İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Amerikanın Fransadakı səfiri  Bullit Prezident Ruzvel- 

tə teleqrafla bildirmişdi ki, Daladye Bakıya bomba zərbələri 

endirilməsini  Sovetlər  İttifaqına zərbə  endirməyin  ən  təsirli 

vasitəsi hesab edir.

Geniş  müzakirələrdən  sonra İngiltərə və  Fransa rəsmi 

dairələri qərara gəldilər ki,  Bakı nefti Almaniyanın təsir dai­

rəsinə  keçmənıəsi  üçün  Bakıya  bomba  zərbəsi  endirmək 

əvəzinə  (bu  neft  özlərinə  də  gərək  olar).  Bakı  neftinin  Al­

maniyaya Qara dəniz vasitəsilə göndərilməsinə sualtı qayıq­

lar vasitəsilə mane olmaq daha etibarlı və sərfəlidir.

Təəccüblü  deyil  ki,  həm  Hitler,  həm  də  Çerçil  ehtiyat 

edirdilər  ki,  Stalin  Bakıya  sahib olduğu  halda,  hətta  Rumi- 

niya neftini də zəbt edərsə,  bütün Avropaya sahib ola bilər.

Fransa  generalı  Qamelen  1940-cı  ilin  22  fevralında  öz 

hökumətinə təqdim etdiyi məruzədə göstərmişdi ki,  Sovetlər 

İttifaqının  neftinin  75  faizini  Bakı  verir  və  onu  sıradan  çı­

xarmaq  üçün  F ransanın  Suriyada  yerləşən  150  minlikordu- 

sunun hərbi-hava qüvvələrindən istifadə etməklə bu vəzifəni 

həll etmək olar,

Bu məsələnin İngiltərə və Fransa üçün gərginliyi onun­

la izah  edilirdi  ki,  Avropada mövcud olan zəif neft rayonla­

rı:  Ruminiya (P ioyeşti^Macarıstan,  Polşa,  Albaniya  həmin 

dövrdə  Almaniyanın  təsiri  dairəsində  idi  və  Almaniyaya  iş­

ləyirdi.


Hitler  II  dünya  müharibəsinin  başlamasından  yalnız 

yarım  il  əvvəl  Ploeşti  və  Transilvaniyadakı  neft  və  qaz  eh­

tiyatlarına  (Ruminiya  ilə  iqtisadi  müqavilə  baflayaraq)  nə­

zarət  etməyə  nail  olmuşdu.  Sovetlər  ölkəsinə  Hitler  Alma­

niyasının  hücumunun  bir  qədər gecikləndirilməsi də  bunun­

la əlaqədar  idi.  Həmin  dövrdə  Ruminiya  neftinin Almaniya 

üçün  təhlükəsizliyini  təmin  etmək  üçün  Hitler  Yunanıstana 

və  Yuqoslaviyaya  hərbi  müdaxilə  etdi  və  bu  səbəbdən  Al­

maniyanın  SSRİ-yə  1941-ci  ilin may ayına Hitler  tərəfindən 

planlaşdırılmış  hücumu,  təxminən  bir  ay  gecikləndirilərək 

iyun ayında həyata keçirildi.

32

1.  Faşist Almaniyası üzərində qələbədə Azərbaycan 



neftinin həlledici rolu

Əgər  Bakının  nefti olmasaydı, 

Sovetlər  İttifaqının  qələbəsi, 

bəlkə də mümkün deyildi.

Heydər Əliyev

Almaniyanın  SSRİ-yə  hücumu  ərəfəsində  Hitlerin  təs­

diq etdiyi hərbi əməliyyatlar planı (Barbarossa planı,  direk- 

tiva  №21)  əsasında  tərtib  edilmiş  Olderburq  adlı  planda 

zəbt ediləcək SSRİ ərazilərində görülməli iqtisadi tədbirlərin 

şərhi  də  verilmişdi və burada göstərilmişdi ki,  «zəbt edilmiş 

ərazilərin  istismarı  üçün  Qafqaz  nefti  ilə  təmin  olunmaq 

mütləq lazımdır».1

Adolf  Hitlerin  №21  direktivası  əsasında  həyata  keçi­

rilməli əsas vəzifələr  1938-1948-ci  illəri əhatə edirdi.  Bu  pla­

na  əsasən  yaradılmış  «Böyük  Almaniya»ya  qərbdə  Portag- 

isdən  başlayaraq (Fransa və İngiltərə də daxil olmaqla) Şər­

qdə  Ural dağları  və Orta Asiya da daxil olmaqla  bütün əra­

zilər  daxil  edilmişdi və bu  plan  təbliğat vərəqi  kimi  1939-cu 

ildə ayrıca Almaniyada geniş yayılmışdı.

Həmin  dövrdə  SSRİ-nin  Almaniyadakı  səfiri  erməni 

Vladimir  Dekanozov  idi  və  o  da  gələcək  müharibədə 

Türkiyənin  SSRt-yə  qarşı  xəyanət  edəcəyini  (Bakı  nefti  ilə 

əlaqədar olaraq)  Sovet rəhbərliyinə təlqin edirdi.

1940-cı  ilin  martında  general Qamelen  Fransanın  yeni 

baş  naziri  Pol  Renoya  göndərdiyi  hərbi  planda  əsaslandır­

mışdı  ki,  ən  real  tədbir  Bakı,  Qroznı,  Maykop  və  Odessanı 

bomba  zərbələri  ilə  sıradan  çıxarmaqdır.  Bu zərbələr  Fran­

sa,  İngiltərə  və  AbŞ  təyyarələri  tərəfindən  Suriya  və  Livan 

təyyarə meydanlarından qalxan təyyalərər vasitəsilə edilməli

1 V.Lidder Qart.  II düyna müharibəsi.  M.:  1999, s.  172-173 (rus dilin­

də).

33



(bu  dövlətlər  həmin  dövrdə  Fransanın  müstəmləkələri  idi) 

və əməliyyatlar  1940-cı ilin yayında keçirilməli idi.

1940-cı  ilin  mayının  sonunda  Almaniyanın  Fransaya 

hücumu və Fransanı zəbt etməsi bu planları ləğv etdi.

M əlumdur  ki,  Almaniya faşizmi ordusunun Qərbi Av­

ropa  ölkələrini  1938-1940-cı  illərdə  qısa  bir  müddətdə  zəbt 

edə  bilməsinə  kömək  edən  əsas  vasitələrdən  biri həmin zəbt 

edilmiş  ölkələrdə  Almaniyaya  xidmət  edən  «5-ci  kalo- 

niya»larm  olmasıdır.  Faşist  Almaniyası  Hollandiyanı 

saata,  D anim arkanı  24  saata,  Yuqoslaviyanı  12  günə,  Bel­



çikanı  18  günə,  Yunanıstan  və  Polşanın hər  birini  27  günə, 

böyük Fransam  38 günə (Parisi isə  14 günə) zəbt etmişdi.

Almaniya  ordusu  qəflətən  SSRİ-yə  22/VI.41  tarixdə 

hücum  etdikdə  Böyük  Britaniyanın  hərbi kəşfiyyatı  bildirdi 

ki,  ruslar 

(sovetlər)  10  gün  müqavimət  göstərə  bilərlər. 

Amerikanın  hərbi  ekspertləri  isə  Sovetlər  İttifaqının üç  aya 

qədər müqavimət göstərə biləcəyini söylədilər.

Hitler  hesab  edirdi  ki,  onun  başladığı  bu  müharibədə 

SSRİ-nin  bir  sıra  xalqları  sovet  rəhbərliyinə  qarşı  mübari­

zəyə qalxacaqdır.

1937-1938-ci  illərdə  ABŞ-ın  SSRİ-də  səfiri  olmuş 

Ceyms  Devis  1941 -ci  ilin  7  iyulunda  öz  gündəliyində  yaz­

mışdı:  «Bəs  hanı Hitlerin Rusiyadakı əlbirləri?». Bu suallara 

mən  belə  cavab  verirdim:  «Onları güllələdilər».  Deməli,  So­

vetlər  ölkəsində  Hitlerə  kömək  etmək  istəyən  qüvvələr  ol­

muşdusa da, SSRİ rəhbərliyi tərəfindən güllələnmişdi.

Qafqaz  uğrunda  döyüşlər  Hitlerin  plan  və  arzularının 

tamamilə  əksinə  cərəyan  etdi.  1942-ci  ilin  18  avqustunda 

Vladikavkaz  (indiki  Orconikidze)  şəhərində  Şimali  Qafkaz 

xalqlarının,  23  avqustunda  isə  Tiflis  şəhərində  Zaqafqaziya 

xalqlarının  antifaşist  mitinqləri  keçirilirdi.  Tiflisdəki  mitin­

qdə  çıxışında  böyük  şair  Səməd  Vurğun  dedi:  «Nizami 

Gəncəvinin  yatdığı  torpağa  faşist  işğalçılarının  ayağı  dəyə 

bilməyəcəkdir...  Qoy  keçilməz  Qafqaz  dağlarının  dibi,

34

görünməyən  dərələri  alman  işğalçıları  üçün  məzarıstan  ol­



sun.  Mən düşmənə nifrət bəsləməyə çağırıram».

Qafqazın  müdafiəsinə  Şimali  Qafqaz  və  Zaqafqaziya 

cəbhələrindən  əlavə,  Qara dəniz donanması,  Xəzər və Azov 

dənizləri  hərbi  donanmaları,  bir  sözlə  bütün  Qafqaz  cəlb 

edilmişdi.  Sentyabrın  24-də  Zaqafqaziyada  hərbi  vəziyyət 

elan edildi.

Faşist  Almaniyası  Fransa  kimi  böyük  dövləti  qısa 

müddət ərzində zəbt etdikdən sonra İngiltərəni zərbə altında 

saxlamaq  məqsədilə  Londona  bomba zərbələrini  davam et­

dirərək  Sovetlər  İttifaqına  qarşı  qəflətən  hücuma  keçdisə 

də,  1941-ci  ilin  qışında  Moskva  uğrunda döyüşlərdə gözlə­

mədiyi ağır zərbələri aldı və geriyə çəkilməyə məcbur oldu.

Hitler hesab edirdi  ki, Qafqazın neft sərvətlərinə sahib 

olmaq üçün bu diyarın xalqları arasında olan qan düşmənçi­

liyindən  də  istifadə  etmək  olar,  bü  düşmənçilik  onların  So­

vet ordusuna köməyini guya qeyri-mümkün edəcəkdir.

1941-ci  ilin  iyununda  Hitlerin  tapşırığı  ilə  hazırlanan 

«Edelveys»  planına  görə  Almaniyanın  motorlu  hərbi  hissə­

ləri  Xəzər sahilləri  xətti  ilə  uzanan  və  Mahaçqala,  Dərbənd 

və  Bakıdan  keçən  dəmir  yolu  vasitəsilə  Şərqə  yürüş  həyata 

keçirməli  idi.  Bu  hərbi  yürüşün  ikinci  istiqaməti  isə  Alma­

niyanın  dağ-atıcı  diviziyalarının  dəmir  yolu  xəttindən  qərb­

də yerləşən  Qafqaz dağları  arasındakı  keçidləri  zəbt  edərək 

Bakı  və  Tiflis  istiqamətlərində  döyüşləri  təşkil  etməkdən 

ibarət  olmalı  idi.  Bakı  neftçiləri  və kimyaçı-alimlər  isə gecə- 

gündüz qəhrəmancasına  fədakarlıq göstərərək,  cəbhələri  ya­

nacaq  ilə  lazımı  səviyyədə  təmin  edirdilər.  Gənc  kimyaçı 

alim  professor  Yusif  Məmmədəliyev  (1905-1961)  hərbi 

təyyarələrin  yüksəkkeyfıyyətli  (oktanlı)  yanacaqla  təmin 

edilməsinin  sənaye  üsulunu  kəşf  edərək,  faşizm  üzərində 

ümumi qələbə işinə böyük töhfə verdi.

Məşhur  neftçilərdən  olan  Gülbala  Əliyev,  Ağahüseyn 

Qafarov,  Ağasəf  Bağırov,  Ağa  Nemətulla,  Ş.Fətquliyev  və 

onlarla  digərləri  az  sonra  bu  rəşadətli  əməyə  görə  Sosialist

35



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə