İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

 
53 
çatacağı  göstərilirdi.  Demək,  gəmi  səkkiz  saat  səmərəsiz 
dayanacaqdı.  İstismar  vaxtına  qənaət  edən,  səfərləri  tez  başa 
vurmaq  uğrunda  dəqiqələri,  anları  qovan  ekipaj  bu  cür  sakit 
havada  səkkiz  saat  itirəcəkdi.  Onlar  səkkiz  saata  həm  yükü 
boşaldıb qurtarar, həm də növbəti səfərdən otuz, qırx mil yol qət 
edə bilərdilər. Gələndə elədikləri qənaəti qayıdanda artırar, aylıq 
planı  iyirmi  gündə  doldurub  pul  mükafatı  alardılar.  Onlar 
kisədən  gedən  bu  səkkiz  saatın  uğursuzluğuna  təəsüflənirdilər. 
Nə  etmək  olar,  bundan  ötrü  onları  qabaqda  gözləyən  qələbə 
günləri,  ayları  içində  itirərlər.  Dənizçilərin  diltəngliyi  çox 
çəkmədi. Onlar soyunub özlərini günəşə yandırmağa, çəkişməyə 
başladılar.  Nicat  dairələri  kəndirlərlə  məhəccərə  hörüklənib 
dənizə  atıldı.  Dənizə  hoppananların  kumbultusu,  şap-şupu 
yatmış  suları  dalğalandırıb  oyatdı.  Nicat  dairələri  yırğalandı, 
çevrə şəkilli dalğalar getdikcə genişlənib dənizin üzünə yayıldı. 
Çimənlər  bir-birinin  üzünə  su  atıb  zarafatlaşır,  yorulanlar  nicat 
dairələrindən  tutub  dincəlir,  çimməyənlər  də  göyərtədən  onlara 
tamaşa edirdilər.  
–  Aliyə  bacım,  sən  niyə  çimmirsən,  yoxsa  üzmək 
bilmirsən?  Məhəccərə  söykənib  çimənlərə  baxan  Aliyəni 
dindirən Təyyar idi. O başına əlüz dəsmalı sarımışdı. Köynəyini 
qoltuğuna  vurmuşdu.  Orta  göyərtədən  gəlirdi.  Gün  onun  tüklü 
sinəsini,  çiyin  kürəklərini  yandırıb  qıpqırmızı  qızartmışdı.  İri 
biçimli  əllərinin  üstündəki  damarlar  üfürülüb  şişmişdi.  – 
Bilirəm.  
– Bəs, niyə çimmirsən, utanırsan? Utanmaq nədir! «Çünki 
oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu.» Aliyənin əynində 
xələt,  başında  böyük  çevrəli  ağ  aşpaz  papağı  vardı.  Günəşin 
sularda  əks  edən  şüaları  onun  lətif  üzündə,  mavi  gözlərində 
oynayırdı.  –  Utanmıram,  çimmək  kastyumum  yoxdur.  Təyyar 
nəsihətverircəsinə:  
– Bu haqda gərək gəmiyə gəlməyə hazırlaşanda düşünəydin 
–  dedi.  –  Dənizdə  çimmək  yaxşı  şeydir.  Adamın  canı-başı 
bərkiyər,  ciyərlərin  hava  tutumu  artır,  nə  bilim  daha  nə  kimi 


 
54 
faydaları  olur.  Belə  işləri  həkimlər  yaxşı  bilirlər.  Mən  də  bu 
dediklərimi  onlardan  eşitmişəm.  Sınamışam  da.  Doğurdan  da, 
dənizdə  çox  çiməndə,  avar  çəkəndə  adam  başqa  fiziki  işlərdə 
təngnəfəs  olmur.  Xəstəliklərə  qarşı  da  davamlılığı  artır. 
Məsələn,  qrip  kimi  xəstəliyin  necə  şey  olduğunu  mən  beşinci 
ildir ki, tanımıram. Bir az susub əlavə etdi:  
– Get hazırlaş gəl, gedək.  
– Hara?  
– Bax, o gəmiyə.  
– Təyyar. üç mil aralıda lövbər sallamış gəmini göstərdi. – 
«Donbasdır»  O  Həştərxan  çay  donanmasınındır.  Reydə  gələn 
gəmiləri  ərzaqla  təmin  edir.  Orada  sənaye  malları  mağazası  da 
var. Keçən səfərlərin birində ora getmişdim, onda orada çimmək 
kastyumu  görmüşdüm.  Satılıb  qurtarmamış  olar,  gedək  birini 
səninçün alaq. «Donbas»da yaxşı Həştərxan qarpızı da olur. – O, 
ləzzətlə başını yırğaladı. – Həştərxan qarpızı yeməmisən?  
–  Yeməmişəm.  Təyyar  əlini  Aliyənin  çiyninə  vurub  onu 
tələsdirdi:  –  Ağzımın  suyu  axdı,  tez  ol!  Paltarını  dəyiş,  bu 
paltarda  ora  getmək  olmaz.  Orda  bizim  hər  şeyimizə  fikir 
verəcəklər.  Əmir  haradadır?  –  Təyyar  o  yan-bu  yana  boylanıb 
Əmiri  axtardı.  –  Seyfəddin,  Əmiri  tez  bura  çağır.  Aliyə  yaşıl 
yubqa, ağ kofta geyinmişdi. Balaca cəhrayı ridikülünün qulpunu 
biləyinə  keçirmişdi.  Qızıl  saatı,  qızıl  sırğaları,  mirvarilərlə 
özünü  bəzəyib  məlahətini  bir  az  da  artırmışdı.  Sırğaları 
yırğalandıqca  parıltı  saçırdı.  Sanki  təmiz  səmada  şimşək  çaxır, 
ulduzlar  parlayıb  sönürdü.  –  Təyyar  qardaş,  biz  ora  nə  ilə 
gedəcəyik?  Geyinib  göyərtəyə  çıxaraq  köynəyini  qollarını  geri 
qatlayan Təyyar: – «Volqa» ilə – dedi. – Doğrudan nə ilə?  
–  Qayıqla.  Əmir  uşaqlara  de,  qoy  sənə  kömək  eləsinlər, 
qayığı suya salın. Aliyə trapla düşmək sənə çətin olacaq, indidən 
çıx  otur  qayığın  içində.  Mən  də  pul  götürüb  gəlirəm.  –  Məndə 
var  Təyyar  qardaş.  Təyyar  məzəkarlıqla  dedi:  –  Mənə  tüfeyli 
həyat  sürməyi  öyrətmək  istəyirsən,  yoxsa,  rüşvətlə  gözlərimi 
indidən  pərdələmək  niyyətindəsən?  Aliyə  qayığa  oturdu. 


 
55 
Matroslar  qayığı  suya  salladılar.  Əmir  də  trapla  qayığa  enib 
yerini  rahatladı,  avarların  ikisini  də  nizamlayıb  «səfərə»  hazır 
oldu. Təyyar bu vaxt göyərtədən Aliyəyə üzrxahlıq elədi:  
–  Aliyə,  məni  bağışla,  gedə  bilməyəcəyəm.  İndicə,  elə  bu 
dəqiqə  radioqram  aldım,  ona  təcili  cavab  verməliyəm.  Doğru 
cavab  üçün  də  gərək  keçən  rüblərin  hesabatlarını  gözdən 
keçirəm.  Bu  ən  azı  iki  saat  vaxtımı  alacaqlar.  Bu  qədər  vaxtda 
da  siz  həm  ora  çatar,  həm  də  əskik-gərəyinizi  alıb  bəri  yola 
düşərsiniz.  Nə  etmək,  görünür  bir  yerdə  dəniz  gəzintisinə 
çıxmaq  bizə  nəsib  deyilmiş.  Sizə  yaxşı  yol!  Əmir  kürəklə! 
Təyyar  onlara  gülə-gülə  əl  elədi.  Gəmi  boyu  sürünən  qayıq, 
sinəsi  malalanmış  lal  dənizin  üzündə  oyanmış  pıçıltılı  sulardan 
özü  öndə  köpüklü  yol  salıb  getdi.  Aliyə  ağ  çətirini  açıb  başı 
üzərində  tutmuşdu.  O  gəmidən  baxanda  şehli  çəmənlikdə  bitən 
tənha  göbələyə  oxşayırdı.  Radioqram  məsələsi  yalan  idi, 
Təyyardan  heç  bir  şey  soruşulmurdu.  O  özü  qəsdən  getmədi. 
Əmirin  Aliyəyə  rəğbət  bəslədiyini  duymuşdu.  Həm  də 
fikirləşmişdi  ki,  Aliyə  uşaqların  birinə  nə  qədər  tez  bağlansa 
yaxşıdır. Yoxsa uşaqlar keflənib gəldikcə qıza sataşacaqlar. Hər 
halda  bunun  nəticəsi  yaxşı  olmayacaq.  Ekipajın  adı  biabır 
olacaq, onu da yuxarı çağırıb danlayacaq, abrını alacaq, gəmidə 
tərbiyənin  aşağa  səviyyədə  olmasına  görə  töhmətləndirəcəklər. 
Əmirlə Aliyə beş, on dəqiqə dinib danışmadılar. Onların əvəzinə 
qayığın  arxasınca  qaynayıb  axışan  sular  bitib-tükənməz  bir 
söhbət  başlamışdı.  Sanki  Əmirin  ürəyindəkiləri  Aliyəyə 
söyləyir,  onun  cavab  vermədiyini  görüb  gileylənirdi.  Aliyənin 
xəbəri  yox  idi;  Əmiri  heyvani  bir  hiss  çuğlamışdı.  Onun 
qulaqları batmışdı, o heç bir səs, söz eşitmək iqtidarında deyildi. 
Ürəyinə  soxulmuş  qasırğa  onu  üşüdürdü.  Əmir  ağappaq 
ağarmışdı.  Böyümüş  gözləri  heç  nəyi  görmürdü.  Hava  azlıq 
edirdi,  o  boğulurdu,  avar  çəkə  bilmirdi.  Avarlar  bəzən  havada 
gedib gəlir, bəzən də suların dərinliyinə işləyib. Əmirdən böyük 
qüvvət  tələb  edirdi.  Əmirin  isə  qollarında  güc  qalmamışdı. 
Aliyə,  Əmirin  üzünə  baxanda  qorxdu,  geri  çəkilib  qayığın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə