İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə23/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   180

______________Milli Kitabxana_______________

yerdə şeh  işıltısı  görüb,  Sudüşəndə,  həmin  saqqız  ağacının  yaxınlığında

olduğunu  başa  düşüb  istər-istəməz  yavaşıyanda  gördü  ki, əlindəki  şey

çamadandır.

"Dəli Səməd"dən Səmədə qalan  yadigarlar içində bir  yadigar da qalmışdı,  o

da  daş əzələlər  idi,  həmişəlik  daşlaşıb,  hətta  "cəhənnəm  kürəsi"ndə də

əriməmişdi, əksinə,  "cinayətkarla" - "qatillə"  görüş  gününün  yaxınlaşdığını

duyduqca  Səməd  sövq-təbii  bir  ehtiyacla əzələlərini  daha  da  daşlaşdırmışdı.

Odur  ki,  çamadanı rastına  çıxan  ağaca  çırpanda  meşədə elə bil  mərmi  partladı,

bürküyə görə yuxarılarda -uca budaqlarda yatışan iri quşlar gurultu ilə dağılışıb,

qaranlıqda göyün dərinliyinə cumdular.

Yadında  qalan  bir  də bu  idi  ki,  Qudalı  Rəhimin  hansı  möcüzə iləsə elektrik

işığına  qərq  olmuş  həyətində boynu  xışlı  it  ağzını  açar-açmaz  bütün  məhlədən

çoxlu canavarsayağı it  xılı - köpək sürüsü töküldü, ağ tor  köynəkdən camış qılı

kimi  qara  qılı çıxmış  Qıllı  Qeybalı üç  yüz  voltluq  lampanın  gür  işığı  altında

çarpayıdan  qalxıb  it  xılına  təpindi,  hələ qaranlıqda  olan  köhnə düşmənini  hansı

hikmətləsə uzaqdan-uzağa tanıyıb, gülə-gülə qabağına yeridi: "Qorxma, qorxma.

Gel, gəl, ay Səməd. Sən də öz kəsiyimizsən

1

daha, dəyməzlər sənə", - dedi.



Qıllının açıq şadlığı, rişxəndi və "sən də öz kəsiyimizsən daha" sözlərindəki

gizlin  məna  təhqirdən  betər  səslənib  Səmədin  üzünə şapalaq  kimi  yapışdı.

Rəhimin  üstü  dəmirli,  daş  imarətindən  o  yanda,  məşhur  palıd  kötüyünün

arxasında  xırda  pəncərəsi  saralan  daxmaya  doğru  getdiyi  halda,  dabanı  üstə

döndü. O söz şapalağından nə kökə düşdüyünü indi Hənifə arvadla Əlləzoğlunun

gözlərindən oxuyurdu.

Deyəsən  "Dəli  Səməd"  oyanmışdı,  özü  də indi  yox, əmisinin  darvazasında

sevinc  və xoşbəxtlik  həsrətindən  kükrəyən  etiraz  və üsyanla  birgə oyanmışdı.

Düz  yeddi  il  səkkiz  ay  yatıb,  birdən-birə gözlərini  açıb,  ancaq  atasını  yox,  ata

hənirli əmisini  də,  istəklisini  də itirib  tamam  tək  qaldığını,  Xızr  Abının sirrli,

sehrli  nitqindən  sonra  isə,  qulaqlarında  çox  uzaq,  anlaşılmaz  aləmlər  kimi

səslənən  "OdƏr",  "SafAğ",  "Bağ"  sözlərinin  qatı  dumanı  içində faciəsinin

ağırlığını duyub, darvazadan  eşiyə,  küçəyə atılanda deyəsən əvvəlcə qırmızı tuf

daş  binaya  doğru  cummuşdu,  birbaş əmisinin  kabinetinə qalxıb,  qapını

bağlamaq, "Qaraçı gözəli"nin ayaqlarından tikanları dişləri ilə çıxara-çıxara, hələ

o körpə


Təhqiri ifadə, yəni "sən də öz "sünnətimizsən".


______________Milli Kitabxana_______________

vaxtından  Gülgəzə necə könül  bağladığından  başlayaraq  hər  şeyi  danışmaq,

"avariya"  günü  hamının  təkrar  etdiyi  "qəsd  işi  yoxdu"  sözlərini,  qəbristanda

kükrəyən şübhəsini, "qara həyulanı", "cəhənnəm kürəsini", Çax-çuxla görüşünü,

həyətdə Sultansız,  Gülgəzsiz  dünya  haqqında  düşündüklərini  açıq-açığına

ortalığa  tökmək,  hər  şeyi  aydınlaşdırmaq,  bədbəxtliyi  törədən  səbəbləri  bütün

dərinliyi  ilə öyrənmək,  bilmək,  Abının çox ciddi  xəbərdarlığına,  qadağasına

baxmayaraq, hökmən qisas almaq niyyətinə düşmüşdü, əmma yəqin ki, əmisi ilə

üz-üzə gəlməyin,  "açıq-açığına"  danışmağın  çətinliyini,  bəlkə də heç  mümkün

olmadığını  hiss  edib  yolunu  dəyişmişdi.  Çax-çux  dönə-dönə,  müəmmalı  təkidlə

"Gülbəniznən  görüşməlisən  hökmən"  desə də,  bu  sözləri  yox,  "kənddə

gözlüyəcəm"  sözlərini  yada  salıb,  şəhərlə Qonaqlının  arasındakı  Kəsəyola -

meşəyə şığımışdı... Pal-paltarla, nadir kitablarla, qiymətli şeylərlə dolu çamadan

yox,  Səmədə mənalı,  perspektivli  insan  həyatı  da  yox,  o  həyətdən  götürdüyü

xançalı əvəz edən dəmir barmaqlarla, Çax-çuxun xirtdəyindən yapışmaq lazımdı.

Odur  ki,  barmaqlarını  üyüşdürən, əsəblərini  tarıma  çəkən  çamadanda  hətta

anasının  çox  qiymətli  yadigarından -"açxa"lardan  olduğunu da,  diplomunu  da

unudub, o yükü ağaca çırpdı, hətta qan tökülən yerə - saqqız ağacının yanına da

burulmayıb tələsdi ki, bir əlilə Çax-çux adında o "sirlə dolu sinə"dən, o biri əlilə

iri  hulqumlu  uzun,  quru  boğazdan  yapışsın,  "Danış!  Aç  tök  hamısını!" - desin.

Yeddi  il  səkkiz  ay  müddətində,  "avariya"  günündən,  "qəsd  işi  yoxdu"  sözlərin-

dən  bu  günə qədər  nə baş  vermişdisə,  hamısı  o  sinədə idi  və Səməd  o  sinəni

bütün  açıb,  kitab  kimi  oxumalı idi.  Odur  ki,  Ortayoldan  və Qudalı Rəhimin

imarətindən  o  yanda,  palıd  kötüyünün  arxasında  saralan  o  üçcə qarış

uzunluğunda, ikicə qarış enində pəncərəyə doğru qətiyyətlə gedəndə bu qətiyyəti

sındırası  bir  şey  görmürdü. Əmma  Qeybalının  beş-altıca  kəlməsindən  sındı.

"Gəl,  gəl,  ay  Səməd.  Son  də öz  kəsiyimizsən  daha".  Yəni:  Sultan Əmirlinin

düşmənlərinin  məhləsinə gəlirsənsə,  o  "sirlə dolu  sinə"dəki  sirlərin  hamısının

Sultan Əmirlinin əleyhinə olduğunu  bilə-bilə,  mütləq  öyrənmək,  bilmək

istəyirsənsə,  daha  sənlə bizim  fərqimiz  yoxdur?!  Yəni,  Çax-çux  Xalıqla  Qudalı

Rəhim  Sultan Əmirliyə necə düşməndirlərsə,  daha  sən  də eləcə düşmənsən?!

Dabanı  üstdə dönüb  gəlib  bu  qapını  döyəndə Səmədin  üzündə belə bir  fikrin

dəhşəti həkk olunmuşdu. Dağılıb tökülüb tərdən islanmış gur qara, ordan-burdan

azca  şabalıdı  saçların  arasından  heybətli  gözlər  parıldayırdı.  Hənifə arvadla

Əlləzoğlunun qanlarını donduran da elə bu idi.



______________Milli Kitabxana_______________

Əlləzoğlu sönmüş qəlyanı damağından çəkib kəmərinə taxdı, əllərini biz-biz

tükləri  bozaran  qara  üzünə sürtdü,  xırdaca,  yumruca  başı  ilə bədəni  arasında

nazik armud saplağına oxşayan boğazını qəribə - quş-sayağı uzadıb udqundu və

beləcə,  yenə quruyub  qaldı:  iri  qol-budaqlı,  hündür,  qorxunc  adamın  qabağında

nə başqa bir hərəkət eləməyə cəsarəti çatdı, nə də bir kəlmə deməyə.

Hənifə arvad isə, "Allah, mənə ölüm ver" deyəndən sonra pıçıltıya keçmişdi,

ovsun  oxuyurdu  ki,  bəla  sovuşsun,  hələ başı  qızıl əsgər  papaqlı ərköyün  sədr

oğlu  vaxtından  "Göyüm"  deyib əzizlədiyi,  indi  isə içəri  çağırmağa  da  ürək

eləmədiyi bu dəli-divanə cavan bu evə bir xətər yetirməsin, can-cürəfəsi, əl-qolu

da olmayan, bircə qızdan savayı kim-kimsəsi qalmayan, oğulsuz, arxasız ərinə əl

qaldırmasın,  atan-tutan,  vuran-yıxan,  qara  naxırlı,  sel  sürülü  igidlər  məskəni

Əlləz ocağında tək göbələk təki bitmiş bu bədbəxt, el içində şərməndə olmasın...

Səmədin  sükutu nə qədər  çəkdisə,  Hənifə arvadın ovsunu  da  bir  o  qədər

uzandı.

Qudalıların və ümumiyyətlə, bütün kəndin dilində "Atdan azma" bəzəməsi və



"Əkə Hənifə"  ləqəbi  ilə tanınan  bu  kor-kobud  arvadın  gözlərində elə bir  bulaq

qaynarlığı vardı ki, belə yalvarışlı vaxtında bu qaynarlıq daşı da yumşaldırdı.

Qorxudan  arvadının  dalına  qısılmış  cırtdan  kişinin  fındıqburun,  qara-quru

sifətində isə elə yazıqlıq vardı ki, bu yazıqlıq cəlladı da yumşaldardı. Səməd də

elə buna  görəmi  tutulmuşdu?  Yoxsa,  ona  görəmi  ki,  bir-birinə qəti  yaraşmayan

bu  təzadlı ər-arvaddan  möcüzəli  gözəllik əmələ gəlmişdi  və Səməd  Hənifə

arvadın  gözlərinə baxdıqca,  Cığalı Gülgəzin - "qaraça  gözəli"nin  qaynar  bulaq

gözlərini görürdü, Əlləz-oğulunun "armud saplağı" boynuna baxdıqca, Gülgəzin

"durna boğazını" görürdü və hiss edirdi ki, bu ata-ana ilə kobud rəftar, bunların

yaratdıqları gözəlliyin özü ilə kobud rəftar kimi bir şeydir.

Təpiyib  qaysaq  bağlamış,  qalın dodaqları  elə bil  Səmədin  özündən  asılı

olmadan tərpənib ağır-ağır aralandı və Səməd, yaratdıqları gözəlliyin bədbəxtliyi

ilə birlikdə, şübhəsiz, bədbəxt olan bu ata-anaya olduqca səmimi sözlər dedi:

- Zülmətdəyəm mən. Heç nə görmürəm, heç nə bilmirəm. Necə olub bu iş?!.

Atamın  sağlığında...  hələ o  vaxtlar  Gülgəznən  mənim  münasibətimi  bilirdi

əmim... Sonralar da eşitməmişdimi?! Gəlmişəm, qızınız əmimin evində arvad!..

Necə olub bu?!. Nə Seyid kişi bir söz



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə