4. İki həftə müddətində partiya üzvlərindən və bitərəflərdən ərzaq müfəttişlərinin
səfərbər olunması;
5. Ərzaq kompaniyaları barədə təbliğat işinə başlanılması, bunun üçün isə MK-
nın təbliğat şöbəsinin rəhbərliyi altında Xalq Maarif Komissarlığının və Xalq
Ərzaq Komissarlığının da nümayəndələri də daxil olmaqla komissiyanın
yaradılması;
6. Xalq Ərzaq Komissarlığının respublikanın qəzalarında səlahiyyətli nü-
mayəndələri kimi 10 nəfər məsul işçinin komissarlığın sərəncamına
göndərilməsi;
7. Xalq Komissarları Sovetinin 1 ay müddətində ərzaq vergisi ilə əlaqədar qa-
nunvericilik sənədlərinin dərc etdirməsi nəzərdə tutulurdu.
Diqqəti cəlb edən digər tarixi sənəd kimi AK(b)P-nin 1923-cü il martın 12-16-
da keçirilən V qurultayında vergi siyasəti ilə əlaqədar məruzənin tezisləri göstərilə
bilər. Qeyd etmək lazımdır ki, qurultayı giriş sözü ilə Azərbaycan Kommunist Par-
tiyasının Mərkəzi Komitəsinin katibi S.M.Kirov açmışdır və təbiidir ki, çıxışda sovet
hakimiyyətinin həyata keçirdiyi siyasətin bütün istiqamətlərinin dəstəklənildiyi
bildirilirdi. Qurultayda Kommunist Partiyasının Vergi siyasəti ilə əlaqədar məruzə
də dinlənildi. Sözügedən məruzənin tezislərində qeyd olunurdu:
sovet dövlətinin xalq təsərrüfatının əmtəə əsasları üzərində təşkil olunması,
bunun nəticəsində xüsusi ticarət və sənaye kapitalının mövcudluğu, kənddə
azad iqtisadi proseslərin (ərzaq vergisinə keçid) bərqərar olması, kapitalist
yığımı və kapitalist mülkiyyətinin mövcudluğu dövlətin idarə olunması ehti -
yacları üçün yuxarıda adları çəkilən mülkiyyət kateqoriyalarının gəlirlərindən
müəyyən hissənin ayrılmasını tələb edir;
eyni zamanda adları çəkilən iqtisadi faktorlar Sovet hakimiyyətini ümum-
dövlət və yerli (lokal) vergi sisteminin yaradılmasını tələb edir və vergi sistemi
sovet dövlətinin əlində yığım və gəlirlərinin bölüşdürülməsinin sinfi yanaşma
baxımından tənzimlənməsi vasitəsi kimi çıxış edir;
kəndli təsərrüfatının və sənayenin əmtəə xarakterliliyi, ölkədə əmtəə
dövriyyəsinin artması, bazar faktorunun təsirinin güclənməsi müvafiq olaraq
pul dövriyyəsinin də əhəmiyyətini yüksəldir. Dayanıqlı pul vahidləri və əmtəə
qiymətlərinin sabitləşdirilməsi olmadan bütünlükdə xalq təsərrüfatını uğurla
inkişaf etdirmək mümkün deyil;
dövlət qeyri normal pul dövriyyəsi şəraitində (pul nişanlarının qıtlığı və get-
dikcə qiymətdən düşməsi) müharibənin gətirdiyi dağıntılardan sonra sənaye
və kənd təsərrüfatının çiçəklənməsini, vergilər və digər gəlir mənbələri ol-
madığından, ucuzlaşmaqda olan və dəyərini itirməkdə olan dövriyyəyə bu-
raxılmış emissiyalar və bundan ayrılan vəsaitlər hesabına təmin etməyə çalışır;
ümumdövlət və yerli səviyyələrdə quruculuq işləri vergi mükəlləfiyyətlərinin,
maliyyə siyasətinin əsasının müəyyənləşdirilməsini tələb edir. Bunun
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
119
nəticəsində isə dövlət emissiyalarını tam aradan qaldırar, əmtəələrin və pul
nişanlarının qiymətləri sabitləşər, dövlətin büdcə kəsiri aradan qaldırılar. Məhz
buna görə nizamlanmış və möhkəm vergi sisteminin yaradılması kənd təsər-
rüfatının və sənayenin həyati maraqları ilə diktə olunur;
sovet hakimiyyətinin vergi proqramları təkcə dövlətin iqtisadi tələbatlarına
əsasən deyil, eyni zamanda sinfi və siyasi maraqlar da nəzərə alınmaqla hazır-
lanmalıdır. Şəhərdə vergi siyasəti proletar kütlələrinin maraqlarını nəzərə al-
malı, kənddə isə elə qurulmalıdır ki, fəhlə sinfi ilə kəndlilərin ittifaqına ziyan
vurmamalıdır. Yoxsul və ortabablar isə istismarçılara qarşı mübarizədə vergi
siyasətinə arxalanmalıdırlar;
gəlirlərin artıq hissəsinin əhali arasında, kənd-təsərrüfatı, sənaye, nəqliyyat,
maarif və digər sahələr üzrə rasional bölgüsünün həyata keçirilməsi vasitəsi
kimi xalq təsərrüfatının dirçəldilməsi üçün maddi bazanın yaradılmasına xid-
mət edir, lakin vergilər həddən artıq çox olduqda əks təsir göstərər, yəni ba -
zarda əmtəə dövriyyəsinin azalmasına səbəb olar. Vergilər sistemsiz yığılarsa
və ayrı-ayrı sosial təbəqələrin imkanlarına uyğun müəyyən edilməzsə, kəndli
təsərrüfatlarında istehsal güclərinin zəifləməsinə gətirib çıxarar. Vergi siyasə -
tində vergi ödəyicilərinin ödəmə qabiliyyətli olması daim nəzərə alınmalıdır;
ancaq dövlət və yerli vergi sistemi yenidən qurulmalı və yaxşılaşdırılmalıdır.
Çünki, ərzaq vergisindən, trudqujnaloqdan
1
dövlət büdcəsinə kifayət qədər və-
sait daxil olmur. Çoxlu sayda birbaşa dövlət və yerli vergilər (xüsusi ilə kənd
yerlərində), vergi ödəyicilərinin təsərrüfat qeydiyyatlarının aparılmaması,
vergi planının olmaması, kənd-təsərrüfatında ilin məhsuldarlıq göstəricilərinin
nəzərə alınmaması (kənd yerlərində vergilər kənd təsərrüfatı məhsullarının re-
allaşdırılması vaxtı nəzərə alınmadan həyata keçirilir) vergi aparatının zəifliyi
və eyni zamanda saxlanılmasının həddən çox vəsait tələb etməsi müşahidə
olunur;
vergi aparatının zəif olduğu şəraitdə tam birbaşa vergilər sisteminin yaradıl-
masının qeyri mümkünlüyünü nəzərə alaraq, dolayısı ilə alınan vergiləri saxla-
maq lazımdır. Vergilərin yığılması aparatını hər vasitə ilə gücləndirməli,
partiya öz qarşısında birbaşa vergi sisteminin (əmlak, gəlir vergisi) tam yaradıl-
masını və fəaliyyət göstərməsini məqsəd kimi qoymalıdır. Bu isə öz
növbəsində əmtəə təsərrüfatının inkişafı şəraitində yeni yaranmış bur-
juaziyanın, xırda burjuaziyanın vergilərə cəlb olunmasına şərait yaradacaq;
şəhərdə və kənddə vergilərin sayının çoxluğu haqlı narazılığa, xüsusi ilə
kəndlilərin narazılığına də səbəb olur. Kəndlilər minimal sayda dövlət və yerli
vergilərin alınmasına cəlb olunmalıdırlar. Kənd təsərrüfatı üzərinə düşən bir-
başa vergilər: vahid kənd təsərrüfatı vergisi, həyətbaşı və ya pul vergisi,
1
Əmək və yük daşınması mükəlləfiyyəti, əhalinin məcburi qaydada dövlətin ehtiyacları üçün müəyyən işlərin yerinə yetir-
ilməsi, eyni zamanda yük daşıyan araba və digər vasitələri olanlar dövlət ehtiyacları üçün müəyyən yüklərin daşınılması
öhdəlikləri var idi. [6, 43-cü cild, s 325].
S.Səməndərov. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə...
120
Dostları ilə paylaş: |