Yeniliklərin rəqabət qabiliyyətlilik ehtiyatı (R) onun istehsalına çəkilən məs-
rəflərin azaldılması və ya istehlak dəyərinin artırılması ilə təmin olunur.
Burada,
R - məhsulun rəqabət qabiliyyətlilik ehtiyatı
İ
d
- məhsulun istehlak dəyəri (alıcının məhsuldan aldığı fayda ilə müəyyən
olunur)
İ
q
- məhsulun istehlak qiyməti (məhsulun satış qiyməti və istismar xərcləri).
Əvvəlki bölmədə göstərilən istehsal xərclərinin bir qisminin məhsul vahidinə
düşən hissələri istehsal həcmindən asılı olaraq dəyişir. İstehsalda əlavə edilmiş dəyər
göstəricisini əslində əlavə dəyərin yaranması üçün çəkilən xərclər göstəricisi kimi
qəbul etmək olar.
Son istehlakçı uzunmüddətli məhsulu alarkən, həm də məhsulun istismarı xər-
clərini ödəyərkən ƏDV ödəməli olurlar. ƏDV yeni məhsulun rəqabət qabiliyyətini
azaldan amil hesab olunur. Bu fikri aşağıdakı mülahizələrlə izah edək:
yeni məhsulun maya dəyəri həyat dövrünün “artım” və “yetkinlik”
mərhələsində olan mövcud (köhnə) məhsulların eyni adlı göstəricisi ilə müqa -
yisədə yüksək olur;
ƏDV təbiətinə görə tələbatın ödənilməsi xərclərinə - yəni məhsulun istehlak
qiymətinə daxil edilir.
Məhsulun ödədiyi vergi məbləğlərinin azaldılması üzrə daxili amillərə məhsul-
darlığın artırılması, “miqyas” və “təcrübə” effektlərini aid etmək olar. “Miqyas” ef-
fektinin mahiyyəti ondan ibarətdir ki, müəssisənin ölçülərinin artımı nəticəsində
məhsul vahidinə məsrəflər azalır. Qeyd etmək lazımdır ki, xərclərin azalması müəs-
sisənin ölçüsünün müəyyən səviyyəyə qədər artması zamanı baş verir və bu
səviyyədən sonra həmin proses əks istiqamətdə davam edir.
Müəssisənin ölçülərinin artması ilə xərclərin azalması bir neçə səbəblə izah olunur
[7, 8]:
1. Texnoloji səbəblər. Təcrübə göstərir ki, iqtisadiyyatda mütərəqqi dəyişiklik-
lərin baş verməsi və iri müəssisələrin yaranması rəqabət qabiliyyətli məhsulun
ucuz və kütləvi istehsalına imkan verən yeni texnologiyanın və ya yeni məh-
sulun ixtirası nəticəsində baş verir. Ən məhsuldar avadanlıqlar iri müəs-
sisələrdə istifadə olunurlar. İstilik elektrik stansiyalarının, kimyəvi reaktorların
və başqa bu kimi avadanlıqların səmərəliliyi onların (fiziki təbiətinə görə)
ölçüləri ilə mütənasib olur. Burada dəyər amilləri də mühüm rol oynayırlar.
Adətən məhsuldar avadanlıqların qiyməti yüksək olur. Buna görə də belə
avadanlığı almağa ancaq iri müəssisələrin gücü çatır. Digər tərəfdən, bahalı
avadanlığın istismarı adətən iri həcmli istehsalda səmərəli olur.
2. ıxtisaslaşmanın faydaları. Iri həcmli istehsal ixtisaslaşma səviyyəsinin art-
107
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
İ.Seyfullayev. İqtisadiyyatın tənzimlənməsində xüsusi vergi rejimlərinin əhəmiyyəti
108
masına imkan verir. Bu zaman avadanlığın və işçi qüvvəsinin ixtisaslaşma
səviyyəsi xüsusilə yüksəlir. Əgər istehsal həcmi kiçikdirsə, əməliyyatların çoxu
ya əl əməyi ya da universal avadanlıqlarla həyata keçirilir.
3. Bir neçə məhsulun birgə istehsalının formaları. Bəzi hallarda müəssisələrdə
tullantılar, əlavə məhsullar və boş dayanan avadanlıqlar o qədər çox olur ki,
onlardan istifadə etməklə əlavə xərclər çəkmədən yeni məhsullar istehsal
etmək olur.
“Miqyas” effektinin mövcudluğu heç də o demək deyil ki, müəssisə sonsuz
həcmdə böyüyə bilər. Bir çox iri müəssisələrdə texnoloji üstünlüklər zaman keçdikcə
“zəif yerlər”çevrilirlər. İstehsal proseslərində əsas texnoloji xəttin məhsuldarlıq
artımı ilə ayaqlaşa bilməyən köməkçi, nəzarət, yükləmə-boşaltma və digər belə
əməliyyatlar işin ahəngdarlığını pozur. Həddən artıq ixtisaslaşma və bir neçə məh-
sulun birgə istehsalı da əks istiqamətdə təsir göstərə bilər. Həddən artıq ixtisaslaşmış
istehsal bazarda baş verən dəyişikliklərə cəld reaksiya göstərə bilmir. Əlavə məh-
sulların istehsalı isə texnoloji xəttin dəyişdirilməsi üçün vaxt itkilərinə və məhsul-
darlığın azalmasına gətirir. Beləliklə, müəssisənin ölçüləri müəyyən həddi keçdikdən
sonra “miqyas effekti” əks istiqamətdə təsir göstərməyə başlayır və məhsul vahidinə
istehsal xərcləri artmağa başlayır. Qeyd olunan hadisə iqtisadi sistemin daxilində
yeniliyə şərait yaradan mexanizmin obyektiv mövcudluğu barədə fikir söyləməyə
əsas verir.
İstehsal xərclərinin sabit və ya daimi xərclər kimi adlanan hissəsi iri müəssisələrin
fundamental güc mənbəyi kimi qəbul olunur.
Məlumdur ki, sabit xərclərə istehsal həcmindən asılı olmayaraq dəyişməyən xər-
clər aid edilir. Bu xərclər hazır məhsulun qiymətinə daxil edilməklə ödənilir. Sabit
xərclərə icarə haqqı, amortizasiya ayırmaları, idarə heyətinin əmək haqqı fondu,
ETSKI xərcləri, idarə aparatının saxlanması xərcləri və digər xərclər aid edilir. Qeyd
etmək lazımdır ki, zaman keçdikcə sabit xərclərin həcmi də dəyişir. Ona görə də bu
xərcləri adətən şərti–sabit xərclər adlandırırlar.
Sabit xərclərin elə bir hissəsi də mövcuddur ki, onlar daim dəyişməz qalır. Nü-
munə üçün, müəllifin kitab yazmağa sərf elədiyi əmək həmin kitabın tirajından asılı
olmayaraq dəyişmir. Belə xərcləri qeyri-şərti sabit xərclər adlandırırlar. Məhz bu
xərclər iri müəssisənin əsas güc mənbəyidir: istehsal həcmi artdıqca bir məhsula
düşən qeyri-şərti sabit xərclər azalır və məhsulun rəqabət qabiliyyətliliyi yüksəlir.
Ameriakalı iqtisadçı Alfred Çendler (1918-2007) “Miqyas və artım” («Scale and
Scope») adlı əsərində iri şirkətlərin yaranmasını “miqyas effekti” və “istehsalın
artımı” kimi iqtisadi kateqoriyalarla izah etmişdir. A.Çendler inkişaf etmiş ölkələrin
iri şirkətlərinin yaranma və inkişaf tarixini təhlil edərək «əmtəə axını konsepsiyası»nı
irəli sürmüş və uzunmüddətli dövrlər üçün sabit xərclərin mövcudluğunu qeyd
edərək məhz həmin xərclərin iri müəssisələrin səmərəlilik mənbəyi olduğunu
bildirmişdir. Onun tədqiqatlarından məlum olur ki, sabit xərclərin elə növləri vardır
Dostları ilə paylaş: |