57
Araz-Türk Respublikası hökumətinin nümayəndələri
1919-cu il yanvarın 4-də Azərbaycan hökumətinə bildir-
dilər ki, Naxçıvan həmişə özünü Azərbaycanın tərkib his-
səsi hesab etmişdir və Ermənistanın hərbi təcavüzünə qar-
şı Azərbaycandan kömək gözləyir. 1919-cu ilin martında
Araz-Türk Respublikası Bakıya xüsusi nümayəndə heyəti
göndərdi. Nümayəndə heyətinə Bəhram xan Naxçıvanski
rəhbərlik edirdi. Bəhram xan özü ilə yerli hökumətin Cə-
nub-Qərbi Azərbaycan adı altında Naxçıvanı Azərbaycan
Cümhuriyyətinə birləşdirmək təklifini də gətirmişdi.
1
Türklər Naxçıvandan gedəndən sonra ingilislər bu-
ranı tutdular. May ayının əvvəlində Naxçıvana gələn ingi-
lis generalı Devi Naxçıvan və Şərur qəzalarının nümayən-
dələrinə bildiridi ki, bu yerlər Ermənistana aiddir və ona
tabe olmalıdırlar. Lakin onun bu fikri rədd edildi və qəti
bildirildi ki, Naxçıvan və Şərur qəzalarının müsəlmanları
özlərini Azərbaycan respublikasının sakinləri və yaşadıq-
ları ərazini Azərbaycan ərazisi hesab edirlər. İngilislər di-
yarı öz qoşunları ilə tutaraq, əhalinin açıq etirazlarına bax-
mayaraq bu torpaqları zor gücünə daşnaklara verdi. Lakin
ingilis qoşunları çıxıb getdikdən sonra dərhal hər yerdə əsl
partizan müharibəsi başlandı və daşnak qoşunları darma-
dağın edilərək ərazidən qovuldu.
Azərbaycanla Ermənistan arasında ərazi mübahisə-
lərini Ermənistanın xeyrinə həll etmək üçün Birləşmiş
Dövlətlərin Ali Komissarlığı Naxçıvan və Şərur-Dərələ-
yəz qəzalarında «neytral zona» yaratmaq, bununla da hə-
min əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istə-
1
Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı: «Ay-
Ulduz», 1996, s. 161.
58
yirdi.
1
Azərbaycan hökuməti bu məsələdə ona edilən təz-
yiqləri dəf edərək, o şərtlə «neytral zona» yaradılmasına
razılıq vermişdi ki, həmin ərazidə Azərbaycanın suveren
hüquqları saxlanmış olsun.
Ermənistan dəfələrlə Naxçıvan ərazisinə basqın edib,
əhalini qılıncla, zor gücünə təslim etməyə çalışdı. Lakin
çoxlu qurbanlara baxmayaraq naxçıvanlılar əyilmədilər,
təslim olmadılar. Bu ərazidə «neytral zona» yaratmaq istə-
yənlərə öz fikirlərini qəti olaraq bildirdilər: «Biz – haki-
miyyət və əhali – onlara yekdilliklə bildiririk ki, bu ölkəni
əslində Azərbaycan respublikası ilə birləşdirmişik və əgər
sülh (Paris – İ.H.) konfransı bizi öz respublikamızdan
ayırsa, xalq mədəni dövlətlərin alovlarında məhv olmağa
razı olar, amma Azərbaycandan ayrılmağa yox».
Naxçıvanlıların dəyanəti və Azərbaycan hökuməti-
nin səyləri nəticə etibarı ilə Ermənistanın Naxçıvana yiyə-
lənmək niyyətlərini puça çıxartdı.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Azərbaycan ərazisinin qorunub saxlanılması əsasən müm-
kün oldu. Azərbaycan hökumətinin inadlı və məqsədyönlü
fəaliyyəti nəticəsində erməni iddialarının qarşısı alındı.
Lakin ermənilərlə mübahisəli ərazilər Cənubi Qafqazda
sovet hakimiyyətinin qələbəsindən sonra daşnak-bolşevik
sayağı həll edildi. Zəngəzur qəzası Ermənistana verildi.
Qazax qəzasının dağlıq hissəsi–Dilican Azərbaycan xalqı-
nın iradəsi əleyhinə ondan alındı. Naxçıvan diyarının mə-
sələsi naxçıvanlıların mübarizəsi ilə 1920-ci ilin dekab-
rında həll edildi və o, yenidən Azərbaycanla birləşdirildi.
1921-ci il martın 16-da RSFSR-lə Türkiyə arasında bağ-
1
Азербайджанская Республика. Документы и материалы. 1918-1920
гг. – Баку: «Елм», 1998, с.300-301.
59
lanan müqaviləyə görə Naxçıvan Azərbaycanın tərkibində
saxlanıldı və ona muxtariyyət statusu verildi.
1
Dağlıq Qa-
rabağın 1921-ci il iyulun 4-də Ermənistana verilməsi
haqqında RK(b)P MK Qafqaz bürosunun səhv və zərərli
qərarı bir gün sonra ləğv edildi.
2
Plenum Dağlıq Qaraba-
ğın Azərbaycanın tərkib hissəsi olduğunu qəti və birmə-
nalı şəkildə qəbul etdi. Lakin 1923-cü il iyulun 7-də Dağ-
lıq Qarabağ Muxtar Vilayətinin təşkili kobud səhv idi və
gələcək bəlaların əsası bununla qoyuldu.
Göründüyü kimi, ərazi müharibələri və sərhəd müna-
qişələri daşnak-bolşevik sayağı «həll edildikdən» sonra
Azərbaycan ərazisi 86,6 min kvadrat kilometr qaldı. Sovet
imperiyası özünün ilk illərindəcə Azərbaycanın 30 min
kvadrat kilometrə qədər ərazisini hissə-hissə alıb erməni-
lərə verdi. Rusiya Federasiyasının köməyi ilə 90-cı illərdə
daha 16 min kvadrat kilometr ərazimiz işğal edildi. Azər-
baycan Xalq Cümhuriyyəti dövründə cəmi 9,8 min kvad-
rat kilometr ərazisi olan Ermənistan indi 46 min kvadrat
kilometrə qədər Azərbaycan ərazisinə nəzarət edir.
Azərbaycan xalqı torpaqlarımızın itirilməsi faktı ilə
barışmayacaq, onların geri qaytarılması istiqamətində bü-
tün səyləri ilə mübarizə aparacaqdır.
1
Gümrü, Moskva və Qars müqavilələri (Azərbaycan, türk, rus və fransız
dillərində). Naxçıvan, 2004, s.26.
2
Köçərli T. Qarabağ (Qarabağ tarixinin saxtalaşdırılması əleyhinə). Bakı:
“Elm”, 2002, s.383-386.
Dostları ilə paylaş: |