta sisteminin, müntəzəm müayinə sisteminin yoxluğu, 

dövlət sektorunda səhiyyə xidmətləri üçün qeyri-rəsmi ödənişlərin mövcudluğu, özəl tibb müəssisələrində 

isə xidmətlərin bahalığı əhalinin sağlamlığı sahəsində problemləri daha da kəskinləşdirir. 

Beynəlxalq  təşkilatların  hesabatları.  DİF-in  hər  il  hazırladığı  Qlobal  Rəqabətlilik  Hesabatında  müvafiq 

indeks  əsasında  dünya  ölkələrinin  rəqabət  qabiliyyətinə  görə  reytinqi  tərtib  olunur.  Qlobal  Rəqabətlilik 

İndeksi 12 müxtəlif parametr əsasında hesablanır. Bu parametrlərdən ikisi məhz insan kapitalının inkişafını 

xarakterizə  edən  elementlər  –  təhsil  və  səhiyyə  ilə  bağlıdır.  DİF  Azərbaycanı  ilk  dəfə  2005-ci  ildə  öz 

hesabatına daxil edib. Lakin ilk 3 ilin hesabatlarını əldə etmək mümkün olmadığından, 2008-2011-ci illərə 

dair məlumatlar təhlil olunub. 



Cədvəl 9. DİF Qlobal Rəqabətlilik İndeksində Azərbaycanın mövqeyi

Göstəricilər

2008

2009

2010

2011

Reytinqə daxil edilmiş ölkələrin sayı

134 

133


139

142


Doğulanda gözlənilən ömür uzunluğuna görə ölkənin yeri 

101


92

93

93



İbtidai təhsilin keyfiyyətinə görə ölkənin yeri

94

76



109

122


Orta təhsillə əhatə səviyyəsinə görə ölkənin yeri

80

63



12

29

Ali təhsillə əhatə səviyyəsinə görə ölkənin yeri



95

96

98



90

Təhsil sisteminin keyfiyyətinə görə ölkənin yeri

78

64

104



113

Təbiət və riyaziyyat elmlərinin tədrisinin keyfiyyətinə görə ölkənin yeri 

92

85

101



99

Təhsilin idarə olunmasının keyfiyyətinə görə ölkənin yeri

119

117


124

 125



50

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl  9-dan  göründüyü  kimi,  Qlobal  Rəqabətlilik  İndeksinə  görə  son  4  ildə  bəzi  göstəricilər  (orta  və 

ali təhsillə əhatə səviyyəsi) üzrə Azərbaycanın reytinqində irəliləyişlər olsa da, insan kapitalının inkişafı 

baxımından  son  dərəcə  mühüm  göstəricilərin  hamısında  (təhsil  sisteminin  keyfiyyəti,  təhsilin  idarə 

olunmasının  keyfiyyəti,  təbiət  elmlərinin  və  riyaziyyat  elmlərinin  tədrisinin  keyfiyyəti  və  s.)  pisləşmə 

müşahidə olunur. 

OECD-in Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramı (PISA – Programme for International Student 

Assessment) çərçivəsində Azərbaycanın əldə etdiyi nəticələr də Qlobal Rəqabətlilik İndeksində Azərbaycanın 

təhsillə bağlı mövqeyinə uyğundur. Bu beynəlxalq qiymətləndirmə tədqiqatında iştirakçı ölkələrin 15 yaşlı 

şagirdlərinin  oxu  (qavrama,  mətnlərdən  məlumat  əldə  edərək  əlaqələndirmə,  izahetmə,  təhliletmə  və 

dəyərləndirmə bacarıqları), riyaziyyat və təbiət elmləri üzrə bilikləri dəyərləndirilir. Azərbaycan 2006-cı ildə 

PISA qiymətləndirməsində 57 ölkə arasında 55-ci, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü nəticəni göstərib

73



BMT 1990-cı ildən başlayaraq hər il dünyada insan inkişafına dair hesabatlar hazırlayır. Həmin hesabtlarda 



dünya  ölkələri  üzrə  insan  inkişafı  indeksi  hesablanır.  İnsan  inkişafı  indeksi  3  vacib  göstərici  əsasında 

hesablanır. Həmin göstəricilərə daxildir: 



-  doğulanda gözlənilən orta ömür uzunluğu. Bu göstərici ölkədə uzunömrlüyə imkan verən sağlam həyat tərzi üçün

mühitin olub-olmadığını ehtiva edir;

-  təhsil səviyyəsi. Bu göstərici yaşlı əhalinin savadlılıq səviyyəsi və ibtidai, orta və ali məktəblərə daxil olmanın məcmu

əmsalı əsasında qiymətləndirilir;

-  ləyaqətli  həyat  səviyyəsi.  Bu  göstərici  alıcılıq  qabiliyyəti  pariteti  əsasında  ölkədə  ÜDM-in  adambaşına  həcminə

əsasən müəyyənləşdirilir

Cədvəl 10. BMT-nin İnsan İnkişafı İndeksi və Azərbaycanın mövqeyi

Göstəricilər

2000

2009


2010

2011


Reytinqə daxil edilmiş ölkələrin sayı

174


182

169


169

Azərbaycanın reytinqi

90 

86

67 



91 

İnsan İnkişafı İndeksi

0,722

0.787


0,713

0,700


Doğulanda gözlənilən ömür uzunluğu

 70,1


70,0

70,8


70,7

İnsan  inkişafına  dair  hesabatlar  göstərir  ki,  2000-2011-ci  illərdə  Azərbaycanın  mövqeyi  pisləşib.  Cədvəl 

10-dan  göründüyü  kimi,  2010-cu  ildə  ölkənin  reytinqdə  yeri,  həmçinin  İİİ-nin  kəmiyyəti  əvvəlki  illərlə 

müqayisədə bir qədər yüksəlsə də, 2011-ci ildə hər iki göstəricinin səviyyəsi aşağı düşüb və 2000-2011-ci illər 

ərzində ən pis göstərici qeydə alınıb. Ötən 10 ildə hökumətin təhsil və səhiyyə sahəsində xərcləmələrinin 

orta hesabla 10 dəfəyədək artmasına baxmayaraq, insan inkişafı sahəsində irəliləyiş olmamasını daha çox 

iki səbəblə əlaqələndirmək mümkündür: təhsil və səhiyyənin inkişafı sahəsində islahatlar yetərli səmərə 

verməyib.

73

  PISA 2009 at a Glance. http://www.oecd.org/dataoecd/31/28/46660259.pdf 



PISA 2009 Results: Executive Summary. http://www.oecd.org/dataoecd/34/60/46619703.pdf 

PISA 2006 results http://www.oecd.org/dataoecd/15/13/39725224.pdf 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə