İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə15/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   180

______________Milli Kitabxana_______________

biliyə də inanmaq  istəmədi. Əmisinin  sevincində sevinc,  xoşbəxtliyində

xoşbəxtlik  tapmaq,  ötən  illərin əzablarından  birdəfəlik  qurtarmaq  arzusu  necə

güclü idisə, hətta qapı çırpılandan sonra elqızının birdən-birə qəmli göründüyünə

də əhəmiyyət vermədi, evin gəlininə xəlvətdən tamaşa eləmək nə qədər xoş olsa

da, əmisi tələsdiyinə görə o da tələsib, nəhayət, yaxınlaşıb "salam" verdi və atası

ilə əmisindən  götürdüyü  cənub  ləhcəsilə: - Səlam  verdim,  səlam  almaz,  belə

olmaz,  belə olmaz, - deyib  güldü. - Səlam,  elqızı!..  Axşamın xeyir,  gəlinbacı!

Sən bu evə xoş gəlmisən! Səfa gətirmisən!

Hesabla,  "gəlin  bacı",  "doğma  məhrəm  elqızı"  Qonaqlıda  uşaqdan  böyüyə,

qarıya,  qocaya  qədər  hamının  tanıdığı  bu  sinədən  gələn  qalınaraq  səsi  dərhal

tanımalı  idi,  Qudalı  məhləsinin  adamlarından  başqa  bütün  kəndin ərköyünü,

istəklisi  "Dəli  Səmədin",  "iki  qardaşın bircə balası",  "Əmirli  yeniyetməsi"nin

qayıdıb gəlməyindən sevinib boynuna sarılmalı idi, o doğma elin bütün elqızları

kimi  mehriban,  açıq,  səmimi  ürəklə o  üz-bu  üzündən,  alnından  öpməli  idi,  öz

növbəsində "xoş  gəlibsən,  səfa  gətiribsən"  deyib,  bəlkə iş-gücünü  atıb, ərini  də

sevindirmək  üçün  evə yüyürməli  və ya  elə burdan  qışqırıb,  "Muştuluq,  Səməd

gəldi" - deməli  idi.  Səmədin  ürəyindən  keçən  bu  idi  və hesabla,  elə belə də

olmalı  idi. Əmma  elqızı  nəinki  sevinmədi  və boynuna  sarılmadı,  heç  başını  da

qaldırmayıb, üzünə də baxmayıb, duruxub qaldı. Bu çox təəccüblü idi.

Qabırğaların  yağı əriyib  cızhacız  töküldükcə ordan-burdan  gur  alov  dilləri

püskürüb, əti  qarsalayıb  korlayırdı.  Bayaq  alov  püskürdükcə elqızı  şişləri  tezcə

kənara  çəkirdi,  alov  yapıxıb  sönəndə yenidən  yaxınlaşdırıb  böyür-böyürə

söykəyirdi.  İndi  isə heç əlini  də tərpətmirdi.  Qarşısında  xoşagəlməz  naməhrəm

dayanmış  kimi,  başını  endirib,  elə bil  hətta  manqalı  da  unudub,  qəribə gərgin,

hərəkətsiz qalıb, naməhrəmin rədd olub getməsini gözləyirdi.

Səməd  canında  sıxıntı  duydu.  Hamanca  xofun  köksünü  tutub  yavaş-yavaş

boğazına,  xirtdəyinə yığıldığını,  nəfəsinin  daralmağa  başladığını  hiss  etdi  və

əmisinin  qismətinin  göz  qabağındaca  yanıb  qismətdən  çıxdığına  baxmayaraq, o

da duruxub qaldı.

Elqızı  anbaan  uzaqlaşıb  yadlaşsa  da,  bu  qadının  doğmalığını, əzizliyini

Səməd  indi  daha  aydın  görürdü.  Sadəcə elqızı  yox,  bu  qadın  Səmədin  ürəyinin

parçası idi. Elə ürək parçası ki, nəinki boyun-boğazının, çiyinlərinin yatımından,

onu hətta qıymaçanın altından sallanan cığa-




______________Milli Kitabxana_______________

larından  da  tanıya  bilərdi  və tanımışdı. Əmma  gözünün  gördüyünü  beyni

görmürdü, ağlı kəsmirdi.

Öz səsi əvəzində Səməd elə bil kənardan xırıltı eşitdi:

- Sən kimsən?! Niyə üzümə baxmırsan?!

Bu xırıltı insan səsinə bənzəmirdi.

Elqızı  bu  xırıltıdan  diksindi.  Səmədin  o  bayaqkı  gümrah,  şən  səsindən

tutulmuşdu, indi isə diksinib titrəməyə başladı və elə titrəyə-titrəyə ayağa qalxdı.

Alovun işığında qorxudan boyümüş gözləri parıldadı.

Səmədin çamadanı əlindən düşdü.

- Gülgəz!..

Daha heç nə deyə bilmədi.

* * *

Əslində, Səməd onu hələ bayaq darvazadan evə baxandaca tanımışdı. Əmma



Gülgəzi  Sultan əminin  evində görmək  başqa  planetin  adammı  Yerdə görmək

kimi  bir  şey  idi.  Buna  görə də Səməd  onu  hansı əlamətləriləsə Qıymatı,  Ayna

bacını,  Gülbənizi,  hətta  Məleykə bacını  yada  salan  mücərrəd  bir  elqızına

oxşatmışdı.  İndi  üçaddımlıqdan  üzünə baxan  "qaraçı  gözəli"ni  isə heç  kəsə

oxşatmaq mümkün deyildi.

Onların  arasında  qıpqırmızı  alov  fışıldayırda.  Yağla, ətlə birgə alışmış

közdən qəribə - mavi tüstü qalxıb tutun budaqlarını çulğalayırdı, durğun, bürkülü

havada yayılıb enib bütün bağı götürürdü.

Yanan Sultan əminin qisməti  idi, Səməd isə Gülgəzi alov içində görürdü və

beynində Çax-çuxun  sözləri  səslənirdi:  "Əcaib  məsələ!.. Əcaib  məsələ!..",

"Getmə o evə!.. Getmə o evə!.."

Alov gödəldi, yatdı. Qatı tüstü və yanıq iyi qaldı.

Gülgəz  həmin  yerdə,  həmin  qorxu  içində,  hələ də titrəyirdi. Əmma  Səməd

daha onu görmürdü. Tüstünün içində indi Çax-çux dayanıb, gümüşlü trubkasını

tüstülədə-tüstülədə təkrar edirdi: "Getmə o evə!.. Getmə o evə!.."

Bu səsin arasında yenə qapı çırpıldı, yenə pəncərələr cingildədi. Həyətə enən

taxta  pillələrdə,  sonra  daş  cığırda  çəkmələr  cırıldadı -Sultan əmi  getdi.  Sonra

hardasa,  deyəsən  bağın hasarının dalında,  raykomun  qonaq  evi  səmtində Seyid

kişi hay-küy saldı:

- Bu nə tüstüdü, a başma dönüm, bu nə iy-qoxudu belə?!




______________Milli Kitabxana_______________

Hay-küy  hasarın  dalından  bu  üzə - bağa  keçdi,  yaxınlaşıb  bəridə -həyətdə

kəsildi.  Tüstüdən  qatılaşmış  qaranlıqda  Çin  fənərinin  mil  işığı  uzanıb  manqalın

dövrəsində,  dəyirmi  stolun,  qarğı  kresloların  üzərində gəzdi,  qalxıb,  nəhayət,

tutun budaqlarının altında dayandı. Orda Səməd yenə Gülgəzi gördü, Gülgəz də

Səmədi gördü.

Seyid kişi fənəri döşü bərabərində tutub, asta-asta, addım-addım yaxınlaşırdı.

Fənərin  arxasında  boyunun  hədsiz  uzunluğundan əyilmiş  donqabel  qaraltısı

qaralırdı,  qırxıq  ağ  başı  ağarırdı.  Səməd  hər  şeyi  görürdü,  hətta  maxorkadan

tutulmuş  batıq  sinənin  yaxınlaşdıqca  necə xışıldadığını  eşidirdi, əmma  buna  nə

görmək  demək  olardı,  nə də eşitmək.  Çünki  dünyada  Səməd  üçün  indi

Gülgəzdən başqa heç kəs və heç nə yoxdu. Seyid kişini ancaq ona görə görürdü

ki, bu kişinin hədsiz uzunluğu Gülgəzin atası Məmiş Əlləzoğlunun bircə metrlik

boyunu xatırladırdı; maxorkadan tutulmuş sinənin astmatik-sinəgir xışıltısını isə

ona  görə eşidirdi  ki,  bu  xışıltı  vaxtilə Qonaqlının qəlyanlı qocalarından  qəlyan

çəkmək öyrənib indi gecələr yorğan-döşəkdə də qəlyanı damağından qoymayan

Əlləzoğlunun sinəsinin xışıltısını xatırladırdı.

Bir  vaxt  vardı,  çöldən  evinə qayıdanda Əlləzoğlu  hər  axşam  çiynində bir

yaba qaratikan gətirib, il boyu çəpərini qalınlaşdırmağa çalışırdı, odur ki, həyət-

bacasına  həmişə sarı-qızılı  iynəsayağı  uzun-uzun  tikan  səpələnərdi.  Günün  nə

vaxtı  o  tərəfə getsəydin,  görərdin  ki,  bapbalaca,  ayaqyalın,  başıaçıq  "Qaraçı

gözəli"  yerdə oturub,  ayaqlarına  dolmuş  tikanları dırnaqları ilə dartışdıra-

dartışdıra,  yanaqları  uzunu  iri-iri  damlalar  axıdır.  Elə o  balacalıqda,  başı  qızıl

əsgər papaqlı, ayaqları "əmisinin çəkməsi kimi" qara xrom çəkməli sədr oğlu da

quru  yerdə orurub,  "Qaraçı  gözəli'nin  ayağını  dizinin  üstünə qoyardı,  "Mənim

dişim  siçan  dişidi", - deyib  ağzını  o  qarayanıq,  toz-torpaqlı ayağa  söykəyib,

tikanları dilinin  ucu  ilə yaşlaya-yaşlaya  bircə-bircə çıxarıb  tüpürərdi:  "Bu  bir...

bu  iki...  bu  üç..." - on-on  beş,  bəzən  iyirmi  tikan  çıxardardı  və bu  işdən

usanmazdı. Çünki o bu işə başlayanda "Qaraçı gözəli" dərhal hıçqırtısını kəsərdi,

başını  azca  yana əyib,  ayaqlarından  çiyrinməyən  sədr  oğluna  mat-mat  tamaşa

edərdi...  Sonralar  Cığalı Gülgəzlə bir  yerdə oturandı  "Dəli  Səməd"  o  balaca

"Qaraçı gözəli"nin təqlidini çıxarmaq üçün başını yana əyərdi. "Avariya" gününə

qədər  belə idi.  "Avariya"  günü  Səməd  üzünü  şeyx əmilərinin  qəbirlərinin

şəkillərinə söykəyib  yatıb  daha  oyanmayan  "Dəli  Səməd'lə birgə "Qaraçı

gözəli"lə vidalaşmışdı və bilmirdi ki, o balaca gözəlin təqlidini çıxara-çıxara özü

də vər-



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə